Milli Qəhrəman
anıldı
Təfəkkür Universitetinin
akt zalında Azərbaycanın Milli Qəhrəmanı Fazil Umud oğlu Mehdiyevin anım günü keçirildi.
Qeyd edək ki, F.Mehdiyev 1991-ci il sentyabrın 24-də Ağdamın Abdal-Gülablı kəndində gedən döyüşlərdə qəhrəmancasına
həlak olub.
Tədbir "Milli qəhrəman" qəzetinin
təşkilatçılığı ilə keçirilib. Anım mərasimində Milli Qəhrəmanın cəbhə yoldaşları,
universitetin tələbə
və müəllimləri
iştirak ediblər.
çıxış edənlər
F.Mehdiyevin keçdiyi
döyüş yollarından,
onun qorxmazlığından
danışıblar. Milli
Qəhrəmanın anası
Şövkət xanımın
çıxışı isə
bütün iştirakçıları
kövrəldib. O, oğlunun
Vətən torpağını
müdafiə edərkən
qəhrəmancasına həlak
olmasından qürur duyduğunu qeyd edib.
"Milli qəhrəman" qəzetinin
baş redaktoru Mirbəşir Seyidzadə
qəhrəmanın döyüş
yolundan mərasim iştirakçılarına ətraflı
məlumat verib. Tədbirin məhz təhsil ocağında keçirilməsini
onunla izah etdi ki, gənclər
F.Mehdiyev kimi qəhrəmanları tanısın,
Vətəni onun kimi sevsinlər və hər zaman torpaqlarımızı
qorumağa, işğaldan
azad etməyə hazır olsunlar.
M.Seyidzadə
Xətai prospektində
Milli Qəhrəmanın
xatirəsinə ucaldılmış
büstündən danışarkən
rastlaşdıqları çətinlikləri,
məmur özbaşınalığını
da qeyd edib.
Bildirib ki, Fazilin valideynləri Nəsimi rayonunda yaşadıqlarından onun
büstü həmin rayonda qoyulmalıdır. Buna görə də Nəsimi RİH-ə qəhrəmanın büstü üçün
yer ayrılması barədə müraciət
olunmuşdu. Məsələnin
həlli icra başçısının müavini
Zahid müəllimə
tapşırılsa da,
o, valideynləri aldadaraq, onlardan gizlənib, ümumiyyətlə,
bu işə məhəl qoymayıb.
Bunun da nəticəsində Fazilin
büstü Xətai rayonunda ucaldılıb.
Tədbirin sonunda şəhid ailəsi adından Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə
müraciət qəbul
olunub.
Eldar Əzizli
Təzadlar.- 2009.- 29 sentyabr.- S.3.