Övliya Mir Möhsün Ağa – 126
İlahi qanunauyğunluqlar
dövriyyəyə girirsə..
İdeya sona qədər qorunmalıdır.
İdeya daimi nəzərlərlə süslənməli,
qidalanmalıdır ki,
aydınlaşıb aktivləşsin.
İdeyaya çoxlu hadisələr, variantlar yükləmək vacibdir.
Onda ideya səfərbəredicilik keyfiyyətini
daha da artırır.
İdeya zənginliyi fərqli mahiyyətli şeylərin, əsərlərin,
hadisələrin yaranmasına
böyük imkanlar yaradır. Bu silsilə potensial mövcudluqların üzə
çıxarılması deməkdir.
İdeya gerçəkləşməyi
tələb edir və şərait gözləyir. Gözəl
ideyalar tapmaq üçün gözəl
və qeyri-adi düşüncə (və
səssizlik) tərzini
vərdiş halına
gətirmək gərəkdir.
Real dünya yalnız işıqlanmış
insan ağlının
səviyyəsinə uyğundur.
Təbii ki, kömək də elə işıqlanma ilə Allahdan yönəlir.
Əslində Sahibi-Əz Zaman haqq-ədalət istəyini Allah iradəsi ilə təmin edən məna anlamındadır. Bu anlam "Mehdi" adı ilə də ifadə olunur. Mənəvi aləm tam gerçək
aləmdir. Nurlanmanın
cazibəsinə bircə
dəfə düşənin
daxili aləmi haqq nurunun axımına
açıq olur. Elə mənəvi aləm də mərifət nuru ilə bilinib, bəsirət gözü ilə görülür. Bu zaman maddi
aləmlə mənəvi
aləm arasında müəyyən vasitəçilik
yaranır. Bu hal epizodik olsa
da.
Az insanların
dəyəri fiziki sağlıqlarında bilinir.
Bu bəşəri bir xəstəlikdir. Qurani-Kərimdə də buyrulur ki, adamlar cahildirlər.
Allahın ilk hökmü "Oxu!"-dur. Bu "Oxu!"
hökmü tək baş-gözü ilə,
dünya təhsilinə
aid deyil. Axı müqəddəs kitablar yalnız yer qanunlarından bəhs eləmir. Bu kitablar daha
çox kainatı oxumağı ərz edir. Kainat isə
baş-gözü ilə
oxunmur.
Çarəsizlik insanın Allaha olan ehtiyaclarını Ona hiss etdirir
Atalar-babalar öz
aktivliklərinin qurbanı olmaq istəmirlərsə, onda
övladları onların passivliyinin qurbanı olacaqlar. Bu,
kainatda enerjinin itməməsi qanunudur. Bütün dünya azərbaycanlılarının
taleyi bu qanunauyğunluqda kodlanıb. Amma bu kod tədricən dəyişiləcək.
Bu barədə xalq da dərindən-dərinə dualarla
düşünəcək və ilahi varlıqlardan,
inşallah, köməkliklər alacaq.
Diktə edilən ilahi gerçəyi yazmamaq cəza
törədər
Məlumdur ki,
övliyaların (əsl Allah adamlarının) sayının
100, 200 və hətta 300 mindən çox olduğu hələ
yüz illər öncələrdən bilinib. Onlar daim olub və
olacaqlar. çoxları gizli qalır. Bəziləri övliya
dərəcələrini bilsələr də bunu etiraf etməyiblər
və etmirlər. Bəziləri də heç övliya mərtəbəsində
olduğunu heç sağlıqlarında da bilməyiblər.
Belə hallar həm şəraitlə, həm şəxsiyyətlə,
həm də anlaşılmaz ən fərqli səbəblərlə
bağlı ola bilir. Müqəddəs sirlərin lətafətini
qəlbləri yetərincə təmiz, yalançı, ehtiras
və emosiyalardan uzaq olan insanlar dərk edə bilər. Kim
düşünürsə ki, övliyalıq yalnız
seyidliklə bağlıdır, bu yanlış fikirdir.
