Türkiyənin 1876-cı il Anayasası - Əsas elementlər

 

Osmanlı Türkiyəsinin ilk Konstitusiyası (Kanun-u əsası) 1876-cı il dekabrın 23-də elan edilmişdir. Bir qrup mütərəqqi fikirli ziyalı dövlət xadimlərinin təşəbbüs zəhməti hesabına hazırlanan həmin sənəd Osmanlı hüdudlarında yaşayan əhaliyə Sultan Əbdülhəmidin «Könüllü hədiyyəsi» kimi təqdim edildi. Dövlətin bu yeni Konstitusiyası 12 fəsildən 119 maddədən ibarət idi. Bəri başdan qeyd edək ki, baş nazir (başbakan) Midhət paşanın bilavasitə başçılığı ilə hazırlanan həmin Konstitusiya Türkiyə tarixinə Midhət Konstitusiyası adı ilə daxil olmuşdur.

Beləliklə, Konstitusiyanın birinci fəslində Osmanlı dövlətinin dövlət başçısının hüquqi vəziyyətindən (mad. 1-7), ikinci fəslində əhalinin hüquqi vəziyyətindən (mad. 8-26), üçüncü fəslində icra hakimiyyətindən (mad. 27-38), dördüncü fəslində dövlət məmurlarından (mad. 39-41), beşinci fəslində qanunvericilik hakimiyyətindən (mad. 42-59), altıncı fəslində yuxarı palatadan (mad.60-64), yeddinci fəsildə deputatlar palatasından (mad.81-91), doqquzuncu fəslində ali məhkəmənin hüquqi vəziyyətindən (mad. 92-95), onuncu fəslində maliyyə sistemindən (mad. 96-107), on birinci fəslində yerli idarəçilikdən (mad. 108-112), nəhayət on ikinci fəslində isə Konstitusiyanın dəyişdirilməsi qaydası bəzi digər qaydalardan bəhs edir (mad. 113-119).

Konstitusiyanın müəllifləri hakimiyyətin bölünməsi barədə burjua nəzəriyyəsini Türkiyənin feodal-monarxiya dövlət quruluşuna tətbiq edərək formal surətdə olsa qanunverici, icra məhkəmə hakimiyyətinin ayrıldığını əsas qanunda qeyd etmişdilər.

Ancaq əslində isə türk tarixçilərinin özlərinin etiraf etdikləri kimi, Osmanlı Türkiyəsində bütün hakimiyyət sultan-xəlifəyə məxsus idi. Dövlət həyatının bütün məsələlərinə dair (şəriət qanunlarına zidd olmamaq şərtilə) sultanın qəbul etdiyi fərman digər aktlar qanun qüvvəli hüquqi aktlar hesab olunurdu.

Sultan tərəfindən təsdiq edilməyən dövlət aktları hüquqi qüvvəyə malik deyildi. Bu, sultanın qeyri-məhdud səlahiyyətlərə malik olmasından irəli gəlirdi.

Türkiyənin 1876-cı il Konstitusiyası sultan-xəlifənin hüquqi statusunda müəyyən dəyişiklik etməsinə baxmayaraq, o, yenə əvvəlki kimi çox geniş səlahiyyətə malik idi.

Belə ki, Konstitusiya Osmanlı imperiyasında ali idarəçiliyin sultana aid olmasını (mad. 3), onun islam rəhbəri sayılmasını (mad. 4) əsaslandırırdı. Anaya sultanın şəxsiyyətinin müqəddəs toxunulmaz elan etməklə dövlətin fəaliyyətini həyata keçirərkən onun heç kimin qarşısında məsuliyyət daşımadığını (mad. 5) qanunlaşdırdı.

Əsas qanunda nəinki təkcə sultanın hətta bütün Osmanlı sülaləsindən olanların şəxsiyyəti əmlakı toxunulmaz müqəddəs elan edildi (mad. 6). Konstitusiya imperiyasının qanunverici, icrayyə həmçinin məhkəmə hakimiyyətini sultanın əlində mərkəzləşdirirdi. Belə ki, sultan nazirləri təyin azad etmək, xarici dövlətlərlə müqavilə bağlamaq, müharibə elan etmək, sülh bağlamaq, təltif etmək, əfvümumi keçirmək, qanun qərarları təsdiq etmək hüquqlarına malik idi. Bundan başqa, o, dövlətin bütün silahlı qüvvələrinin baş komandanı sayılırdı.

