Tibb Universiteti
beynəlxalq əməkdaşlığı genişləndirir
Dünya Bankı ATU-nun
layihələrini dəstəkləyəcək
Azərbaycan
Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə
praktika meneceri Kristian Aedonun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə qonaqlara ətraflı məlumat verən G.Gəraybəyli ATU-da tədris sistemində aparılan islahatlardan, təhsilin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətdən danışıb. Beynəlxalq əlaqələrin önəmini vurğulayan rektor qeyd edib ki, fərqli təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi tədrisin təkmilləşdirilməsinə yardımçı olur. Bu baxımdan Dünya Bankı ilə müştərək layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir.
K.Aedo Dünya Bankının təhsil sahəsində gördüyü işlər, dəstəklədiyi proqramlar haqqında məlumat verib. Bildirib ki, təhsil üzrə milli prioritetlərin müzakirəsi və tələbə krediti proqramları üzrə seminarın təşkili məqsədi daşıyan bu səfər zamanı bank təmsilçiləri müvafiq dövlət qurumları, universitet rektorları və digərləri ilə görüşlər keçirirlər.
Sonra ATU-da Dünya Bankının dəstəyi ilə icra oluna biləcək layihələr barədə fikir mübadiləsi aparılıb, əməkdaşlıq sahələrinin araşdırılaraq müəyyənləşdirilməsi qərara alınıb.
Qırğızıstan universiteti ilə əməkdaşlıq
ATU-nun rektoru, professor Gəray Gəraybəylinin daha bir görüşü Qırğızıstan – Türkiyə Manas Universitetinin rektoru, professor Sebahattin Balcı ilə olub.
Rəhbərlik etdiyi universitet barədə geniş məlumat verən S.Balcı bildirib ki, artıq 21 ildir fəaliyyət göstərən bu ali təhsil ocağı Türkiyə və Qırğızıstan hökumətləri arasında bağlanmış sazişə əsasən yaradılıb. Universitetin 9 fakültəsində təhsil alan 6000-dən çox tələbə arasında 14 xarici ölkədən gənclər var. Bu ali məktəbin məzunları 5 qitə və 33 ölkədə mütəxəssis kimi çalışır. Bu il Manas Universitetinin Türk Universitetlər Birliyinə başçılıq edəcəyini deyən rektor ATU-nun da bu birlikdə aktiv iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Bu birlikdə ATU-nun da iştirak etdiyini vurğulayan G.Gəraybəyli keçən il olduğu kimi, bu il də Tibb Universitetinin nümayəndələrinin Manas Universitetinin tədbir və yarışlarında iştirak edəcəyini qeyd edib.
Türkiyənin Medicabil xəstəxanası ilə memorandum
ATU-nun rektoru professor Gəray Gəraybəylinin göstərişi ilə Tədris Cərrahiyyə Klinikasının baş həkimi professor Rauf Ağayev və tibbi koordinasiya şöbəsinin həkimi Aygün Abdullayeva qarşılıqlı əməkdaşlığın inkişafı məqsədi ilə Türkiyənin Bursa şəhərindəki Medicabil xəstəxanasına səfər ediblər. Nümayəndə heyəti xəstəxananın professorları ilə görüşüb, təmsil etdikləri tibb müəssisəsi barədə geniş məlumat verib.
Sonra iki tibb ocağı arasında akademik mübadilə və əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyan memorandum imzalanıb. Görüş zamanı idarəetmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, birgə elmi tədqiqatlar aparılması, simpozium və konfransların keçirilməsi, təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Yaponiya
ATU-ya qrant ayıra bilər
ATU-nun Tədris Cərrahiyyə
Klinikasında Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin (JICA) nümayəndə
heyəti ilə görüş keçirilib.
Tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə
prorektoru Nadir Zeynalov
ATU-nun beynəlxalq qurumlarla
əməkdaşlığı barədə məlumat verib. Elmi işlər üzrə
prorektor, dosent Rauf Bəylərov ATU-da aparılan elmi tədqiqatlar barədə danışıb,
bu işlərin bir qisminin beynəlxalq
təşkilatların dəstəyi
ilə həyata keçirildiyini bildirib.
Universitetin klinik bazaları haqqında məlumat verən Tədris Cərrahiyyə Klinikasının direktoru,
professor Surxay Hadıyev
elmi araşdırmaların
tədris və müalicə ilə paralel surətdə aparıldığını, burada
tədqiqat üçün
lazımi şəraitin
olduğunu qeyd edib. II Uşaq
xəstəlikləri kafedrasının
assistenti Sevinc Muxtarova JICA-nın qrantı hesabına Yaponiyada treninq-seminarda iştirakı ilə bağlı təəssüratlarını
bölüşüb, onun
layihəsi üçün
nəzərdə tutulmuş
avadanlığı iştirakçılara
təqdim edib.
Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin Özbəkistanda
yerləşən regional mərkəzinin
müdiri Fuşimi Katsutoşi təşkilatın
tarixi, qrant layihələrinin ayrılması
prinsipi və müxtəlif dövlətlərin
hökumətləri ilə
əlaqələri barədə
ətraflı məlumat
verib, bu layihələrdə Azərbaycanın
da iştirak etdiyini bildirib.
Türk
professor təqdimatla çıxış
edib
Tədris Cərrahiyyə Klinikasında
İstanbul Medipol Universitetinin “Mega” Xəstəxanasının
nümayəndələrinin iştirakı ilə “Xoşxassəli və bədxassəli şişlərə
yanaşmalar” mövzusunda
seminar keçirilib.
Toplantını açan klinikanın
direktoru, professor Surxay Hadıyev bu cür tədbirlərin
əhəmiyyətini vurğulayıb.
Sonra “Mega” Xəstəxanasının
Beyin və sinir cərrahiyyəsi bölməsinin rəhbəri,
professor Nejat Akalan “Qlial şiş,
cərrahi müdaxilə
prinsipləri və yeni inkişafları” mövzusunda təqdimatla çıxış edib.
Seminar çərçivəsində
videokonfrans formatında
hər iki universitet xəstəxanalarının
həkimləri arasında
müzakirə və danışıqlar aparılıb.
Tibb qəzeti.-2017.-fevral-mart.-S.7.