çünki övliyalıqda millət, irq, soy və s. şərt
deyil, əsas olan Allah eşqidir. Bu barədə bir az fikir
yürüdək. Əvvəla, kim övliya olmaq istəsə,
ola bilməz. çünki bu dərəcənin verilməsi
qulun istəyinə bağlı deyil, Yaradanın təqdiri ilədir.
İkincisi, Allahı tanımaq övliyanı tanımaqdan
asandır. çünki Allahı danmaq olmaz, Onun
paxıllığını da çəkmək olmaz.
üçüncüsü, Allah özünü ad və sifətlərində
təcəlli etdirib bildirirsə, övliyalar gizliliyi
saxlamağa daha çox məhkum olur.
Ən böyük
savablardan biri gizli övliyanı xalqa tanıtmaqdır. İstər
sağlığında, istərsə də dünyadan
köçəndən sonra. Bir ilahi şərt var. Əgər
isnad verilən şəxsiyyət övliya deyilsə (və
ya bu yolda yoxdursa), onda həmin şəxsiyyəti övliya
kimi tanıdan insan ölüm cəzasını haqq etmiş
olur. Yəni bu tanıtmanın iki başı var. Başqa ifadə
ilə ruhi məsuliyyətini dərk etməyənlərin
üzərinə həmin məsuliyyət daha ağır
yüklə yönəlir. Seyid Mir Möhsün Ağanın
kitabında İçərişəhərdə hörmətli
axund Hacı Mir Tahirin övliyalıq yolunda olduğundan
yazmışam. Kim inanmırsa, ona bir yamanlıq eləsin, onda
görər ki, Allah həmin yamanlıq edən adama hansı bəlalar
yetirər. çünki övliyanı təhqir etməyi
Allah qətiyyən bağışlamır. İfrata varmadan
deyim ki, axund Hacı Mir Tahir kimi övliyalar yüz minlərlə
insanların arasında tək-tək olur. O da var ki, günəşi
görməmək görməyənlərin öz
günahıdır.
Xatırladıb
xatırlayanlara və xatırlananlara Allahdan salamlar olsun! Vaxt
içində ən yaxşı iş o vaxt üçün
gərəklini etməkdir.
Kimi qəlbi, kimi gözü ilə baxar
Azərbaycanın Milli Qəhrəmanı
ağdamlı Asif Yusif oğlu Məhərrəmov (Fred Asif)
haqqında "Haqqa həsr edilmiş ömür" əsərini
yazdım. 400 səhifəlik kitab əruzla və nəsrlə
bitdi. MDB məkanlarında və Avropada az vaxtda yayıldı.
Dünyamızda cəmi 42 il qısa bir ömür
yaşamış Asif Yusif oğlunun övliyalıq yolundan
keçdiyini kəşf etdim. Olmuş hadisədir ki, onu
Bakıda xiyabanda dəfn edərkən səmada ağ göyərçinlər
də onun hüznünə gəlmişdilər. Belə
faktlar yüzlərcədir. Dağ uzaqdan yaxşı
göründüyü kimi, bir çox övliyalar da öz dərəcələrindən
xəbərsiz dünyadan köçmüşlər. Necə
qəhrəman adı bəzi insanlara dünyasını dəyişəndən
sonra verilirsə, övliyalıqda axirət aləmində bəzi
insanlara Allah tərəfindən verilə bilir. İnsanlar da
bunun fərqində sonralar olurlar. Elələri də var ki,
sağlığında övliyadır. özü də
bilmir, xalq da. Amma Allah bilir.
Mir Möhsün Ağa
Övliya Mir
Möhsün Ağa xalqın içindəki duyğuları,
gücü hərəkətə keçirməyə daha
çox qabildir. Təbii ki, Allahın izni ilə. O,
çoxdan maddilikdən çıxaraq, tam mənəviləşib.
