Şirindir ana dilim...

 

Artıq neçə ildir hər yerdə olduğu kimi, Azərbaycanda da Ana Dili günü keçirilir. Bu adi tədbir kimi yox, ürəklərin bayramı kimi keçirilir. Belə bir tədbir bu günlərdə Əzizbəyov rayonundakı 234 saylı məktəbdə də keçirilirdi. Tədbiri məktəbin dil və ədəbiyyat müəllimi Kəmalə Əliyeva yuxarı sinif şagirdləri ilə hazırlamışdı. 

...Məktəbin dəhlizinə daxil olanda eşitdiyim xoş bir musiqi məni tamam başqa bir səmtə apardı. Səssinifindən gəlirdi. Birincilər şirin ləhcələri ilə məşhuririn dil" mahnısını oxuyurdular. Mahnının sehrinə düşüb qapının ağzında dayandım və uşaqların səsini xeyli dinlədim. Məktəbin ən fəal müəllimlərindən biri İradə Cəbrayılova öz şagirdləri ilə 21 fevral Beynəlxalq Ana Dili gününə hazırlaşırdı. Bu tədbir sabah keçiriləcəkdi mən tədbirin axarına bu gündən düşmüşdüm.

Bəlkə uşaqlara olan məhəbbətim idi məni qapının ağzında saxlayan. Ayrılıb gedə bilmirdim. Yaxşı ki, Kəmalə müəllimə məni çağırdı, yoxsa kim bilir burada qədər dayanacaqdım...

Kəmalə müəllimənin yuxarı sinif şagidləri ilə hazırladığı tədbir məktəbin akt zalında təşkil olunmuşdu. Tədbir Azərbaycanın əzəmətli himni ilə başlandı. Sonra ədəbiyyatımızın poeziyamızın ağsaqqalı Bəxtiyar Vahabzadənin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca söz məktəbin direktoru Sima Mehdiyevaya verildi. O, respublika üzrə keçirilən olimpiadanın şəhər turunun qaliblərini təbrik edib, onlara bu qələbədə zəhməti olan müəllimlərə Fəxri Fərmanlar təqdim etdi. Şagirdlərə daha böyük uğurlar arzuladı.

Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyeva da iştirak edirdi.

Söz şagidlərə verildi. Dilimizin keşiyində mətin bir əsgər kimi dayanan şairlərimizdən Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün Zəlimxan Yaqubun ürək titrədən şeirləri salonu bürüdü. Şagirdlər Ana dili barədə vətənpərvərlik mövzusunda yazılan şeirləri coşğun bir vətəndaşlıq ehtirası ilə  əzbərdən deyirdilər.

Tədbir öz axarı ilə gedirdi. Xəyalım  birincilərin sabahkı tədbirində qanadlanmışdı...

Birincilərin tədbiri Dövlət himni ilə başladı.

İradə Cəbrayılova Ana dili günü barədə uşaqlara məlumat verdi. Sonra söz birincilərə verildi. Onların dilində Azərbaycan dilinin müqəddəsliyinə həsr olunmuş şeirlərdən misralar səsləndi. Bu fidan balalar Qobustanda olan qayaüstü rəsmlərdən danışıb, sözü "Yallı" rəqsinin üstünə gətirdilər, bütün sinif birlikdə bu qədim milli rəqsi ifa etdi. Daha sonra şagirdlərin aydın, rəvan nitqində folklor nümunəsi olan yanıltmaclar, tapmacalar müxtəlif şeirlər səsləndi. Uşaqlardan Aidə, Fidan, Möhsün xüsusilə fərqlənirdi. Hiss olunurdu ki, tədbir İradə müəllimə uşaqların ciddi səyi, bacarığı  nəticəsində araya-ərsəyə gəlib.

Sonda birincilər uca səslə "Şirin dil" mahnısını ifa etdilər. Mahnı bu sözlərlə tamamlanır:

 

Məni xoşbəxt eyləyən,

öz sevimli dilimdir!

 

Tədbirdə iştirak edən məktəbin direktoru Sima Mehdiyeva, tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyeva, müəllimlərdən Tənzilə Tağıyeva, Solmaz Rəhimova, Şəhla Ağayeva başqaları şagirdlərin bacarığına heyran qalmışdılar. Direktor uşaqları bu uğur münasibəti ilə ürəkdən təbrik etdi qeyd elədi ki, bu, onların müəlliməsinin zəhmətinin nəticəsidir.

Bu tədbir həm bir növ açıq dərs kimi təşkil olunmuşdu.

Mən bir daha əmin oldun ki, gələcəyin Lütfi Zadələri, Kərim Kərimovları, Həzi Aslanovları elə bu uşaqların arasındadır.

 

 

Gülarə MUNİS,

Azərbaycan Yazıçılar Jurnalistlər

birliklərinin  üzvü

 

Təzadlar.-2009.- 3-5 mart.- S.13.