Azərin “Azərbaycan
adıyla
bütünləşmiş bir insanam”
Onunla tanışlığımın
yaşı artıq bu ilin iyun
ayında on üç
olacaq. İllər öncə Azərbaycanın körpə
partızanı,
cəbrayıllı balası şəhid Tiqananın (Samir Əliyevin) 25 illik yubleyində, yani anım mərasimində, anım mərasimıi yox, Tiqananın timsalında bütün toysuz şəhidlərimin adına
cismən “Bəysiz” çaldırdığım toyda
yaxından tanış
oldum.
Niyə bəysiz, çünki həmin
gün nakam gənclərimin, hansı ki, bəylik masasına
oturmaq qismətləri olmamışdı, onların
ruhları o məclisdə bəy idi. O məclis tam fərqli
bir məclis idi. Həmin gün hamı
Tiqananın 1993-cü ildə son dəfə Cəbrayılda
iştirak etdiyi, qol götürüb “Yanıq Kərəmi”
oynadığı toyun iştirakçısı oldu.
Amma,bu toy on
ildən sonra, Bakıda “İnturist”restoranında qurulmuşdu
, Cəbrayılın Cocuq Mərcanlı kəndində deyil.
Həmin toya gələn sənətçilərimiz hər
biri qəlbində şəhid bəylərə
sevgiylə gəlmişdilər,
təmənnasız olaraq. Onların arasında
çox sevdiyim, sənətinə dəyər
verdiyim xanım müqənnimiz də vardı. Ruhu, cismi, qanı,
canı Vətən adlı maya ilə yoğrulmuş bu xanım “Bəysiz” bəylərlə
əhatələnmiş məclisimizi
gözəl səsi, əsrarəngiz ifası ilə daha da
rövnəqləndirdi. O gündən bu xanımın sənəti
mənim üçün
daha əziz, daha cazibədar oldu. Bilirsinizmi niyə?Çünki, ürəkdolu, içdən
gələn səsində,
nəfəsində Vətən
vardı, Vətən...
Elə bu Vətən sevgisi ilə illərdən sonra onunla həmsöhbət
olmaq istədim. Çünki,
bu gün şou biznesin qalmaqallı, “maral”larla dolduğu ,
əsil sənətin
qondarma sənətin kölgəsində gizlənildiyi
bir vaxtda bu xanımın fikirləri mənim üçün çox önəmli idi. Həm bir yazar, həm
də bir vətəndaş olaraq.
Beləcə, bu günki həmsöhbətim
türk dünyasının
xanım-xatın müqənnisi
Azərindir.
-Salam, Azərin xanım. İllərdən sonra yenidən
sizinlə görüşmək
mənim üçün
çox xoş oldu.
Bu günki söhbətimiz vətənpərvərlik
notları üzərində
köklənəcək. Əslində, sizin ruhunuzun bu mövzuyla yoğrulduğunu gözəl
bilirəm. Elə
ona görə də bu gün
Azərin xanımın
vətənpərvərlik ruhuna daha bir
qidanın-hərbi vətənpərvərliyin
də əlavə olunmasına açıqlama
gətirmək istəyirəm.
Rəhmətlik, M.Arazın
“Vətən mənə oğul desə nə dərdim,
Mamır
olub qayaslnda bitərdim”
misrası sızə
tanışdır. Bu misradakı
fikirləri Azərin xanım özünə uyğun tərzdə oxucularımıza
neçə açıqlayar?
-Salam. Mən də illərdən
sonra görüşümüzdən
çox şadam.
Gözəl sualdı,
gorkəmli şairimiz
Məmməd Araz
"Vətən mənə
oğul desə nə dərdim"şeirində
əslində hər bir Azərbaycan övladina torpağin,vətənin
nə qədər müqəddəs oldugunu,onun
yolunda lazim gələrsə canından
belə kecməyi gözə almağı bacarmağı çox gözəl şəkildə
ifadə etmişdir.
“Vətən mənə oğul desə...”
Baxaq hər insana nəsib olurmu Vətən ona oğul desin? Xeyr. Açıqlayımmı?
Məncə yolunda ölümün
gözünə dik baxmağı , onun namusu
yolunda şəhid olmağı bacaran övladına içdən oğul deyir Vətən. Və bu iki misrada
böyük bir fəlsəfə yatır-Vətən
fəlsəfəsi...
Ürəyində Vətən boyda
bir dünya yaşadan Məmməd Arazın bu misralarını Təbrizə
boylanmadan, Zəngəzura,
İrəvana, Dəmir
qapı Dərbəndə
xəyali səfər
etmədən, yaralı
Qarabağımızın nisgilli
torpaqlarını qarış-qarış
xatırlamadan anlamaq, dərk etmək asan deyil.
-Azərbaycan Ordusu bu gün
çox böyük uğurlara nail olub. Ordunun yeni rəhbəri, peşəkar zabit, dəyərli generalımız
cənab Zakir Həsənovun təyinatı,
ölkəmizin vətəndaşları
üçün sevindirici
haldı. Onun ordu
siyasətindəki yenilikləri,
mütəmadi sərhəd
və sərhədyanı
hərbi hissələrdə
əsgər və zabit heyəti ilə görüşləri
insanlarda qələbəyə
inam hissini çox artırıb.
Əvvələr övladlarını hərbi xidmətə yollamağa qorxan valideynlər bu gün, çəkinmədən
övladlarını əsgər
yola salırlar. Bütün bunları gözəl bilirsiniz. Amma, mənim söhbətə
bu yönümdə baslamağımın
məqsədi sizin bir sənətçi olaraq bu sahədə
olmağınızdı. Bu
barədə fikirlərinizi
bilmək maraqlıdır.
