.
Xəbər Xətti
Qarşıdakı 2 gündə ehtiyatlı olun – XƏBƏRDARLIQ
16 Mart 2017 14:02
Sabir Rüstəmxanlı: Bu qədər amansız addım atacağını gözləmirdim, Mövlud…
16 Mart 2017 14:01
Nəcməddin Sadıkovun 1992-ci ilə aid eksklüziv videosu yayıldı – Həbsdən azad olunanları… – VİDEO
16 Mart 2017 13:15
1000-dən çox müəllimin təhsil sənədinin saxta olduğu aşkarlanıb
16 Mart 2017 12:48
“Kənan sağdır” – Qənirə
Paşayeva
16 Mart 2017 12:45
Hadisənin şahidi: “Mən
Mövludun intiharını gördüm”
16 Mart 2017 12:37
Nuriyyə Hüseynova
üçün ÖZƏL GÜN – VİDEO
16 Mart 2017 11:58
Daha bir yazıçımız
İNTİHAR ANONSU verdi
16 Mart 2017 11:46
ABŞ-dan ŞOK İDDİA:
Türkiyə sərhədlərində ikinci İŞİD
doğulur – VİDEO
16 Mart 2017 11:33
Fikrət Qoca oğluna vida şeiri
yazdı: “Yaşamaq…Yəni bu yaşamaqdımı?”
16 Mart 2017 11:07
İntihar edən yazarın
xanımı yalnız bunu dedi…
16 Mart 2017 10:54
Rusiya mərkəzi: Ermənilərin
78%-i aprel döyüşünə hazırlaşır
16 Mart 2017 10:53
Gənc yazar Mövlud Mövlud intihar
etdi – Özünü 17-ci mərtəbədən ataraq…
16 Mart 2017 10:38
Almaniyalı nazirə bomba göndərilib
16 Mart 2017 10:17
Metrodakı tüstülənmədə
ən çox müzakirə olunan – FOTO
16 Mart 2017 10:01
Dollar neçəyədir? – GÜNÜN
MƏZƏNNƏSİ
16 Mart 2017 09:38
Alim Qasımovun Tehran konserti etiraz
doğurdu: “Özünü pula satdı…” – FOTOLAR
16 Mart 2017 00:48
Dünyanın ən
güclü orduları – Azərbaycan neçənci yerdədir? – SİYAHI
15 Mart 2017 23:07
SON DƏQİQƏ: FED dolları
bahalaşdırdı
15 Mart 2017 22:53
ŞOK AÇIQLAMA – Onlar dəm
qazından zəhərlənməyiblər –
TƏFƏRRÜATLAR
15 Mart 2017 22:46
Hərəkəti tənzimləyərkən
özləri qaydanı pozur – Həm də yol polisinin
iştirakı ilə
15 Mart 2017 22:23
Ermənistandan Azərbaycana
qarşı daha bir təxribat
15 Mart 2017 21:56
FHN Bakı metropolitenində baş
vermiş yanğınla bağlı məlumat yayıb –
FOTO+VİDEO
15 Mart 2017 21:50
“Bank of America”dan manatla bağlı
PROQNOZ
15 Mart 2017 18:03
Ronaldinyo “Qəbələ” klubu ilə
müqavilə imzaladı
15 Mart 2017 18:01
Bu kateqoriyadan olan vətəndaşlar
pensiyadan məhrum olacaqlar
15 Mart 2017 17:53
Almaniyada qondarma “erməni soyqırımı”
abidəsi qoyulur – ŞOK QƏRAR
15 Mart 2017 17:46
Fətullah Güləni 18 il öncə ifşa edən qadın –
VİDEO+FOTOLAR
15 Mart 2017 17:33
İlham Tumas yenidən APA TV-də
15 Mart 2017 17:23
Rusiya və ABŞ-ın gizli torpaq
ANLAŞMASI ÜZƏ ÇIXDI – FOTO
15 Mart 2017 17:12
Mikrorayonlarda yaşayanların
NƏZƏRİNƏ: HAMISI SÖKÜLƏCƏK
Mikrorayonlarda yaşayanların
NƏZƏRİNƏ: HAM
1
2
3
4
5
6
7
8
9
10
Ən Çox Baxılanlar
“Kişiydinsə,
çıxıb gedərdin!”- Elçibəyin oğlu Zərdüşt
Əlizadəyə layiq olduğu cavabı verdi“Kişiydinsə,
çıxıb gedərdin!”
