"Ermənistan prezidentində imic baxımından cəlbedici
heç nə yoxdur"
Fəxriyyə
Xələfova: ""Fashion TV" Azərbaycanda
aparılmış moda çəkilişlərini pul
müqabilində də yaxına buraxmaz"
Azərbaycanın
əməkdar incəsənət
xadimi, modelyer Fəxriyyə Xələfovanın APA-ya
eksklüziv müsahibəsi
- Bizdə olan məlumata görə,
maraqlı bir layihə üzərində işləyirsiniz.
Layihənin mahiyyətinin açıqlaya bilərsiniz?
- Mənə
çox maraqlı bir dəvət gəlib. Adətən
elektron poçtumu açanda orada çox maraqlı dəvətlərlə
rastlaşıram. Bu dəvətlərin çox maraqlı
coğrafiyası var. Dəvətlərin əksəriyyəti
Amerikadandır. Adətən müxtəlif tədbirlərdə
və mükafat təqdimatı mərasimlərində
iştiraka dəvət olunuram. Düşündüm ki, mənə
bu qədər dəvətlər varsa, daha çox bu istiqamətdə
iş aparmalıyam. çox sevinirəm ki, indiyə qədər
Fəxriyyə Xələfovanı tanıyır və qəbul
edirlər. Amma etiraf edim ki, hələ brendimi, reklamımı
ifadəli şəkildə təqdim eləməmişəm.
Əslində buna zərurət də olmayıb. Artıq geyim
və ətriyyat istehsalçısı kimi təqdim ediləndə
reklama ehtiyac olacaq. Hazırda reklam işlərinə baş
vurmağa hazırlaşıram. Hazırda ətriyyat üzərində
işləyirəm. Düşündüm ki, ətriyyatın
özü ilə yanaşı, gözəl də reklamı
olmalıdır. Bu istiqamətdə bir neçə
ideyalarım var. Yaxın günlərdə təcrübə
şəkilləri çəkdirəcəyəm. Təbii
ki, şəkillərin reklam üzü özüm
olacağam. Hələlik zahiri görünüş
baxımından bu imkanım var. Ona görə də ilk ətriyyatımın
reklam sifəti özüm olacağam. İndiyə qədər
qəlbimdə olan ideyaların çoxunu
reallaşdırmamışam. İstər-istəməz
hansısa çərçivələrdə öz
fantaziyamı saxlamışam.
- Buna səbəb nə olub?
- Bəlkə
də İtaliyada və Fransada çalışsaydım, bəzi
işlərimin ifadəsi çox fərqli olardı. Səbəb
odur ki, bizdə qeyri-adi görüntülər o qədər
də qəbul olunmur. Fəxriyyə Xələfovanın birdən-birə
dəyişməsinin maraqlarıma, yoxsa ziyanıma işləyəcəyini
bilmirəm. Yenə də bunu təcrübədən
keçirməliyəm. Bir az ictimai qınaq obyektinə
çevrilmək istəmirəm. Amma ətriyyat
üçün mən fərqli bir obraz yaratmalıyam.
- Sirr
deyilsə, ətriyyatınızın adı necə olacaq?
- "Fəxriyyə
Xələfova təqdim edir". Amma ətriyyatda
istehsalçının adı olmur, ona ad verilir. Mənim ətriyyatımın
adı "Nuray" olacaq. Bunu ilk dəfə
açıqlayıram. Nuray mənim bu dünyada ən
çox sevdiyim qadındır. Ancaq onun kimliyini
açıqlamayım, qoy bu sirr olaraq qalsın. Nuray
özümdən sonra əhval-ruhiyyəsini qəbul etdiyim bir
insandır. Bilirsiniz ki, moda aləminin insanları yalnız əhval-ruhiyyə
ilə yaşayır. Nurayın kimliyini isə təqdimat mərasimində
görəcəklər.
- "Nuray"
ətriyyatını dünyaya çıxarmağı düşünürsünüzmü?
- Çox
istəyirəm ki, bu ətriyyat Azərbaycandan
kənarda da yayılsın. Bunun üçün mən beynəlxalq
ətriyyat strategiyasını yaxşıca öyrənmişəm.
Bir ildir ancaq ətriyyat məsələsi ilə məşğulam.
