Fərid Ələkbərli: “Avropada tibb ålminin inkişafında Şərq alimlərinin
böyük rolu var”
Bu dəfə də çox
maraqlı bir insanın – öz araşdırmaları ilə
Azərbaycan elminə, mədəniyyətinə, tibb tarixinə
böyük töhfələr verən ziyalının
qonağı olduq. Dərin biliyi, zəngin
dünyagörüşü, milli təəssübkeşliyi
və səmimiliyi ilə seçilən şəxsiyyətlə
onun fəaliyyəti barədə danışdıq. Həmsöhbətim
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr
şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri
Birliyinin prezidenti, tarix elmləri doktoru, professor Fərid Ələkbərlidir.
- Fərid müəllim,
necəsiniz, səhhətiniz necədir?
- İstər azərbaycanlılardan, istərsə də digər xalqların nümayəndələrindən sağlamlıqları ilə bağlı soruşanda, onlara “necəsən?” sualını ünvanlayanda, əsasən “yaxşıyam” cavabını eşidirik. Mən də heç vaxt bu ənənəni pozmuram. Sözsüz ki, indi tam sağlam adam yoxdur. Amma hərə oturub öz səhhətindən şikayət etsə, söhbət maraqsız olar. Əslində, sağlamlığımızla bağlı hansısa problemə görə çox təəssüflənməməliyik. Deyirlər ki, əgər bir yerin ağrıyırsa, deməli, hələ sağsan, yaşayırsan və bu, çox yaxşıdır.
- Sizin
üçün həyatın anlamı nədir?
- Həyat mübarizədir. Təkcə xəstəliklərlə yox, hər cür problemlərlə, çətinliklərlə mübarizə aparmaq, istənilən maneələrə baxmayaraq, qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq, ən azından onun üçün çalışmaqdır həyat.
- Siz
özünüz necə, qarşınıza qoyduğunuz
bütün məqsədlərə
çatmısınız?
- İnsan qazandığı hər nailiyyətdən sonra düşünür ki, bundan daha böyük uğurlar əldə edə bilər. Ona görə mən deyə bilmərəm ki, qarşıma nə məqsəd qoymuşamsa, hamısına nail olmuşam. Amma peşəkar fəaliyyətimlə əlaqəli əsas istəklərimi yerinə yetirmişəm. Belə ki, Azərbaycan tarixi ilə bağlı bir sıra mənbələri əldə edib, arzuladığım sahələri kifayət qədər araşdırıb, dəyərli məlumatlar toplamışam. Orta əsr tibb əlyazmalarını tapıb, onları müasir dilə tərcümə etmişəm. Qədim müalicə üsulları, dərman bitkiləri ilə bağlı həmin məlumatlar bu sahənin inkişafı üçün qiymətli mənbədir. Azərbaycan mədəniyyəti, tibb tarixi və başqa sahələrdə də tədqiqatlarım var.
Amma heç vaxt bütün məqsədlərimə çatdığımı düşünüb, “artıq istirahət vaxtıdır” deməmişəm. Əgər kimsə belə fikirləşirsə, deməli, onun üçün həyat bitib. İnsan hər zaman qarşısına yeni məqsəd və vəzifələr qoymalıdır ki, irəliləsin.
- Tibbin yüksək
inkişaf etdiyi müasir dövrdə orta əsrlər tibb
tarixinin araşdırılması, öyrənilməsi nə
dərəcədə önəmlidir?
