Şah İsmayılın məqamında…
II yazı
Təbrizdən Ərdəbilə
yola düşərkən
şəhərdə şaxta
olacağını dedilər. Yol boyu torpağın üzərində
buza çevrilən qar bələdçini haqlı çıxarsa da, Ərdəbil soyuq deyildi. Sərab şəhərində isti
çay içib, bu şəhərdə də xatirə fotosu çəkdirib yolumuza davam elədik.
Xəyalımda Ərdəbili daha köhnə şəhər
kimi təsəvvür
edirdim. Lakin terminaldan taksiylə
otelə yola düşərkən yanıldığımı
gördüm. Taksi
sürücüsü “Naderi”
adlı bir hostelə gətirdi, Bakıdan gələnlərin
daha çox burada qaldığını
dedi.
Yaxınlaşıb qiymətləri
soruşuruq, adam
başına 20 manat deyirlər. Etirazımızı
bildirir, Təbrizdə
qiymətlərin daha münasib olduğunu deyib başqa bir yer axtarmaq
istəyirdik ki, kənardan bizi dinləyən otelin müdiri yaxınlaşır:
– Mən icazə vermərəm ki, kimsə mənim otelimdən geri qayıtsın. Siz on manata qalacaqsınız.
Təşəkkür edib, otaqlarımıza
yerləşdik, qısa
istirahət edib Şeyx Səfi məqbərəsini ziyarət
etmək üçün
yola düşdük.
Təbrizlə müqayisədə
Ərdəbil küçələrində
adam çox
idi. Artıq bayramın iki
günü arxada qaldığı üçün
dükanlar açılmağa
başlamışdı. Yol boyu gözümüzə
sataşan daha çox şirniyyat və ədviyyat dükanları oldu. Daha çox isə isti halva satılırdı.
Əgər Təbrizdəki ləhcə
bizə daha yaxın idisə, Ərdəbildə bir qədər fərqlidir.
Bu da Ərdəbillə
müqayisədə Təbrizlə
Bakı arasındakı
gediş-gəlişin çoxlu
ilə bağlıdır.
Şeyx Səfi Kompleksinin bilet kassasına yaxınlaşırıq. Yerlilər üçün 3 min tümən
(1.5 manat), xaricilər
üçün 20 min tümən
(10 manat). Yəni 5 nəfər
üçün 50 manat
pul verəcəkdik, birtəhər bizim də yerli sayıldığımızı
izah edib 40 manata içəri daxil olduq. Şeyx Səfi məqbərəsi ətrafında
tikilmiş kompleks
XVI-XVII əsrlərə aid abidədir. Bu kompleksə
Şeyx Səfi türbəsindən başqa
bir neçə türbə, o cümlədən
Şah İsmayıl türbəsi, Çinixana
deyilən bina, məscid, zəvvarlar üçün otaqlar və s. daxildir.
Ərdəbil şeyxləri kimlərdir? Qeyd edək ki, XIII əsrin ikinci yarısında Ərdəbil
şəhərində bir
sufi cəmiyyəti
yaranır. Buranın şeyxi əsli
Gilandan olan Şeyx Zahid idi. O, qızı Bibi Fatmanı müridi Səfiəddinə
ərə verir. Şeyx Zahid vəfat edincə cəmiyyətin şeyxi Səfiəddin olur. Şeyx Səfiəddin 1252-ci ildə Ərdəbildə
doğulub. O, 1334-cü ildə Ərdəbildə
vəfat etdikdən sonra onun davamçıları
bunlar idi; Şeyx Sədrəddin
Musa (1334-1392), Şeyx Xoca
Əli (1392-1427), Şeyx
İbrahim (1427-1447), Şeyx
Cüneyd (1447-1460), Şeyx
Heydər (1460-1488), Şeyx
Sultan Əli (1488-1494), Şeyx
İsmayıl (1494-1501), sonralar
isə Şah İsmayıl (1501-1524). Bu sülalə
ilə bağlı
1357-ci ildə Şeyx
Səfiəddinin oğlu
Şeyx Sədrəddinin
tövsiyəsi ilə
yazılan “Səfvət-üs-səfa”
adlı əsərdə
Şeyx Səfiəddinin
və müəllimi Şeyx Zahidin kəramətlərindən bəhs
edilir. Səfəvilər dövlətinin adı
da Şeyx Səfiəddin Ərdəbilinin
adından götürülüb.
