Milli Qəhrəman
Riyad Əhmədovun sirri
əvvəli ötən
sayımızda
Qaraçinarda
əsir düşmüş yaralı erməni komandiri:
-Mən sənə
türklər üçün vacib məlumat verəcəm.
Mardakertdə (Ağdərə) doğum evində tibb
bacısı işləyən Haykanuş vardı. Bir azərbaycanlı
ailəsinin on üç il uşağı olmurmuş,
dörd dəfə uşaqları olub, ölüb. Bax, o
qadın Haykanuşa çox bahalı bir üzük hədiyyə
edib. Əhd eləyiblər ki, uşaqları sağ qalsa,
adını erməni adı qoysunlar. O öz başına gələnləri
tibb bacı Haykanuşa danışıb, o da onu arxayın
edib ki, uşağı sağ-salamat dünyaya gətirməkdə
qadına kömək edəcək. Həmin günü bizim
qonşuda bir erməni qızı da doğum üçün
xəstəxanaya yatırılıb. İki gəlin də
eyni vaxtda oğlan doğub. Tibb bacısı türkün
uşağı ilə erməni uşağını dəyişdirib.
Görürsən erməni tibb bacısı türkü həsrət
qaldığı bir uşağa qovuşdurub.
Riyad:
-O
uşaqlar haqqında bildiyin nə varsa, mənə de!..
Neçənci ildə doğulublar, adları nədir? O
uşaq sağdımı?
-Həmən
günü tibb bacısı Haykanuşun oğlunun toyu olub,
1979-cu uldə. Haykanuş toyda
ikicə saat oturub, sonra xəstəxanaya gedib, gecəni orda
qalıb. Doğum səhərisi gün olub. Adları eynidir.
Bizim qonşu uşağına nə adı qoymuşdusa,
Haykanuş azərbaycanlı uşağa da o adı verib. O
türkün uşağı sağ-salamatdır. Bizim
qonşuluqda yaşayır. Haykanuş bir türk ailəsinin
övlad həsrətilə yaşadığını bildiyi
üçün onlara öz ermənisinin
uşağını verib. Biz türkləri sevirik. Məni
sağ-salamat burax. Məni əsirlə dəyişdir, mən...
mən söz verirəm, istəsən gedib uşağı
oğurlayıb gətirək. Bircə məni mülaicə etdir,
qoyma ölüm…
Goranboyun
Tap Qaraqoyunlu kəndi ilə bizim kəndimiz yaxındır.
Bax, söz verirəm, nə desən eləyəcəyəm.
Riyad:
-Sənin
erməni Haykanuşun öz qonşusunun uşağını
bir üzüyə satıb. O qorxub ki, türkün
uşağı yenə də ölər, üzük əlindən
çıxar, ona görə uşaqları dəyişdirib.
Bəs o türk uşağını saxlayan ailə kimlərdir?
-Onu bizim
kənddə hamı tanıyır. Çünki cəmi bir dənə
KAMAZ sürücüsü var, o da odur: Qarik. Bizim kəndimiz
Tap Qaraqoyunluya yaxındır. Məktəbin yanından baxanda
o KAMAZ görünür.
***
Riyad əsirin
dediklərini düşünürdü, elə bu vaxt
maşın dayanır. Erməni əsiri Malikyanın
başı sarğılıydı. Əsgərimiz onu
Riyadın qaldığı evə gətirir.
Riyad
Malikyana:
-Hə, sən
dediyin düz çıxdı... amma uşağın
adını mənə deməmisən. Özüm öyrəndim,
adı Samveldir. Mənim bircə şərtim var. Bu məlumatlar
səndə hardandıdır? Bax, o uşağı mənə
gətir, sağ-salamat evinə get.
