Ziya Bünyadovun vəsiyyəti
Və doğma qazaxlılara müraciət
“Azərbaycan
xalqının müxtəlif
səviyyəli cəlladlarının
fəaliyyətinə ayıq
və doğru qiymət vermək vaxtı artıq gəlib çatmışdır. Hələlik ələ verilməyən
çoxlu sənədlərə
yenidən baxmaq (aşkar edilib məhv edilməli olan), azərbaycanlıların
qara siyahısını
tapıb çap etdirmək lazımdır.
Bu siyahılar haradasa var, lakin
onları tapmaq çox çətin olacaq. Fəqət axtarmaq, axtarmaq
lazımdır. Çünki bunu kirovlar, mirzoyanlar, serebrovskilər,
pankratovlar, sumbatovlar və başqa qaniçənlər tərəfindən
məhv edilmiş həmvətənlərimizin ruhları
tələb edir”.
Yuxarıda oxuduğunuz cümlələr
akademik Ziya Bünyadovun əsasən
1937-38 ci illər, represiya qurbanlarından bəhs edən “Qırmızı Terror” kitabındandır. Ziya Bünyadovun
vəsiyyəti kimi dəyərləndirdiyimiz bu
sözlər çox
təəssüf ki, söz olaraq da qalıb. Düzdü
“Qırmızı Terror” bu
mövzuda yeganə əsər deyil, sonralar da konkret
hansısa represiya qurbanının həyat və yaradıcılığını
işıqlandıran kitablar
nəşr olunub.
Amma bu kitablar da
ya sovet təxəyyülünə uyğun
formada, ya da ümumi anlamda
yazılaraq, günahsız
güllələnmiş və
sürgün olunmuş
soydaşlarımızın rəsmi arxiv sənədləri ilə
tanıdılmasına xidmət
etməyib. Bəlkə də,
bu tip tədqiqatlar var, amma hələki
qarşımıza çıxmayıb.
Düzdü adını
çəkdiyimiz kitabda
akademik buyururki: “Bizim Sovet Azərbaycanına
başçılıq edənlər
tərəfindən neçə
yüz min şəxsin
həyatının məhv
edildiyini hesablamaq çətin və bəlkə də qeyri-mümkündür”. Amma
nəhayətdə yazır:
“Dərd
bir də ondadır ki, günahsız qurbanların
bu gün yaşayan övladları öz ata-babalarının
cənazələrinin harada
olduğunu bilmirlər. Allah onların hamısına rəhmət eləsin!”
Odur ki, biz də doğma babalarımızın
və hələki eyni rayondan olan
əqidədaşlarının arxivinin axtarışı
ilə məşğuluq.
Dəyərli Qazaxlılar,
əziz yerlilərim!
Bəhs etdiyimiz
bu kitabın elə başlanğıcında
akademik Ziya Bünyadov üç dəyərli xanım (Mədinə xanım Mehdi qızı Qiyasbəyli, Gülarə
xanım İbrahim Xəlil qızı Qədirbəyova, Qayıbova
Xədicə xanım
Osman qızı) barədə ətraflı
yazıb ki, bunlardan ikisi Mədinə xanım və Xədicə xanım Qazaxlıdır. Yetməz, bu kitabı oxuduqca orda daha çox
Qazaxlı adına
rast gəlirsən. Təbii bu adı çəkilənlər
rayonumuzun neçə-neçə
qurbanları arasından
cəmi bir neçəsidir. Biz də, öz növbəmizdə Allahın
yardımı Qazağın
bütün represiya qurbanlarını nizamlı
şəkildə araşdırmaq
niyyətindəyik. Deyim
ki, artıq Ulu Öndərimiz Məhəmməd Əmin
Rəsulzadənin nəvəsi,
“Azərbaycan Siyasi Represiya Qurbanları Assosiasiyası”nın rəhbəri Rəis Rəsulzadədən xeyir
dua və rəsmi görəv almışıq. Amma bu araşdırmada mənim yeganə mənbə qaynağım sizsiniz.
Bu işi sizin
bizə dəyərli
tövsiyələri ilə
bacaracağıq.
Doğma Çaylı
camaatı!
İndiyədək bir neçə dəfə etdiyim kimi, bu yazı
vasitəsi ilə də, sizə səslənirəm. Bəhs etdiyimiz “Qırmızı
Terror” kitabında dəyərli
akademik bir neçə kəndin adını çəkir.
Cəbrayıl rayonu Böyük
Mərcanlı kəndi,
Laçın rayonu Zorkeşiş kəndi və s. Kitabda kəndimizin adı keçməsə də,
həmkəndçimiz Kəbi
Sanıyevdən ətraflı
yazılmaqdadır. Hansıki siz
daha yaxşı bilirsiniz, Kəbi Sanıyev o illərdə ən çox qurban vermiş nəsildən olmaqla yanaşı, ölkəmizin
sevilən yazıçılarından
olan, represiya qurbanı Hacıkərim Sanılının doğma
qardaşıdır.
Çaylı camaatı
tarixin hər dönəmində, ələxsus
da 30-cu illərin represiyasında haqqın
tərəfində olmaqdan
çəkinməyib. Bu səbəbdəndə ən
çox represiyaya məruz qalaraq ölkəmizin tarixinə
silinməz izlərlə
düşüb. Həmd olsun
ki, biz də bu tarixi yaradan
kişilərin kəndçiləri,
doğmalarıyıq. Sizdən də ricam odurki
onların ruhları qarşısında vəfa
borcumuzu yerinə yetirək, kəndimizdə
hansı represiya qurbanının adını
biliriksə həmən
bir yerə qeyd edək. Və Allahın yardımı ilə rayonumuzun bu qəhrəmanlarının
yaratdığı tarixi
bir yerdə yazaq. Bu işdə
hələki mənə
represiya qurbanları övladları İbrahimXəlil
Axundov, Faiq Binnətov və kəndimizin ictimai həyatında hər zaman aktiv olan
Tahir Vəliyev köməkçidi.
Ümidvaram ki, hər biriniz
əlinizdən gələn
ən xırda, amma bizim üçün
çox vacib olan bilgi yardımınızı
əsirgəməyəcəksiniz.
Sayğılarla, kiçiyiniz
Sərxan Carçı
Türküstan.
- 2017.- 14-20 fevral.- S.8.