2019-cu il üçün Novruz, Ramazan və Qurban
bayramları günlərinin müəyyən edilməsi
haqqında
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən:
1. 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun.
2. Bu Sərəncam kütləvi informasiya vasitələrində elan edilsin.
Azərbaycan
Respublikasının Baş naziri
Novruz Məmmədov
Bakı şəhəri,
19 dekabr 2018-ci il
Tibb qəzeti 2018.- 30 dekabr.- S.3.