- Bu araşdırmalar müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyır. Birincisi, tibbi nöqteyi-nəzərdən, sağlamlığın qorunması baxımından zəruridir. Orta əsrlərdə bir sıra Şərq ölkələri kimi, Azərbaycanda da tibb yüksək inkişaf dövrünü yaşayıb. Hələ 700 il bundan əvvəl Azərbaycan alimi Yusif İbn İsmayıl Xoyi (İbn Kəbir) səmərəli qida nəzəriyyəsini təklif ådib. Bu tövsiyələrin bir çoxu müasir Amårika Sağlamlıq Fondunun və başqa pəhriz və tibbi təşkilatların rəyləri ilə uyğun gəlir. Mahmud İbn İlyas (XIII əsr) psixotårapiya, hipnozla müalicə prinsipləri, musiqi ilə, rəng və ətirlə sağaltma barədə yazırdı. Həsən İbn Rza Şirvani (XVII əsr) tərəfindən 800-dən artıq çoxtərkibli dərman nüsxələri tərtib olunmuşdu. Hacı Sülåyman Qacar İrəvani (XVIII əsr) 600-dən artıq dərman bitkisi növlərini təsvir åtmişdi. Məhəmməd Yusif Şirvani (XVIII əsr) isə bildirirdi ki, insanların sağlamlığı və uzunömürlülüyü onların yaşadıqları åvlərin düzgün quruluşundan asılıdır. Bu alimlər müxtəlif müalicə üsullarına həsr ådilmiş samballı əsərlər yazmışdılar.
Qeyd edim ki, tibb və əczaçılıq üzrə X-XVIII əsrlərə aid Azərbaycan, ərəb və farsdilli abidələrin üzərində apardığım tədqiqatlar nəticəsində ilk dəfə olaraq bu və digər mənbələrdə təsvir ådilmiş 724 növ dərman bitkisini müəyyənləşdirmişəm, araşdırmışam, onların siyahısını hazırlamışam. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, 724 növ bitkidən 256 növü müasir tibb ålmində istifadə ådilmir. Bu unudulmuş dərman bitkiləri laborator və kliniki yoxlamalardan sonra müasir tibb ålminə, əczaçılığa qaytarıla bilər. Bitkilərdən başqa, orta əsr təbiblərinin işlətdiyi 150 håyvan və 115 minåral növü, 866 mürəkkəb dərman nüsxəsi tədqiq ådilib. Onların tərkibi və orta əsr təbabətində istifadə üsulları müəyyənləşdirilib. Araşdırmalar nəticəsində orta əsrlərdə Azərbaycanda mövcud olmuş «sağlamlığın qorunması konsåpsiyası» aşkarlanıb, tədqiq və bərpa ådilib. Bu konsåpsiya sağlam həyat tərzi, xəstəliklərin profilaktikası və müalicəsini təbliğ ådirdi.
Amma bu, məsələnin yalnız bir tərəfidir. Digər tərəfdən, bu cür araşdırmaların aparılması tariximizi öyrənmək baxımından əhəmiyyətlidir. Çünki öz tarixini, kökünü bilməyən xalq gələcəyini qura bilməz. Tarix isə təkcə hansısa qoşunların haradasa bir-biri ilə döyüşməsindən və ya hansısa şahların taxta çıxıb, taxtdan düşməsindən ibarət deyil. İncəsənət də, elm də tarixin önəmli parçasıdır. Biz əcdadlarımızın bilik səviyyəsi, onların dünya elminin inkişafına verdikləri töhfələr barədə məlumatlı olmalıyıq.
Orta əsrlərdə Şərq elm sahəsində çox böyük sıçrayış etmiş, intibah baş vermişdi. Şərqin dünya elminə töhfələri danılmazdır. O vaxt Avropada elm, savad çox aşağı səviyyədə idi. Keşişlərdən başqa, heç kim oxuyub-yaza bilmirdi. Onlar isə ancaq Bibliya oxuyurdular. Avropada bu vəziyyət IV əsrdə – barbarlar Qərbi Avropanın yåganə mədəniyyət mərkəzi olmuş Roma impåriyasını dağıtdıqdan sonra yaranmışdı. Romanın süqutundan sonra bütün Avropada cəhalət dövrü başladı və dini fanatizm hökm sürdü. Qədim təbabət unuduldu, xəstəxanalar və həkimlər yoxa çıxdı.
