Multikulturalizm nədir və onun
bizim üçün nə əhəmiyyəti
var?
Hər bir şəxs həm
öz mədəniyyətinin, həm də dünya mədəniyyətinin
təmsilçisidir. Bir dövlət ərazisində
yaşayan çoxlu sayda xalqlar elə dünya mədəniyyətinin
həmin dövlətdə kiçik bir mədəni modelini
formalaşdırır.
Multikulturalizm xalqlarda mədəni və
dini tolerantlılığı yaradır.
Mədəniyyət bir obyekt olaraq insanların fəlsəfi
düşüncə ifadəsidir və bu nöqteyi-nəzərdən,
özündə kompleks xarakterli ümumiləşmiş ifadələri
əks etdirir. Mədəniyyət
konseptualdır, multikulturalizm də konseptual məzmunludur.
Dərin mahiyyətə malikdir, insanların və
xalqların özünüdərkini təcəssüm
etdirir.
Multikulturalizmdə dünyanın dərk
olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik
və onun yaratdığı çoxmədəniyyətlilik
özlüyündə dünyanın dərk olunmasını
ehtiva edir. Bu baxımdan, mədəniyyət
fərdin və kollektivin davranışlarından
(davranışlar münasibət və əlaqə fonunda
meydana gəlir, fərdin resurslara və digər fərdlərə
olan əlaqə və münasibətlərini ifadə edir),
davranışların yaratdığı adət
qaydalarından və bunların da
formalaşdırdığı xarakterdən meydana gəlir.
Xarakter fərdi və milli kimliyi müəyyən
edir. Milli kimlik əsasən dil amilindən
formalaşır. Eyni zamanda mədəniyyətin
(adət-ənənə, yaradıcılıq və quruculuq
nümunələri) xarakterik xüsusiyyətləri burada
önəmli rol oynayır. Xarakteri meydana gətirən
kompleks elementlər fərdi və milli mədəniyyəti
formalaşdırır.
Dil, ümumən, baza tanıtım rolunu oynayır. Sonra bu kompleksə fizioloji
amillər (xalqın nümayəndələrinin fiziki
quruluşu) da əlavə olunur.
Multikulturalizmdə isə çoxlu sayda
mədəni və fiziki elementlər dünyanın rəngarəngləşməsini
təmin edir. Bu qarışıqlıq hesabına isə milli mədəni
elementlərin bir-birini radikal məzmunda üstələməsinin
qarşısı alınmış olur.
Mədəniyyət fərdə, xalqa, cəmiyyətə,
dövlətə xas olan dəyərdir. Dəyərdir,
o baxımdan ki, mədəniyyət yaradıcılıq,
quruculuq nəticəsidir, yaradıcılıq və quruculuq formalarıdır. Mədəniyyət nümunələr (burada
dövlətin özü, cəmiyyətin özü bir mədəniyyətdir
– dövlət sistemi, o cümlədən hüquq və siyasət
sistemi, subyektlərin təşkili bir mədəniyyət
nümunəsidir, xalqın yaradıcılıq və quruculuq
göstəricisidir. Xalqın siyasi məfkurəsidir.
Xalqın formalaşaraq, millət kimi təşkilatlanması
da ali siyasi mədəniyyətin tərkibini
təşkil edir. Dövlətçilik mədəniyyəti
özündə iqtisadi, mədəni, sosial və siyasi təşkilatçılıq
qabiliyyətini əks etdirir. Mədəniyyət
normaları-davranış qaydalarından, milli xarakterdən,
milli və beynəlxalq davranışdan meydana gəlir) fonunda
büruzə verən dəyərlərdən ibarətdir.
Mədəniyyət də maddi və mənəvi
ola bilir. Mənəvi dəyərlər,
o cümlədən əxlaq qaydaları, mədəni
davranış nümunələri (burada davranış
qaydaları), xarakter özü elə mənəvi mədəniyyətin
əsaslarını meydana gətirir.
İctimai tərbiyə, siyasi əxlaq,
milli adət-ənənələr özlüyündə mənəvi
mədəniyyətin forma və məzmununu sübuta yetirir.
Maddi mədəniyyət nümunələrindən
(burada quruculuq və yaradıcılıq nümunələri)
istifadə qaydaları və maddi mədəni abidələrə,
əşyalara olan münasibət məhz özlüyündə
mənəvi mədəniyyət normalarını yaradır.
Xalqın mədəniyyət tarixi və
tarixi kimliyi maddi nümunələr əsasında sübuta
yetirirlir.
