“Ey bu Torpaqlar
üçün
torpağa
düşmüş Əsgər!”
Yardımlının və Hunobanın
fəxri-Şəhid Nurəddin Mirzəyev
ŞƏHİD
NURƏDDİN EHTİMAT OĞLU MİRZƏYEV 1996 – cı ildə
Yardımlı rayonunun HunOba
kəndində dünyaya göz
açıb. Uşaqlıq və gənclik illərini çətinliklə,
zəhmətə qatlaşaraq keçirib. Uşaqlığından
bəri həyatın hər üzünü
gördüyündən əsl İnsan,
Vətənpərvər bir gənc kimi formalaşmışdı. Orta
məktəbi bitirdikdən sonra, 2015 – ci ilin yanvarında hərbi
xidmətə çağrılır və könüllü
olaraq snayperçi
olmağı seçir.
Milli Ordu
sıralarında ön cəbhədə
- Fizuli istiqamətində xidmətə
başlayır, hər an düşmənlə
üz-üzə dayanır...
2016-cı ilin aprel ayının 2-dən 3-nə keçən gecə cəbhənin Fizuli istiqamətində düşmən təxribatının qarşısını alarkan gedən şiddətli döyüşlərdə qəhrəmancasına ŞƏHİD olur!
NURƏDDİN sanki bunu öncədən duymuşdu; ŞƏHİD olmamışdan 2 həftə öncə qonşusu ilə telefonla danışır və ona “Sənə bir şey demək istəyirəm, amma heç kimə demə, mənə elə gəlir ki, qayıtmayacağam...” – deyir...
Aprelin ikisi qrup yoldaşlarım mənə cəbhədə gərginliyin olmasıyla bağlı xəbər verdilər, tez yaxınlıqdakı əmimi çağırıb, NURƏDDİN nə vaxt danışıb deyə soruşdum. Elə bu vaxt əmimin telofonu zəng çaldı və NURƏDDİNİN həyacanlı səsi eşidildi: “Ata, narahat olma, biz yaxşıyıq. İndi danışa bilmirəm. Hamıya məndən Salam de. Sağ ol...”
Deyilənə görə son anda, komandirinə: “Komandir, başıma nə isə dəydi, bir anlıq qardaşım gözümün qarşısına gəldi...” deyərək gözlərini əbədi yumur.
...Anası Fəxriyyə Ana bu hadisədən bir neçə gün öncə baxdığı filmdə bir səhnə görür: - Qardaşın birini əsgər yola salanda, o biri qardaşın ŞƏHİD olması xəbəri, Cənazəsi gəlir...
Axı aprelin 4-ü ŞƏHİD NURƏDDİNİN qardaşı Nəcməddin də hərbi xidmətə gedəcəkdi. Bu münasibətlə Ailədə şənlik keçirilirdi aprelin 3-ü, fəqət... Günorta saatlarında kəndin icra nümayəndəsinə xəbər verirlər ki, kəndinizə ŞƏHİD gəlir...
ALLAH'ın qismətinə bax! Axı necə desin?! Axşam saatlarına qədər Ailəsinə deyə bilmirlər, yalnız böyük əmisinə deyərək gələnə qədər Ata – Anasına deməməyi qərara alırlar.
4 aprel, gecə saat 02:00 radələrində, səs gəlir:
“- Ehtimat! Ehtimat!
- Hə, nə olub!
Dur gəl, NURƏDDİN yaralıdır,
gətirirlər...”
Elə bu vaxt içəridən
Ananın fəryad səsi gəlir...
...Qarlı bir gecədə, səhər
saat 4-5 radələrində
ŞƏHİD'in Cənazəsi
kəndə gətirilir.
Gecə olmasına baxmayaraq bütün Yardımlı Onu qarşılamağa gəlmişdi,
maşın və insan axınının sonu görünmürdü...
Axı necə də belə qəhrəmanın
pişvazına çıxmayasan?!
...O gün kiçik qardaşın əsgər
gedəcəkdi.
Qardaşına ən
böyük hədiyyəni
Sən Elədin
ŞƏHİDİM! – Onu yola salmağa Özün
gəldin! Sinənin üstündə də Üçrəngli Müqəddəs
Bayrağımızı Ona
ərmağan gətirdin...
Daim ucalasan savaş günündə!
Əsgər silahıyla Səni tən görüm.
Yalnız
zəfər çalmış
ŞƏHİD önündə,
Səni
alqış üçün
əyilən görüm!(B.Vahabzadə) –
ŞƏHİD
NURƏDDİN Bu Müqəddəs Bayrağın daim qürurla dalğalanması
üçün Canından
keçdi,VƏTƏN uğrunda ŞƏHİDLİK Şərbətini içdi,
Üçrəngli Bayraq
isə Ona Şəhadət müjdəsini
vermək üçün
boynuna sarıldı, qan dolu yanaqlarını
öpdü... Bu gün Bu Müqqəddəs
Bayraq Sənin keşiyini çəkir,
NURƏDDİN, təsəvvür edirSən? -
Bundan böyük
xoşbəxtlik varmı
görən?!
NURƏDDİN,
bu gün qan ağlayan Analar “nakam Bala!” deyib nalə
qoparsa da, əslində bizim aramızda ən Şərafətli, ən
Xoşbəxt SənSən!
Sən bizim Ocağımızın fəxriSən!
Nə xoşbəxtik
ki, ALLAH bizim Ocağımıza ŞƏHİDLİK nəsib edib! Sən ən Şərəfli şəkildə
dünyadan köçdün,
dünyada isə artıq bir Ata-Ana hüdudundan çıxıb
VƏTƏNİN, MİLLƏTİN, ÜMMƏTİN
OĞLU oldun! Sən və Sənin timsalında bütün
VƏTƏN ŞƏHİDLƏRİMİZ bizdə
İlahi bir vəhdət yaratdınız.Söz veririk,
Əmi oğlu! - İn Şa
ALLAH bütün torpaqlarımızı
azad edəcəyik. Sizlərin qanlarınız
yerdə qalmayacaq! Bu gün düşmən bir NURƏDDİNİ ŞƏHİD edirsə, sabah
Onun əvəzində
biz gənclərin timsalında
minlərlə Türk
İgidini – NURƏDDİNLƏRİ görəcək!
Sonda,
ŞƏHİD NURƏDDİNİN timsalında
bütün ŞƏHİDLƏRƏ xitabən:
“Ey bu Torpaqlar üçün
torpağa düşmüş
Əsgər!
Göydən Əcdad enərək
öpsə O pak alnı, dəyər!
Nə böyükSən ki,
qanın qurtarıyor Tövhidi!
Bədrin Arslanları ancaq bu qədər
Şanlı idi!” (M.A.Ərsoy)
VƏTƏN SAĞ OlSUN!
–
Cəbhədə səf çəkən
Əsgər Balalar,
Hər anda hücuma keçmək arzular!
Ümüdlə zəfəri gözlər
Analar:
“Tək
VƏTƏN SAĞ OLSUN, biz ŞƏHİD Verək!”
Türküstan.- 2016.- 12- 18 aprel.- S.13.