Malikyanın
gözünə işıq gəlir. O deyir:
- Ara, mən
Ermənistan xüsusi xidmət
orqanlarının zabitiyəm. “Daşnaksütyun”
Partiyasının göstərişinə əsasən, doğum
evində yeni dünyaya gəlmiş uşağı
ziyalı, tanınmış türk ailələrinin
uşaqları ilə dəyişdirmişik. Biz
hesablamışıq ki, o uşaq türk ailəsində
böyüyəcək, gələcəkdə Azərbaycanda
böyük vəzifə sahibi olacaq, o zaman onunla əlaqə
yaradıb özümüzə çəkəcəyik. Onun
qanı erməni qanıdır. Ata-anasının şəklini
verəcəyik və məcbur edəcəyik ki, erməni
xalqına xidmət eləsin.
O
uşaqlardan da biri ilə bağlı mənə xüsusi
tapşırıq veriblər, mənim qonşuluğumda
yaşadığına görə uzun müddətdir izləyirəm.
Bəli, Samveli uzun illərdir ki, izləyirəm.
Riyad:
-Bəs
sizdə olan dəyişdirdiyiniz uşaqların taleyi necə
olacaq? Nə qərar veriblər onların barəsində?
Erməni
komandir:
-Mən
Qarikin oğlu barəsində çox araşdırma
aparmışam. O uşaq türklərlə oturub-durur.
Türk dilində danışır. Orta məktəbdə
türklərə aid mənfi müzakirələr olanda
müdaxilə edir, müəllimini sorğu-suala tutur. Onun
haqqında topladığım bilgiləri rəhbərliyimə
bildirdim. Onlar da dedi ki, əsgərliyə gedənə qədər
yaşasın.
Görün
türkün qanı necə sağlamdır, ata-anasını
erməni bilsə də, yenə türkpərəstdir...
Biz Azərbaycanda
yaşayan Samvel barəsində də özəl
tapşırıq almışıq, o böyüyəndə
Ermənistan xüsusi xidmət orqanları ilə əlaqə
saxlayacaq. Nə də olsa qanı ermənidir, bizə inanar,
bizimlə əməkdaşlıq edər...
Duruxub,
sonra əlavə etdi:
-İkicə
nəfər getsin mənimlə, uşağı özüm
tutub sərhədə gətirəcəyəm. İstəsəniz
məni də sərhəddə
qədər gətirin, keçəndə buraxarsınız
***
Riyad erməni
əsirlə plan hazırlayır, erməni kəndi
Qaraçinardan ələ keçirdikləri UAZ
maşınının çənini benzinlə doldururlar.
Goranboyun Tap Qaraqoyunlu kəndindən, dağların
arasıyla ermənilərin yaşadıqları yerə gəlirlər.
Riyad özü arxada oturur, Malikyana da xəbərdarlıq
edir:
-Səni
gözümü qırpmadan öldürə bilərəm.
Özün də yarımcansan. Bir artıq hərəkətini
görsəm, özünü ölmüş bil.
Uşağı bizə gətirəcəksən. Səni sərhəddə
buraxacağam.
Onlar
Malikyanla meşədə gözləyirlər. Səhər
açılanda məktəbin yanına gedirlər. Uşaq dərsdən
çıxdığı vaxt UAZ ona yaxınlaşır.
Malikyan qapını açıb ermənicə deyir:
-Salam,
Samvel sənsən? Məni atan Qarik göndərib, dedi ki, get
oğlumu gətir. O səni görmək istəyir,
özü də sərhəddəki postdadır.
Uşaq məktəbli
çantasını onlara verib
maşına minir. Riyadgil maşını sərhəddə
tərəf sürürlər. Ora çatana qədər də
ermənicə danışırlar ki, uşaq heç nədən
şübhələnməsin.
Sərhəddə
çatanda Riyadın qoyduğu adamlardan biri onlara
yaxınlaşıb deyir:
-Hə,
burdan keçə bilərik.
Onlar
uşaqla birlikdə sərhəddi keçirlər. Yolda
maşını saxlayıb Malikyanla danışırlar:
Malikyan:
-Mən
sözümdə durdum.
Riyad:
-Azadsan!