Satqın İrəvanda
danışdı: “Ermənilər arvadıma əllərindən
gələni edirlər” – VİDEOSatqın İrəvanda
danışdı: “Ermənilə
Trump bu gün “Quran” dinlədi –
VİDEOTrump bu gün “Quran” dinlədi
“Lavrovla bağlı nə demişəmsə,
sözümün arxasında dayanıram” – Vaqif
Aydınoğlu – VİDEO“Lavrovla bağlı nə demişəmsə,
sözü
Zirəddin Rzayevdən 2017-ci il üçün MÜDHİŞ PROQNOZ: “Matəm
elan olunacaq və…”Zirəddin Rzayevdən 2017-ci il
üçün MÜDHİ
Azərbaycanlı jurnalistdən Putinə
AÇIQ MƏKTUB: “Açarımızı qaytarın!”Azərbaycanlı
jurnalistdən Putinə AÇIQ MƏ
Qarşıdakı 2 gündə
ehtiyatlı olun – XƏBƏRDARLIQQarşıdakı 2 gündə
ehtiyatlı olun – XƏBƏRDA 1 / 10
.
FHN Bakı metropolitenində baş
vermiş yanğınla bağlı məlumat yayıb –
FOTO+VİDEO FHN Bakı metropolitenində baş vermiş
yanğınla bağl
1
2
3
4
5
6
7
8
9
10
Erməniləri Turan irqi olaraq qəbul
edən iddia
A1
A2
A3
A4
6 Mart 2017 22:42
Maraqlı
Erməniləri Turan irqi olaraq qəbul
edən iddia
Bu iddia ilə ermənilərin
bəzi türk boylarıyla mədəni və adət-ənənə
baxımından qohumluğuna və dildəki bənzərliklərinə
istinad edilərək onların Turan irqindən olduqları
mülahizələri irəli sürülməkdədir.
Ermənilərin etnogenezində
türklərin də iştirak etdiyi, onların etnik tərkibində
erməniləşmiş türklərin rol aldığı
mütləqdir. Ermənistan məsələsinə gəlincə,
Ermənistan coğrafi bir termin olaraq qəbul edilməkdədir.
Bu coğrafi termin bir irqi və bir milləti
deyil, müxtəlif irq və mədəniyyətlərə mənsub
olan insan toplusunun mövcud olduğu bir bölgəni ifadə
etməkdə, o bölgədə yaşayanların da bu adla
adlandırılmasına və tanınmasına yol
açmaqdadır.
Tarixi və coğrafi bir ad
olan Ermənistan ilə Hay soyunun əlaqəsi hələlik
isbat edilməmişdir. Belə bir məsələ, “Hay/Hayk – erməni”
soyunun nə olduğunu gündəmə gətirməkdədir.
Bizə görə, “Hay və erməni”
ayrı-ayrı terminlərdir. Onu da qeyd edək
ki, Armini (Ermənistan) qədimlərdə Əhəməni
imperiyasına tabe olan ölkə idi və onun erməni mənşəli
çarları yox idi. Ermənistanda ilk
çarlıq türk-sakların çarlığı kimi təşəkkül
tapmışdır.