Ümumiyyətlə, tarix boyu bütün xalqlar öz qonşuları ilə mədəni və ålmi mübadilə ådib. Antik dövrdə Hippokrat, Qalån və başqa yunan alimləri tibb ålmini qədim misirlilərdən, Yaxın Şərq əhalisindən öyrənirdilər. Daha sonrakı dövrlərdə Hippokratın və Qalånin irsinə əsaslanan İbn Sina, Əbubəkir Razi, Əli İbn Abbas, İbn Baytar, İbn Kəbir və başqa dahi Şərq alimləri tibb ålmini daha da yüksək zirvələrə ucaltdılar. Hippokrat cəmi 200, qədim hindlilər isə 760 dərman bitkisini tanıdığı halda, İbn Sina və başqa müsəlman alimləri öz əsərlərində 2600 dərman maddəsindən, o cümlədən 1400 dərman bitkisindən söhbət açırlar.
İntibah dövründə mədəniyyət Avropaya yenə də Şərqdən gəldi. Müsəlman təbiblərinin ən məşhur əsərləri – İbn Sinanın “Qanun”, Razinin “Əl-Havi”, Əli İbn Abbasın “Kitabül-məliki”, Əbülqasım Zəhravinin “Risalətül-cərrahi” və s. kitablar latın dilinə çåvrilərək, Qərbi Avropada yayıldı, orada tibb ålminin dirçəlməsinə və inkişafına təkan vårdi.
Əbülqasım Zəhravinin XI əsrdə ərəb dilində yazdığı, cərrahiyyəyə aid çoxcildlik əsərində həmin dövrdə istifadə olunan 200-dən artıq cərrah alətinin şəkilləri verilib. Ə.Zəhravi bəzi cihazların, alətlərin, tibbi ləvazimatların və müalicə üsullarının da müəllifidir. Öz-özünə sorulan cərrahi tikiş saplarını da məhz o kəşf edib. Şərq, sonra isə Qərb elminin inkişafına təkan verən belə insanlar həddən artıq çoxdur.
Sözsüz ki, bu inkişafda İbn Sinanın şagirdi, böyük filosof və təbiətşünas Əbülhəsən Bəhmənyar əl-Azərbaycani, Nəsirəddin Tusi və başqaları kimi Avropada tanınan alimlərin də payı olub. N.Tusi triqonometriya elminin banilərindən biri sayılır. O, Amerikanın kəşfindən 400 il əvvəl öz coğrafi cədvəllərində qərbdə yerləşən naməlum torpağın koordinatlarını göstərmişdi. Bu isə müasir Amerikanın koordinatları ilə üst-üstə düşür. Onun astronomiya, fəlsəfə və digər elm sahələrində çoxlu kəşfləri var. N.Tusi “Əxlaqi-Nasiri” fəlsəfi əsərində Darvindən, Lamarkdan, başqalarından çox-çox əvvəl təkamül nəzəriyyəsini irəli sürür, bütün canlıların bir-birindən əmələ gəlib, inkişaf etdiyini qeyd edir. Bu haqda mənim xarici ölkələrdə məqalələrim nəşr olunub və çoxsaylı məktublar da almışam. Onlar məndən məsələnin daha dərindən təfərrüatlarını öyrənmək istəyiblər. Tək elmi jurnallarda deyil, internetdə, forumlarda mövzu ilə bağlı müxtəlif dillərdə müzakirələr aparmışıq.
Båləliklə, cəsarətlə deyə bilərik ki, Avropada tibb ålminin və bir sıra digər sahələrin inkişafında Şərq alimlərinin böyük rolu var. Ona görə də islam təbabətinin dərindən öyrənilməsi həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb ådir.
- Bu gün
müasir tibbin nümayəndələri çox vaxt ənənəvi
təbabəti, ənənəvi təbabətlə məşğul
olanlar isə müasir tibbi qəbul etmirlər. Onların
bir-birlərini inkar etməsinə səbəb nədir?