Beynəlxalq strategiya fərqli bir strategiyadır. Dünyada
çox az insanlar var ki, onlar ətriyyat yarada bilərlər. Ətriyyat
istehsal etməyə çox insanın maddi imkanı
çatar. Amma ətriyyat buraxılışında da
çoxlu uğursuz faktlar mövcuddur. Hər ətriyyat
uğurlu alınmır. Uğursuzdursa, bu həmin
investisiyanın və istehsalçının adının
batması deməkdir. Şanslıyam ki, məni ətir icad edən
insanların sırasına daxil ediblər. Mən xaricdə məsləhətləşmələr
aparmışdım, demişdilər ki, sən ciddi
düşün. Bu işə bu qədər vaxt, vəsait
ayıracaqsan. Soruşurdular ki, bu işin uğurlu
olacağına əminsən? Mən dedim ki, hansı testlərdən
keçmək lazımdırsa, mən keçim, siz də
baxın. Mən bu testlərdən keçdim və dedilər
ki, məndə bu iş alınır.
- Fikrimcə, ətriyyat
hazırlamaq xüsusi bir istedaddır. Bunun üçün
insanda hansı xüsusiyyətlər olmalıdır?
- İlk
öncə bu insanın həssaslığı
olmalıdır. Mən psixoloji baxımdan çox həssas
insanam. Mən insanın mimikasından, energetikasından onu
başa düşə bilirəm. Ətirlərə, rənglərə,
hətta dəyişən havaya da həssasam. Bilirəm ki,
insanlar nəyi istəyəcəklər. Bəzən deyirlər
ki, insanlar üçün gözəl ətriyyat yaradanda,
hansısa arzularını onlara bəxş edirsən. Əslində
bu çox qeyri-adi prosesdir. Əgər belə olmasaydı,
dünyada 10 minlərlə ətir olardı. Amma statistikaya əsasən,
dünyada cəmi 50-60 çeşiddə ətir var.
- Ətirlər
əsasən çiçəklərdən hazırlanır.
Sizin ətrinizdə hansı çiçəklərdən
istifadə olunacaq?
- Mən
ətirlərin həm çiçək istiqamətini, həm
kimyəvi tərkibini öyrənmişəm. Bunun
üçün o qarışığı tapana qədər
üç ay laboratoriyadan çıxmamalısan. Mənə
deyilənlərə görə, hətta elə ola bilər
ki, yaratdığım ətir iki aydan sonra özümə
xoş gəlməyə bilər. Buna görə
özümü sanki çətinliyə salmışam. Amma
indiyə qədər çox çətinliklərin öhdəsindən
gəlmişəm. Mənim karyeramda ən çətini o idi
ki, Azərbaycanda ilk peşəkar modelyer olmuşam. Əslində
mənə qədər bu işi bu səviyyədə edən
olmayıb. çətin işlərin öhdəsindən gəlirəm.
Mən yavaş-yavaş bunu edə bildim.
- Azərbaycanda
bu anonsu verənlərin sayı çox olub. Ancaq deyəsən
reallığa çevirən Siz olacaqsınız?
- Düşünürəm
ki, bu şəxs mən olacağam. Ona görə də
özümü hər şeydən təcrid etməliyəm.
Ətriyyat işində özümü tamamilə
tapmışam. Bir ilə yaxındır ki, bu işlə məşğulam.
Bu iş məni modadan ayırmayacaq, ona görə ki,
modanın içində ola-ola bu işi görürəm. Fəaliyyətim
dövründə o qədər xoşbəxt modelyer
olmuşam ki, təsadüflər nəticəsində Pier
Karden, Pakuraban, Valentin Yudaşkinlə
- Plastik əməliyyat
olunmanızla bağlı bir sıra söz-söhbətlər
gəzir. Bununla bağlı nə deyə bilərsiniz?
- Mənim
11 illik fəaliyyətim var. Mən 2004-cü və 2005-ci ilə
qədər çox rahat həyat tərzi keçirmişəm.
