Şah Abbas şəxsiyyəti
Azərbaycan
tarixşünaslığında –
Azərbaycan tarixşünaslığında
Xaqan Abbas Səfəvi hələ də öz obyektiv qiymətini ala bilməmişdir. Sovet dövründən
etibarən tarixşünaslıqda
belə bir fikir formalaşmışdır
ki, Şah I Abbas(1587-1629)
zamanında aparılan
islahatlar nəticəsində
Azərbaycan dövlətinin
mahiyyəti dəyişilmiş
və İran dövlətinə çevrilmişdir.
Dövlətdə türk
əyanlarının rolu
azaldılmış, yüksək
vəzifələrə fars əyanları gətirilmiş, İran xalqının bir sıra adət və ənənələrini
bərpa edilmiş, qədim fars nəsilləri himayə edilmişdir. İş o yerə gəlib ki, Azərbaycan tarixinin müasir dövrü ilə məşğul olan tədqiqatçılar da
Şah Abbas zamanından etibarən Qızılbaş dövlətini
qeyri-Azərbaycan dövləti
olaraq göstərirlər.
Bəzi tarixçilərin əsərlərində
Şah Abbasa qarşı təhqiramiz ifadələr də yer almışdır.
Xaqan Abbasın Azərbaycan dövlətini
yenidən qüvvətləndirməsi,
Osmanlı işğalı
altında olan torpaqları geri qaytarması Türkiyə
tarixşünaslığında ona qarşı dərin nifrət hissi yaratmışdır ki, bu da
Azərbaycan tarixşünaslığına
təsirsiz ötüşməmişdir.
Şaha qarşı yönələn
bu əsassız iftiralar əsasən Sovet dövründə formalaşmışdır.
Bununla belə
tarixşünaslığımızda Şah Abbasa obyektiv yanaşan tarixçilər də vardır. Xüsusən Z.Bayramlı öz
əsərlərində Şah
Abbasa qarşı yönələn iftiraların
yanlış olduğunu
mənbələr, sənədlər
əsasında sübut
etmişdir. M.Abdullayevin
redaktəsi ilə nəşr edilən “Azərbaycan tarixi” dərsliyində
Şah Abbas öz obyektiv qiymətini almış, hökmdarın daxili və xarici siyasətinə, onun islahatlarına geniş yer verilmişdir. Z. Bayramlı və V. Zifəroğlunun müəllifi
olduqları “Azərbaycan
hökmdarları: Səfəvilər”
adlı kitabda da Şah Abbasa
layiqli qiymət verilmişdir. Z.Bayramlı
və B.Şabiyevin müəllifi olduqları
“Azərbaycan Səfəvi
dövləti” adlı
əsərdə Şah
Abbas məsələsinə
geniş yer verilmiş, ona qarşı olan iftiralara mənbələrdən
tutarlı cavablar gətirilmiş, Sovet dövrü konsepsiyasının
yalanları aradan qaldırılmışdır. Bundan başqa T.Nəcəflinin “Səfəvi-Osmanlı
münasibətləri” adlı
monoqrafiyasında da
Səfəvi-Osmanlı
münasibətləri müfəssəl
şəkildə araşdırılmış,
Şah I Abbas dövrünə geniş
yer verilmiş, eyni zamanda hökmdarın
hakimiyyəti zamanı
baş verən bəzi hadisələrə
obyektiv yanaşılmışdır.
Türkiyədə nəşr edilən,
müəllif kollektivi
arasında Azərbaycan
alimlərinin də yer aldığı “Türklər” adlı 21 cildlik ensiklopedik kitabda da Şah
I Abbasa obyektiv yanaşılmamışdır.