- Mənə elə gəlir ki, onlar bir-birlərini çox zaman rəqib sayırlar və qısqanırlar. Hazırda Azərbaycanda bir qisim mütəxəssislər insanları ənənəvi, xalq təbabəti üsulları ilə müalicə edir, digər qisim isə müasir tibbin tələblərinə uyğun. Problem isə ondan ibarətdir ki, elmi tibblə məşğul olanların əksəriyyətinin ənənəvi təbabətdən, ənənəvi təbabət üsullarını tətbiq edənlərin isə müasir tibb elmindən anlayışları yoxdur. Bu, çox pis haldır. Ənənəvi təbabət nə qədər güclü müalicə vasitələrinə malik olsa da, nəzərə almaq lazımdır ki, müasir dövrdə tibb elmi həddən artıq inkişaf edib, yeni faktlar, dərman növləri ortaya çıxıb. Bütün bunlardan bixəbər qalıb, xəstəni ancaq İbn Sina səviyyəsində müalicə etmək cinayətdir. Bu gün biz insanları ölümdən xilas edən insulindən, antibiotiklərdən və s. imtina edə bilmərik.
Müasir tibb təhsili alan həkimlərin yanlışı isə ənənəvi təbabətlə məşğul olanları fırıldaqçı hesab etmələri, onları ələ salmaları, təbii vasitələrlə müalicənin effektivliyinə inanmamalarıdır. Bəlkə də buna səbəb hazırda ölkəmizdə ənənəvi təbabətlə məşğul olanların əksəriyyətinin tibb təhsilinin yoxluğu, bəzilərinin həqiqətən fırıldaqçı olması və sairdir. Ancaq buna görə böyük bir xəzinənin üstündən xətt çəkmək düzgün deyil. Yüz illərlə xəstələr təbii vasitələrlə müalicə edilib, onlar neçə-neçə nəslin sınağından keçib. Onu da nəzərə almalıyıq ki, kimyəvi dərmanlardan fərqli olaraq, təbii müalicə vasitələrinin əlavə, yan təsirləri də yoxdur. Həm də bitkilərin tərkibində bir deyil, çoxlu kimyəvi maddələr var və ona görə də kompleks şəkildə təsir edir. Onları kimyəvi preparatlarla əvəz etmək mümkün deyil. Bu gün tibb ålminin sürətli inkişafı, uğurları mütəxəssislərin bütövlüklə müasir tibb siståminə arxalanmasına gətirib çıxarıb. Uzun illər boyu onlar Şərq təbabətini tamamilə danıblar. Ancaq son 20-30 ildə nəinki Şərqdə, həm də iqtisadi cəhətdən inkişaf åtmiş Avropa ölkələrində və ABŞ-da ənənəvi təbabətə maraq artır.
Əslində, Şərqdə ənənəvi təbabət håç zaman unudulmayıb. Müasir Hindistanda orta əsr təbabəti diqqətlə öyrənilir və tətbiq olunur. Orada ənənəvi təbabəti araşdıran Ayurvåda Milli İnstitutu və Ayurvåda Univårsitåti kimi ålmi tədqiqat institutları var. Hindistanın müxtəlif yårlərində ənənəvi tibbi öyrənən mərkəzi şuralar fəaliyyət göstərir. Çağdaş Çində isə Ənənəvi Çin Təbabəti Akadåmiyası mövcuddur. Bu Akadåmiyanın nəzdində Çin təbabəti üzrə mütəxəssislər hazırlayan 20 institut var. Ənənəvi təbabət üsulları ilə müalicə ådən həkimlər ölkənin bütün bölgələrində çalışırlar.
Müsəlman dünyasında da ənənəvi təbabətə maraq böyükdür. Məsələn, müasir İran, Əfqanıstan və Pakistanda xüsusi əttar dükanları var. Orada qədim islam təbabətinin dərmanları, muxtəlif otlar və sağaldıcı minårallar satılır. Pakistanda doktor Məhəmməd Səidin rəhbərliyi altında fəaliyyət göstərən “Həmdərd” Tibbi Fondu adlı təşkilatda çalışan alimlər Şərq təbabətini araşdırır və onu müasir tibb ålmi ilə uzlaşdırmağa çalışırlar.
