Azərbaycan təmsilçiləri
avropalıların ürəyini
fəth etdi
2008-ci ildə 8-ci yerdə qərarlaşan Azərbaycanı
bu il Avropa
5 pillə irəliyə
apardı
Aylardan bəri son nəticəsini səbirsizliklə gözlədiyimiz
"Eurovision-2009" mahnı müsabiqəsi, nəhayət,
başa çatdı.
ötən il bu müsabiqənin birincisi olmuş Dima Bilan ölkəsinə
- Rusiyaya bu müsabiqənin ləzzətini
dadmağa imkan verdi. Məhz onun sayəsində bu ilki "Eurovision"
mahnı müsabiqəsi
Moskvanın "Olimpiyskiy"
idman kompleksində gerçəkləşdirildi.
Əvvəlcədən
onu da qeyd
edək ki, Moskva bu müsabiqəyə
çox yaxşı hazırlaşmışdı və
bu "həngaməyə"
heyran olanlar arasında müsabiqənin
qalibi Aleksandr Rıbakın təmsil etdiyi ölkənin - Norveçin jurnalistləri
də vardı. Onlar həmin gün "Evrodom"da təşkil olunmuş gecədə rusiyalı
həmkarlarına Norveçin
gələn il bu cür təşkilatçılığı
və şounu təkrarlaya biləcəyinə
inanmadıqlarını da
bildirmişdilər. Bir
sözlə,
Rusiya saytlarının
bildirdiyinə görə,
çoxları Moskvada
keçirilən müsabiqənin
yüksək zövq və peşəkarlıqla
təşkil olunmasına
heyran olub.
Mayın 16-dan 17-ə
keçən gecə
"Eurovision" mahnı
müsabiqəsinin final
yarışmasına start
verildi. Final mərhələsinə 25 ölkənin
qatıldığı bu
müsabiqədə Azərbaycan
11-ci iştirak etdi. Müsabiqənin ilk iştirakçısı isə
Litva təmsilçisi
Saşa Son oldu. Qeyd edək
ki, müsabiqədə
iştirak edən ölkələr arasında
Ukraynanı təmsil edən Svetlana Lobod (VİA Qra-nın keçmiş üzvü) çox uğurlu çıxış
etdi. Böyük çılğınlıqla, akrobatik
hərəkətlərlə, rəqslə, müğənninin
zərb alətində
çıxışı ilə
müşayiət olunan
mahnı həm quruluş, həm musiqi, həm də ifa baxımından
yaddaqalan idi. Və uğurlu çıxışlardan biri
idi. Türkiyəni təmsil edən Hadisə və onun komandası da mahnıya çox gözəl səhnə quruluşu vermişdilər. Hadisənin
plastikası, rəqqas
oğlanın əla rəqs nümayişi çox gözəl təsir bağışlayırdı.
Lakin təəssüf
ki, uzun müddətdən bəri
konsertlər verən Hadisənin səsində yorğunluq hiss olunurdu. Onun hazırlıq prosesində
göstərdiyi ifa tərzindəki keyfiyyət
müsabiqə günü
bir qədər zəifləmişdi. Ola bilsin ki, bunun
digər bir səbəbi də yarışmanın yaratdığı
yüksək həyəcan
idi. Ermənistanı təmsil edən bacılar İnqa və Anuş isə mayası yüz yerdən yoğrulmüş mahnıları
ilə elə bir rəğbət də qazanmadılar. Ermənilər həmişəki
kimi öz amplualarında idilər. Mahnının musiqisi kimi, geyimləri də "oğurluq" məhsul idi. Bilmirdin özbəkdilər,
gürcüdülər, ermənidilər,
yoxsa... Yeri gəlmişkən xatırladaq
ki, geyimlərin müəllifi azərbaycanlıdır
və o, öz əl qabiliyyətini "çox
ustalıqla" nümayiş
etdirmişdi.
***
Azərbaycanı təmsil
edən Aysel və Araş isə doğrudan da səhnəyə çox yaraşırdılar.
Hətta ORT-nin şərhçisi (əvvəlcə
münsiflər heyətinin
üzvü idi), tanınmış estrada ifaçısı Filipp Kirkorov hər dəfə Ayselin ifasını gördükcə
"Bu qız alışqandır, çox
gözəldir... Mahnı
isə mütləq bu yayın hitinə
çevriləcək" - deməkdən yorulmurdu. Kirkorovun Aysel və digər
ifaçılar barədə
söylədiyi xoş
sözlərdən sonra
isə, hər dəfə şərhçi
xanım Kirkorova xəbərdarlıq edirdi
ki, ifaçıları
təbliğ etməyimiz
yasaqdır... Əslində
isə Kirkorov həqiqəti söyləyir,
sadəcə olaraq, hərdən münsiflər
heyətindən getdiyini
unudurdu...
