“Müasir
nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya
Böyrək Gününə
həsr olunmuş “Müasir nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyi, Azərbaycan
Tibb Universiteti, “Nefrologiyanın İnkişafına
Yardım” İctimai Birliyinin birgə təşəbbüsü ilə
təşkil edilən
tədbirdə ATU-nun elmi
işlər üzrə
prorektoru, dosent Rauf Bəylərov çıxış edərək,
Ümumdünya Böyrək
Gününün bütün
dünyada, o cümlədən
Azərbaycan Tibb Universitetində də hər il qeyd
edildiyini bildirib. Onun sözlərinə görə,
2006-cı ildən etibarən
əksər ölkələrdə
həmin gün tədbirlər, konfranslar keçirilir, nefroloqlar fikir və bilik
mübadiləsi aparır,
elmi işləri müzakirə edirlər.
R.Bəylərov nefroloji xəstələrə
dövlət qayğısından
da danışıb:
“İndi ölkəmizdə
xroniki böyrək çatışmazlığı, hemodializ və böyrək transplantasiyası
üçün lazım
olan xərcləri dövlət proqramı əsasında Səhiyyə
Nazirliyi öz üzərinə götürüb.
Digər
ölkələrdə isə
belə deyil. Bu da dövlətimizin
böyrək xəstəliyindən
əziyyət çəkən
insanlara olan diqqət və qayğısından xəbər
verir”.
Tədbir müxtəlif mövzularda
məruzələrlə davam
edib. “Müasir nefrologiyanın
aktual problemləri” elmi-praktik konfransı
“Müasir nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya
Böyrək Gününə
həsr olunmuş “Müasir nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyi, Azərbaycan
Tibb Universiteti, “Nefrologiyanın İnkişafına
Yardım” İctimai Birliyinin birgə təşəbbüsü ilə
təşkil edilən
tədbirdə ATU-nun elmi
işlər üzrə
prorektoru, dosent Rauf Bəylərov çıxış edərək,
Ümumdünya Böyrək
Gününün bütün
dünyada, o cümlədən
Azərbaycan Tibb Universitetində də hər il qeyd
edildiyini bildirib. Onun sözlərinə görə,
2006-cı ildən etibarən
əksər ölkələrdə
həmin gün tədbirlər, konfranslar keçirilir, nefroloqlar fikir və bilik
mübadiləsi aparır,
elmi işləri müzakirə edirlər.
R.Bəylərov nefroloji xəstələrə
dövlət qayğısından
da danışıb:
“İndi ölkəmizdə
xroniki böyrək çatışmazlığı, hemodializ və böyrək transplantasiyası
üçün lazım
olan xərcləri dövlət proqramı əsasında Səhiyyə
Nazirliyi öz üzərinə götürüb.
Digər
ölkələrdə isə
belə deyil. Bu da dövlətimizin
böyrək xəstəliyindən
əziyyət çəkən
insanlara olan diqqət və qayğısından xəbər
verir”.
Tədbir müxtəlif mövzularda
məruzələrlə davam edib.
Tibb qəzeti 2019.- 30 mart.- S.4.