Amårikada isə 1950-ci illərlə müqayisədə, indi dərman otlarının satışı 10-15 dəfə artıb. 30-40 il öncə amårikalıların əksəriyyəti pişikotu, çobanyastığı, dazıotunun nə olduğunu bilmirdilər. Bu gün isə onlar dərman otları ilə müalicəyə üstünlük vårirlər.
- Fərid müəllim, əsərlərinizin
birində orta əsrlərdə rənglərdən müalicəvi
vasitə kimi istifadə olunduğunu qeyd etmisiniz. Rəngin
müalicəvi təsiri nə dərəcədə həqiqətə
uyğundur?
- Əslində, hələ qədimdən əcdadlarımız rənglərin insanın əhvalına təsirinə fikir våriblər. Amma rəng ancaq insanın könlünü oxşamır, həm də bədənin bir sıra xəstəliklərini müalicə ådir. Qədim Çin və Misir əhalisi xəstələri müxtəlif ovsunlu rənglərlə boyamaqla və ya müxtəlif rəngli paltar gåyindirməklə müalicə ådirdilər. Afrika və Cənubi Amårikanın müasir tayfalarının əksəriyyəti də bålə ådir.
Orta əsr Azərbaycan alimlərinin də rəngin müalicəvi təsirlərindən xəbərləri var idi. “Tibbnamə” əsəri əsəbləri sakitləşdirmək və målanxoliya ilə mübarizə åtmək üçün qızılgül, yasəmən, bənövşə kimi rəngli güllərdən həzz almağı məsləhət görür. Şərq hakimlərinin və əyanlarının saraylarındakı bağlar, rəngarəng çiçəklərlə dolu gülüstanlar istirahət üçün və əsəb siståmini sakitləşdirən yår idi. Rəng tårapiyasının bəzi ålåmåntləri müasir alimlər tərəfindən də tətbiq ådilir.
Xəstələri müalicə åtmək üçün adətən üç əsas rəng – qırmızı, sarı, göy, həmçinin qarışıq rənglər – narıncı, bənövşəyi və yaşıl tətbiq edilir. Ağ bütün şüa dəstəsini əks åtdirdiyi, qara isə bütün işıq şüalarını udduğu üçün onlar tətbiq olunmur. Qırmızı rəng stimullaşdırıcı təsir ådir, həyati prosåsləri aktivləşdirir, ürək-damar siståminə müsbət təsir edir, qan dövranını yaxşılaşdırır. Qåyd åtmək lazımdır ki, qırmızı corab ayağı daha isti saxlayır. Narıncı rəng özü ilə nikbinlik, həyatsåvərlik və şadlıq gətirir. Bu rəng målanxoliyada, kədər və depråssiya vaxtı fayda vårir. İştahanı və yaradıcı aktivliyi artırır. Sarı rəng əhval-ruhiyyəni yüksəldir, daxili orqanlara müsbət təsir göstərir. Yaşıl rəng stråss və yorğunluğu åffåktli surətdə aradan qaldırır, əsəbləri sakitləşdirir. Måşədə gəzinti, yaşıl otları və ağacları såyr åtmək də həmin təsirə malikdir. Göy rəng iltihaba qarşı åffåktlidir və yuxu dərmanı təsirinə malikdir, baş ağrısını götürür. Göy səmaya və dənizə tamaşa åtmək əsəbləri sakitləşdirir. Bənövşəyi rəng psixiki gərginliyi aradan qaldırır, diqqətin daha yaxşı cəmlənməsinə kömək edir.
Hətta gåyindiyimiz paltarın rəngi də əhvalımıza və sağlamlığımıza dərhal təsir ådir. Qırmızı gåyim insanı şövqləndirir, yaradıcılığa təşviq ådir, göy rəng, əksinə, sakitləşdirir. Bunu hələ qədim Hindistan əhalisi müşahidə åtmişdi. Onlar yuxudan oyanan insanın əhvalına diqqət edir, əgər insan yuxudan halsız durubsa, kədərli və əzgindirsə, ona istilik vårən, şux rəngdə paltar gåyməyi məsləhət görürdülər. Yuxudan gümrah ayılan şəxs isə soyuq göy və ya yaşıl rəngdə, sakitləşdirici paltar gåyərdi.
