Qədim türk
yazılı abidələri
Qədim türk yazılı abidələri
eramızın V yüzilliyində yaranmışdır. Bu yazıların günümüzə qədər
gəlib çatan ən əski örnəkləri
VII-VIII yüzilliklərə aiddir. Daşlar üzərində Göytürk
hərfləri ilə yazılmış bu
kitabələr bütün türk xalqlarının tarixində böyük ıdıbi-tarixi əhəmiyyətə
malikdir.
Göytürk kitabələrində ilk dəfə olaraq türk millətinin adı çəkilmiş, türkün tarixi ilk öncə bu daşlar üzərində yazılmışdır. Bu daş yazıları türk ədəbiyyatının ilk əsəri, ulu babasıdır, türk dilinin ilk yazılı qaynağıdır.
1721-ci
ildə Güney Sibirdə Yenisey
çayının sahillərində yerləşən Abakan bölgəsində iki
avropalı gəzib dolaşırdı. Bu
yerin təbiəti, yerli
xalqların dili, adət-ənənəsi
onları ciddi maraqlandırırdı. Onlar kim idi, Biri alman alimi
Daniel Messerşmidt və digəri isə isveçli İohan
fon Stralenberq
idi. Bir gün bir yerli kəndli onların yanına gəlib qəribə
daş yazısı və heykəllərdən
danışdı. 1722-ci ildə Daniel Çarkov kəndində
yazılı daşları görüb heyrətə gəlir.
Abakana dönüb dostu yüzbaşı İ.Stralenberqlə
görüşəndə bu barədə ona da məlumat
verir. Hər ikisi bir yerdə gəlib bu əski yazılara
tamaşa edir, bəzilərinin sürətini
çıxarırlar.
Orxon – Yenisey
abidələri adı ilə
adlandırılan bu kitabələr Göytürk abidələri
kimi məşhurdur. Bu abidələrin yaranması
türklərin tarix səhnəsinə çıxması,
onların oyanışı və mədəni yüksəlişinin
nəticəsidir. VI yüzillikdə Altay, Mərkəzi Asiya və
Sibirdə türk tayfaları birləşib bir dövlət
yaratdılar. Türk xaqanlığı adını alan bu
dövlət VI-IX yüzilliklərdə hökm
sürmüşdü. Dövlətin başında xaqan
durardı, ali toplantıları qurultay sayılırdı. Qəbilə
başçısına bəy, ondan aşağı gələnlərə
isə tikin və şadi, xalqa isə budun və ya qara budun
deyilirdi. Dinləri atəşpərəstlik, şamanilik və
s. idi.
Orxon-Yenisey
abidələri Tonyukuk,Kül-tikin və
Bilgə kağanın şərəfinə
yazılmışdır. Çin qaynaqlarında Tonyukukun
710-716-cı illərdə öldüyü göstərilir.
Tonyukuk türk millətinin keçmişi və gələcəyini
düşünürdü, yanar ürəklə belə
yazırdi: “Türk milləti öldü, qurtardı, yox oldu.
Türk millətinin yerində dörd boy qalmadı. Meşədə,
çöldə qalmış olanlar toplanıb 700 oldular.
İki bölüyü atlı, bir bölüyü piyadə
idi. Yeddi yüz nəfəri idarə edən beş nəfərin
böyüyü şadi idi. Yardımçı mən oldum.
Bilgə Tonyukuku qağanmı edəlim,
düşündüm. Tanrı bilik verdiyi üçün
onu qağan etdim. Çinlini, kitayı, oğuzu çox
öldürdük. Yardımçısı mən idim.
Bu sözlər Tonyukukun şəxsiyyətini aşkara
çıxarır. Buradan görürük ki, o, bilikli,
zirək bir vəzir olmuş, ömrü boyu türk
tayfalarının taleyini düşünmüş, onları
birliyə çağırmışdı. Eyni zamanda, kitabələrdə
düşmənə qarşı birləşib üzərinə
yürüyəlim. Hamısını yox edəlim.
Türkiş qağanı belə demiş: mənim millətim
ordadır. Türk boyu yenə qarşılıqlıq
içindədir. Oğuz yenə dardadır. Dar gündə
birləşmək türkün müqəddəs, pozulmaz adətidir.
Onlar öz səadətini ancaq birlikdə axtarır, birliyi
pozanlara qarşı amansız olurlar. Birliyi dirlik
sayırdılar.
“Kül-tikinin” şərəfinə
yazılmış abidə
də çox dəyərli bir sənət əsəridir.
