Tibb fakültəsinin 100 illik yubileyi qeyd edildi

 

 

Azərbaycan Tibb Universitetində (ATU) Bakı Dövlət Universitetinin nəzdində Tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunanTəbabətin aktual problemləri - 2019” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə əklil qoyub, gül dəstələri düzüblər.

Konfransda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzaladığını onun müddəalarının birbaşa Tibb Universitetinin kollektivinə aid olduğunu qeyd edib: “1919-cu il sentyabrın 1-də yaradılan Bakı Dövlət Universitetinin nəzdində ilkin mərhələdə cəmi iki fakültə fəaliyyət göstərib. Onlardan biri Tibb, digəri Tarix-filologiya fakültəsi olub. Məhz Tibb fakültəsinin əsasında 1930-cu il mayın 9-da Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb. Ona görə bu yubiley Tibb Universitetinin kollektivinin bayramıdır”.

Rektor həmçinin Tibb fakültəsinin tarixindən, burada dərs deyən ziyalı alimlərdən, onların ölkədə tibb təhsilinin inkişafı naminə gördüyü işlərdən danışıb. O bildirib ki, Tibb fakültəsinin inkişafında Mustafa bəy Topçubaşov, Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Fuad Əfəndiyev, Kamil Balakişiyev, Məmmədəmin Əfəndiyev, İvan Şirokoqorov, Nadir Məmmədli, Ümnisə Musabəyova, Hüseyn Əliyev, Möhsün Qədirli, Sonaxanım Vəlixan digər məşhur Azərbaycan alimlərinin böyük xidmətləri olub. Rektor öz çıxışı zamanı Azərbaycan Tibb Universiteti Bakı Dövlət Universitetinin həmişə sıx tellərlə bir-birinə bağlı olduğunu da qeyd edib.

G.Gəraybəyli yubiley münasibətilə hər kəsi təbrik edib konfransın işinə uğurlar arzulayıb.

Sonra Tibb fakültəsinin 100 illik yubileyinə həsr olunmuş sənədli videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu tarixi hadisə münasibətilə ATU kollektivini təbrik edib. Hər iki universitetin bir-biri ilə bağlı olduğunu həmin təhsil ocaqlarında yeniliklərin aparıldığını deyən rektor bu ali məktəblər arasında əməkdaşlıq üçün potensialın mövcudluğunu diqqətə çatdırıb. O, Tibb fakültəsinin Azərbaycan səhiyyəsinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.

Türkiyənin Cərrahpaşa Universitetinin rektoru, professor Nuri Aydın Azərbaycan Türkiyə arasında tibb təhsili sahəsindəki əlaqələrdən danışıb.

Konfrans müxtəlif mövzularda məruzələr paralel sessiyalarla davam edib.

Qeyd edək ki, konfransda yerli həkimlərlə yanaşı, Türkiyə, Rusiya İsraildən gələn mütəxəssislər iştirak ediblər.

 

Tibb qəzeti  2019.- 30 aprel.- S.11.