övliyamız ad və soyaddan ibarət islami şəxsiyyətdən
çox keçmiş, indiki və gələcəyi əhatə
edən zəmanədədir. O, xeyir qavramının
(anlamının) inkar edilməz simvollarındandır. Amma təbii
ki, bu barədə hər şeyin açıq olması
imtahan-sınaq dünyası prinsiplərinə zidd olar.
Allahın mahiyyəti
bütün dərklərdən gizlidir. Və insan dərrakəsi
üçün bağlıdır. Qəlb Allahın
substansiyası olduğuna ("nəzərgahi-ilahi")
görə təbii ki, sirlər də İlahiyə
bağlıdır. Kəramətdən feyz ala bilməyənlər.
İlahi bəxşişdən məhrum qalar. Bu uzaqlıq isə
əfvə yetişməyi daha da uzaqlaşdırar. İnsan ən
yüksək pillə üçün seçilib, amma ruhini və
ilahi keyfiyyətlərlə bağlı mövcud olan fərqlər
də Allahın seçiminə əsaslanır. Mir
Möhsün Ağa haqqında yazdıqlarım kitabda
(xüsusən əruz divanında) kosmik bağlantıdan
çox bəhrələndim. Bu adi hadisə deyil. Alimlər və
ekspertlər mənaların fərqinə istəsələr
vara bilərlər. Amma nə yazıqlar ki, Azərbaycanda
paxıllıqlar daha çox üstünlük təşkil
edir. Və çox şey də ölçü vahidi təmənnalardır.
Belə insanların alimliyini də qətiyyən qəbul edə
bilmirəm. Əl qərəz. Maddi səbəbləri
üstün tutub, mənadan və mənəvi dəyərlərdən
bəhanəlik imtina doğru deyil. övliyadan kitab yazan insan qəlbinə
minnətlər, ruhuna töhmətlər yığmağı
heç xoşlamaz. Bilər ki, daxili çirkinliyə güzəştlər
sonralar taleyə çevrilə bilir. Sözüm şükr əhlindən
şirk əhlinədir. Misalı İçərişəhərdəki
övliyamızın müqəddəs ocağından min
uzaq. övliyanı sevən onun simsarlarını da sevməyə
bilməz. Amma söz əsl simsarlardan gedir. Nəzəri
qüvvətli olanlar insana məqsədini demədən onu
hadisə yerinə gətirə bilir. Sözü deməklə
deyil, gərək əməlini də biləsən.
Məqam
İki ay yarım ailəmizi
mülki iddia ilə elə hey məhkəməyə çəkdilər.
Bu çirkin bir haqsızlıq idi iddiaçılar tərəfindən.
"Təzadlar"da bundan əvvəlki yazımda övliya
Mir Möhsün Ağanın cəddindən Allahın izni ilə
kömək istədim. Bu niyazdan sonra üzümüzə
haqsızcasına dirənən qarşı tərəf and
olsun Allaha ki, üç dəfə dalbadal məhkəməyə
gəlib qarşımızda dura bilmədi. Hakim işi
baxılmamış saxladı. Bu faktdır. özü də
hələ biz sübutlarımızın yarısını hər
ehtimala qarşı qəsdən ehtiyatda saxlamışdıq.
Nə isə... Elə məqamlar var ki, bu yazıda onları
yazmaq olmaz. Amma...
Vaxtdır deyək ki...
17 noyabr 1950-ci ildə
böyük seyid övliya Mir Möhsün Ağa fani
dünyamıza baş-gözlərini əbədi yummuşdu.
Amma onun ruhiləşmiş mübarək gözləri kainata
daim açıqdır. İçərişəhərdə
ocağında hörmətli Hacı Həsən Ağa
seyidin anımının 126-cı ildönümünü
keçirir. Mərasim saat 03:00-də başlanacaq.
Ehtiramla,
Nizami MƏMMƏDOV
525-ci qəzet.- 2009.- 17 noyabr.- S.13.