Bu baxımdan da bir xalq əgər öz
yaradıcılığına hörmətlə
yanaşırsa, onu qoruyursa, dəyər olaraq irsən
ötürürsə, onda o xalq öz mədəniyyətinə
hörmət edən mənəvi dəyər xalqıdır. Bu kriteriyalar da özlüyündə xalqın
möhkəm iradəliliyini sübuta yetirir. Mədəni xalq tarixini, yaratdığı mədəniyyət
nümunələrini qorumağı bacarmaq keyfiyyətlərinə
malikdir.
Mədəniyyət yaradıcılıq və
quruculuq nümunəsidir, bu nümunələrə nisbətdə
davranış, əxlaq normasıdır. Buna
görə də quruculuq və yaradıcılıqdan ibarət
olan davranışlardan və nümunələrə
qarşı olan hörmətdən ibarətdir.
Mədəniyyət hər bir xalqın
milli kimliyidir.
Milli kimliyinin irsən qoruyucusudur. Mədəniyyət
xalqın məkanda
tarixən yaratdığı dəyərlər məcmusundan
ibarətdir. Mədəniyyət nizam və
intizamdan ibarət davranış üsuludur.
Mədəniyyət sosiallaşmanın,
sosial strukturlaşmanın tərkibini təşkil edir.
İnsanların sosial əlaqələr
və münasibətlər forması məhz mədəniyyətin
yaranmasının əsaslarını təşkil edir. Multikulturalizm isə beynəlxalq mədəniləşmə
proseslərini təmin edir. Bu da
özlüyündə beynəlxalq sosiallaşmanı meydana gətirir.
Dövlətlərin çoxluq təşkil
etdiyi müasir zamanda xalqlararası mədəniyyət əlaqələri
də inkişaf etməkdədir.
Bu gün mövcud olan əlaqələr
(elektron əlaqələr) xalqlara məxsus olan mədəniyyətin
qarşılıqlı olaraq, mübadiləsini sürətlə
şərtləndirməkdədir. Digər tərəfdən, bir dövlət daxilində
çoxlu sayda mədəniyyət nümunələrini
özündə daşıyan subyektlər (xalqların
nümayəndələri) mövcuddur. Mədəniyyət
nümunələrinin obrazları həm birbaşa subyektlərarası
(fərdlərarası) əlaqələr ilə, əyani
şəkildə, həm də vasitəli qaydada vizual şəkildə
transfer etməkdədir. Bu obrazlar
keçidlər zamanı əks olunur.
Multikulturalizmin formaları meydana gəlməkdədir. Bir forma dövlətlər daxilində yaşayan
xalqların yaratdığıdır. Əyani
mübadilə formasıdır. Burada
davranış qaydaları, adət-ənənələr
keçidlər edir. Digər bir forma isə
qiyabi tanışlıqla keçid formasıdır. Adət-ənənələr, musiqi, mədəniyyət
vasitələr yolu ilə keçidlər edir.
Multikulturalizm (çoxmədəniyyətlilik)
bir məkanda (burada bir cəmiyyət, bir dövlət) yaşayan
çoxlu sayda xalqlardan ibarət olan mədəni müstəvidir.
Çünki mədəniyyətin əsas
daşıyıcıları məhz fərdlər və
xalqlardır. Multikulturalizm digər tərəfdən də bir
vahid dünya çərçivəsində yaşayan
çoxlu sayda xalqlardan ibarət olan mədəniyyət
müstəvisidir. Mədəniyyət
bütövlüyü bir dünyanı əhatə edir, eləcə
də dünyanın tərkib hissələrindən ibarət
olur. Multikulturalizm bir dövlət daxilində
olur, eləcə də dünya xalqlarının birləşmiş
mədəniyyətini əks etdirir.
Hər iki formanın insanlar
üçün əhəmiyyəti olduqca çoxdur:
Birincisi, ona görə ki, çoxlu sayda xalq – çoxlu sayda
quruculuq və yaradıcılıq subyekti deməkdir. Çoxlu sayda xalqın mövcudluğu fərqli
yaradıcılıq və quruculuq nümunələrinin
inkişafından xəbər verir. Quruculuq
və yaradıcılıq nümunələrinin
çoxluğu cəmiyyətlərdə və dövlətlərdə
dəyər zənginliyini meydana gətirir. İkincisi, multikulturalizm
insanların zəngin davranış numunələrini
formalaşdırır.
Üçüncüsü, milli eqoizmin
qarşısını alır və xalqların assosiativ inteqrasiyalarını
meydana gətirir. Dörüdüncüsü,beynəlmiləlçiliyi
və kosmopolitizmi yaradır, sosial holizmin yaranmasını zəruri
edir.