Malikyan
Riyada:
- Sən
mənə iki dəfə həyat verdin səni hec vaxt
unutmayacam Görüm indi bizimkiləri türklərin əlindən
sağ-salamat qurtardığıma necə inandıracağam.
Riyad:
- Siz əsir
düşəndə üç nəfər idiniz, sən
başından yaralanmışdın, qan axırdı. Bizim
Milli Ordumuzun əsgərləri
iki erməni əsirini götürəndə səni də
ölü bilib götürməmişdilər.
Yoldaşlarının adları Ambarsumyan və Nazaryan idi,
onlarla söbətim olmusdu.
Malikyan:
- Hə,
ikisini də tanıyıram. Onlar mənim yaralı olduğunu
gördülər.
Riyad:
- Hə,
gördülər. İkisi də top kimidir, onları bu
yaxınlarda dəyişəcəklər. Onlar Azərbaycan əsgərlərinin
səni ölü bilib aparmadıqlarını təsdiq edəcəklər.
Sənsə hər şeyi görürdün, əsgərlər
gedəndən sonra dağların arasından gizlənərək
Ağdərəyə keçdin. Bir də Xan kəndinə
gedərsən, məndən polkovnik Amirxanyan Masis
Paruroviçə salam de. O sənə kömək edəcək.
Mən səni iki dəfə ölümdən
qurtarmışamsa, onu üç dəfə xilas eləmişəm.
Malikyan:
-Sən məni
də üç dəfə ölümdən qurtardın.
Üçüncüsü ermənilərin əlindən təmiz
çıxmağımın yolunu göstərdin. Səni
unutmayacağam. Mən sənə vacib olan məlumatları da
ötürəcəyəm. Bizim rəisimiz Masisi də
tanıyırsan. Salamını çatdıracağam.
Riyad
Malikyanı buraxır.
Malikyan
sevinclə maşından düşüb qaçmağa
başlayır.
Riyad səkkiz
ay əvvəl Şuşada Daşaltı əməliyyatında
Ermənistan xüsusi xidmət orqanlarının rəisi
mirxanyan Masisi də girov götürərək, öz erməni
təşkilatlarının xeyli sirrini ondan öyrənmişdi.
Son vaxtlar isə ondan məlumat gəlmirdi. Riyad ona salam
göndərməklə əslində xəbərdarlıq
edirdi. Çünki Riyad da Masisin çox sirrini bilirdi. Salam
yerinə çatır. O Riyadın adını eşidən
kimi keçmiş günləri yadına düşür. Belə
ki, sirrləri yaydığına görə öz ölkəsində
vətən xaini kimi güllələnəcəkdi, ona
görə də Riyaddan qorxurdu.
Əsgərlərimizdən
biri:
-İndi
biz bu uşaqla nə dilində danışacağıq.
Samvel
qışqırmağa başlayır:
- Siz
türksünüz, məni aldadıb
oğurlamısınız.
Samvel
sözləri qırıq-qırıq Azərbaycan dilində
danışırdı.
Riyad:
-Sən
Azərbaycan dilinidə danışırsan, deməli öz
dilini bilirsən. Biz səni vətəninə gətirmişik.
Sən dünyaya gələndə sizin qonşunuz Haykanuş
həkim sənin öz doğma valideynlərinə Qarikin
uşağını verib. Səninlə erməni
uşağını dəyişib.
Uşaq
başını aşağı salıb dodağının
altında mızıldanır:
-Niyə
belə deyirsiniz, indi mən erməni deyiləm, hə? Mənim
iki bacım var, mən indi onları görməyəcəyəm,
deyirsən burda qalacağam? Mən sənə inanmıram!
Riyad:
-Sən
ata-ananı görəndə inanacaqsan dediklərinə.
Öz atana elə oxşayırsan ki, amma onların da sənin
varlığından xəbərləri yoxdur. Sən anadan
olanda səni dəyişiblər. İndi onun öz doğma
oğlu yəni sən o tərəfdə qalmısan.
