DuzdağFizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 16 may tarixli, “DuzdağFizioterapiya Mərkəzinin 40 illik yubileyi ilə bağlı Sərəncamına və buna müvafiq təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, yubiley tədbirləri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “DuzdağFizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunub.

Toplantıda Ali Məclisin Sədri Vasif Talıbov çıxış edərək, Naxçıvan Muxtar Respublikasının həyatında “DuzdağFizioterapiya Mərkəzinin xüsusi rolundan danışıb. Qeyd edib ki, ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərib, kollektiv formalaşıb: Sovet dövründə şəraitin olmaması həm müalicə alan xəstələr, həm də kollektiv üçün çətinliklər yaradırdı. Lakin müstəqillik illərində “DuzdağFizioterapiya Mərkəzi yenidən qurularaq, müasir səhiyyə müəssisəsinə çevrilib. 50 çarpayı ilə fəaliyyətə başlayan mərkəzdə hazırda 500-ə yaxın xəstə eyni vaxtda müalicə alır. Hər il 4 minə yaxın insan mərkəzə müraciət edir. Vaxtilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan mərkəz bu gün publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Kollektiv işini düzgün qurmuş, “DuzdağFizioterapiya Mərkəzi muxtar respublikanın brendinə çevrilmişdir, onun tanıdılması və təbliğində mühüm rola malikdir. Duz şaxtalarında yaradılmış səhiyyə müəssisəsi insanlara şəfa verir. Dünyanın müxtəlif ölkələrindən mərkəzə müraciət edən insanlar hərtərəfli müalicə almaqla yanaşı, Naxçıvanı da təbliğ edirlər. Bu da turizmin, xüsusən sağlamlıq turizminin inkişafına töhfədir. Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin inşası başa çatdıqdan sonra bu sahədə imkanlar daha da genişlənəcək”.

Ali Məclisin Sədri qeyd edib ki, “DuzdağFizioterapiya Mərkəzinin elmi şəkildə araşdırılması buranın tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə bundan sonra da Naxçıvan duzunun müalicəvi əhəmiyyəti ilə bağlı elmi-tədqiqat işlərini davam etdirmək və müvafiq kitabların nəşri tapşırılıb. Vasif Talıbov bu sahədə aparılan səmərəli tədqiqat işlərinə görə Azərbaycan Tibb Universitetinin Klinik allerqologiyaimmunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyevaya təşəkkür edib.

Qeyd olunub ki, dünyanın bir çox ölkəsində duz şaxtalarından müalicə məqsədilə istifadə olunur. LakinDuzdağFizioterapiya Mərkəzinin dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşməsi və təbii havalanma xəstələrdə sağalma faizinin yüksək olması ilə nəticələnir. Mərkəzdə müalicə alan xarici ölkə vətəndaşlarının təəssüratları da bunu bir daha təsdiq edir.

Ali Məclisin Sədri mərkəzin fəaliyyətinin genişləndirilməsinin daim diqqətdə saxlanılacağını bildirib, yubiley münasibətilə kollektivi təbrik edib və işlərində uğurlar arzulayıb.

Sonra təltiflər təqdim edilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 22 may tarixli Sərəncamına əsasən, “DuzdağFizioterapiya Mərkəzinin əməkdaşlarından biri “Əməkdar həkim”, ikisi “Əməkdar tibb işçisi” fəxri adı, üçü “Rəşadətli əməyə görə” nişanı, professor Lalə Allahverdiyeva isə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunub.

Ali Məclisin Sədri fəxri adları və nişanları təqdim edib.

Təltif olunanlardan Darçın Eyvazova, Leyla Vəliyeva, Təranə Əliyeva, Sevda Həsənova və Zəminə İbrahimova minnətdarlıq edib, göstərilən etimadı layiqincə doğruldacaqlarına söz veriblər.

Professor L.Allahverdiyeva əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti adından Ali Məclis Sədrinə minnətdarlıq edərək deyib: “Dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ və Sinqapurda "Duzdağ" Fizioterapiya Mərkəzi haqqındakı məruzələrim böyük maraqla qarşılanıb. Çünki bu Mərkəz dünyada unikalanaloqu olmayan sağlamlıq müəssisəsidir. Burada müalicə olunan xəstələrdə yüksək nəticə alınır”. Natiq Naxçıvan duzunun müalicəvi əhəmiyyəti ilə bağlı tədqiqat işlərini davam etdirəcəyini bildirib.

Tibb qəzeti  2019.- 31 may.- S.4.