Peyğəmbərlərin həyatında və kəlamlarında ətraf mühitə münasibət

 

Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur.

Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı olub. Tarixşünaslıqda və dinşünaslıqda belə məlumatlar kifayət qədərdir. Quran ayələrinə və digər mənbələrə istinadən apardığımız araşdırmalar bunu sübut edir.

Adəm Peyğəmbər – Dinə görə, Yer üzündə ilk yaranmış insandır. Allahın onu qoxumuş quru palçıqdan yaratdığı Quran-Kərimin “Daşlı sahə surəsində qeyd edilir. (Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quruqoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!

Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!” Rəvayətlərdə Həvvanın Adəmin qabırğasından yarandığı, sonra hər ikisinin Cənnətə göndərildiyi və burada onlara meyvələrlə qidalanmağın tövsiyə edildiyi bildirilir. Quranda da bu barədə ayə vardır: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdayaya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız.” Lakin nəfslərinin ucbatından şeytanın hiyləsinə aldanan ilk insanlar tapşırığa əməl etmədikləri üçün Cənnətdən qovulurlar. XIX əsrin II yarısına qədər canlıların nədən törəməsi sualı elmdə mübahisə obyekti olmuşdur. Burada Həvvanın Adəmin qabırğasından əmələ gəlməsi fikri canlının canlıdan törəməsi nəzəriyyəsini təsdiq edən dəlillərdən biri kimi maraq doğurur. Elmi-dini araşdırmalarda, eləcə də Quranda Adəmin torpaqdan, şeytanın oddan yarandığı bildirilir. Bu da göstərir ki, torpaqod (istilik, işıq) həyatın vacib komponentlərindən olub, onun əsasını təşkil edir. Allahın Cənnətdə Adəm və Həvvaya meyvə yemələrini təlqin etməsi, onların orqanizmin sağlamlığı və uzunömürlüyü üçün vitaminlərə zəngin qidalardan istifadəsinə əsaslanır. Bu, indi də aktualdır. Buğda və üzümdən istifadənin yasaq edilməsi isə fikrimizcə, nəfsin qorunmasından ötrü sınaqdır. Digər tərəfdən, Şərq təbabətində, o cümlədən çağdaş tibbdə çörək məmulatlarından həddən artıq istifadənin sağlamlığa mənfi təsirləri göstərilib. Adəm və Həvvanın Cənnətdən uzaqlaşdırıldıqdan sonra çılpaq bədənlərini əncir yarpaqları ilə örtmələri geyim kimi bitki mənşəli məmulatlardan istifadə olunmasını göstərir. Hazırda cəngəlliklərdə yaşayan bəzi qəbilələr geyim məqsədilə enli yarpaqlardan istifadə edirlər.

Din tarixində Adəmin HabilQabil adlı iki oğlu olduğu bildirilir. Xarakterlərinə görə, bu övladlar bir-birlərindən fərqlənirlər: Qabil qisasçı, zalım və qatil, Habil doğruçu, haqqın tərəfdarı, mülayim. Quran-Kərimin “Süfrə” surəsində oxuyuruq: (Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər! Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!”

Tamahı güc gəlir; Qabil qardaşını öldürür, amma cəsədi necə gizlədəcəyini bilmir. Allah qardaşının ölüsünü necə basdıracağını göstərmək üçün ona yeri eşələyən bir qarğa göndərir. İki qarğa bir-biriləri ilə dalaşır. Sağ qalmış qarğa ayaqları və dimdiyi ilə torpağı eşib öldürdüyü qarğanın cəsədini çalaya basdırb üstünü örtür. “Vay mənim halıma! Qardaşımın meyitini basdırmaq üçün bu qarğa qədər də ola bilmədim”, — deyən Qabil torpağı qazıb Habilin meyitini basdırır. Meyitin basdırılmasının sanitar-gigiyenik cəhətdən əhəmiyyəti vardır. Açıq halda ətraf mühitin çirklənməsi, xüsusilə yolxucu xəstəliklərin mənbəyinə çevrilməsi və epidemiyaların yayılması baş verə bilər. Bu, baxımdan örnək kimi bu hadisənin mahiyyət, həm də elmi baxımdan faydalıdır.

Dini tədqiqatlarda insanlar arasında ilk dəfə qan tökülməsinin, qardaş qırğınlarının Qabi-Habil qarşıdurmasından başlandığı göstərirlir. İnsanların bir-birlərini qətlə yetirməsi həmişə pislənib, bu müqəddəss kitablarda da bağışlanmaz günah sayılıb.Kim bir kəsi bir kəsə və ya yer üzündə fitnə-fəsada müqabil olmadan öldürürsə, bütün insanları öldürmüş kimidir. Kimonu diriltsə (ölümdən qurtarsa), bütün insanları diriltmiş kimi olur”.

