İşınğıray
quşu, Qaf dağı
və
oğurlanmış Simurq əfsanəsi …
Hörmətli
oxucu, mən Avropa Oyunlarının bağlanış mərasiminə
həsr etdiyim yazımda Simurq quşu mifoloji süjetini Azərbaycan
xalqının mifoloji düşüncəsinin məhsulu kimi
təqdim etdim və milli fəlsəfi düşüncəmizin
tərkib hissəsi kimi qiymətləndirdim… İslam həmrəyliyi
oyunlarınnın açılışında bu quşun
yenidən əsas personajlardan biri kimi səhnəyə
çıxması məni araşdırmalarımı bir qədər
daha da dərinləşdirməyə sövq etdi …..Və bir
daha yəqiin etdim ki , adının Fenikis ,Anka Səməndər
yaxud Simurq olmasından asılı olmayaraq ən müxtəlif
xalqların əfsanələrinə bu quş türk mifoliji
dünyagörüşünün məhsulu kimi meydana
çıxan Işınğıray mifoloji süjetindən
keçib .Ancaq bilirəm ki, buna etiraz edənlər, yaxud ən
azı tərəddüdlə yanaşanlar olacaq. Ona görə də, simurq quşu mifoloji süjeti
ilə bağlı apardığım araşdırmanı
yenidən nəzərinizə çatdırmaq istəyirəm.
Bəlkə də, buna xüsusi ehtiyac yox idi.
Ancaq tarixi təcrübə göstərir ki,
sahib çıxmadığımız dəyərlərimizə
dərhal sahib çıxanlar tapılır. Ona görə də, vətəndaşlıq və
ziyalılıq borcumuzdur ki, öz maddi və mənəvi dəyərlərimizə
sahib çıxaq. Onları qoruyaq ki, gələcəkdə
mübahisə predmetinə çevrilməsinlər. Beləliklə…
Fəridəddin
Əttarın hekayəti, yaxud bir quş niyə otuz quş
oldu…
Demək
olar ki, bütün qaynaqlarda qeyd olunur ki, Simurq quşu qədim
İran əsatirində Qaf dağında yaşayan
böyük quşdur, xeyirxahlıq rəmzidir, həyat
ağacını yerə gətirib, gözəllik simvoludur və
s. Fars dilində si – otuz, murq isə quş deməkdir. Quşlar uzun müddət Simurqdan xəbər tuta
bilmirlər. Və onu axtarmaq
üçün Qaf dağına üz tuturlar. Ancaq Qaf dağına çatmaq üçün
yeddi böyük vadini keçmək lazımdır. Yol
uzaq və çətin olduğuna görə bülbül bəhanə
edir ki, o, gülə aşiqdir, ona görə geri
qayıdır, qartal deyir mən öz yüksəkliklərimi
sahibsiz qoyub gələ bilmərəm, tutuquşu deyir ki , mənim
cox gözəl və rəngarəng lələklərim var
yolda onları itirə bilərəm … və s. Beləliklə,
Qaf dağına çatanda quşlara səfərdə rəhbərlik
edən şanapipik dönüb baxır ki, cəmisi 30 quş
qalıb. Onlar da şanapipikdən soruşurlar
ki, Qaf dağına çatdıq, bəs hanı Simurq? Şanapipik isə cavab verir ki, baxın, elə Simurq
sizlərsiniz. Bundan sonra da Simurq kimi bu 30
quş qəbul edilir. Deməli,
uydurmanı elə sonlandırmaq lazımdır ki, farsca 30
quş mənasını verən Simurq sözünə bəraət
qazandırılsın. Bu adın farsca
olduğu isbat edilsin. Simurq əfsanəsinin
bu cür şərhini Fəridəddin Əttar
özünün “Məntiquttəyr” (quşların dili)
kitabında nəql edir. Ancaq diqqətlə
nəzər salsaq, görərik ki, bu hekayət, sadəcə,
Əttar tərəfindan ona görə uydurulub ki, Simurq
mifoloji süjeti farslaşdırılsın. Çünki onun hekayətini gerçək kimi qəbul
etsək, o zaman həm Simurq quşunun özünü bir obraz
kimi itirməli oluruq, həm də Simurq fəlsəfəsini rədd
etməli oluruq. Axı mifoloji süjet bir
quş və onun xeyirxahlığı, yardımsevərliyi,
müdrikliyi (Simurq quşu bilik ağacının üzərində
otururdu, yuvası isə Qaf dağında idi) üzərində
qurulub. Belə olan halda Simurq hara, acizanə
şəkildə onu axtarışa çıxan otuz quş
hara?! Göründüyü kimi, bu hekayət
mifoloji süjetə yamaqdır. Ayrıca, bu, necə
İran əfsanəsi ola bilər?! İran, sadəcə, coğrafiyadır,
coğrafiyanın əsatiri olmur. Çünki
coğrafiya əsatir yaradan deyil, əsatirləri də, əfsanələri
də xalqlar yaradır.
Belə olan halda, ya deməliyik ki, farsdilli xalqların əsatiri,
ya da tutaq ki, türkdilli xalqların əsatiri. Əttar cəsarət
edib Pers, yaxud Persiya əsatiri deyə bilmir. Çünki bilir ki, bu, onların əsatiri deyil.