Rusiyanın bu ilki mahnı seçimi isə çox uğursuz alınmışdı. Mənşəcə
ukraynalı olan 21 yaşlı ifaçı
Anastasiya Prixodko küsülü olduğu
anasına həsr etdiyi (ifadan sonra barışdığı
- red.) "Mamo" mahnısını axıra
qədər hüzn və kədər içərisində ifa etdi. çünki mahnının özü bütövlükdə kədərdən
və acıdan yoğrulmuşdu. Video kadrlarda isə Anastasiyanı yarım əsr qocaldaraq gələcəyə ekskursiya
etdirmişdilər. Hər
halda, səsvermədən
də hiss olundu ki, mahnı
belə müsabiqə
üçün yararsız
imiş. Qeyd edək ki, Anastasiyanın
seçimi zamanı da fikir ayrılığına
yol verilmişdi. Müsahibələrində prodüser
İqor Krutoy Valeriyanın seçilməsinə
səs verdiyini, lakin 6 səs nisbətində 5 səsin
azlıqda qaldığını
söyləmişdi. Müsabiqədə 10-cu nömrə ilə çıxış edən
ifaçıya bu nömrənin ona uğur gətirəcəyini
söyləyənlər də
var idi. çünki 2006-cı ildə Rusiyanı "Eurovision" yarışmasında
təmsil edən Dima Bilan da
ifasını məhz
ardıcıllıq baxımından
10-cu yerdə çıxış etmişdi və ölkəsinə
2-cilik qazandırmışdı. Təəssüf ki, bu fikir də
özünü doğrultmadı.
Almanlar isə
striptiz göstərməklə yadda qalmaq istədilər. Münsiflər
heyəti alman striptiz ulduzu Dite fon Tezenə səhnədə
sinəsini tam açmamaq barədə xəbərdarlıq
belə etmişdi. Hər halda, o, xüsusi geyim tərzi ilə
çıxış edərək yarışmada bir
çoxlarının ağlını başından ala bilməyə
müyəssər oldu, amma səsləri deyil...
Norveç
təmsilçisi, əslən belorus 23 yaşlı Aleksandr
Rıbak isə yarışmadan əvvəl belə
özünə çoxlu saydı favorit qazanmışdı.
İnternet saytlarında adı 1-cilər sırasında getsə
də, bu cür sadə bir mahnının birincilik qazana biləcəyinə
inanmaq olmurdu. Və buna nəinki biz, onun özü belə
inanmırdı. Mahnısının qələbə
çalacağına inamsızlığı barədə
şəxsən özü jurnalistlərə verdiyi
açıqlamalarda bildirmişdi. Skripka ilə çalıb
ifa etdiyi "Nağıl" mahnısı isə doğrudan
da onu nağıllar aləminə apardı və yəqin ki,
Rıbak hələ bu nağılın gerçəkliyinə
uzun müddət inana bilməyəcək.
Beləliklə,
ifaçılar mahnılarını ifa etdilər və səsvermənin
nəticələrinə görə, Norveç təmsilçisi
Aleksandr Rıbak görünməmiş nəticəyə -
387 bala sahibləndi. Norveçin isə artıq buna qədər,
yəni "Eurovision" yarışması tarixində
artıq 2 dəfə qələbəsi olub - 1985-ci və
1995-ci ildə. 13 ildən sonra isə bu qələbə
Rıbak tərəfindən təzələndi. Xatirimizdə
sadə ifa tərzi ilə qalan mavi paltarlı İslandiya təmsilçisi
- Yoxanna isə müsabiqədə 218 balla 2-ci yeri tutdu. Müsabiqə
boyunca 2-ci yerdə olan, yalnız son dəqiqələrdə
bu şansları əllərindən alınan Aysel Teymurzadə
və Araş isə müsabiqədə 207 səslə
3-cü yeri qazandılar. 11 bal fərqi ilə.
Müsabiqə
yekunlaşdıqdan sonra ORT kanalının aparıcısı
Andrey Malaxov bir çox tanınmış aktrisaların,
müğənnilərin qatıldığı proqramında
qalibin Belorusiyada yaşayan nənəsi ilə telefon vasitəsilə
bağlantı yaratdı, həm də Aleksandrın valideynlərini
studiyaya dəvət etdi. Məlum oldu ki, ailənin tək
övladı olan Alyoşa, sən demə, 4 yaşından
mahnı oxuyurmuş. Valideynlərinin söhbətindən
aydın oldu ki, onlar da övladlarının bu qədər
güclü ifaçıların qatıldığı
müsabiqədə qalib gələcəyinə
inanmırmışlar.
Zövqlər
dəyişir. Və görünür ki, Aleksandrın həzin və
melanxolik ifası avropalıların daha çox xoşuna gəlmişdi
və onların favoritinə çevrilmişdir.