İdris Peyğəmbər – Üçüncü Peyğəmbər olduğu deyilir. İslam tarixində müxtəlif adlarla tanınır. Siryani dilindəçaydeməkdir. Ehtimala görə, Babildə yaşamış, buradakı Dəclə ya Fərat çayının suyu ilə əkinlərini sulamışdır. Bu səbəbdən adını burdan götürüb. Onun müxtəlif dillərdə danışmağı bacardığı söylənilir. İdris Peyğəmbər elmli, bacarıqlı xeyirxah bir şəxsiyyət idi. O, yaşayış məskənlərinin abadlaşdırılmasına, əhalinin maddi güzaranının yüksəlməsinə, çoxlu quyular qazdıraraq su probleminin həllinə nail olub. İstedadı çalışqanlığı öz qövmünə bilici məşvərətçi olmasında, Allah-Təalanın verdiyi hökmləri təbliğ etməkdə kömək edib.

İdris Peyğəmbər əsasən dərzi kimi çalışıb; öz sənətini dərindən sevib mükəmməl bilib. Dövrünün böyük alimi kimi tanınıb; nücüm (astronomiya), hesab, həndəsə, əkinçilik s. ilə məşğul idi. Ona qədər insanlar tikiş tikməyi bilmir heyvan dərisinə bürünüb gəzirdilər. O, eyni zamanda bölgü sistemini müəyyənləşdirib. Hikmətli sözləri tarixən insanların yaddaşında özünə yer eləyib. Məsələn, Peyğəmbər deyirdi ki, Səbrdən Allaha imandan zəfər doğular; Xoşbəxt o kəsdir ki, o, nəfsini qoruya bilsin; Nadanlıq cahillik elmin yolunu bağlar, nəcib əməlin üstünə kölgə salar; Dünyanı axirəti bir ürəkdə sevmək olmaz.

İlk dəfə o, dərzilik məharəti ilə camaata geyimin vacibliyini gözəlliyini anlatmış, səbri səyi ilə onları oturaq həyata alışdırıb əkməyi, suvarmağı biçməyi, topladıqları məhsuldan cürbəcür qida məmulatları hazırlamağı öyrətmişdir. İdris Peyğəmbər dünyada birinci olaraq cihad edən, yazı yazan, paltar tikən, əhalini siniflərə ayıran şəxsiyyət kimi tarixə daxil olub. İnsanın daxili üzvləri vəzifələri, düzgün qidalanma qaydaları haqqında söz söyləmiş, şəhərsalma, yolçəkmə, çay üstündən körpü salma digər tikinti işləri onun adı ilə bağlıdır.

İlyas Peyğəmbər – Rəvayətlərdə nəql olunur ki, Peyğəmbərin Allaha inamla bağlı təbliğat yerli sakinlər tərəfindən qəbil edilmədi. O, əziyyətinin mənasız olduğunu görüb adamlardan uzaqlaşdı. Allah 3 il nəzərini camaatın üstndən çəkdi. Yağışlar kəsdi. Quraqlıq və qıtlıq Bələləki bürüdü, irili-xırdalı heyvanlar qırıldı, ağaclar, əkinlər məhv oldu. İnsanlar bu flakətdən yaxa qurtarmaq üçün İlyası axtardı. O, gizləndiyi dağlardan enib, xarabaya çevrilmiş məskənlərə yanaşdı. “Siz quraqlığın qurbanısınız. Sizin ucbatınızdan bu yerlərin heyvanatı, qurd-quşu, əkin-tikini, böcəkləri belə məhv oldu. Ona görə də Böyük Allah yoluna dönün.” Lakin, onlar nə bütpərəstlikdən əl çəkdilər, nə haqqa döndülər, pis əməllərində bir az da dərinə getdilər. İlyas Rəbbinə yalvardı ki, onun ruhunu burdan aparsın, canınlı qurtarsın. Atəşdən bir at gəlib onun önündə durdu. İlyas Peyğəmbər dərhal onun üstünə qalxdı və getdi. Xalq nağıllarında da qəhrəmanı oddun, suyun içindən çıxmış at çətinlikdən qurtarır, onun xilaskarına çevrilir. İnsana çıxılmaz vəziyyətlərdə təbiət qüvvələri kömək edir.