“Ermənistan” coğrafi bir
termin olaraq müxtəlif irq və mədəniyyətlərə
sahib olan insanların bərabər yaşadıqları bir
toplunun mövcud olduğu bölgəyə verilən bir ad
xüsusiyyəti daşımaqdadır. Bütün
bunlar, iddia edildiyi kimi, tarixi və coğrafi bir termin olan Ermənistanla
erməni deyə ifadə edilən Hay və ya Hayk soyunun əlaqəsini
çətinləşdirir.
Ermənilərin hamısı olmasa
da bir qisminin, xüsusilə də “Qriqoryan erməni”nin türk mənşəli və
xristianlaşdırılmış olması qənaəti
burada bir az ağırlıq qazanır. Xüsusilə
bulqar türklərinin, kumanların, qıpçaqların,
avarların, uzların, peçeneq və albanların bir hissəsinin
erməni kilsəsinin təsiri altında qaldıqları
tarixi qaynaqlardan məlumdur. Onların bir
hissəsi günümüzdə Adana-Hatay arasında və
şimal-şərqi Anadoluda yaşayırlar. Ana dilləri türkcədir, İncilləri
türkcədir, ibadətlərini türkcə edərlər.
Eyni zamanda bütün mənbələr erməni
kralı Tridatın və Ermənistanı
xristianlaşdıran Əziz Qriqorun parfiyalı olduğunu
sübut edir.
Şəxsən mən,
hamısı olmasa da türkcə danışan, dini ayinlərini
türkcə ifa edən, ayinlərində türk musiqisinə
yer verən, müqəddəs kitabları türkcə olan və
özlərini türk hiss edən Qriqorjan ermənilərinin
türk mənşəli, xristianlaşdırılmış
və erməniləşdirilmiş türklər ola biləcəyi qənaətindəyəm. Amma təbii ki, bu düşüncələri
bütün “ermənilər”ə şamil etmək doğru
olmaz.
Tarixdə erməniləşdirilmiş
xalqların etnik mənşəyinə dair çox
sanballı məlumatlar vardır ki, bunlara da türk
çinli, mamqunlar (mamikonyanlar), orbelilər, baqrationlar və
s. tayfaları aid etmək olar. Təəssüf
ki, xalqımızın etnogenezində rol oynamış
türk çinlilər Azərbaycan
tarixşünaslığında indiyədək qəti olaraq
tədqiqat obyektinə çevrilməmişdir. Cənubi Qafqazda çinlilər həm Ermənistan ərazisində,
həm də Gürcüstanda III-IV əsrlərdən məskun
idilər. Mənbələrdə bu
tayfanın Albaniyada məskunlaşdıqlarına dair məlumatlar
da yer almaqdadır. Günümüzdə Azərbaycanda
çinli tayfası ilə bağlı bir çox
yaşayış məntəqələri mövcuddur:
Çinli Zeynallı, Çinli Boluslu, Çinli dağı,
Çinli daşı və s. XIX əsr Azərbaycan
tarixçisi Əhməd bəy Cavanşir yazır ki,
çinlilər Gürcüstanda mövcud olmuş Azərbaycan
tayfalarından biri idilər, sonra onlar 1759-cu ildə Qarabağ
xanı Pənah xanın dövründə Qarabağda məskunlaşdılar.
Qədim erməni mənbələrində
bu tayfanın adı çen kimi əksini tapmışdır. Həmin
etnonim qədim gürcü mənbələrində çin
kimi yazılır və aydın Şəkildə “türk”
adlandırılır. Bu tayfanın dil mənsubiyyəti
haqqında erməni tədqiqatçıları nədənsə
yazmaqdan çəkinirlər. Amma eyni
zamanda bu tayfanın Çin ölkəsindən gəlmə,
bəziləri isə etnik mənsubiyyətcə çinlilər
olmasını sübut etməyə
çalışırlar. Əslində
çinli Çin Türküstanından gələrək
Ermənistanda III əsrdən yaşamağa
başlamış qədim türk tayfalarından biridir.
