Sonuncu Gəncə xanı Uğurlu xan Cavad xan oğlu Ziyadoğlu Qacar

 

Bildiyimiz kimi, Azərbaycan tarixinin önəmli çağlarından biri də məhz xanlıqlar dövrünə aiddir.Xüsusi olaraq vurğulamalıyıq ki,  digər xanlıqlardan fərqli olaraq Gəncə xanlığı öz mübariz başçısı ilə daha çox diqqəti cəlb etmişdir. İşğalçılara qarşı sonadək igidliklə savaşan şəhid olan Cavad xan öz şücaəti sayəsində adını milli tariximizə uğurla həkk etdirmişdi. Təsadüfi deyildir ki, məhz belə bir xanın oğlu Uğurlu xan da atasının milli ruhluluğunu qəlbində yaşadaraq yenidən bu mübarizəni həyata keçirmişdi. Uğurlu xanla bağlı tarixi məqamları bir daha  xatırlamaq dəyərləndirmək isə hər zaman vacibdir.

Gəncənin sonuncu xanı Uğurlu xan olmuşdur.Atası Cavad xan ruslarla müharibədə şəhid olandan sonra xanlığın qanuni varisi kimi rus işğalına qarşı  mübarizə aparmışdır.Uğurlu xan Cavad xan oğlu 1781-ci ildə Gəncə şəhərində anadan olmuşdur.Sarayda saray təlim-tərbiyəsi,təhsili almışdı.Gəncə şəhəri ruslar tərəfindən işğal edildikdən atası Cavad xan şəhid düşdükdən sonra 1804 – ilin yayında Gəncə xanlığının əhalisi ilə birlikdə ruslara qarşı üsyan qaldırsa da,məğlub olub Qacar  İranına getməyə məcbur qalmışdı. Uğurlu xan 1801-ci ildə qohumu Məhəmməd xanın qızı Şərəfcahan bəyimlə ailə qurmuşdu.Məmmədqulu xan,Cavad xan adlı oğlu,Bədircahan bəyim,Böyük bəyim,Nazənin bəyim,Telli bəyim adlı qızları vardı.Uğurlu xan həm Xurşudbanu Natəvanın ana babasıdır.

1826-ci ildə Azərbaycanın ruslar tərəfindən işğal olunmuş torpaqlarını azad etmək üçün İran ərazisində yerləşən Qacar dövləti ordu hazırlamışdı.Orduya Abbas  Mirzə komandanlıq edirdi.Ordu hərəkətə keçməzdən əvvəl Abbas Mirzə Azərbaycanın Xoy şəhərində Uğurlu xanla görüşmüşdür.Uğurlu xanın Abbas Mirzənin təlimatı ilə Gəncə əhalisi rus işğalına- hərbi birləşmələrinə qarşı mübarizəyə hazırlaşdı.Üsyanın əsas təşkilatçısı Uğurlu xan idi.Uğurlu xan əhalini gizlicə üsyana hazırlamışdı.Üsyana din xadimləri dəstək verirdi.Qacar ordusu Gəncəyə çatmadan Gəncədə üsyan başladı.Üsyançılar gizləndikləri yerlərdən çıxaraq rus qarnizonuna  qarşı hücuma keçdilər.Şəhərin xaricində olan rus qoşunları da Gəncədəki rus qarnizonuna köməyə göndərildi. Şəhərdə dəhşətli,şiddətli bir döyüş başlanmışdı.Gəncə xanı Uğurlu xanın köməyinə çatan Qacar qoşunu Gəncə əhalisi iləbirlikdə rus ordusunu Gəncədən süpürüb atdılar.Gəncədə üsyan uğulu alınmışdı.Gəncə ruslardan təmizlənmişdi.Düşməndən çoxlu silah qənimət alınmışdı.Ruslar səkkiz minə qədər itki vermişdilər.Uğurlu xan  Gəncə əhalisi ilə rusların Şəmkirə qaçan hərbi hissələrinə zərbə endirərək beş minə qədər rus əsgərini həlak etmişdi.Gəncə xanı Uğurlu xan rus sərkərdələrinin başlarını Qacar dövləti şahı Fətəli şah Qacara  göndərmişdir.

Rus ordusu 40 min əsgər,iyirmi ağır topla Mədətovun başçılığı ilə Gəncə istiqamətində hərəkətə başladı.Gəncənin müdafiəsi Uğurlu xanla Nəzərəli xana tapşırılmışdı.Qacar qoşunlarının əksəriyyəti Şuşanı mühasirəyə almışdı.Mədətovun önünə kiçik ordu çıxarılmışdı. Şəmkir civarında şiddətli döyüş olmuşdu.Qacar ordusu komandanı Əmir xana gözlənilmədən güllə dəyib şəhid olmuşdu.Ordusunun komandanını itirən Qacar ordusu geri çəkilmişdi.Mədətov sürətli hücumla Uğurlu xan Nəzərəli xanı məğlub etmişdir.Uğurlu xan ordusu ilə Gəncəni tərk etmişdir.Abbas Mirzə müharibənin planını dəyişdirərək Şuşanı mühasirə edən ordusunu Gəncəyə göndərmişdi.Qacar ordusu Uğurlu xanın ordusu ilə birgə hərəkət edirdi.Gorusda rus ordusunun avanqard hərbi hissəsi ilə döyüş olmuş, rus ordusu məğlub edilmişdi.  Ruslardan üç min əsgər öldürülmüş,  min nəfər əsir altı top qənimət alınmışdı.Gəncə ətrafında ruslara ağır zərbə endirilmiş Mədətovun ordusu sürətli şəkildə məğlub edilmişdi. Uğurlu xanın başçılığı ilə Gəncə əhalisi misilsiz qəhrəmanlıqlar göstərmişdi.Şəmkir nahiyyəsində Mədətova son zərbə endirilmiş, ruslar məğlub edilmişdi.Ruslardan iki min əsir səkkiz top qənimət alındıqdan sonra Gəncə yenidən ələ keçirilmişdi.Gəncədə Uğurlu xan Abbas Mirzə  şadlıqla onları qarşılayan izdihamın alqışı altında şəhər əhalisinə öz məmunluğunu bildirmək üçün birbaşa böyük məscidə getmişdilər.Qacar qoşunundan, Gəncə əhalisindən bu kimi cəsarətli hücumları gözləməyən çar Avropa cəbhəsində qəhrəmanlıqlar göstərmiş,Polşa Osmanlı müharibələrində böyük qələbələr əldə etmiş general Paskeviçi çağırtdırıb,onu Qafqaz cəbhəsindəki rus qüvvələrinə baş komandan təyin etmişdir.Paskeviçlə bərabər çox böyük ordu Mədətovun rus qoşunlarına yardım üçün göndərilmişdi.

