Qədim odlar diyarı, ulu Azərbaycan

 

 "Cinayətin yalnız bəhanəyə ehtiyacı vardır"

 

(Aristotel)

 

Haqq-haqsızlığın çirkabında batarsa, tarixin sinəsi üstündə qanla qanun yazılarsa, riyakarlıq-səadət ədalət boğarsa, ömrümüzün ölçü vahidi olan zaman da bütün bu olanlara baxıb susarsa bu özü böyük bir cənayət deyilmi? Min illərlə zamanın ağır sınaqlarından çıxmış, babalarımızın göz bəbəyi kimi qoruyub saxladıqları doğma yurdumuzun dilbər guşələri ermənilərin təcavüzünə məruz qaldığı halda dünya baxır, beynəlxalq təşkilatlar isə, sanki bir qərara gələ bilmirlər.

Qədim ulu olan bütöv bir xalqın hissiyatı ilə oynayaraq, onun halal torpaqlarını mənimsəmək ən böyük cinayətdir. Doğma yurdumuza təcavüz edən ermənilər, öz çirkin əməllərini gizlədərək ona bəraət qazandırmaq istəyən elə özləridir. Azərbaycan sözü qədim pəhləvicə "od", "hifz edən" mənasındadır. Od isə müqəddəs deməkdir. Müqəddəsliyə böhtan atanlar isə lənətlənməlidirlər.

 Azərbaycanın hər qarış torpağı belə keçmişi ilə bağlı tarixi sənədləri özündə əks etdirir.çünki tarixin tarixi olmayanda əfsanələşir. Ermənilər isə bu tarixi sənədləri öz gəlmə keçmişlərini inkar edə-edə yalanlar ümmanında həqiqət adası qurmağa çalışırlar. Bəli, ermənilərin keçmişinə baxanda bu fikirlər bariz surətdə öz-özlüyündə əks olunur.

 Azərbaycanın isə fiziki-coğrafi şəraiti, relyefi azı üç milyon il bundan əvvəl, 3-cü geoloji dövrün əvvəllərində formalaşaraq qədim daş dövrü olan-paleoliti, orta daş dövrü-mezoliti yeni daş dövrü-neoliti özündə əks etdirir. Yer kürəsində mövcud olan on bir iqlim qurşağından doqquzu Azərbaycanda mövcuddur. Yalnız iki növ iqlim-tropik meşələr, savannalar daim soyuq olan iqlim ərazidə yoxdur. Dəniz suları dayazlaşdıqca quru sahələr tədricən böyümüş, geniş Kür-Araz ovalığı əmələ gəlmişdir (bax Qədim Azərbaycan tarixinə) Erməni mənbələri qeyd edirlər ki, Albaniyanın cənub sərhədləri Kür çayı boyunca keçir. Kürün arxasında isə böyük Ermənistan torpaqları başlayırdı. Halbuki Kür çayı özü Albaniyadan keçir (Strabon). Kürün isə həm sağ, həm sol sahilərində albanlar yaşamışlar. çünki ermənilər Alban tayfalarından fərqli olaraq Cənubi Qafqazda yerli xalq deyildilər. Mütəxəssislərin fikrincə, qədim erməni xalqı təxminən e.ə. II minilliyin sonunda, I minilliyin əvvəllərində Fərat çayının yuxarı vadisində təşəkkül tapmışdı. Bütün dəlillər erməni xalqının Cənubi Qafqaza gəlmə xalq olduğunu aydın şəkildə sübut edir. Ermənilərin bütöv halda birləşməsi yeddinci əsrin ortalarından başlanır. Böyük Cavanşir ermaızdan əvvəl 7 əsrdə (612) Bərdədə hakim idi. Cavanşir Mehranilər sülaləsindən olub Azərbaycanın şimal-şərqində yerləşən Girdiman hökmdarı Varazın oğlu olub. O, qırx ilə yaxın torpaqlarımızı yadelli işğalçılardan qorumuşdu. O, bağçada tək gəzərkən mənfur ermənilər xəyanət edərək onu öldürdülər ki, öz çirkin əməllərini həyata keçirsinlər. Hələ 7 əsrdə Albaniyada katolik işləyən İlya adlı erməni Ərəb xilafətinə gizli məktub göndərərək albanları bizanslılarla saziş bağlamaqda günahlandırırdı. Əlbəttə, Bizas imperiyasını sarsıtmaq istəyən Ərəb xilafətinə bu heç sərf eləmirdi. Hər iki sənəd  İlyanın Ərəb xilafətinə göndərdiyi məktub Ərəb xilafətinin ona göndərdiyi cavab Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondunda tarixi sənəd kimi qorunub saxlanılır. Bu sənəd ermənilərin elə o vaxtdan çirkin niyyətdə olduqlarının sübutu deyilmi? Ərəblərin gəldiyi bir vaxtda da, başda erməni İlya olmaqla Albaniyanın tarixi sənədləri yandırılmış qalanları da gizlədilmişdir. Ərəblər Arran ərazisinə xəlifə Osman İbn Əffanın xilafəti dövründə (643-655-ci illərdə) gəlməyə başlamışdılar. Ərəb xilafəti zamanı ərəblər Arran torpaqlarını, Qafqazda fəth etdikləri başqa nahiyələrlə birləşdirərək, ona Ərməniyyə (Ermənistan) adı verdilər. Əslində Ermənistan Aralıq dənizinin sahillərində yerləşirdi.