Şah Abbasa qədər hadisələrdə bir çox müəlliflər
dövlətimizdə siyasi
böhranın baş
verməsini, tayfaların
özbaşınlağını, xüsusən də
1578-1590-ci il müharibəsində
tayfa başçılarının
mərkəzdənqaçma siyasəti nəticəsində
bir çox əyalətlərin itirilməsini
qeyd edirlər və bunun dövlətimiz
üçün çox
təhlükəli bir
vaxt olduğunu vurğulayırlar. Şah Abbasın
hakimiyyəti zamanında
siyasi böhranın aradan qaldırılması,
üsyankar əmirlərin
cəzalandırılması məsələsinə gəlincə
isə, nədənsə
münasibət dəyişir,
təbii ki, dövlətin nüfuzunu yüksəltmək, itirilmiş
torpaqları qaytarmaq, ordunu möhkəmləndirmək
üçün ilk növbədə
daxildə ictimai-siyasi
sabitlik yaratmaq lazım idi. İddialara görə Şah Abbasa qədər Şamlı və Ustaclı tayfaları hakimiyyətdə
daha üstün olmuşlar, Şah Abbas zamanında onlara
qarşı amansız
münasibət göstərilmişdir. Halbuki, Şah Məhəmməd
Xudabəndə dövründə
Türkmənlərlə Təkəlilər,
Şamlılarla Ustaclılar
arasında ittifaq yaranmışdı. Türkmən-Təkəlilər Şamlı-Ustaclılara qarşı fəailiyyət
göstərirdilər. Bu zaman hakimiyyətdən
kənarda qalan Şamlı-Ustaclılar Abbas
Mirzənin ətrafında
birləşmişdilər ki, daha sonra
onu hakimiyyətə gətirdilər.Şah Abbasın
hakimiyyəti dövründə
elə ən çox iltifat göstərilən tayfa Şamlı tayfası olmuşdur. Oruc bəy Bayat öz əsərində dövlətin idarə olunmasında 32 əsas tayfanın olduğunu bildirir, bunlardan Ustaclılar haqqında məlumat verərkən yazır: “Ustaclı – ən əsas ailə, onların əksəriyyəti şahın
sevimli xidmətçiləridir.
Onlardan çoxu ən yüksək vəzifələri
icra edirlər”. Qeyd edək ki, Mürşidqulu
xan 1589-cu ildə buraxdığı bir sıra ciddi səhvlərə görə
qətlə yetirilmişdir,
Oruc bəy isə bu əsərini
1604-cü ildə yazmışdır.
Mürşidqulu xan Ustaclının öldürülməsinə
gəlincə o, şahın
gənc olmasından istifadə edərək onun dövlət işləri ilə məşğul olmamasına
çalışırdı, həm də bir çox Qızılbaş əmirləri
şahın adından
Mürşidqulu xanın
idarəetmə işlərinə
qarışmasını qəbul
etmək istəmirdilər;
eyni zamanda Mürşidqulu xanın səhvi ucbatından Herat başda olmaqla, Xorasan özbəklərin
əlinə keçdi.
Şah I
Abbas dövlətin cənub-şərqində baş
verən mərkəzdənqaçma
hallarının qarşısını
almaq üçün
Şirvandan bir çox oymaqları buraya köçürmüşdü.
Tarixşünaslığımızda isə iddia
olunur ki, Şah I Abbas bununla türk oymaqlarına ciddi zərbə vurmuşdur.
Səfəvilərin hakimiyyətə gəlməsi ilə hər bir tayfa
dövlətin müəyyən
hissəsində yerləşdirilmişdi.
Bunlardan biri də Zülqədərlər
idi ki, Fars əyalətində yerləşmişdilər.
Azərbaycan tarixşünaslığında
iddia olunur ki, Şah Abbas
Zülqədər və
digər tayfaları yerlərindən köçürməklə
türk oymaqlarını
zəiflətdi, halbuki,
Zülqədərlərin yerinə
Fars əyalətinə Qarabağın
Otuz iki, Qazaxlar, Şəmşəddinli
oymaqları köçürülmüşdü.Şah
Abbasın hakimiyyəti
dövründə və
ondan sonra mühüm vəzifə olan “möhürdar” vəzifəsi
Zülqədər əmirlərinə
tapşırılırdı. O.Bayat yazırdı: “Zülqədərlər – hersoqlar
kimidir, onlar döyüşdə çox
cəsur olur, aralarından igid insanlar çıxır”.
