Universitetlər rəqəmlərin
dili ilə
Azərbaycan Beynəlxalq Universiteti TQDK-nın məlumatına
görə ali məktəblərin reytinq göstəriciləri
üzrə 11 il müddətinə birinci yerdədir
"Azərbaycan Beynəlxalq
Universiteti TQDK-nın məlumatına görə ali məktəblərin
reytinq göstəriciləri üzrə (1997-2008-ci illər
üzrə) 11 il müddətinə birinci yerdədir. "Abituriyent",
¹12, 2006, səh.14
Özəl ali məktəblərə qəbul olunan abituriyentlərin sayı haqqında 2007-ci ildə məlumat açıqlanıb. Bu il də Azərbaycan Beynəlxalq Universiteti respublikada fəaliyyət göstərən özəl ali məktəblər arasında reytinq göstəriciləri üzrə birinci yerdədir. Mənbə: "Abituriyent" jurnalı, ¹3, 6 (2007).
"Abituriyent" jurnalının 2007-ci il III sayında götərilir ki, Qəbul olunan tələbələrin sayına görə özəl ali məktəblər arasında Azərbaycan Beynəlxalq Universiteti I yerdə, Bakı Qızlar Universiteti II yerdə, "Qafqaz" Universiteti isə III yerdədir.
Azərbaycan Beynəlxalq Universiteti Respublika Prezidentinin fərmanı ilə yaradılmış, Dövlət Ali Ekspert Komissiyası tərəfindən yüksək qiymətləndirilmiş və Respublika Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204 saylı qərarı ilə rəsmi dövlət qeydiyyatına alınmış, Ədliyyə Nazirliyinin 7 noyabr 1997- ci il tarixli 15 saylı şəhadətnaməsini və Təhsil Nazirliyinin 019002 saylı lisenziyasını almışdır. 1999-cu il mayın 17-də Azərbaycan Beynəlxalq Universiteti ilə YUNESKO-nun BKA-sı arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Azərbaycan Beynəlxalq Universiteti "beynəlxalq akkreditasiya" qeydiyyatından çıxmış və BKA-ya kollektiv üzv seçilmişdir. Bu isə ilk dəfə olaraq təhsil müəssisələri içərisində ABU-nun beynəlxalq status almasına, onun verdiyi diplomların beynəlxalq aləmdə və xarici dövlətlərdə tanınmasına səbəb olmuşdur. Daha sonra Azərbaycan Beynəlxalq Universiteti Avropa ŞurasıYUNESKO-nun təşəbbüsü ilə Beynəlxalq Akkreditasiya Bürosunun (ABŞ) 22 noyabr 1999-cu il tarixli 33 saylı Beynəlxalq Akkreditasiya sertifikatını almışdır. Azərbaycan Respublikasının Təhsil cəmiyyəti tərəfindən universitetə İctimai Akkreditasiya statusu verilmişdir.
"Abituriyent" jurnalının 1999-cu il V sayında göstərilir ki, Azərbaycan Beynəlxalq Universiteti 1998-ci ildə ilin ən yaxşı ali təhsil müəssisəsi elan edilmişdir. Bu, 5 min adamın rəy sorğusunun nəticəsidir.
Azərbaycan Beynəlxalq Universiteti tədrisin keyfiyyətinə, maddi-texniki bazanın müasir tələblərə cavab verməsinə, təchizat səviyyəsinə, tələbələrinin sayına, beynəlxalq aləmdəki mövqeyinə görə birincilərdəndir. Bu da ABU-nun rəhbərliyini, kollektivini daha da həvəsləndirir, daim birinci olmaq üçün əlavə çalışmaq stimulu yaradır. Qısa müddət ərzində qazandığı nailiyyətlər ABU-nu təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində məşhur etdi. Bu da birbaşa ABU-nun yaradıcısı, onun rektorunun adı ilə bağlıdır. Universitetin rəhbərliyində müstəqil Azərbaycanın, Azərbaycan xalqının fəxr etməli elm korifeylərindən olan gənc rektor hüquq elmləri doktoru, akademik Elşad İslam oğlu Abdullayev təmsil olunur.
Tədrisin yüksək səviyyədə inkişafı üçün geniş bazanın olması şəksizdir. Azərbaycan Beynəlxalq Universitetində bu baza sürətlə yaradılır. Hazırda müəssisədə 8 tədris korpusu, geniş, yaraşıqlı, hər cür idman avadanlıqları ilə təchiz olunmuş Olimpiya İdman Kompleksi, stadionu, 120 kompüterli tədris mərkəzi, 3 sinxron linqafon mərkəzi, 250 min ədəbiyyat fondu olan kitabxana, oxu zalı, dövrü mətbuat mərkəzi, xüsusi nəşriyyat və mətbəəsi, tibb mərkəzi, təcili yardım xidməti və s. fəaliyyət göstərir.
Yeri gəlmişkən onu da qeyd
edək ki, bir neçə il bundan əvvəl
qəbul imtahanları
ərəfəsində Yeni
Müstəqil Dövlətləri
öyrənmə Fondu
(YMDöF) MDB-nin ən nüfuzlu ali məktəblərinin reytinqini dərc etmişdir. Reytinq iki parametrə görə: MDB abituriyentləri
arasında populyarlıq
və Beynəlxalq tanınma - avtoritet üzrə hesablanmışdır.
Bu reytinqdə ABU Azərbaycanın ali məktəbləri üzrə
2-ci (BDU-dan sonra), MDB dövlətlərinin ali məktəbləri üzrə
23-cü yerdə qeyd olunmuşdur. Bu gün ABU-nun rəhbərliyinin, şəxsən
hüquq elmləri doktoru Elşad Abdullayevin gərgin zəhməti, perspektivli iş qabiliyyəti universitetin nəinki MDB-də, dünya ali məktəbləri içində seçiləcəyinə
şübhə doğurmur.
Təzadlar.- 2009.- 7-12 mart.- S. 9.