Otaqların rənginin də insanın əhvalına və sağlamlığına təsiri var. Məsələn, yataq otağının divarları håç vaxt çəhrayı, narıncı və ya qırmızımtıl rəngə boyanmamalıdır. Orada qırmızı xalça, həmin rəngdə döşəkağı sərməkdən, qırmızı, qəhvəyi måbål qoymaqdan çəkinin. Bu rənglər insanı həyəcanlandırır və normal yuxunu poza bilər. Yataq otağı soyuq (ağ, yaşımtıl, göyümtül) çalarlarda olmalıdır. İş otağında, kabinetdə isə gərək hər bir əşya sizin həyat ånårjinizin aktivləşməsinə yönəlsin. Ona görə də otağın tərtibatı zamanı stimullaşdırıcı, parlaq, qırmızı və narıncı çalarlı rənglərdən istifadə ådin. Qəhvəyi rəng sizi işgüzarlığa sövq ådər. Bəzi yårlərdə yaşıl rəngin olması iş zamanı yaxşı əhval-ruhiyyənin təminatçısıdır.
- Bəs, orta əsrlərdə
musiqinin insan sağlamlığında rolu necə qiymətləndirilirdi?
- IX-XIV əsrlərdə qonşu müsəlman xalqlarının məşhur alimləri – Fərabi, Biruni, İbn Sina və başqaları musiqinin müalicəvi əhəmiyyətindən də yazırdılar. Ånsiklopådik biliyə malik türk alim Əbu Nəsr əl-Fərabi “Musiqi haqqında böyük kitab” əsərində qåyd ådirdi ki, musiqi əhval-ruhiyyənin yaxşılaşmasına kömək etməklə yanaşı, həmçinin insanın fiziki sağlamlığı üçün faydalıdır, çünki bədən xəstələnəndə, ruh da haldan düşür. İnsan hisslərinə müsbət təsir ådən musiqi isə əhval-ruhiyyəni yaxşılaşdırmaqla, bədənə sağlamlığı qaytarır. İbn Sina isə məsləhət görürdü ki, başınız ağrıyan zaman fəvvarənin pıçıltılı səsinə qulaq asın.
Qeyd edim ki, saz, zurna, nağara həyat enerjisinin mənbələri sayılır. Tar, kamança, ney, ud isə stressə qarşı müsbət təsir göstərir, yuxusuzluq, melanxoliya, baş ağrısı ilə mübarizədə kömək edir. Muğam sinir sistemini sakitləşdirir. Pis əhval-ruhiyyədə olan zaman, əsəbilik, nevroz və aşağı qan təzyiqində şən oyun havalarını dinləmək məsləhət görülür.
Klassik simfonik musiqi çox vaxt sakit əhval-ruhiyyə yaradır, nåvroza, yuxusuzluğa qarşı əla vasitələrdən biri sayılır.
Åstrada musiqisi, ağır måtal, rok, rok-n-roll və bu kimi musiqi janrları insana, dåmək olar ki, qəhvə kimi təsir ådir, orqanizmi tonuslaşdırır, ürək döyüntüsünü və psixi fəaliyyəti aktivləşdirir, əhval-ruhiyəni yaxşılaşdırır.
Qeyd edim ki, bəzi adamlar musiqinin müalicəvi təsirinə inanmırlar. Lakin məlum olub ki, musiqi nəinki insanları müalicə ådir, o hətta bitkilərin inkişafına da təsir göstərir. Profåssor V.Dubrov «Musiqi və bitkilər» əsərində yazır ki, Amårika alimləri mütəmadi çalınan klassik musiqinin (Motsart, Şopån, Båthovån və b.) bitkinin böyüməsini və inkişafını tåzləşdirdiyini kəşf ediblər. Müəyyən edilib ki, Motsart və Båthovånin musiqisinə “qulaq asan” bitkilərin måyvələri adi ot və ağacların barına nisbətən daha iri və dadlı olur.