Heç kimin nə şübhələri var idi, nə bu
cür sualları. Görün, indi mənim neçə
yaşım var və bu şübhələrin hamısı
indi peyda olub. Mən 1969-cu il təvəllüdlüyəm və
bu söhbətlər indi ortaya çıxır. Mən
plastik əməliyyatlar etdirməmişəm. Bu şübhələrin
yaranmasına mənim üç cizgilərim səbəb ola
bilər. üz cizgilərimin də səbəbkarları mənim
valideynlərimdir. İkisi də zahirən çox gözəl
insanlardır. Atam rəhmətə gedib. Mənim çox
gözəl nənə, babalarım olub. Bir dəfə təsadüfən
Toğrul Nərimanbəyovla rastlaşdım. O uzun zamandır
Parisdə yaşayır, buranın ictimaiyyəti ilə o qədər
də tanış deyil. Toğrul Nərimanbəyovu
verilişimə dəvət etmək üçün ona
yaxınlaşdım. Onun anası fransızdır və
modelyer olub. O mənə baxanda birinci sözü o oldu ki,
"sizin nə gözəl fakturanız var. Mən sizin
mütləq portretinizi çəkməliyəm". O an onu
heç bir şey maraqlandırmırdı, o sonradan bildi ki, mən
Fəxriyyə Xələfovayam. Bu qədər peşəkar
rəssamı plastik əməliyyatlı xanım cəlb edə
bilməz. O hətta dedi ki, mən indiyə qədər
çox üzlər görmüşəm, ancaq siz heç
kimə bənzəmirsiniz.
- Azərbaycanda
bir çox brendlər öz mağazalarını
açırlar. Siz niyə Fəxriyyə Xələfova butiki
açmırsınız?
- Mən
də çox böyük məmnuniyyətlə butik
açardım. Ancaq bunun iqtisadi tərəfi də var. Bunun
üçün sərmayə lazımdır. Mən sponsor
anlayışından yox, investisiya anlayışından
danışıram. Sponsor qısamüddətli bir maddi
yardımdır. Amma investisiya uzunmüddətli kapital
qoyuluşudur. Mən də bu uzunmüddətli kapital
qoyuluşunu gözləyirəm. Mən istəyirəm ki,
brendimə bu uzunmüddətli investisiya olsun. İnvestisiya
olmalıdır ki, 15 çeşidi istehsala buraxa biləsən.
çox istərdim ki, qızıl əşyalarım,
saatlarım da istehsal olunsun. Dünyanın hər yerində
belədir. Bizim ictimaiyyətin əksəriyyəti heç
bilmir ki, Valentino, Kuççi və İfsenloran bir sahibin
markasıdır. Onların rəhbəri nə Valentinodur, nə
də mərhum İfsenlorandır. Modelyer heç vaxt təkbaşına
bu qədər biznes imkanlarını özünə yarada
bilməz. Əslində mənim üçün butik
açmağın vaxtı da yetişib. Ancaq hazırda şəhərin
mərkəzində bir yer almağa imkan hələlik yoxdur.
Düşünürəm ki, Fəxriyyə Xələfovanın
butiki şəhərin lap mərkəzində
olmalıdır.
- Parisdə
və Milanda modelyerin geyimlərinin nümayişi neçəyə
başa gəlir?
- Mən
bunların hamısını öyrənmişəm. Məsələn,
moda həftələrində ən bahalı nümayişlər
Paris və Milandır. Orada da ən üst kateqoriyalı moda
evləri təqdim edilir. Parisdə "Cristian Dior" moda
evi, "Shanel" moda evi, "Valentino" və
"İfsen Loran" moda evlərinin geyimlərinin
nümayişi təşkil edilir. Konkret olaraq moda həftəsində
bir moda nümayişinə 70 min avrodan 100 min avroya qədər
vəsait sərf olunur. Bu məbləği də yalnız
maliyyə qurumları verə bilər. Sadəcə bu moda həftələrindən
sonra artıq bütün dünya ictimaiyyəti bilir ki, bu
modelyer hansı istiqaməti hansı rənglər və
çalarları təqdim etdi. Bundan sonra həmin istiqamət,
rəng və çalarlar çox reklam olunur. Milan moda həftəsi
çox bahalı moda həftəsidir.
- Bəs, yerli modelyerlərin
geyimlərin nümayişi üçün neçə
müddət gözləmək lazımdır?