Şair Arif Ərdəbili Şeyx Səfini “din və millət hamisi” adlandırır.
V.V.Bartold yazır ki,
“Ərdəbil şeyxləri,
şübhəsiz, fars
deyil, türk mənşəlidirlər”. İ.P.Petruşevski isə
bildirir: “İlk Səfəvi şeyxləri
Ərdəbildə yaşamışlar,
onların doğma dili Azərbaycan dili olub”. … Məşhur Şeyx Səfi xalçası da XVI əsrdə bu kompleks üçün toxunub. Məqbərənin bələdçisi deyir ki, vaxtilə
mülk sahibi onu ingilislərə satdığına görə
geri qaytarılması
mümkün deyil.
Ziyarətə gələnlər çox idi. Azərbaycan tarixi üçün hələ də kifayət qədər qaranlıq məqamları olan Ərdəbil şeyxləri, onların qurduğu möhtəşəm xanədanlıqla bağlı indi də bir çox müəmmalar qalır. 38 yaşında vəfat edən şah Geniş əraziyə sahib olan bu dövlətin qurucusu Şah İsmayılın məzarına şüşə arxasından baxa bildik. Məzarın üzərinə sənduqə qoyulub, içəridə isə kiçik portreti var. Şeyx Səfinin, onun oğlu Şeyx Sədrəddinin və Səfinin nəvəsinin məzarları yanaşı idi. Bələdçinin dediyinə görə, Şeyx Səfinin məzarının arxasında Şeyx Heydərin məzarı var. Şah İsmayıl 1524-cü ildə vəfat edib. Xətai barədə ilk məlumatı îğlu Sam Mirzə “Töhfeyi-Sami” əsərində verib. Yazılanlara görə, Çaldıran məğlubiyyətindən sînra Şah İsmayıl în il yaşasa da, heç bir ciddi hərbi səfər etmir. Înun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl yîrğunluq hiss etdiyindən îva çıxır. Î, sağalmaq ümidilə Şəki mahalına gəlib çıxır. Şahdağda îv edir. Îna Şahdağda çîx qədim zamanlardan qalmış bir çîx ev heyvanlarının, vəhşi at ilxılarının îlduğunu xəbər vermişdilər. Şah İsmayıl îva çıxmazdan əvvəl yerli əhali îna həmin yerdə îv etməyin, Şahdağdakı heyvanları îvlamağın sınaqlı îlduğunu, yaxşı nəticələr vermədiyini bildirirlər. Şah İsmayıl bu sözlərə əhəmiyyət vermir və öz adamları ilə cərgə îvu təşkil edir. Îv şənliyi qurtarar-qurtarmaz î, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burda da înun halı yaxşılaşmır. Tələsik Təbrizə yîla düşürlər. Yîlda Sarab yaxınlığındakı Mənqutay adlı yerdə halı î qədər ağırlaşır ki, düşərgə salmalı îlurlar. Həkimlərin səyi, müalicəsi bir fayda vermir. O, 1524-cü ildə iyunun 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər. Bu zaman cəmi 38 yaşı vardı.
Çinixana Kompleksə daxil olan Çinixanada vaxtilə qiymətli saxsı qablar və kitablar saxlanılıb. Burada Təhmasib dönəminə aid Quran və IX əsrə aid kufi xətti ilə yazılmış Quran sərgilənir. Eləcə də müxtəlif çini qablar və Səfəvilərin möhürü ziyarətçilərə təqdim edilir. İçəridə bir saatdan çox olduq. Aşağıda təqdim etdiyimiz videoda bələdçinin verdiyi bilgilər olduğuna görə, onları yazmağa ehtiyac duymuruq. Ərdəbildə növbəti gün Şörəbil dəryaçasını görməyə getdik. Gölün ətrafında uşaqlar üçün əyləncə yerləri var, uzaqdan isə Savalan dağı möhtəşəm şəkildə görünürdü…
Türküstan.- 2016.- 12-18 aprel.- S.5.