Konstitusiya baş naziri (baş bakanı) Şeyxülislamı təyin etməyi, nazirlər şurasının qərarlarını qanuni qüvvəyə minməsi üçün təsdiqini, yuxarı palatanın sədr üzvlərini, deputatlar palatasının isə sədrinin təyin edilməsini sultan-xəlifəyə həvalə edirdi (Bax: Türkiyənin 1876-cı il Konstitusiyası, maddə 27, 28, 60, 77). Beləliklə 1876-cı ildə qəbul edilmiş bu akt sultan-xəlifə qeyri-məhdud hüquq səlahiyyət verilməsini qanuniləşdirirdi. Türk tarixçisi R.Okandan Konstitusiyanın mürtəce mahiyyətindən bəhs edərək yazır: «… 1876-cı il Konstitusiyasında Osmanlı taxt-tacına qarşı yönələ bilər hər cür təzahürlər məhdudlaşdırılırdı. Orada əsas etibarilə hökmdarın hüquq səlahiyyətlərini mühafizə edən qaydalar öz əksini tapmışdı.

Ən yüksək hüquq səlahiyyətin hamısı hökmdarda mərkəzləşdirilərək hər şey onun iradəsinə tabe edilmişdi. Məhz buna görə həmin əsas qanun əslində hökmdarın hüquqi statusunu müəyyən edən akt mahiyyətində olub, Konstitusiya səviyyəsinə yüksələ bilməmişdir…». Müəllifin bu tezisi ilə qismən razılaşmaq olar. Çünki mütləqiyyətin hökmran olduğu o dövrün Osmanlı Türkiyəsinin həmin əsas qanunu heç ictimai-siyasi inqilabın məhsulu olmayıb, Konstitusiyalı monarxiya tərəfdarlarının dövlət quruculuğunda müvəffəq olduqları islahat idi.

Maraqlıdır ki, Konstitusiyada imperiyanın bütün vətəndaşları dinindən milliyyətindən asılı olmayaraq «Osmanlı» adlandırılır (mad. 8) bütün millətin qanun qarşısında bərabər hüquqa malik olması (mad. 17) elan edilirdi.

Tarixçi Hiçri Fişek 1961-ci ildə Ankarada çap etdirdiyi «Anayasa vatandaşlık» əsərlərinin 14-cü səhifəsində həmin məsələyə toxunaraq yazır ki: «Osmanlı əhalisinə birbaşa «Osmanlı» adının verilməsi özlüyündə imperiyanın bütün təbəqələrini vahid bir ad altında toplamaq bunu bir «konstitusiya» termini şəklinə salmaq zərurətindən irəli gəlmişdir».

Ancaq, əslinə qalsa, bu Konstitusiyanın qəbul edildiyi dövrün şəraiti ilə əlaqədar idi. Belə ki, XIX əsrin ikinci yarısında Osmanlı İmperiyası özünün siyasi iqtisadi zəifliyi ucbatından Avropa dövlətləri qarşısında məhv olmaq təhlükəsilə üz-üzə idi. Özlərini «Yeni Osmanlılar» adlandıran türk ziyalıları imperiyanın xilasını «panosmanizm» cərəyanının təbliğində görürdülər. Məhz buna görə onlar dinindən milliyyətindən asılı olmayaraq bütün Osmanlı təbəələrinə «bərabər hüquq bəxş edən» Konstitusiyanın qəbulu üçün az əmək sərf etməmişdilər. Onların fikrincə, bu tədbir bütün Osmanlı cəmiyyəti arasında vahid birlik yaratmaqla ölkədəki erməni zümrəsinin milli-azadlıq hərəkatından əl çəkmələrinə xüsusilə səbəb olmalı idi. Lakin «panosmanizm» həyatda özünü doğrultmadı tarix bunun yanlış bir cərəyan olduğunu sübut etdi.

