Bakıda I Endoskopiya Forumu keçirilib
Bakıda – Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) I Endoskopiya
Forumu – “Mədə-bağırsaq
xəstəliklərinin müayinə
və müalicəsində
endoskopik üsullar” mövzusunda konfrans və bəzi mədə-bağırsaq patologiyalarında
ESD (Endoscopic Submucosal Dissection) üsulunun tətbiqi üzrə ustad dərsi keçirilib.
Konfransı giriş sözü ilə Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev açıb.
Toplantıda MOM-un Endoskopiya şöbəsinin
müdiri Elman İbrahimov
“Mədə-bağırsaq sisteminin polipozları və onların endoskopik müalicə üsulları”, şöbənin
əməkdaşları Əsəd
Hacıyev “Qanaxmalar və xoşxassəli daralmalar zamanı endoskopik üsulların tətbiqi”, Həcər Həsənova “Qida borusunun müxtəlif etiologiyalı daralmaları
zamanı stentləşmə”
mövzularında məruzələr
ediblər. Həmçinin
N.N.Petrov adına
Sankt-Peterburq Elmi Tədqiqat Onkologiya İnstitutunun (Rusiya) Endoskopiya şöbəsinin
müdiri Oleq Tkaçenko ESD – selikaltı
endoskopik disseksiya metodu, mədə-bağırsaq
traktının müəyyən
patologiyaları zamanı
onun tətbiqi barədə, eləcə
də O.Yemelyanova “Endoskopik müayinələrdə
istifadə olunan yeni nəsil cihaz və alətlər”
mövzusunda təqdimatlarla
çıxış ediblər.
Forum çərçivəsində
Oleq Tkaçenko ustad dərsi də keçirib.
O, MOM-un əməliyyatxanasında endoskopik polipektomiya əməliyyatını
icra edib. Yoğun bağırsağın poliplərinin
endoskopik üsulla kəsilib
götürülməsi əməliyyatı onlayn
rejimdə “master-klass”
iştirakçılarına nümayiş
olunub.
Tibb qəzeti.-2017.-fevral-mart.-S.6.