Nuh Peyğəmbər – Elmidini ədəbiyyatlarda “Nuhun tufanı”, “Nuhun gəmisi” kimi ifadlərə çox rast gəlmişik. Xalq əfsanələrində və dini rəvayətlərdə qeyd olunur ki, Yer üzünü su basanda Nuh Peyğəmbər hər canlıdan bir cüt (erkək və dişi fərd) olmaqla düzəltdiyi gəmiyə mindirib, onları xilas edir. Naxçıvandakı Gəmiqaya abidəsinin Nuhun gəmisi ilə bağlılığı söylənilir. “Naxçıvan” sözünün kökündə “Nəqşicahan” ifadəsi ilə yanaşı onun Nuh peyğəmbərlə əlaqəli «Nuh çıxan” olduğu ehtimalı da vardır. Müqəddəs Qurani-Kərimin “Əraf”, “Hud” və b. surələrində Nuhla bağlı məlumatlar az deyil.Dinşünaslıqda göstərilir ki, Allahın varlığına inanmayanlara görk üçün Yer kürəsində daşqınlar baş verir, tufan qopur. Nuh Peyğəmbər bu zaman iman gətirən adamları və hər heyvandan bir cüt götürərək düzəltdiyi gəmiyə mindirir. İslamşünas Hacı Sabir Həsənli “Peyğəmbərlər tarixindən” adlı kitabında qeyd edir ki, Nuh Peyğəmbər insanları, heyvanları və quşları gözlənilən fəlakətdən xilas etmək üçün gəmi düzəldir. Bu məqsədlə o, 40 ilə böyüyən sac ağac əkir, sonra onları kəsib gəmi hazırlayır. Su hər yanı basır. Tufan və daşqın 6 ay davam edir. Heç yerdə həyat əlaməti qalmır, lakin Allahın hökmü ilə tufan dayandıqdan sonra Yer kürəsəində çoxlu dənizlər, digər su hövzələri əmələ gəlir. Elmi mənbələr erkən dövrlərdə bu cür daşqınların baş verdiyini təsdiqləyir. Məlumdur ki, Palezoy erasının daş dövründə qədim ağacşəkilli qıjılar bu səbəbdən məhv olmuş və hazırkı daş kömür yataqlarını əmələ gətirmişlər. Dini rəvayətlərdə və tədqiqatlarda qeyd olunduğu kimi, Nuhun çətin anda erkək və dişi olmaqla hər canlıdan bir cüt gəmiyə mindirib xilas etməsi bioloji müxtəlifliyin qorunub saxlanmasına pozitiv bir nümünədir. Bu məsələ, ekoloji problemlərin tarixinə nəzər yetirmək baxımından da maraqlıdır.

Saleh Peyğəmbər — Həzrəti Salehin zamanında Səmud tayfasının azğınlığı və Allah-Təalanın onun cavabında bu tayfaya elədikləri Qurani-Kərimdə və araşdırmalarda əksini tapıb. “Biz Səmud qövmünə qardaşları Salehi elçi göndərmişdik. Onlara demişdi ki, ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa tanrınız yoxdur. Sizə Rəbbinizdən bir möcüzə də gəlib. Budur Allahın dişi dəvəsi, bu sizin üçün bir möcüzədir. Onu buraxın ki, Allahın torpağında otlasın. Ona bir xətər toxundurmayın, yoxsa sizi acı bir əzab yaxalayar”. Ancaq Səmud tayfası Allahın iradəsinə əks gedərək, dəvəni öldürdülər. Halbuki, Saleh Peyğəmbər dəvədən ayrılmazdı. Dəvə camaatın suyundan, camaat onun südündən içərdi. Kafirlər dəvəni öldürdükdə balası dağlara tərəf qaçdı. Saleh Peyğəmbər dağlardan enərək kəndə qayıtdı. Köşək onun görüb, 3 dəfə böyürdü. Saleh dəvənin balasını tutub dedi: Bilin, bu köşəyin hər böyürtüsü sizin üçün ismarıcdır. Sizetdiyinizin fərqində deyilsisniz. Daha 3 gün beləcə, küfr içində kef çəkə bilərsiniz, amma Allahın vədəsi yetişdikdə, sizə kömək edən tapılmaz. Bu, ağır bir cəza olacaq… Tədqiqatlarda qeyd olunur ki, hadisədən 3 gün keçməmiş Səmud tayfasının yaşadığı torpaqlar lərzəyə gəldi. Həmin gecə dəhşətli titrəyişlər, qulaqbatırıcı gurultular bir-birinə qarışdı. Saleh Peyğəmbər və kiçik bir dəstədən başqa hamısı həlak oldu. Dəvənin misalında canlı təbiətə neqativ münasibət acınacaqlı sonluğa gətirib çıxarır. Peyğəmbərlərlə bağlı dini rəvayətlərdə və təqiqatlarda bu cür nümunələrin verilməsi görk kimi əhalini ətraf mühitə neqativ təsirlərdən çəkindirir, növlərin qorunmasına xidmət edir.

 

Yusif (Mahmudov) Dirili,

Ətraf mühit üzrə tədqiqatçı

 

Türküstan.- 2017.- 11-17 aprel.- S. 12.