Xəzərin nəğmələri”…

 

Mərakeş poeziyası şərqşünas alimin tərcüməsində

 

Tərcümə sənətinin özünəməxsus cazibəsi var. Hər hansı bir xalqın nümayəndəsinin öz dilində qələmə aldığı, duyğu düşüncələrinin məhsulu olan yaradıcılıq nümunəsini tərcüməçinin öz ana dilinə çevirərək yad bir insanı öz dilində danışdırmaq  hünəridir bu sənət!Bu hünər tələb edən işdə tərcüməçinin, əsərini tərcümə etdiyi sənətkarın yalnız danışdığı, yazdığı dili gözəl bilməyi hələ işin lap başlanğıcıdır. Əsl hünər o dilin daxili qatına hopan  yazıçı mənəviyyatını, onun ruh dünyasını  dərindən duymaq, o sənətkarındilini tapmaq”dadır. Tanınmış rus yazıçısı Korney Çukovski nin sözləri ilə desək, “tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın.” Bu mənada, bədii tərcümənin, yəqin ki, ən çətin eyni zamanda, ən cazibədar  növü  olan poetik tərcümələri ilə seçilən gənc tərcüməçi, AJB-nin üzvü, ərəbşünas, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun yaradıcı fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Son illər poetik tərcümə sənətində imzası tanınan gənclər arasında bir imza da diqqəti çəkir.Mahir Həmidov”, “Mahir Həmid  imzalı tərcümə nümunələrini, şeir hekayələri  ardıcıl olaraq qəzet jurnallardan, internet səhifələrindən (“Ədəbiyyat”, “525-ci qəzet”, “Kaspiqəzetləri, “Azərbaycan”, “Ulduz”, “Mütərcimjurnalları b.) oxuyuruq. Mahir  bəy tərcüməçi olmaqla yanaşı, həm şərqşünas alimdir. Altı il əvvəl Türkiyədə, Ankara UniversitetindəMixail Nuaymənin ədəbi-tənqidi görüşləri şeirləriadlı dissertasiya işini uğurla müdafiə edib. Hal-hazırda AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisidir. Ərəb məhcər ədəbiyyatının tədqiqatçısı olan bu istedadlı gəncin 2014-cü  ildə çapdan çıxanKipriklərin pıçıltısıadlı şeirlər kitabınınÖn söz”ünün müəllifi olmuşam.Mixail Nuaymənin Azərbaycan dilində bu ilk şeirlər kitabından sonra Mahir Həmid bu yaxınlarda ərəb ədəbiyyatından ikinci bir tərcümə kitabını – “Xəzərin nəğmələri”ni oxuculara təqdim edib. Müasir Mərakeş ədəbiyyatının nümayəndəsi olan Mərakeş Krallığının ölkəmizdəki sabiq səfiri, yazıçı, şair, siyasi elmlər doktoru  Həsən Haminin (Hassan Hami) “Xəzərin nəğmələriadlı şeirlər kitabı Azərbaycan dilində işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun tərəfindənMütərcimnəşriyyatında çap edilən kitaba yazdığıÖn söz”də Həsən Hami bu üçüncü şeir divanını Cənubi Qafqazın göz bəbəyi olan Azərbaycanda, Xəzər dənizindən ilham alaraq yazdığını qeyd edir. Azərbaycanın fərqli etnik dini tərkibinin olmasına baxmayaraq, burada tolerant cəmiyyət nümunəsinin canlı örnəyinin olduğunu vurğulayan, öz ölkəsi ilə Azərbaycanı müqayisə edən H.Hami, çoxçeşidli mədəniyyət din mənsublarının qardaşcasına birlikdə yaşadığı Azərbaycan Mərakeşin ortaq tərəflərinin olduğunu ifadə edir.

Xəzərin nəğmələri”ndə ilk şeir  Bakı  haqqındadır:

qədər möhtəşəmdir

Onda əzəmət,vüqar!

Bakı!- O, gündüz-gecə

yorular, yatar!..

(“Bakı”)

Bakını böyük bir şövqlə vəsf edən şair  burdaXəzərin nəğmələrilə Qafqazın baş-başa verib  pıçıldaşması”ndan,  Şərqlə Qərbin qovşağıadlandırdığı bu sirli,əsrarəngiz şəhərinüfüqlərə nəğmə deməsi”ndən bəhs edir.

KitabdaƏsatir”, “Fərqli baxış”, “Cürət”, “Xəritələrim”, “Vaxt”, “Yun köynək”, “Ən gözəl səfər”, “Gül”, “Bağışlayın!..”, “O olmasaydı…”  b. şeirlər öz fəlsəfi tutumu, eləcə poetik ifadə tərzinə görə xüsusilə diqqətəlayiqdir.

Axına qarşı üz ki,bəlkə, şiddətli rüzgar

Ram edə səni, ya da sən edəsən onu ram!

Sən axına qarşı üz!Cəhd et!Demə,qorxuram!

Əgər bilmək istəsən, ibrət nədir, qulaq as:

İbrətöləndən sonra geridə qalan miras!”

(“Cürət”)

Bir məsələni də qeyd etmək lazımdır ki, Həsən Haminin poeziyasında sözlər və ifadələr daşıdığı məna yükü,  sətiraltı anlamı, dərin  fəlsəfi  düşüncələrlə zəngin olması ilə seçilir. “Xəritələrim” adlı şeirində şair özü də poeziyasının bu mühüm xüsusiyyətini etiraf edir:  “Mən sözlə oynayanam, eyhamla danışanam.”

Şairin  ana məhəbbətinə həsr olunan “O olmasaydı…”  adlı şeiri isə müqəddəs varlıq olan anaya sevginin gözəl, səmimi  bir ifadəsidir:

“Mənə sərhədlər aşan bir nəğmədən söz sən!

Odur bütün dillərdə həm sevilən,həm sevən!-

Anam!..”

(“O olmasaydı…”)

Həsən Haminin “Xəzərin nəğmələri” kitabının bir özəlliyi də ondadır ki, tərcüməçi bundan əvvəlki tərcümə kitabında olduğu kimi, bu kitabda da oxuculara şeirlərin orijinalını da təqdim etmişdir. Bu isə ərəb dili və ədəbiyyatı  mütəxəssisləri , eyni zamanda bu istiqamətdə təhsil alan tələbə gənclər üçün faydalıdır. Ümidvarıq ki, M.Həmidovun bu təşəbbüsü ilə gələcəkdə bizi Mərakeş şeir antologiyasının Azərbaycan dilində, Azərbaycan şeir antologiyasının isə ərəb dilində nəşr olunması, eyni zamanda, digər ədəbi növlər üçüngeniş imkanlar açılması gözləyir. Son olaraq, bizə gənc tərcüməçi-alimə yeni-yeni yaradıcılıq uğurları arzulamaq qalır.

 

Şəlalə Ana Hümmətli,

Ədəbiyyatşünas-şair, filologiya üzrə fəlsəfə doktoru

 

Türküstan.- 2017.- 14-20 fevral.- S.13.