Onların türkdilli olmasını sübut edən
faktlar var. Məsələn, tayfanın
başçılarının adları – “Mamiqun və Qonaq”
adları qədim türk mənşəlidir. Qeyd olunmalıdır ki, Mamiqun adının
sonundakı “qun” komponenti türklərdə və monqollarda
çarların və əmirlərin adlarında da vardır.
A.Bakıxanov yazır ki, III əsrdə
Albaniyaya şimaldan basqın etmiş türkdilli basillərin
çarının adı Katarqun idi”. Tədqiqatlar
göstərir ki, Ermənistandakı çinlilər IV əsrdə
xristian dinini qəbul etmişlər. VIII əsrə
qədər erməni qoşunlarının
başçılarının hamısı çinlilərdən
ibarət idi. Çinlilərin əcdadı
Mamiqun adlı başçının adı ilə ermənicə
Mamikonyan (Mamiqunlar) adını daşıyırdılar.
Təxminən IV əsrin əvvəllərində
Çin sərhəddindən Ermənistan ərazisinə
köçərək Taron və Tayk vilayətlərinə
yiyələnən bu çinli türklər, mamikonyanlar
adı ilə tarix səhnəsinə
çıxmışlar. Əslində
mamikonyanlar “mamiqun” sözünün təhrif olunmuş
forması olsa da, öz kökünü qoruyub saxlayır.
Bu qəbilədən olan mamikonyanlar IV-VIII əsrlərdə
nəslən “erməni” ordusunun baş komandanı, yəni
“sparapet”i olmuşlar. Manikonyanlar nəslindən
məşhur sərkərdələr törəmişlər.
Artavazd, Vasak, Samuel, Manvel, Vardan, Amayak, Vaan, Vard, Vaçe,
Amazasp, Muşel, Qriqor və digər mamikonyanlar bu nəsildəndirlər.
Ermənistan Sovet Ensiklopediyasında da bu barədə
maraqlı məlumatlar var. Buradakı məlumatlara görə,
Mamikonyanların əcdadları – Mamik və Konak/Qonaq adlı
iki elbəyin başçılığı altında bir
tayfa III əsrin I yarısında (221-226-cı illər) Ermənistan
ərazisinə Cen ölkəsindən gəlmişlər.
Bu ölkə Mərkəzi Asiyadakı Kuşan
çarlığında yerləşirdi. E.ə. I-II əsrlərdə
Mərkəzi Asiyada, onun Toxarıstan adlı əyalətində
beş qoldan ibarət bir tayfa ittifaqı
yaranmışdı ki, qədim Çin mənbələrində
bu tayfa ittifaqı “Quyjuan”, yaxud “Quyşuan” adlanır. Bu da “Kuşan” etnoniminin Çin dilində tələffüz
və yazılış formasıdır. Mamikonyanların
türk olması barədə V əsr tarixçisi Pavstos
(Favstos) Buzand qeyd edirdi ki, sərkərdə Muşel Mamikonyan
çenlərin (və ya çinlilərin) törəmələrindəndir.
Əvvəlcə də qeyd etdiyimiz kimi,
çenlərin çinli olduqlarına dair mülahizələr
irəli sürülsə də həqiqətləri əks
etdirmir. Erməni tarixçisi P.K.Patkanov
yazır ki, çenlər III əsrin əvvəllərində
Ermənistan ərazisinə yerləşmişdilər. Onlar çinli (Çin ölkəsinin köklü əhalisi)
yox, türklər idilər. Patkanov eyni
zamanda qeyd edir ki, çenlər haqqındakı məlumatlara
erməni mənbələrində rastlamaq
mümkündür. Çenlər hələ
çox-çox əvvəl Çinin qərbində,
Qaşqarın yaxınlığında, Eftalitlərin
şimalındakı ərazilərdə
yaşayırdılar. Ermənistandakı
çinlilərin əksinə olaraq Gürcüstanda, Kür
çayının sahillərində yaşayan çinlilər
əvvəlcə xristian dinini qəbul etməmişdilər.
