Dahi şəxsiyyətlərin portretləri xəttatlıqda

 

Gənc xəttat quran qaresi Rəşad Ataşov Azərbaycanın tanınmış ədəbiyyat mədəniyyət xadimlərinin ərəb hərflərindən ibarət portretlərini yaradıb.Bu barədə AZƏRTAC-a bildirən sənətkar deyib ki, üzərində çalışdığı bir neçə əl işlərindən Şah İsmayıl Xətai, İmadəddin Nəsimi, Nəsrəddin Tusi, Üzeyir Hacıbəylinin portretləri hazırdır. Rəşad Ataşov vurğulayıb ki, on il əvvəl başladığı işi son bir ildə başa çatdırıb. Həmçinin gənc istedad kətan üzərində xəttatlıq nümunəsi yaradıb bu işi daha da inkişaf etdirir. Ərəb dilinin sirlərinə yaxından bələd olan gənc istedad qeyd edib ki, hər hansı bir tarixi şəxsiyyətin portretini yaradarkən onun orijinallığını qoruyub saxlamaq lazımdır, ərəb dilində hərflərin quruluşunu dəyişməklə məna tamamilə itə bilər. Sənətkar yaxın gələcəkdə yaratdığı mükəmməl əl işlərindən ibarət sərgi açacağını da bildirib.

Qeyd edək ki, Rəşad Ataşov 120-dək belə portreti yaradacağını planlaşdırır.

 

Türküstan.- 2015.- 16-29 avqust.- S. 2.