Moskva Dumasında rəssam Əsgər Məmmədovun sərgisi açılıb 

 

Moskva Dumasında Rusiyanın əməkdar rəssamı, həmyerlimiz Əsgər Məmmədovun sərgisi açılıb.  

Bu barədə redaksiyamıza rəssam özü məlumat verib. Ə.Məmmədov əslən qarabağlıdır, Ağdam rayonunun Mərzili kəndindəndir. Uzun müddət Bakıda fəaliyyət göstərib, hazırda isə Moskvada yaşayır.

Ə.Məmmədov yalnız Azərbaycan və Rusiyada tanınmır, onun Kipr, Türkiyə, İspaniya, İsrail və Almaniyada da sərgiləri keçirilib. Qeyd edək ki, 2005-ci ildə rəssamın emalatxanasında yanğın baş verib, onun bütün əsərləri, eskizləri yanaraq məhv olub. Bu səbəbdən də rəssamın hazırkı sərgisində nümayiş olunan əsərləri hamısı yenidir.

Sərgi iyunun 19-na qədər davam edəcək.

 

 

E.ŞİRİNOV

 

Təzadlar.- 2009.- 4-6 iyun.- S.13.