Şəms Təbrizi və
sufiliyin qırx qızıl qaydası
Başlanğıcı ötən
sayımızda
Sufiliyin bir cərəyan olaraq meydana
çıxdığı ilk çağlardan bir çox
ünlü sufi şeyxləri “sufi necə
olmalıdır?”, “sufi necə düşünməli, necə
davranmalıdır?”, “sufi hansı özəlliklərə sahib
olmalıdır?” və digər bu kimi suallara cavab verməyə
çalışmışlar. Ayrı-ayrı sufi
mürşidlər öz çıxışlarında bu
sualların cavabını ümumi və ya bəndlər
şəklində cavablamışlar.
24. Bir
halda ki, insan məxluqatın əşrəfidir, yəni
varlıqların ən şərəflisidir, deməli
atdığı hər addımda Tanrının yer
üzündəki xəlifəsi olduğunu xatırlayaraq ona yaraşan şəkildə
hərəkət etməlidir. İnsan
yoxsullaşarsa, iftiraya uğrayarsa, həbsə girərsə,
hətta əsir olarsa belə, yenə başı dik,
gözü tox, könlü əmin bir xəlifə kimi
davranmaqdan vaz keçməməlidir.
25. Cənnəti
və cəhənnəmi əsla gələcəkdə arama.
İkisi də bu an mövcuddur. Nə zaman bir insanı təmmənnasız,
qarşılıqsız və bazarlıq etmədən sevməyi
bacarsaq o zaman cənnətdəyik əslində. Nə zaman biriylə qovğa etsək, nifrətə,
həsədə və kinə bulaşsaq kəlləmayallaq cəhənnəmə
düşmüş oluruq.
26. Kainat
tək vücud, tək varlıqdır. Hər
şey və hər kəs görünməz iplərlə
bir-birinə bağlıdır. Əsla kimsənin
ahını alma,
bir başqasının, özəlliklə səndən
zəif olanın canını yandırma. Unutma
ki, dünyanın o başındakı bir insanın kədəri
bütün insanlığı qəmgin edə bilər.
Və bir insanın səadəti hər kəsin
üzünü güldürə bilər.
27. Bu
dünya bir dağ kimidir, ona necə səslənsən, o da sənə
eyni səsləri əks etdirər. Ağzından
xeyirli söz çıxarsa xeyirli söz əks olunar, şər
söz çıxarsa sənə şər əks olunacaq.
Eləsə kim ki, sənin haqqında pis
danışır, sən o insan haqqında qırx gün
qırx gecə sadəcə gözəl sözlər
danış. Qırx günün sonunda görəcəksən
hər şey dəyişmiş olacaq. Sənin
könlün dəyişərsə dünya dəyişər.
28.
Keçmiş, zehinlərimizi qapayan dumandan, buluddan ibarətdir.
Gələcək isə başlı
başına bir xəyal pərdəsidir. Nə
gələcəyimizi bilə bilir, nə də
keçmişimizi dəyişdirə bilirik. Sufi daima bu anın həqiqətini yaşar.
29. Qədər,
tale həyatımızın öncədən
yazılmış olması deməkdir. Bu səbəbdən
“nə edək, həyatımız belədir” –deyib boyun
bükmək cəhalətin göstəricisidir. Qədər yolun tamamını deyil, sadəcə
yol ayrımlarını verir. Keçilən
yollar bəllidir, amma bütün döngə və yolun
ayrımları yolçuya aiddir. Eləsə,
nə həyatının hakimisən, nə də həyat
qarşısında çarəsizsən.
30. Həqiqi
sufi elə biridir ki, başqaları tərəfindən
qınansa, ayıblansa, dedi-qodusu edilsə, hətta iftiraya
uğrasa belə, ağzını açıb kimsə
haqqında tək bircə kəlmə pis söz
danışmaz. Sufi qüsur görməz,
qüsur örtər.
31. Haqqa
yaxınlaşa bilmək üçün ipək kimi bir qəlbə
sahib olmalısan. Hər bir insan bu və ya digər
şəkildə yumşalmağı öyrənir.
Kimisi qəza keçirir, kimisi ölümcül xəstəlik,
kimi ayrılıq acısı çəkir, kimi də maddi
sıxıntı... Hamımız qəlbdəki
qatılıqları çözməyə fürsət verən
təhlükəli durumlardan keçirik. Amma
kimimiz bundakı hikməti anlar və yumşalar, kimimiz isə
nə yazıq ki, daha da sərtləşərək
çıxar.
32.
Aranızdakı bütün pərdələri tək-tək
qaldır ki, Tanrıya saf bir eşqlə bağlana biləsən.
Qaydaların (kuralların) olsun, ancaq
qaydalarını başqalarını uzaqlaşdırmaq, yaxud
mühakimə etmək üçün istifadə etmə.
