Dillər Universitetində İtalyan
Dili Mərkəzi açıldı
Tədbirdə
İtaliya xarici işlər nazirinin müavini də iştirak edirdi
Martın 3-də Azərbaycan Dillər Universitetində (ADU) İtaliyan
Dili Mərkəzinin açılışı oldu. Tədbirdə
İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantika, İtaliyanın Azərbaycandakı
səfiri Jan Luici Maşa, onun xanımı Marinella Maşa və universitetin rektoru, millət vəkili Səməd Seyidov iştirak edirdilər.
Tədbir iştirakçılarını
salamlayan ADU-nun rektoru,
professor Səməd Seyidov italyan dilinin universitetdə
2001-ci ildən tədris
olunduğunu bildirdi. Onun sözlərinə görə,
hazırda italyan dili tərcüməçiləri
bölməsində bakalavrlar
və bir neçə magistr təhsil alır.
Açılış mərasimində
çıxış edən
İtalya xarici işlər nazirinin müavini Alfredo Mantika Azəpbaycan-İtalya əlaqələrini
yüksək qiymətləndirərək,
mərkəzin açılışının
əlamətdar hadisə
olduğunu qeyd etdi və bu
tədbirdə iştirakdan
məmnunluğunu bildirdi:
"İtalyan Dili Mərkəzinin açılışında
iştirak etdiyimə çox şadam. Yaxşı haldır ki, mərkəzin açılışı
səfərimlə eyni
vaxta təsadüf etdi, çünki italyan dilini təbliğ etmək, yaymaq mənim səlahiyyətlərimə aiddir.
ümid edirəm ki, tələbələr bu mərkəzin köməyi
ilə xalqımızın
tarixi və mədəniyyəti ilə
daha yaxından
İtaliyanın Azərbaycandakı
səfiri xanım Marinella Maşa da mərkəzin yaradılmasının əhəmiyyətinə
toxundu: "Azərbaycan
Dillər Universitetində
italyan dili kafedrası fəaliyyət
göstərir. Burada gələcəyin
tərcüməçiləri yetişir. Biz istədik ki, gənclər bizim ölkəmiz haqqında daha dolğun biliyə malik olsunlar. Bu yeni
açılan mərkəz
onlara yaxından köməklik göstərəcək.
Mərkəzdə azərbaycanlı müəllimlərlə yanaşı,
İtaliyadan dəvət
olunmuş mütəxəssislər
də dərs deyəcək. Gənclər İtaliyanın mədəniyyəti,
tarixi haqqında da ətraflı məlumat alacaqlar".
Dillər Universitetində açılan
İtalyan Dili Mərkəzinə və italyan dili kafedrasına
rəhbərlik edən
xanım Marinella onu da vurğuladı
ki, italyan dilini mükəmməl öyrənmək istəyən
hər bir kəs mərkəzə gələ bilər.
Tədbirdə o da qeyd olundu ki,
mərkəzdə toplanan
bədii və publisistik kitablar İtaliyadan gətirilib.
Qonaqlar açılış
mərasimindən sonra
universitetin rektoru, professor Səməd Seyidovla və tələbələrlə görüşdülər.
Görüşdə İtalyan Dili
Mərkəzinin fəaliyyətinin
necə qurulacağı
barədə müzakirələr
aparıldı, qonaqlar
tələbələrin suallarını
cavablandırdılar.
Qeyd edək
ki, Azərbaycan Dillər Universitetində Jorj Sand adına
fransız dili mərkəzi, Amerika mərkəzi, Britaniya mərkəzi və Skandinaviya dillər mərkəzi də fəaliyyət göstərir.
Elbar Şirinov
Təzadlar.- 2009.- 5-7 mart.- S. 14.