-Bəli, bu gün Azərbaycan Ordusu, Silahli Qüvvələrimiz
inkişaf etməkdədir.Ölkəmiz
üçün ən
önəmli amillərdən
biri olan, ordu ilə xalqın
yaxınlaşması,birləşməsi,vətəndaşın
öz övladını
dövlətə tam güvənərək
ordu sıralarına yollamasının əsas səbəblərindən biri
Dövlət başçımızın,
cənab İlham Əliyevin düzgün siyasətinin nəticəsidir.Onun
sərəncamı ilə
ordumuza rəhbər təyin olunmus cənab generalımız
Zakir Həsənov
qisa muddətdə xalqımızın inamını
və rəgbətini
qazandi.
Dəyisikliklər göz önundədir.Mən
inaniram ki, bu ordumuzla inşallah
Azərbaycanımızın üçrəngli bayrağını
Qarabağda asacağımız
günə çox qalmayıb. Mənim Azərbaycan Ordusu
ilə yeni layihələrə qoşulmağımın
da tək səbəbi bilirsiniz-Vətən,
Vətən yenə də Vətəndir.
-Azərin xanım, sənətdə olan müqənnilərin 90 faizinin
bu gün toylara, şou proqramlara can atdığı,
efirlərdə görünmək
üçün dəridən
qabıqdan çıxdıqları
bir vaxtda, gözəl səs diopazonuna malik, istedadlı müqənni Azərin, tam fərqli bir sahədə, tam fərqli bir mövzuda özünü
tapır. Niyə? Sizə pul qazanmaq lazım deyilmi? Siz də digərləri kimi komfort həyat
tərzi, bahalı maşınlara, mülklərə
sahib olmaq istəmirsinizmi???
-Allah(c.c)hər insana
bir ömür biçir.Mən uşaq yaşlarindan vətənimi
tərənnüm etmişəm.Daha
sonralar,gənclik illərində
Azərin adını
özümə ad,ünvan
bilmişəm.Ölkəmin böyük tarixini,soykökümü,dərindən
öyrənmiş, Azərbaycan
adiyla bütünləşmiş
bir insanam. Mən başqa cür ola
bilmərəm, Xalidə
xanım. Vətən adlı libas
boyuma biçilib.
Mənim
ən böyük sərvətim bu torpaqdı, bu xalqdı, Azərbaycandı.
Mən çox dövlətli insanam biləsiniz...
-Gənclərimizin
hərbi vətənpərvərlik
mahnılarına marağı
bu gün bildiyimiz kimi, repe, popa, meyxanaya
olan qədər güclü deyil. Sizcə buna səbəb nədir?
-Başlıca səbəbi mən ailə və məktəbdə görürəm.
Gəncliyi qınamayaq. Ailə, valideyn, məktəbdə də müəllim
sevdirməlidir bu mahnıları. Onlar usaqları vətənpərvərlik
ruhunda tərbiyə etməlidirlər.Olsun, musiqinin
hər növünün,
hər janrının
öz gözəlliyi,
öz cazibədarlığı
var. Bunu da hər bir insan
öz zövqünə
uyğun seçir.
Amma, yeganə janr, yeganə növ var ki, ona
zövq lazım deyil. O da vətənpərvərlik mövzusunda
olan mahnılardır.
Bu mahnıları usaqdan böyüyə hamı sevməyi bacarmalıdır. Amma, əfsuslar
olsun ki, hələ bizdə bu formalaşmayıb.
Amma, ümidsiz olmayaq. İnşallah yavaş-yavaş
bu da yoluna
düşər
-Bildiyimiz kimi Müdafiə Nazirliyinin, şəxsən Zakir müəllimin
təşəbbüsü ilə hərbi vətənpərvərlik mahnılarının
müsabiqəsi keçiləcək.
Bu müsabiqədə sizin də üzərinizə
böyük və məsuliyyətli bir vəzifə düşüb.
Necə düşünürsünüz
bu müsabiqə hərbi
vətənpərvərlik ruhunda yazılan əsərlərlə gənclərimizin
diqqətini
çəkə biləcəkmi?
-Bildiyiniz kimi mən uzun
illərdir,butun gücümü və həyat tərzimi bu işə həsr etmişəm.Bu gün Müdafiə Nazirliyinin keçirməyə
hazirlasdıgı hərbi
vətənpərvərlik mahnılarının müsabiqəsində,münsiflər
heyətində yer almagim, mənim üçün çox sevindirici haldır.
Üzərimə düşən bu
şərəfli işin
uğurlu nəticə
verəcəyinə çox
inaniram.Təbii ki, bu işdə bizə yardim edən, MN rəhbərliyinə,Gəncə
Zabitlər evinin rəisinə və MN-in bütün şəxsi heyətinə,ictimai təşkilatlara,mediaya,telekanallarimiza və bu işdə iştirak edən bütün insanlara öncədən öz təsəkkürümü bildirirəm.Düşünürəm
ki,bu mövzuda görülən islər
daimi olmalidir,və bu sahədə heç bir Azərbaycan vətəndaşi
öz bacarigini,əməyini
və imkanlarini əsirgəməməlidir.
Vətənimizə,millətimizə xeyirli,ugurlu
olsun.
- Amin inşallah. Bəli, bu işdə
hamı öz köməyini, öz bacarığını gücü
yetdiyi dərəcədə
ortaya qoymalıdır.
Çünki, bu müsabiqə bizim düşmənlə silahsız
mübarizəmizə təkandı.
Azərin xanım, təşəkkürlər
və tutduğunuz bu şərəfli yolda sizə daha böyük uğurlar arzulayırıq.
Xalidə Xalid
Türküstan.- 2015.- 12-18 aprel.-
S.16.