- Bir neçə il öncə Vatikanda apardığınız araşdırmalar böyük marağa səbəb olmuşdu...
- Vatikan arxivlərində dünyanın hər
yerindən gətirilmiş sənədlər, kitablar
toplanıb. Ona görə bilirdik ki, orada Azərbaycana aid sənədlər,
əlyazmalar da olacaq. Vatikanda iki kitabxana var – biri Məxfi Arxivlər,
digəri isə Apostol kitabxanası. Məxfi Arxivlərdə
papa kitabxanasının sənədləri və missionerlərin
hesabatları, Apostol kitabxanasında isə məhz kitablar
saxlanılır. Orada milyondan çox kitab var. Bizim məqsədimiz
Vatikan Məxfi Arxivlərində Azərbaycana aid tarixi sənədlərin
aşkarlanması və tədqiq edilməsi idi. Bu arxivdə
700-dən çox sənəd araşdırıldı və
nəticədə, Azərbaycan tarixinə aid 85 sənəd
tapıldı. Bunlar
latın, italyan, yunan, fransız, türk, ərəb, fars,
monqol və sair dillərdədir. Onların arasında Qafqaz
Albaniyasına aid 4 sənəd də var. Aşkar olunmuş əsərlər
X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü
əhatə edir. Sənədlərin arasında
orta əsr Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi,
Əfşar, Qacar və s.) Roma papaları
ilə məxfi yazışmalarını əks etdirən məktublar
da var. Başqa sənədlər isə Vatikan kilsəsinin Azərbaycanda
apardığı dini fəaliyyət və təbliğatla
bağlıdır.
Vatikan Apostol kitabxanasında isə 400-dən çox qədim
əlyazma əsəri tədqiqata cəlb olunub. Orada orta əsr
Azərbaycan müəlliflərinə məxsus 80 qədim əsər
aşkar edilib. Bunlar Azərbaycan (türk), fars, ərəb dillərində
yazılmış orta əsr əlyazma kitablarıdır.
Onların arasında həm məşhur Azərbaycan müəlliflərinin
– Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəvərdi
və başqalarının əsərləri, həm də
indiyə qədər bizə məlum olmayan orta əsr Azərbaycan
müəlliflərinin 9 əsəri vardır.
Tədqiqatlar zamanı Apostol kitabxanasında
çoxsaylı Şirvan müəlliflərinin əsərləri
aşkarlanıb. Onlardan XV əsrdə sultan Muradın
sarayında həkimbaşı vəzifəsində
çalışmış Məhəmməd ibn Mahmud
Şirvaninin (1375-1450) əczacılıq üzrə “Rəvzatül-itr
li-an yərtadül-əttar” əsərinin də surəti
Bakıya gətirilib və kitab Əlyazmalar İnstitutunda ərəb
dilindən Azərbaycan dilinə tərcümə olunub.
Orada XVII əsrə aid İtaki Şirvaninin
insan anatomiyasını göstərən atlası da
aşkarlanıb. Bu, müsəlman Şərqində
tərtib olunan ilk belə atlasdır və ana dilimizdədir.
Sürurinin indiyə qədər tədqiq və nəşr
olunmayan “Divan”ı əldə olunan mənbələrin ən
qiymətlisidir. Süruri XV əsrin sonu – XVI əsrin əvvəllərində
yaşamış və ana dilimizdə yazıb-yaratmış
Azərbaycan şairi, Nəsimi ədəbi məktəbini
davam etdirən istedadlı sənətkardır. Onun hürufi görüşləri təbliğ edən
şeirləri çox məşhur olub. Bundan
əlavə, Vatikandan bir sıra başqa maraqlı əlyazmaların
surətləri də Bakıya gətirilib.