Xatırlatmaq
yerinə düşər ki, müsabiqəyə
hazırlıq prosesində Dima Bilan Rıbakı bəyəndiyini
söyləsə də, mübarizənin ən güclü rəqiblərinin
Fransa və Azərbaycan olduğunu söyləmişdi. Düzdür,
Azərbaycan güclü rəqib kimi ilk yerlər uğrunda
mübarizə apararaq 3-cü yerə sahiblənərək
yaddaşlarda qalsa da, lakin göründüyü kimi,
Fransanı təmsil edən dünyaca məşhur Patrisiya
Kaas çox geridə qaldı və mübarizə aparmaq
şansı belə olmadı...
Aleksandr
Rıbakın tərifinə həsr olunmuş gecədəki
müzakirəyə isə "Eurovision" müsabiqəsinin
bir neçə il əvvəlki qalibi Ruslana nöqtə qoydu:
"Bu, slavyan musiqisinin qələbəsidir!"
Ermənilər
də Azərbaycanı dəstəklədilər, amma...
Qeyd edək
ki, səsvermədə iştirak edən 41 ölkənin 34-dən
Azərbaycana səs gəldi. Yarışmaya
qatıldığı mahnı ilə Avropanın
damarını tutan cütlük musiqimizin Avropa dinləyicilərinin
qulaq zövqünə də yaxın olduğunu, milli
xüsusiyyətlərimizin nə qədər fərqli
olmasına baxmayaraq, mahnı heç bir sərhəd
tanımır anlayışını bir daha təsdiq
etmiş oldu. Mahnının şərq çalarları,
gözəl ifa tərzi avropalıları da musiqinin cənginə
aldı və "Always" mahnısı ilin ən yaddaqalan
hit mahnısına çevrildi.
Beləliklə,
kimlər bizə səs göndərdi: 8 ölkədən 10
bal (Macarıstan, Ukrayna, Niderland, Moldova, çexiya,
Norveç, Xorvatiya, Belorusiya), 5 ölkədən 8 bal
(Yunanıstan, Kipr, Danimarka, İsveç, Bolqarıstan), 2
ölkədən 7 bal (Rusiya və Estoniya), 3 ölkədən
6 bal (İsrail, Polşa, çernoqoriya), 1 ölkədən 5
bal (Litva), 5 ölkədən 4 bal (Latviya, Rumıniya, Albaniya,
Serbiya, Slovakiya), 4 ölkədən 3 bal (Bosniya-Hersoqovina,
Makedoniya, Birləşmiş Krallıq, Belçika), 1 ölkədən
2 bal (Finlyandiya), 4 ölkədən 1 bal (Malta, Fransa, Sloveniya və
Ermənistan), ən yüksək qiyməti - 12 balı isə
Türkiyədən qazandıq.
Siyasi
fırıldaqçılıqda, dəxli olmayan situasiyalardan
belə, öz xeyirlərinə istifadə etməkdə
"usta olan" ermənilərdən də azərilərə
dəstək gəldi. Azərbaycanlıların ifası
qarşısında kim dayana bilər ki, hətta bu mübarizə
siyasi xarakter daşısa belə...
Lakin buna
baxmayaraq, dəstək gözlədiyimiz bəzi ölkələrdən
ya az dəstək gəldi, ya da heç gəlmədi. Götürək
elə Rusiyanı. Təsəvvür edin ki, ərazisində
yüz minlərlə azərbaycanlının
yaşadığı, yaxud qazanc dalınca getdiyi bir ölkədən
biz ən azı 10 bal qiymətləndirmə gözlədiyimiz
halda, 7 bal gəldi. Nəzərə alsaq ki, imkanlı iş
adamlarımızın bir çoxu məhz bu ölkədə
yaşayır, istəyimizin bir o qədər də
böyük olmadığını və bu baxımdan, bizə
haqq qazandırmaq
mümkündür. Yaxud götürək son illər azərbaycanlıların sayının daha çox
artdığı Almaniyanı. Bu ölkədən bizə 1
bal belə gəlmədi. Görünür, həmin ölkədəki
diasporamız ya yaxşı işləmir, ya da bütün səsləri
göndərdilər digər ölkələrə... Hər
halda, öncə Vətəndir.
Sonda onu
da bildirək ki, Ermənistanda bayrağına od vurulmuş
Türkiyə yenə də Ermənistana xal verdi. Əvvəlki
illə müqayisədə az olsa belə - 6 bal.
Ermənilər
də borclu qalmayıb, barışmağa
hazırlaşdıqları qonşularına 4 bal göndərdilər.
Beləliklə
"Eurovision" - 2009 mahnı yarışmasında Azərbaycan
təmsilçiləri avropalıların ürəyini fəth
etdi. İnanırıq ki, bu uğurun davamı olaraq növbəti
ildə birinci yeri tutub, belə möhtəşəm tədbirin
Bakıda keçirilməsinə nail olacağıq.
Y.MƏMMƏDLİ
Təzadlar.-
2009.- 19-21 may.- S.14.