Azərbaycanda ilk dəfə Milli Kitab Mükafatı
təsis olundu
Noyabrın 3-də M.F.Axundov
adına Milli Kitabxanada Azərbaycan ictimaiyyətinin
diqqətini çəkən
tədbir düzənləndi.
Daha doğrusu, müasir Azərbaycan ədəbiyyatının inkişafına
yönəlmiş Milli
Kitab Mükafatının
təqdimat mərasimi
oldu. Təqdimat mərasimində mədəniyyət
və turizm naziri Əbülfəz Qarayev başda olmaqla, ölkəmizin tanınmış ziyalıları
və dəyərli insanlar, media rəhbərləri iştirak
edirdilər.
Tədbiri açan mədəniyyət və
turizm naziri Əbülfəz Qarayev yeni təsisçilik münasibəti ilə bütün kitabsevərləri
təbrik etdi. O, bu mükafatın gələcəkdə kitab
mədəniyyətinin daha
yeni səhifələr
və uğurlarla zənginləşəcəyinə ümidvar olduğunu bildirdi.
Sonra söz Milli Kitab Mükafatının
təsisçisi, "Əli
və Nino" Nəşriyyat evinin sahibəsi Nigar Köçərliyə verildi.
Xanım
Nigar Köçərli
layihənin məqsədləri
barədə danışdı
və bildirdi ki, məqsəd ictimaiyyətin diqqətini
Azərbaycan ədəbiyyatına
cəlb etmək, müasir ədəbiyyatımızın
sosial önəmini artırmaq və ədəbiyyatımızı zəngilləşdirəcək
əsərləri dərc etməkdir.
"Biz çox ümid edirik ki, bu layihənin
həyata keçirilməsi
sayəsində milli ədəbiyyatımız üçün
inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular
üçün "kəşf
edilməsi" və
stimullaşdırılmasına nail olacağıq. Tarixən Nizamilər, Füzulilər,
Ordubadilər, Axundovların
vətəni olan ölkəmizin yeni ədəbi dahilərə
ehtiyacı var. Əminəm ki, Mədəniyyət və
turizm nazirliyinin, Azercell şirkəti və ümumiyyətlə,
hamımızın dəstəyi
ilə həyata keçəcək bu layihənin sonunda ilk Milli Kitab
Mükafatımız sonralar
ədəbiyyatımıza Nobel mükafatını bəxş edəcək yazıçıya qismət
olacaq"-deyə Nigar Köçərli bildirib.
Azercell Telekom
Korporativ ünsiyyət
və Sosial Məsuliyyət bölümünün
rəhbəri ülviyyə
Həsənzade qeyd etdi ki, vətəndaşlarımızın
mədəniyyətə qarşı
marağını artırmaq,
bu sahəyə yatırım etmək Azercell üçün böyük zövqdür.
"Milli ədəbiyyatımızın inkişafına yönəlmiş
bu layihənin həyata keçməsində
bir çox insanların və qurumların rolu əvəzsizdir. Mədəniyyət və Turizm
Nazirliyi və İdman və Gənclər Nazirliyi simasında Azərbaycan hökumətinin dəstəyi
ilə baş tutan ilk dəfə
keçirilən Milli
Kitab Mükafatına inanan və baş sponsorluq edən "Azercell" şirkətinə xüsusi
olaraq minnətdaram.
Bildiyiniz kimi Azercell Telekom Korporativ Sosial Məsuliyyət mədəniyyətini
təbliğ edən,
ölkəmizdə qazandıqlarını
cəmiyyətimizin inkişafına
sərf edən və bu mənada
digər biznes strukturları üçün
nümunə olan ilk şirkətdir. Baş sponsorla bərabər, "Azersun"
və "Qarant Sığorta"-da bu təşəbbüsü
dəstəklədiklərinə görə onlara təşəkkürümi bildirirəm"
- deyə N.Köçərli
dedi...
Qeyd edək
ki, Mükafatın münsiflər heyətində
Azərbaycan Respublikasının
Yazıçılar Birliyinin
katibi və Pen-klubun sədri Çingiz Abdullayev,
"Oskar" mükafatı
laureatı, Kinomatoqrafçılar
İttifaqının sədri
Rüstəm İbrahimbəyov,
Azərbaycan Respublikasının
Jurnalistlər Birliyinin
sədri Elçin Şıxlı, kinorejissor
Ramiz Fətəliyev, yazıçı
Vagif Səmədoğlu,
millət vəkili Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin
katibi Rəşad Məcid, "Xəzər"
Universitetinin rektoru Hamlet İsaxanlı, tele-aparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və "Muğam" radionun rəhbəri Elnur Baimov təmsil olunur.
Milli Kitab Mükafatının bütün respublikanı
əhatə etməsi
üçün Təşkilat
Komitəsi və Münsiflər Heyəti tarixən ədəbi mərkəzlər sayılan
Gəncə, Şamaxı,
Naxçıvan, Lənkəran,
Şəki və Quba şəhərlərində
ətraf rayonlardan da dəvət olunacaq ziyalılarla və gənclərlə görüşlər
keçirəcək və
layihə barədə
məlumat verəcəklər.