Kül-tikin 732-ci ildə qırx yeddi yaşında
döyüşlərin birində
öldürülmüşdür. On altı yaşında
döyüşlərə atılan bu igid sərkərdə
çoxlu döyüşlərdə iştirak etmiş,
yağıya qarşı amansız olmuşdur. Kül-tikin
böyük nüfuz sahibi olduğuna görə onun dəfnində
Çindən, Gidan, Buxara, Soqda, Tibet və s yerlərdən
qonaqlar gəlmişdir. Onun abidəsi Yoluq-tikin tərəfindən
tikilmişdir. Ancaq kitabədə sözlər təbii olaraq
ölən adamın dilindən verilir, onun xidmətləri
sayılır, igidlik və gözəl xasiyyətindən
danışılır.Kül-tikin türk millətinə belə
deyirdi: Mən tanrı tək göydə yaranmış bilici
türk xanı bu taxtda oturdumş Sözlərimi axıradək
eşidin. İrəlidə Şantun çölünə qədər
qoşun çəkdim, dənizə çatmağıma az
qaldı. Yağılar şirin sözü, zərif hədiyyələri
ilə aldadıb topladılar. Ey türk xalqı,
yağıların şirin sözünə, zərif hədiyyəsinə
aldanıb çox məhv oldun”.
İyirmi
beş döyüşə
çıxıb on üç dəfə
döyüşən Kül-tikinin adı ilgidlik rəmzinə
çevrilmiş, dillərə düşmüşdür. Hələ
cavanlığında qardaşı Magilyan qağanı (Bilgə
kağan) taxda oturtduran və on üç il onun baş sərkərdəsi
sayılan Kül-tikini qardaşı çox sevirdi: “Humay kimi
qadın anamın şərəfinə kiçik
qardaşıma qəhrəman Kül-tikin adı verildi. On
altı yaşında ikən kiçik qardaşım
qağan əmimin el birliyini belə ələ aldı.
Altı Cub saqdilərə tərəf qoşun çəkdik,
onları məğlub etdik. Kül-tikin piyada qoşunla hücuma
keçdi. O qoşunu orada məhv etdik. İyirmi bir
yaşı olanda Çaça Senün ilə vuruşduq.
Döyüşün lap əvvəlində Boz atını
minib hücuma keçdi. Silahına, paltarına yüzdən
artıq ox vurdular. Ordu başçısına bir ox dəymədi”.
Abidələrin
3-cüsü Magilyanın yəni
Bilgə kağanın şərəfinə
hazırlanmışdı. “Bilgə kağan abidəsi”
kimi məşhur olan bu kitabələr Yolluq –tikin tərəfindən
yaradılmışdır. Burada göstərilir ki, magilyan
güclü dövlət yaratmış, hər tərəfə
qoşun çəkərək yağılara qalib gəlmiş,
həyatın son günlərində nəqqaş gətirərək
bütün bu başına gələnləri daşlarda həkk
etdirmişdi. Orxon-Yenisey abidələrinin sayı 3 deyil, 3-dən
daha artıqdır. Dil, üslub və məzmçun
baxımından kitabələr bir-birini xatırladır.
Əski kitabələr
bu baxımdan bədii
sənət nümunəsi kimi də səciyyəvidir.
Kitabədə bədii düşüncə və ifadələr
mətnə bir təravət gətirir, onun bədii gözəlliyini
təmin edir. Hətta “Kitabi-Dədə Qorqud”un dili deyim və
ifadə tərzi baxımından əski türk abidələri
ilə səsləşməsi də çox təbii və
qanunauyğundur. Bu yaxınlıq və səsləşmə
cümlənin quruluşunda tarixi adlarda, türk həyatının
ifadəsi olan anlayış və ifadələrdə
özünü göstərməkdədir. Məsələn “Kül-tikin abidəsində”
belə deyilir: “ Sağdakı şadapıt bəylər,
soldakı tar kanlar, buyuruq bəyləri! Oğuz tatarı,
doqquz oğuz bəyləri, milləti”.
“ Dədə Qorqud”da isə belə deyilir: “ Sağdakı oturan bəylər,
sol qolda oturan sol bəylər, eşikdəki inaqlar, dibdə
oturan xas bəylər, qutlu olsun dövlətimiz”.
Əski türk
abidələri türk
xalqlarının ortaq ədəbi tarixi abidəsi kimi
böyük əhəmiyyət kəsb eləmiş, türk
xalqlarının milli oyanış və inkişafına nəcib
təsir gəstərmişdir.Əski kitabələr türk
xalqlarının dil və ədəbiyyatının ilkin
qaynağı, özülü kimi məşhur olmuş,
yaşamış, türk dünyasının təməl
daşına çevrilmişdir.
Türküstan.- 2015.- 5-11 aprel.- S.7.