 Maraq doğuran bir faktı qeyd etmək yerinə düşərdi. Belə ki, Ərəb xilafətinə qarşı xürrəmilər hələ səkkizinci əsrin axırlarından (778-ci ildə) baş qaldırmışdılar. Babəkin onlara sərkərdəlik etdiyi vaxtlarda (816-838-ci illər) adı çəkilən Səhl Sumbat erməni kimi verilmişdir. Əslində isə Səhl Sumbat əsl azərbaycanlıdır (bax: Qədim Azərbaycan Tarixi 8-ci, 9-cu dövrlərə). Əfsuslar olsun ki, bir çox yazılarda Babək haqqında əsərdə Səhl Sumbat erməni kimi göstərilmişdir. Bu da Sovet dövrünün təsirində yazılmış tarixdən irəli gəlmişdir. Əslində erməni tarixçilərinin o dövürdə Azərbaycan mənbələrinin tarixini saxtalaşdıraraq azərbaycanlı knyaz Səhl Sumbatı erməni kimi qələmə verməkdə məqsədləri o idi ki, guya o vaxtdan ermənilərin burada öz torpaqları olmuş özlərinin knyazlığı var idi. Ermənilərin Qarabağda da yerli xalq olmadığını diş-çənə sisteminin təhlili tam qətiyyətlə sübut edir. 1804-cü ildə İran-Rus müharibəsində təkcə Qarabağa 4 min azəri erməni ailəsi köçüb gəlmişdi. 1826-1828-ci illərdə İrandan Zaqafqaziyaya, o cümlədən Qarabağa 18 min, 1828-1830-cu illərdə isə İrandan 40 min, Türkiyədən 84 min gəlmələr Zaqafqaziyada, Yelizavetpol (Gəncə), İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşmişdilər.

Hamımız yaxşı bilirik ki, vaxtı ilə Azərbaycanın ərazisi 410 min kv.km olmuşdur. Halbuki bütövlükdə Avropa ölkələri arasındakı ərazi 550 min kv.km-ə yaxındır. Bu yerdə Azərbaycan haqqında yazdığım poemanın bir bəndini qeyd etmək istəyirəm:

 

Böyük bir ölkəsən, ey Odlar Yurdu,

Səni bölə-bölə xırdalayıblar.

Salıb torpağına cəlladlar ordu,

Sinəni nahaqdan damğalayıblar.

 

Bəli, zəbt olunan torpaqlarımızı qaytarmaqla bütöv Azərbaycanı qorumalıyıq ki, bir daha yadların xəyanət əli vətənimizə qarşı uzanmasın. Doğma yurdumuz zaman-zaman xəyanətkar erməni qəsbkarlarının təcavüzünə məruz qalsa da, məğrur xalqımız öz qürurunu sındırmadı. Əbədi azadlığını əldə edərək millətlər içərisində bir daha enməyən al bayrağını zirvələrə yüksəltdi. Xalqımızın birliyi dövlətimizin gücü sayəsində haqsız yerə işğal olan halal torpaqlarımızı da geri almalıyıq.

 Makedoniyalı İsgəndərin bir kəlamı yadıma düşdü: "Oğurlanmış qələbə mərdcəsinə məğlub olmaqdan şərəfsizdir." Ermənilər isə bu şərəfsizlikləri ilə şərəf duyurlar. Zəngin keçmişi olan Qarabağ torpaqlarımızı öz tarixlərinə yazmaqla ermənilər bəşər qarşısında vaxtsa cavab verəcəklər. çünki tarixin yaddaşı möhkəmdir, onun yaddaşından isə heç silinməyir. ümid edirik ki, zamanın öz şahidliyi ilə Azərbaycanın tarixi səlnamələri haqqına olaraq öz yerini tapacaqdır. Müqəddəs bir amal-Vətən amalı uğrunda bundan sonra da gücümüzü bir edərək yurdumuzun hər qarış torpağını azad edib, qorumalıyıq.

 

 

İsa Rəvan

 

Təzadlar.- 2009.- 12 mart.- S. 11.