Müqayisə edərsən, gör səni hansı valideynlərin
daha çox sevəcək? Özün bu
doğmalığı görəndə hər şeyə
inanacaqsan.
Riyad əlindəki
hava telefonu ilə Akifi yığır:
-Mən
sizə demişdim ki, xoş xəbər gətirəcəyəm,
hörmətli qonağımız da var.
Akif:
-Təki
xeyir olsun, gözləyirəm.
Riyadgil sərhəddin
o biri başından kəndə girdikləri üçün
20 km yol gəlməliydilər.
Akif isə
öz evinə yaxın idi.
Riyad
Akifin evinə gəlir. Samvel məktəbli geyimindəydi, əlində
çantası vardı.
Akif onları
qarşılayır. Hamı uşağa baxır.
Riyad:
-Bax, Akifə
necə oxşayır.
Akif
uşağa doğru yönəlir. Samvel gözünü
Akifin üzünə zilləmişdi.
Onlar evə
keçirlər. Uşaq evdə qara paltar geyinmiş
Züleyxanı görüb ona yaxınlaşır:
-Salam, mənim
adım Samveldir.
Züleyxa
onu bağrına basır. Necə də olsa, oğlunun
adını daşıyır.
Akifin də
gözləri dolur.
Züleyxa:
-Buna bax,
Akif, elə bil mənim öz oğlumdur. İyisi belə, mənə
doğma gəlir. Dayan albomu gətirim.
Züleyxa
qaçıb otaqdan ailə albomunu gətirir.
-Bax, bax,
Akifin uşaqlıq şəkillərinə bax, gör necə
oxşayır, heç seçilmir.
Riyad:
-Siz erməni
Haykanuşa üzük verəndə demişdiniz ki,
uşağa ad ver. Sağ qalsa, üzük sənindir.
Haykanuş da sizin dörd dəfə
uşağınızın öldüyünü bilirdi.
Üzüyü əlindən almayasınız deyə belə
bir yola əl atıb: öz qonşusu, KaMaz
sürücüsü Qarikin
arvadı Venera da həmin gün uşaq dünyaya gətirib.
Haykanuş uşaqları dəyişib, eşidəndə ki,
Venera oğluna Samvel adını qoyub, həmin adı sizin
uşağa da verib.
Züleyxanın
gözləri dolur:
-Hə,
bir sürücünün arvadı da mənimlə eyni
palatada yatırdı. Oğlunun adını Samvel qoymuşdu.
İndi sən deyirsən ki, mənim balam budur, hə? Mənim
Samvelim sağdır, hə?
Züleyxa
sözünü bitirməmiş özündən gedir.
Akifin
Züleyxa yadından çıxmışdı, o oğlunu
bağrına basır. “Oğlum sağdır, oğlummm!!!”
deyib sevincndən qışqırır.
Riyad
Züleyxanın üzünə su vurub Akifə
qışqırır:
-Görmürsən
yoldaşın özündən gedib, kömək elə.
Onlar
Züleyxanı divana yatırırlar. Akif Züleyxanı
ayıltmağa çalışır. Özünə gələn
Züleyxa:
-Akif, mən
yuxu gördüm, niyə məni ayıltdın. Mən
oğlumla bir yerdəydim.
Akif:
-Sən
yuxu görmürsən, budur bax, öz oğlumuzdur, evimizdədir.
Görmürsən?
Züleyxa
Samvelə boylanıb:
-Oğlum
sağdır,- deyib qiyyə çəkir. Onun səsinə
qonşular tökülüşüb gəlir:
-Yazıq
qadın, yenə oğlu yadına düşüb.
Riyad:
-Yox,
oğlu gəlib. Sevincindən ağlayır bu dəfə.
Riyad
öz adamları ilə evdən çıxır.
Cəlaləddin Qasımov
Beynəlxalq Qaşqari Fondunun
vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi
Məsləhət Şurasının üzvü,
yazıçı-publisist
Türküstan.- 2015.- 19-25 aprel.-
S.14.