Konstitusiyada sultan-xəlifənin müsəlmanların dini başçısı edilməsi heç təsadüfi olmayıb, müsəlman xalqlarının milli azadlıq hərəkatına qarşı «yeni osmanlı» cəmiyyətinin irəli sürdüyü mürtəce bir tədbir idi. Bu tədbir müsəlman xalqlarının birliyini möhkəmləndirmək Osmanlı İmperiyasının dağılıb məhv olması təhlükəsinin qarşısını almaq məqsədilə meydana atılmışdı.

Konstitusiyada vətəndaşların şəxsiyyət azadlığı, məhkəmənin qərarı olmadan heç kəsin məsuliyyətə cəlb edilə bilməməsi elan edilirdi. Lakin şəxsiyyət azadlığından dövlət əleyhinə istifadəyə yol verilmirdi. Qanun çərçivəsindən kənara çıxmamaq şərtilə Konstitusiya Osmanlı zəhmətkeşlərinə mətbuat azadlığı da verirdi. Qanunda vətəndaşların mənzil toxunulmazlığı qeyd olunurdu. Lakin dövlət məmurlarının bu hüququ poza bilmələri rəsmən qanunlaşdırılırdı. Vətəndaşların dövlət xidmətində olmaq hüququ var idi, lakin bunun üçün onların türk dilini bilmələri vacib idi (müasir dövrdə Gürcüstan dövlətinin yeritdiyi milli siyasət kimi).

Türkiyənin 1876-cı il anayasası vətəndaşlar üçün bir sıra hüquq azadlıqlar elan etsə , onların həyata keçirilməsi üçün heç bir təminat nəzərdə tutulmurdu, hətta müəyyən qeyri-şərtlərlə onları pozur yaxud məhdudlaşdırırdı. Bu hal özünü 113 maddədə daha aydın surətdə nəzərə çarpdırırdı.

Həmin maddəyə görə, sultan şübhələndiyi hər bir şəxsi ölkədən qovmaq səlahiyyətində idi. Həmin qayda bilavasitə monarxiya əleyhinə çıxanlara şamil edilirdi. Buna görə mütərəqqi türk ədəbiyyatında Konstitusiyanın 113 maddəsi haqlı olaraq «türk xalqının başına gətirilən bir bəla» adlandırılırdı. Bu doğrudan da belə idi. Sultan Əbdülhəmid özünün mütləq hakimiyyətinə qarşı çıxan mütərəqqi fikirli ziyalıları məhz həmin maddənin tələblərini pozmaq kimi qiymətləndirərək ölkədən kənara çıxarırdı. Hətta Konstitusiyanın müəlliflərindən biri əsas yaradıcısı hesab olunan baş nazir Midhət paşa da 113-cü maddənin qurbanı oldu.

Belə ki, o sultan Əbdülhəmidin qardaşı Əbdüləzizin sui-qəsd nəticəsində öldürüldüyü zamanı bu işdə baş nazirin mütləq iştirakı olduğunu bəhanə gətirərək şübhəli şəxs kimi onu 1877-ci ilin fevral ayında ölkədən qovduruldu.

Məhkəmə qərarı olmadan, heç kəsin məsuliyyətə cəlb edilə bilməyəcəyini elan edən əsas qanun özünün başqa bir maddəsi ilə vətəndaşların həmin hüququnu kobud surətdə pozurdu. Bunu xalqın hüquq azadlıqları ilə bir araya sığmayan monarxiya quruluşunun mürtəce mahiyyəti ilə izahetmək olar. Türkiyənin 1876-cı il Konstitusiyasında vətəndaşlar üçün elan edilən burjua demokratik xarakterli qırıq-sökük hüquq azadlıqlar üçün istismarçı dövlətlərin hamısında olduğu kimi, heç bir təminat nəzərə çarpmırdı, onlar tamamilə formal xarakter daşıyırdı.

 

Türküstan.- 2017.- 4-10 aprel.- S.14.