Onların yaşadığı qala indi də gürcü
dilində “Şamşvilde” adlanır ki, bu da türkcə
“üç ox” (gürcücə sami –
üç, şvilde – ox deməkdir) adının tərcüməsidir.
“Sisakan nəslinin
tarixindən” adlı əsərin müəllifi, əslən
türk çinli olan Stepan Orbeliyan yazırdı ki,
çinlilər III əsrdə Çin-Bakurun
başçılığı ilə Dəryal keçidi
vasitəsilə şimaldan Gürcüstana gəlmiş və
gürcü çarı onları hörmətlə qəbul
edərək yerləşmələri üçün Orbeti
qalasını vermişdi. Çinlilərin hakim sülaləsi
bu qalada yaşadığına görə Orbeli
adlanırdı. Bu sülalə min ilə yaxın hakimiyyətdə
olmuş və 1117-ci ildə süqut etmişdir. Gürcülərdə
keçən əsrlərə qədər məşhur
Orbeli knyaz nəsli də öz adını türk orbelilərdən
almışdır. Erməni tarixçisi N.Q.Adons
yazırdı ki, Gürcüstanda knyaz Orbeliyanlar əcdadlarını
çinlilərin ölkəsində axtarırlar və
Çin-Bakuru özlərinin ulu əcdadları hesab edirlər.
Orbeli (Orbeliyan) xan nəsli 1117-ci ildə Gürcüstanda Lori
qalasını tikmişdi. Lakin xristian ermənilər və gürcülər
Orbelilərə qarşı mübarizəyə
başladılar. Nəticədə bu xan nəslinin bir hissəsi
qoşunu ilə Sisakana köçüb gəlmiş, xristian
dinini qəbul etmiş, sonra da hakimiyyəti ələ
almışdı. XIII əsrdə Sisakanın hakimi Stepan
Orabeliyan idi. Onun 1290-cı ildə yazdığı “Sisakan nəslinin
tarixindən” adlı əsəri ermənicə
yazılmışdır. Bu da təbii idı. O vaxi
Sısakanda kilsə artıq erməni kilsəsinin tabeliyində
idi və xristian albanlar içərisində bütün
yazı-pozu da erməni dilində aparılırdı. Xristian dininə mənsub
olan Stepan Orbeliyan da əsərini ermənicə yazmalı idi.
Bu da bir həqiqətdir ki,
Sisakanda Si sülaləsi uzun müddət hakimiyyətdə
olmuşdur. Stepan Orbeliyanın verdiyi məlumata görə,
sisaklar (sakların Si sülaləsi) Syunilərin və
albanların əcdadları olmuşlar.
Sisakların türk olduğunu
göstərən faktlar var: Alban tarixçisi Musa Kalankatuklu
yazır ki, sisaklar Yafətin nəslinə mənsubdur. Yafət dedikdə müəllif türkləri nəzərdə
tutur, çünki müəllif Yafətin oğlanları
içərisində Qamer (türk kimmerlər), Maqoq (skiflər
– işkuzaylar) və Mada (madaylar) adlarını da çəkir.
V əsr erməni tarixçisi Moisey Xorenatsi
yazır ki, Syuninin hakimləri erməni yox, sisak nəslindəndir.
Sisak sülaləsindən
olan hakimlər Aranşahlar adlanırdılar. I əsrin
ortalarından Alban çarları da mənşəcə
Sisak nəslindən olduqlarına görə, Aranşahlar
adını daşıyırdılar. Albaniyada
bu nəslin axırıncı nümayəndələrini VI əsrdə
İrandan Albaniyaya gəlmiş Mehranilər qırmış
və ona son qoymuşdular.
Mürsəl İRƏVANLI
Yazıçı-publisit,
M.Qorki adına Beynəlxal mükafat
laureatı
Türküstan.-
2017.- 7-13 mart.- S.7.