- Hazırda
bizim imkanlarımız ancaq festivallar keçirməyə
çatır. Moda həftəsi bizim üçün
çox böyük rəqəmdir. Varını-dövlətini
satıb ora gedə bilərsən, amma lüzumu yoxdur.
çünki orada geyimlərin nümayişindən sonra
dünyanın müxtəlif ölkələrindən zəng
gələcək ki, mən bu paltardan yüz ədəd istəyirəm.
Axı bu yüz geyimin istehsalı üçün
gücün olmayacaq. Mən Parisdə festivalda iştirak
etmişdim, bu, mənə çox şey verdi. Ondan sonra mən
bir çox festivallara dəvət olundum. Moda aləminin əsas
biznesi sənin gözəl ideyalarının üzərində
qurulur. Təzəlikcə Avropa ölkəsindən çox
gözəl dəvət almışam. İlk dəfə
olaraq moda planeti yaradılır və ora dünyada olan ən
istedadlı insanları yığmaq istəyirlər. Sadəcə
yerini hələ açıqlamaq istəmirəm, ancaq bu layihə
martda olacaq.
- "Fashion TV"də də
kolleksiyanın nümayişi üçün böyük sərmayə
tələb olunur?
- "Fashion TV"də
çəkiliş çox keyfiyyətlidir. "Fashion
Tv"yə ancaq o material düşür ki, onun çəkilişi
super səviyyədədir. Onlar Azərbaycandakı çəkilişi
heç qəbul da etməzlər, hətta biz pul ödəsək
də. Tamaşaçını onlar super görüntü ilə
cəlb edirlər. Yoxsa mən çoxdan çəkib
göndərərdim, ancaq mənim
yaradıcılığımı deyil, o
görüntünü qəbul etməyəcəklər.
Burdakı çəkilişi onlar heç yaxına
buraxmazlar. Orada keyfiyyətsiz görüntü görmək
mümkün deyil.
- Bəs, Azərbaycanda moda
kanalının yayımlanması nə dərəcədə
realdır?
- Heç
şansı yoxdur. Buna əsaslı cavabım var. Bu gün
Türkiyədə, Rusiyada "Fashion TV" fəaliyyət
göstərir. Ancaq bu tezliyi alacaq iş adamı burdan pul
götürməlidir. Bizdə geyim satışı ilə məşğul
olan butiklər reklam yerləşdirmirlər. Heç yerli
kanallara rekalm vermirlər, o ki qaldı "Fashion TV"yə.
Bunu belə əsaslandırırlar ki, onların reklama
ehtiyacı yoxdur. Bu inanılmaz bir şeydir. Azərbaycanda moda
anlayışının dəyişməsi vacibdir.
- Bu anlayışın dəyişməsi
üçün neçə il tələb olunur?
- Mənim
11 ilim getdi. öz işimlə paralel mən nə qədər
iş görmüşəm. Bu illər ərzində dəbə
münasibət dəyişdi, moda anlayışı
yarandı, indi modanı özlərinə peşə kimi
seçirlər. Bunlar hamısı əladır, ancaq biznes
baxımından hələ çox şey dəyişməlidir.
Bu gün Azərbaycanda bir dənə də moda jurnalı
yoxdur. Bu, anormal bir vəziyyətdir. Niyə dünyanın
bütün ölkələrdə çoxsaylı moda
jurnalları var, ancaq biz də bir dənə də yoxdur?
- Siz niyə
moda jurnalı nəşr etdirmirsiniz?
- Yenə
sərmayə qoymalıyam, yenə vəsait tapmalıyam. Ancaq
heç nə qazanmayacağam. Təsəvvür edin ki, moda
jurnalının içində makaron, pendir, spirtli içkilər
reklamları yerləşdirilib. Axı orada butiklərin
reklamları olmalıdır. Mən bu işi edərəm,
amma mənim buna ancaq vaxtım və sərmayəm gedəcək.
Sevinirəm ki, heç olmasa bununla bağlı bir veriliş
var. Dəfələrlə efirdən də səslənmişəm
ki, moda verilişinin olması zəruridir. Ancaq mənim bu təşəbbüsüm
qəbul olunmur və heç kim yerindən tərpənmir.
