"Təbriz miniatürlərindən
ilham almışam"
Güneyli rəssam ABŞ-də
mükafata layiq görülüb
ABŞ-ın
Virciniya ştatında
yaşayan güney azərbaycanlı rəssam
Əbülfəz Bahaduri
abstrakt rəsm əsərlərinə verilən
Evelin Turner mükafatina
layiq görülüb. Təbrizli rəssamin əsərləri
ABŞ paytaxtı Vaşinqtonda
və Amerikanın bir sıra ştatlarında
keçirilən sərgilərdə
nümayiş etdirilib.
Əbülfəz Bahaduri jurnalistlərlə
söhbətində boya-başa
çatdığı Təbrizin
qədim tarixi abidələri və mədəniyyətinin onun
yaradıcılığına təsirləri, boya sənəti, realizm və abstrakt incəsənətlə bağlı
fikirlərini bölüşüb.
Vaşinqtonun Amerika İncəsənət
Liqası abstrak kateqoriyada Evelin Turner mükafatını Əbülfəz
Bahaduriyə "Paradoks"
əsərinə görə
təqdim edib. O deyir ki, rəsm
əsərlərini hazırlıq
görmədən başlayır:
"Bilmədiyim təsadüflər
bezin üzərində
baş verir. Sonra rəsm əsəri sanki özü mənə yol göstərir".
Əbülfəz Bahaduri Təbrizdə
anadan olub, rəsm çəkməyə
uşaqlıq illərindən
başlayıb. Özü deyir
ki, anasının sözlərinə görə,
o danışmaqdan əvvəl
şəkil çəkməyə
başlayıb. İlk
illər Bahaduri incəsənətə həvəs
göstərdiyi üçün
bu sahədə təhsil alıb, lakin ali
təhsilini texniki sahədə davam etdirib, kompüter qrafikası mütəxəssisi
olub. O eyni zamanda, toxuculuq texnologiyası sahəsində
təhsil alıb. Amma dediyinə görə, həyatında rəsm çəkmədiyi bir dövr olmayıb.
Əbülfəz Bahaduri deyir
ki, uşaqlıq və gənclik illərini Təbrizdə keçirməsi onun yaradıcılığına öz
təsirini göstərib.
O, Təbrizdə Göy
məscidin, xalça
və xalıların
rənglərindən ilham
aldığını deyir:
"Göy məscid məktəbdən evimizə
gedən yolun üstündə idi. Mən tez-tez oradan keçərdim. Onun rəngi
dünyada yeganə belə mavi rəngdir. Baxmayaraq ki, 18-ci əsrdə
zəlzələ nəticəsində
dağılıb, inqilab
və müharibənin
mərkəzində olub,
o kaşılarda olan mavi rəng məni həmişə cəlb edib. Yadımdan çıxmır ki, mən oradan keçəndə o boyaları
təqlid etməyə
çalışırdım, kağızları gedib o kaşıların yanından
tutub baxardım ki, o rəngi yarada bildim, yoxsa yox və
bu, mümkün deyildi".
Ə.Bahaduri rəssamlıq yaradıcılığında
Təbrizin xalıları
və miniatürlərindən
ilham aldığını
və tez-tez Vaşinqtonda Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin sənət
nümunələri, o cümlədən,
Təbriz miniatürlərinin
saxlandığı Freer qalereyasını
ziyarət etdiyini deyir.
Rənglər, rəngli boyalar
Bahadurinin yaradıcılığında
müstəsna əhəmiyyətə
malikdir. Rəssam deyir
ki, bu rənglər
daxildən gəlir və hər rəsm onun özünə yol tapacaq yeni əsər
kimidir. "Motivlər
daha çox beyindən gəlir, rənglər isə ürəkdən gəlir",
- deyə o bildirir.
Türküstan.- 2015.- 5-11 aprel.- S.11.