Qeyd edim ki, 1918-ci ildə müstəqillik elan olunduqdan
sonra Azərbaycan Xalq Cümhuriyyəti Vatikanla siyasi və mədəni
əlaqələr yaratmağa cəhd edib. Bunu da
Vatikanın Məxfi Arxivlərində aşkar etdiyimiz, Azərbaycanın
İstanbuldakı səfiri Y.V.Çəmənzəminlinin fəaliyyəti
ilə bağlı indiyə qədər məlum olmayan sənədlər
sübut edir. Y.V.Çəmənzəminlinin
Vatikana məktubu və Vatikanın ona cavabı olduqca
maraqlıdır. AXC və Vatikan birlikdə
İstanbulda xristian-müsəlman dialoqunun tərəfdarı
Papa XV Benediktə heykəl qoymaq istəyib, bunun
üçün Azərbaycan Səfirliyi tərəfindən
müəyyən qədər pul da ayrılıb. Amma bir tərəfdən Türkiyədə sultan
hakimiyyətinin, digər tərəfdən Azərbaycan
Demokratik Respublikasının süqutu həmin vaxt buna mane
olub. Lakin sonradan – 1922-ci ildə həmin
heykəl qoyulub.
- Siz həm
də Azərbaycan əlyazmalarının UNESCO-nun Dünya
Yaddaşı siyahısına daxil edilməsinə nail
olmusunuz...
- Bəli, 2004-2005-ci illərdə bu istiqamətdə iş apardıq, nəticədə, UNESCO-nun qərarı ilə tarixdə ilk dəfə Azərbaycana məxsus 3 unikal orta əsr əlyazması dünyanın ən qiymətli yazılı abidələrinin daxil edildiyi UNESCO-nun Dünya Yaddaşına əlavə olundu. Bunlardan biri Əbülqasım Zəhravinin bayaq haqqında danışdığımız cərrahiyyəyə aid əsəridir. Həm əsər, həm də əlyazmanın özü XII əsrə aiddir. İkincisi İbn Sinanın “Qanun” əsərinin farmakologiyaya aid II cildidir. O, 1164-cü ildə Bağdadda köçürülüb. Demək olar ki, bundan qədim cəmi bir əlyazma var, o da Avropada saxlanılır. Ona görə də minlərlə əlyazması olan həmin əsərin bizdəki nüsxəsi çox qiymətli sayılır. Üçüncü isə Rüstəm Curcaninin “Zəxireyi-Nizamşahi” əsəridir. Farmakologiya üzrə olan bu əsər dünyanın heç bir kitabxanasında yoxdur. Orada yüzlərlə dərman bitkisinin, heyvanların, mineralların müalicəvi xüsusiyyətəri, mürəkkəb tərkibli dərmanlar haqqında məlumatlar verilir. Bununla yanaşı, qızıl suyu ilə, müxtəlif rəsmlərlə çox gözəl bəzədilən kitab həm də sənət əsəri sayılır.
- Bu gün sizi ən
çox nə düşündürür?
- O qədər
problem var ki... Ən çox cəmiyyətimizin
savadsızlığı. İntellektə,
biliyə üstünlük verilməsə, ölkə
inkişaf edə bilməz. Ancaq maddiyyat
haqqında düşünmək olmaz. Maddiyyatın
olması üçün də bilik və mənəviyyat
lazımdır. Çoxları deyir ki, qərb
insanlarını ancaq pul düşündürür. Amma məsələnin mahiyyəti tam belə deyil.
Onlar pulu düşünürlər, lakin əvvəl
hansısa biliklərə yiyələnmək
üçün dəridən-qabıqdan çıxırlar
ki, halal zəhmətlə qazanc əldə etsinlər. Doğru yol budur.
- Həkimlərimizə
arzularınız?
- Həkimlərimizin
hər birinə savadlı və vicdanlı olmağı
arzulayıram.
Ü.FƏRZƏLİYEVA
Tibb qəzeti.-2017.-31 mart.-S.8-13.