Sonra telekanallardan biri bu təklifi etdi və belə bir
veriliş hazırladıq. Bu ancaq moda ilə bağlı
informasiya verən bir verilişdir. İndi aparıcılıq
etdiyim bu veriliş canlı getmir, ancaq düşünürəm
ki, mən canlı veriliş də apara bilərəm.
Qonaqların suallarını özüm hazırlayıram. Mən
bir stadionda insanların qarşısına çıxıb
nitq də söyləyə bilərəm. ümumiyyətlə
kütləviliyi çox sevirəm.
- Fəxriyyə
Xələfova yerli şou-biznes nümayəndələrinin
geyimini necə dəyərləndirir?
- Buna cavabım belə olacaq
- televizora baxmıram və onları görmürəm. Bu
yaxınlarda Aygün Kazımovanın üç tədbirinə
geyim hazırladım. Zeynəb Xanlarova, İlhamə Quliyeva,
Aygün Kazımova, Brilliant Dadaşova ilə əməkdaşlıqda
heç zaman problem yaranmır. Gənclərdən çox
müraciət edirlər, ancaq onlarla iş bir az çətindir.
çünki onlar hələ özlərini tapmayıblar.
Neçə illər eyni şəkildə ideal qalmaq
mümkün deyil.
- Bir
çoxları Fəxriyyə Xələfovanın geyimlərini
geyinir, bəs özünüz hansı geyimlərə
üstünlük verirsiniz?
- Gecə
geyimləri ancaq özümə məxsusdur. Mən idman
üslubunda geyimləri çox sevirəm. Türk
mallarını sevirəm. Deyim ki, dünya brendlərinə
müracət edirəm, yox. çünki nəticə
etibarı ilə o geyimlər çox baha olur. Mən geyimi bilən
insanam. Tanınməş brendin istehsalı olan cins paltar 300
avroyadırsa, eyni cins türk malı 50 dollaradır.
Düzdür, fərq var. Brend anlayışı çox
güclü anlayışdır.
- Siyasətlə
məşğul olmaq istəyiniz yoxdur ki?
- Əslində
mən özüm üçün bir nazirlik icad etmişəm.
Hərçənd dünya praktikasında da belə bir
şey yoxdur. Ancaq düşünürəm ki, belə bir
şey olsaydı, heç də pis olmazdı. Həmin nazirlik
ölkənin piarına xidmət edərdi. Mən
düşünürəm ki, orada çox peşəkar fəaliyyət
göstərə bilərdim. Diplomat xanımlarımız mənimlə
görüş keçirmək istəklərini bildiriblər.
Onlar üçün bu, artıq zəruridir ki, ölkəmizi
təqdim edən diplomatlarımız zahiri
görünüşlərini neçə təqdim etməlidir.
İnanın ki, bu, çox böyük irəliləyişdir.
Buna çox sevinirəm. Bizim siyasətçilərimiz, millət
vəkillərimizə də mütləq bu lazımdır.
Bir müddətdən sonra artıq imic mübadiləsi
başlayacaq. Ermənistan prezidenti ümumiyyətlə
ortalıqda görünmürdü. çünki imic
baxımından o insanda cəlbedici heç bir şey yoxdur,
heç buna şansı da yoxdur. O baxımdan Azərbaycan
şanslı ölkədir. Millət vəkilliyi iddiasında
da deyiləm. Mən ölkəmə və xalqıma
bacardığım xidməti göstərdim. Bəlkə də
bu gün bu, dərk edilmir, amma mən az iş görməmişəm.
İndi isə istəyirəm ki, moda biznesində uğur
qazanım. İstəyirəm dünya brendi olum, bunun
üçün səylər göstərəcəyəm.
- Azərbaycanda
ən bahalı modelyer hesab edilirsiniz. Geyimlərinizin
qiymətini açıqlaya
bilərsiniz?
- Heç
də elə deməzdim. Müştərilər
və qiymətlər
modelyer üçün
sirr olmalıdır. Bunu açıqlamağa lüzum yoxdur. Ancaq Cristian Dior Pier Kardeni öyrədəndə
demişdi ki, əlindən gələn
qədər bahalı
satmalısan, elə etməlisən ki, bahalı satılsın. Əksər halda moda biznesinin mahiyyəti də itir.
Təzadlar.- 2009.- 14-17 mart.- S. 14.