Özəlliklə bütlərdən uzaq dur, dost... Və əsla doğrularını bütləşdirmə.
İnancın böyük olsun, amma inancını
böyük görmə!
33. Bu
dünyada hər kəs bir şey olmağa
çalışırkən sən HEÇ ol. Mənzilin yoxluq olsun. İnsanın
saxsı qabdan fərqi olmamalı. Necə
ki, saxsı qabı tutan çölündəki biçimi
deyil, içindəki boşluqdusa, insanı da ayaqda tutan mənlik
zənni deyil, heçlik bilincidir.
34. Haqqa təslim
olmaq nə zəiflik, nə də süstlükdür. Tam tərsinə, belə bir təslimiyyət son dərəcə
güclü olmağı tələb edir. Təslim olan insan çalxantılı və
burulğan sularda çırpınmağı buraxır, əmin
bir məqamda yaşayır.
35.Bu həyatda yalnız təzadlarla irəliləyə
bilirik. Mömin içindəki münkirlə tanış
olmalı, Tanrıya inanan insan isə içindəki inananla
tanış olmalıdır. Kamil insan qatına
yetişənə qədər insan addım-addım irəliləyər.
İnsan yalnız təzadları qucaqlaya bildiyi
qədər olqunlaşar, kamilləşər.
36. Hiylədən
və fırıldaqdan əndişə etmə. Əyər biriləri sənə tələ qurur, zərər
vermək istəyirsə, Tanrı da onlara zərər vurur.
Çuxur qazanlar o çuxura özləri
düşər. Bu sistem
qarşılıqlar əsasında işlər. Nə bir qətrə xeyir qarşılıqsız
qalır, nə bir qətrə şər. Onun bilgisi xaricində yarpaq belə əsməz.
Sən sadəcə buna inan!
37.
Tanrı qılı qırx yararaq dəqiqliklə
çalışan saat ustasıdır. O qədər dəqiqdir
ki, sayəsində hər şey tam zamanında olur. Nə bir saniyə tez, nə bir saniyə gec. Hər insan üçün bir aşiq olma zamanı
vardır, bir də ölmək zamanı.
38.
“Yaşadığım həyatı dəyişdirməyə,
özümü dönüşdürməyə
hazırammı?”- deyə sormaq
üçün heç bir zaman gec deyil. Hansı
yaşda olursaq olaq, başımızdan nə keçmiş
olursa olsun, tamamən yenilənmək mümkündür.
Tək bircə gün öncəki günün
tam təkrarını yaşayırıqsa yazıq olur.
Hər an, hər nəfəsdə yenilənməli.
Yepyeni bir yaşama doğmaq üçün
ölmədən öncə ölməli.
39.
Nöqtələr sürəkli deyilsə də
bütünlüklə eynidir. Bu dünyadan gedən
hər oğru üçün bir oğru doğular. Ölən hər dürüst insanın yerini bir
dürüst insan alır. Bütün, heç bir zaman
pozulmaz, hər şey yerli yerində qalır, mərkəzində...
Həm də bir gündən digər bir günə
heç bir şey eyni olmaz. Ölən hər sufi üçün bir sufi doğular.
40.
Eşqsiz keçən bir ömür hədər
yaşanmışdır. “Əcaba, ilahi eşq
ardınca getməliyəmmi, məcazimi, dünyəvimi, yoxsa
səmavimi, cismanimi?” – deyə sorma. Ayrımlar ayrımları doğurur. EŞQin isə heç bir əlavə özəlliyə
və tamlamaya, bütünləşməyə ehtiyacı
yoxdur. Başlı başına bir
dünyadır eşq.
Ya tam
ortasındasan – mərkəzində,
Ya da
çölündəsən – həsrətində...
İstifadə edilmiş qaynaqlar;
1.Şəms
Təbrizi “Makalat”, çeviri:M.N.Gençosman
(Ankara – 1973).
2.
“Evliyâlar Ansiklopedisi”, (İstanbul – 1993).
3. “Yeni
Rehber Ansiklopedisi”,
(İstanbul – 1993).
4. Mehmet
Önder, "Mevlana Celaleddin-i Rumi", (Ankara 1986).
5. Eflaki,
"Ariflerin Menkıbeleri", (İstanbul, 2006).
6. Aydın Yaşar "Şems-Mevlana
buluşması...", (Milli Gazete, 30 Nisan 2009).
7. B. A. Çetinkaya, "Mevlananın
Tebrizli Güneşi Şems"
8. Ahmet Küçükakkaş,
"Mevlana ve Şems", (Mavi Rüya Kültür Sanat
ve Düşünce Dergisi, Aralık - 2005, Sayı:2).
Saytlar;
1. tdvislamansiklopedisi.org
2. sufiarastirmalari.com
3.somuncubaba.net
4.sabah.com.tr
Türküstan.-
2015.- 12-18 aprel.- S.15.