Multikulturalizm məkanda (burada bir dövlətdə,
bir cəmiyyətdə) mövcud olan dəyərləri
çoxaldır. Bu dəyərlər yaradıcılıq və
quruculuq elementlərini artırır. Multikulturalizm
məkana xarici mədəni elementlərin axınını təmin
edir. Bu axın sayəsində regional mədəni
inteqrasiya formalaşır və mədəniyyət regionu
meydana gəlir. Xaricdən transfer edən nümunələr
hesabına məkanda sosial strukturlaşma güclənir. Sosial strukturlaşmanın güclənməsi
hesabına isə elementlərin sayı artır və
dinamiklik genişlənir. Bu proseslər sayəsində sistemdə mövcud olan mədəniyyət
elementlərinin sayı çoxalır və dəyərlər
artır. Dəyərlər sistemi zənginləşir.
Multikulturalizm sayəsində dünyanın mədəniyyət
potensialı bir məkana cəlb olunur. Multikulturalizm
xalqın və dövlətin dünyəviliyini təmin edir
və xalqın, millətin, dövlətin dünyada sürətlə
tanıdılmasını həyata keçirir. Multikulturalizm dünyanın əksər
xalqlarından ibarət olan bütövü yaradır və
ümummədəniyyət müstəvisini meydana gətirir.
Multikulturalizm fərdin beynəlmiləlləşməsini
təmin edir, xalqların mədəni
bütövlüyünü meydana gətirir. Burada milli mədəniyyətin inkişafını
digər mədəni çalarlar hesabına təmin edir.
Multikulturalizm monoton dövlətlərin
və cəmiyyətlərin yaranmasının
qarşısını alır və kasıb mədəni
regionların formalaşmasına mane olur. Bu baxımdan da
regionlarda müharibələrin qarşısını alan faktorlar rolunda çıxış edir.
Multikulturalizm mədəniyyət
sisteminin regional formasını yaradır və bu da
özlüyündə regionun maddi-mənəvi
resurslarından istifadədə yumşaq yanaşma
metodlarının formalaşmasına gətirib
çıxarır.
Multikulturalizm milli mədəniyyətin
qarışıq mədəniyyətlər hesabına sürətlə
tanıdılmasını təmin edən zəngin sistem
rolunu oynayır.
Multikulturalizmin formalaşması sayəsində
mədəni cəhətdən bir-birinə bağlantılar
yaranır ki, bu da özlüyündə yaradıcılıq
və quruculuq
bütövlüyünün yaranmasını şərtləndirir.
Multikulturalizm millətlərin və
onların nümayəndələrinin birliyini şərtləndirir
və mədəni dəyərlərin transferini təşkil
edir. Bu da milli mədəniyyətin
məkanlar üzrə sürətlə yayılmasını
şərtləndirir.
Multikulturalizm xalqın və dövlətin
beynəlxalq təhlükəsizliyini təmin edir. Regional qarışıq mədəni elementlər bu
elementlərə xas olan dövlətlərin gücünü
artırır, əlaqələrini genişləndirir və sərhəd
təhlükəsizliklərini təmin edir. Məsələn, bir dövlət ərazisində
yaşayan digər xalqlar hesabına (qonşu xalqlar nəzərdə
tutulur) həmin dövlətin beynəlxalq təhlükəsizliyi
təmin olunur və iqtisadi əlaqələri də genişlənir.
Multikulturalizmin əhəmiyyəti həm
də ondan ibarət olur ki, kiçik saylı xalqlar mədəni
inteqrasiya şəraitində böyük xalqların mədəni
elementlərindən
faydalanmaq imkanları əldə edirlər.
Bu da özlüyündə kiçik
xalqların ruhunu zənginləşdirir.
Multikulturalizm çoxlu sayda xalqların
adət-ənənələrini, vərdişlərini
ümumiləşdirir.
Bunun da sayəsində
yaradıcılıq və quruculuğun genişlənməsi
prosesləri baş verir. Multikulturalizm özünün müəyyən
inkişaf mərhələsində siyasi inteqrasiyaya
keçidlər edir.
Multikulturalizmdə risqlər də meydana
gələ bilir. Ən böyük risqassimilyasiyadan ibarətdir.
Digər bir risq isə, dövlətin unitar əsaslarını
vurula biləcək zərbələrdən ibarətdir.
Deməli, mədəni və siyasi risqlər
multikulturalizmdə yaşana bilər.
Elşən
Nəsibov
Siyasi elmlər
üzrə fəlsəfə doktoru, politoloq
Türküstan.-
2016.- 9-22 avqust.- S.15.