Həmçinin Bakı
Dövlət Universiteti,
Bakı Slavyan Universiteti, N.Tusi adına Azərbaycan Pedaqoji Universiteti, Xarici Dillər Universiteti və digər ali məktəblərdə tələbələr
qarşısında çıxış
edəcəklər.
İlin ən böyük mədəni hadisəsinə çevrilmək
iddiasında olan Milli Kitab Mükafatı
layihəsi bir neçə mərhələdə
həyata keçiriləcək.
"Layihə
barədə bütün
məlumatlar www.mkm.az internet səhifəsində
öz əksini tapıb. Eyni zamanda istəyənlər
bu internet resursu vasitəsilə Milli Kitab Mükafatına
iddialı olmaları barədə müraciət
edə bilərlər
və öz əsərlərini göndərə
bilərlər",- Nigar
Köçərli deyib.
Müsabiqədə hekayələr,
povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr
əsərləri qəbul
olunacaq. Müsabiqəyə müəllifin vətəndaşlığından
asılı olmayaraq azərbaycan dilində yazılmış bütün
əsərlər və
əsərin dilindən
asılı olmayaraq Azərbaycan vətəndaşı
tərəfindən yazılmış
əsərlər təqdim
oluna bilər.
Namizəd əsərlər
minimum 40 min çap işarəsi həcmində olmalıdır.
Eyni zamanda Milli Kitab Mükafatının
təqdimat günündən
10 il əvvəlki müddət ərzində
yazılmış əsərlər
Münsiflər Heyəti
tərəfindən nəzərdən
keçiriləcək. Namizəd əsərlərin
müəlliflərinə yaş,
cins, yaşama yeri və əsərin
nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq
olunmayacaq. Əsərləri
yalnız müəlliflər
təqdim etməlidir və bura həm
dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.
Namizəd əsərlər
31 dekabr 2009-cu ilə qədər qəbul olunur. Yanvarın 26-da 20 əsərdən ibarət
əsər elan ediləcək və Münsiflər Heyəti bu əsərləri oxuyaraq xüsusi mexanizm vasitəsilə dəyərləndirəcəklər. Fevralın 10-da isə 10 əsərin daxil olduğu kiçik siyahı Milli Kitab Mükafatının rəsmi internet səhifəsində yerləşdiriləcək
və arzu edənlər üçün
online səsvermə imkanı yaradılacaqdır.
May ayının 1-də isə 3 qalibin adı elan olunacaq.
Birinci yerin qalibinə 3,000 manat, ikinci yerin qalibinə
2,000 manat və üçüncü yerin
qalibinə isə
1,000 manat həcmində
mükafat veriləcək.
Ən yaxşı 10 əsər dərc olunaraq dövlət kitabxanalarına və təhsil ocaqlarına paylanılacaq.
Milli Kitab Mükafatı çərçivəsində
Azərbaycanın ən
dinamik inkişaf edən sığorta şirkəti olan "Qarant Sığorta" xüsusi mükafat elan edir. Milli
Kitab Mükafatı layihəsi dövründə
sığorta mövzusunda
ən maraqlı kiçik hekayə qalibinə 1,000 manat mükafat və mənzilinin 100,000 manat dəyərində sığortası
hədiyyə olunacaq.
Gənclər və İdman Nazirliyi isə gənclər arasında ədəbiyyata
marağı artırmaq
və gənc yazarları dəstəkləmək
məqsədilə 1,000 manat
dəyərində öz
mükafatını təsis
edir.
Bütün bunlardan sonra millət vəkili Rəbiyyət Aslanova və digər tanınmış
ziyalılar təsis olunan mükafata münasibətini bildirdilər,
təsisçiyə uğurlar
dilədilər.
Daha sonra jurnalistlərin və digər ziyalıların suallarına aydınlıq
gətirildi.
"Təzadlar"ın baş redaktoru Asif Mərzili isə çıxış edərək
Milli Kitab Mükafatının təsis
olunması münasibəti
ilə təsisçini
və dəyərli münsiflər heyətini
təbrik etdi, həmçinin bir məsələyə də
aydınlıq gətirilməsini
istədi.
Adından göründüyü
kimi, mükafat "Milli Kitab Mükafatı"
adlanır. Müəlliflərin əsərlərində mövzu necə seçilməlidir: milli ruha bağlılıq əsas şərt olmalıdır, yoxsa istənilən xalqın, ölkənin həyatına
həsr edilə bilər? Çünki bəzi müəlliflər
var ki, məsələn,
Amerikan, rus, gürcü həyatına
müraciət edir,- deyə bildirən Asif Mərzilinin sualına cavab birmənalı olmadı və bildirildi ki, bu barədə münsiflər heyətinin
üzvləri seçim
edərkən cavab verə biləcəklər...
Qələndər Xaçınçaylı
Təzadlar.- 2009.- 5 noyabr.- S.10.