İddia edirlir ki, Şah
Abbasın anası farsdır. Əslində Şahın
anası seyid nəslindəndir. XVI əsrdə millətçilik
hələ yox idi. Doğrudur fars və
türk əşirətləri-tayfaları
arasında müəyyən
qədər nifrət
hissi olsa da, bu günümüzün
millətçilik anlayışına
uyğun gəlmirdi. İslamda millətçiliyə deyil,
ümmətçiliyə üstünlük
verilir. Osmanlı dövlətində vəzifələrdə xeyli
sayda qeyri-türk var idi. Azərbaycana yürüş
edən Osmanlı ordularına sərdar təyin edilən Sinan paşa, Fərhad paşa, Lələ Qara Mustafa paşa, o cümlədən
Təbrizə hakim təyin
edilmiş Xədim Cəfər paşa qeyri-türk idi.
Belə
bir mülahizə vardır ki, Şah I Abbas qorçu dəstələrinə
ciddi zərbə vuraraq, onların əvəzinə qulamları
yüksəltdi, həmçinin
qeyri-türk ünsürlərindən
olan tüfəngçilərə
geniş hüquqlar verdi. Halbuki, 1725-ci ildə yazılan “Təzkirət əl-müluk”
əsərində İsgəndər
bəy Münşi göstərilir ki, “üməra-ye dövlətxane-ye
mübarək” zümrəsinə
daxil olan şəxslərdən biri
də qorçubaşıdır,
hətta II Şah Abbas hakimiyyətə gələndə bir müddət dövlət
işlərini baş
vəzirlə qorçubaşı
idarə edirdi. Bundan əlavə qorçubaşı
dövlətin bütün
ellərinin və oymaqlarının ağsaqqalı
idi. “Abbasnamə”
adlı mənbədə
isə tüfəngçibaşı
vəzifəsinə, həm
də türklərin
təyin edildiyi qeyd olunur.
Şah Abbas iddiaların əksinə, qədim fars şahlarının
titullarından deyil, özündən əvvəlki
türk Səfəvi şahlarının istifadə
etdiyi titullardan istifadə edirdi. Osmanlı mənbələrində Şah
Abbas digər Səfəvi şahları
kimi Turan hökmdarı olaraq da adlandırılırdı.
Şaha
aid olan balta üzərindəki qaraquş,
bəbir, kut işarələri qədim
türk simvolları olub, türk xanədanlıqlarında istifadə
edilən simvollardır.
Şah Abbas sələflərindən
fərqli olaraq, baş vəzir vəzifəsinə Tusi nəslindən olan türk Hatəm bəy Ordubadini gətirmişdi. İddiaların
əksinə İ.Münşinin
əsərindən göstərilən
1628-ci il tarixli 76 əmirdən
44-ü deyil, 54-ü türk
idi, 15-i türk dilindən başqa dil bilməyən qulam, digərləri isə müxtəlif xalqlardan olanlar idi.
Dil məsələsinə gəlincə linqvist A.Meyen 1911-ci ildə yazırdı: “Dil tarixi şəraitdən aslıdı və fiziki anlayış olan irqdən heç bir asılılığı yoxdur”.
Bununla belə qeyd edək ki, Səfəvi və Əfşar sülalələri dövründə
fars dili ciddi şəkildə tənəzzül etmişdir.Bundan
əlavə, araşdırdığımız
yüzillikdə Qərbi
Avropada bir müddət diplomatiya, elm
və təhsil dili latın, daha sonra fransız
dili olsa da, hal-hazırda ingilis
dilidir.
XVIII əsrə aid olan
anonim “Zühuri-dövləti-Səfəviyan”
adlı mənbədə
də Qızılbaş
dövlətinin “darülmülk”ünün
Azərbaycan olduğu
göstərilir.
Şahın farsmeyilli olmasını qəbul etmək mümkün deyil. Xaqanın islahatları
nəticəsində Qızılbaş
dövləti itirilmiş
ərazilərini geri qaytara və uzun müddət tarix səhnəsində mövcudiyyətini qoruya bilmişdi.
Sədulla NURİYEV
Bakı Dövlət Universiteti
tarix fakültəsi,
III kurs tələbəsi
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Qənirə PİRQULİYEVA,
Bakı Dövlət
Universitetinin dosent
Türküstan.- 2017.- 18-24 aprel.-
S.5.