Uğurlu xan rusların bütün seçmə ordularını Qafqaza göndərdiklərini bildiyi üçün öz ailəsini  bacısı Püstə Bəyim ilə birlikdə Qacar dövlətinə  -bugünki adı ilə İrana göndərmişdir.Uğurlu xan RusQacar müharibələrinin qəhrəmanı idi.Qeyri-adi cəsarəti sərkərdəlik bacarığı ilə fərqlənirdi.Gəncə xanlığının sonuncu xanı idi.Osmanlı imperatorluğunda paşa rütbəsi general rütbəsi sayılırdı.Qacar ordusunda isə general rütbəsi hərbi-mülki idarənin rəisi xan adlanırdı.Uğurlu xan isə Gəncəli  xan general idi.Azərbaycan torpaqlarının rus işğalından qorunması üçün mübarizə aparırdı.Gəncə yenə qaynayırdı,xalq ruslara baş əymək istəmirdi.İstəmirdi ki,minillik tarixi olan doğma şəhər Yelizavetpol adlandırılsın.Ruslara qarşı Gəncə üsyanının başında azadlıq uğrunda ölən,lakin haqq yolundan dönməyən Cavad  xanın oğlu Uğurlu xan dururdu.Şəhid atası Cavad xanın yolu ilə gedən bu sərkərdə gəncəliləri öz ətrafına toplamışdı.

Uğurlu  xan Qacar tayfasının Ziyadoğlular sülaləsinə mənsub idi.Uğurlu xan atası Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindən idi.Ziyadoğlular Qacarların bir qolu idi.Səfəvi  dövləti dövründə bəylərbəyi, Nadir şahın Əfşar imperatorluğu dövründən xan rütbəsi daşıyırdılar.Paskeviç ordusu Qafqaza çatdıqda Gəncə İrəvan ətrafında Mədətovun ordusunun məğlubiyyəti xəbərini almışdı.Öz ordusu ilə Tiflisdən Mədətovun sağ qalan qüvvələri ilə birləşmək üçün dərhal hərəkətə keçmişdi. Şəmkir ətrafında baş verən növbəti döyüşdə Abbas Mirzə Uğurlu xan bütün güclərini rus qoşunları ilə müharibəyə qoysalar da, rus ordusunun hədsiz çoxluğu qarşısında geri çəkilməli olmuşdular.Gəncə döyüşündə isə Uğurlu xan rusların hədsiz çox olan seçmə ordusuna əsir düşmüşdü.

Tarixə nəzər yetirsək görərik ki, 1826-cı ilin 26 iyulunda Uğurlu xan Gəncəni yenidən ələ keçirmiş Gəncə üsyanının rəhbəri olmuş, qısa bir müddətdə olsa,xanlığı bərpa edə bilmişdi. Gəncə xanlığı bu mahallardan ibarət idi:

Samux mahalı.

2. Kürəkbasan mahalı.

3. Dağlıq mahalı.

Şəmkir mahalı.

5. Ayrım mahalı.

1826-cı il sentyabrın 13-də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlandı.Gəncə üsyanı yatırılırkən 1.500 –dən artıq Gəncəli ruslar tərəfindən şəhid edilmişdi.Yalnız Türkmənçay müqaviləsindən sonra o, Qacar İranına qayıda bildi.1828-ci il Türkmənçay müqaviləsindən sonra Qacar İranına qayıdan Uğurlu xan özünün kiçik dəstəsi ilə iki dəfə Araz çayını keçib Gəncəyə doğru irəliləmiş,hətta yenidən Gəncəni ələ keçirməyə cəhd göstərmişdi.Uğurlu xan ruslara qarşı Birinci Gəncə üsyanının başçısı kimi Azərbaycan tarixinə adını əbədi yazmışdı.1826-cı il Gəncə üsyanı Azərbaycan tarixində özünəməxsus yer tutur.

Rus işğalına qarşı İkinci Gəncə üsyanı isə 1920-ci ildə baş vermişdir.Gəncə əhalisi  Uğurlu xanı unutmadıqlarını rus işğalına qarşı İkinci Gəncə üsyanı ilə sübut etmişdilər.Gəncədə Uğurlu xanın tikdirdiyi karvansaray bu günümüzə qədər gəlib çatmışdı.Həqiqətən tarixi şəxsiyyətlər unudulmur. Belə tarixi şəxsiyyətlərdən  biri Uğurlu xandı.Təkcə Gəncə şəhərinə deyil, ümumilikdə Azərbaycan tarixinə Uğurlu xan adını əbədi həkk etdirmişdir.

 

Elşən Mirişli

Gəncə şəhəri- tarixçi

 

Türküstan.- 2017.- 4-10 aprel.- S.7.