Türkdilli xalqların əsatiri də demir, çünki demək
istəmir, daxili eqosu bunu etiraf etmək istəmir. Onda “optimal” variant tapır – “İran” əfsanəsi.
Bəs
mifoloji süjet harada yaranıb… Simurq, Zümrüd,
Samğrğx, yoxsa Şınğıray
Qeyd etdiyimiz kimi, coğrafiyalar əfsanə yarada bilmir. Yaxşı,
bəs onda Simurq quşu mifoloji süjeti necə və harada
yaranıb? Türkdilli yazılı və
şifahi mənbələrdə Simurq adı Zümrüd (Azərbaycan),
Samğrğx (Qazax), Şınğıray (Qırğız)
kimi keçir. Bu quş hun-qıpçaq
mifologiyasında “Alp”ları, yəni igidləri xilas edən,
onları dardan qurtaran Alp Karakuşla eyniləşdirilir.
Sözün kökündəki Şın
(n-sağır nun) yüksəklik, göy, səma deməkdir.
Biz indi onu işın, şüa, yaxud elə
işıq kimi tələffüz edirik. Şınğıray
quşu dünya ağacının başında
yaşayır və o, Tanrı ilə insanlar arasında bir
növ vasitəçi rolu oynayır. Qazax
tədqiqatçısı C.Kondıbayev Simurq
sözünü türkmənşəli
Şınğrığ, yaxud Şanrax sözü ilə
eyniləşdirir. Sonrakı mərhələdə
isə Samğrğx sözü üzərindən Simurq
şəklində farslara keçir. Farslar
isə sözü öz dillərinə
uyğunlaşdıraraq onu Simurq kimi tələffüz edirlər.
Bir qədər sonra isə
Şınğıray mifoloji süjeti təhrif olunur və
Əttarın uydurması İran əsatiri kimi təqdim
olunur. Tezliklə biz də onu həvəslə
əzbərləyirik. Mifoloji süjetin əsl
məzmununu isə itiririk. Ancaq müqayisə
etsək, görərik ki, Alp Karakuş, yaxud
Şınğıray süjeti daha inandırıcı və
məntiqlidir. Eyni zamanda, Simurq fəlsəfəsi
ilə birə-bir səsləşir.
Qonrul,
Konğurul, yaxud Toğrul, Tonğurul ittifaq simvolu kimi
Başqa bir bənzətmə, yaxud Simurq mifoloji
süjetilə identifikasiya edilə biləcək süjet isə
göytürklərdən qərbə doğru uzanan, bizə
daha yaxın olan qərb türklərinin əsatiridir. Burada
Şınğıray artıq Qonrul, yaxud Konğuruldur.
Qonrul, yaxud Konqrul qərb türklərinin
mifologiyasında Simurqa bənzər süjetlə
xatırlanır.
Ancaq onun iki fərqli səciyyəvi xüsusiyyəti
var. Birincisi, Qonrul o qədər dözümlü quşdur ki,
yerlə göyün birləşməsinə qədər
uça bilir.
İkincisi isə, onun əkizi də var. Bu,
Tonğurul, yaxud Toğruldur. Qonrul
quşunun rəngi də qonur-qırmızıdır. Yəni, o da bir növ atəşi simvolizə edir.
Elə qonur kökü də quşun rənginə
işarədir. Ancaq burada başqa bir səciyyəvi
cəhət odur ki, bu quşlar bərabər hərəkət
edirlər. Qonqurul və Tonğurul
quşları mifoloji süjeti sonralar müttəfiqlik rəmzinə
çevrilir və nəhayət, ikibaşlı qartal kimi bir
sıra xalqların bayrağında yer alır. Hazırda daha çox slavyan əsilli xalqların
bayraqlarında yer almalarına baxmayaraq, ilkin dövrlərdə
türk tayfa ittifaqlarını simvolizə edib. Məsələn,
Oğuz-As, Türk-Monqol, Hun-Qıpçaq və s. Sonralar
qıpçaqlar slavyanlarla ittifaq qurarkən həmin rəmzi,
yəni Qonqurul və Tonğurul rəmzini öz müttəfiqliklərinin
simvolu kimi qəbul ediblər.
Slavyanların
ikibaşlı qartalı Qonrul-Tonğurul birliyi kimi
Son 300 ilə qədər bu davam edib. Bundan sonra isə
qıpçaqlar, kumanlar, xəzərlərin bir qismi,
tatarların bir qismi slavyan milli etnik assimilyasiyasına məruz
qalaraq slavyanlaşıblar. Beləliklə,
rus xalqının gerbində ikibaşlı müttəfiqlik rəmzi
bu günə qədər qalsa da, müttəfiqlərin biri
artıq yoxdur. O assimilyasiya edilibdir. Beləliklə,
qısa araşdırmamızın nəticəsi olaraq
söyləyə bilərik ki, qədim türk mifoloji
süjeti sonralar Yaxın Şərq xalqlarına, o cümlədən,
farslara da keçib. Ancaq süjetin arxetipi
türklərə məxsusdur və biz bunu haqlı olaraq
türkdilli xalqların, o cümlədən, azərbaycanlıların
mifoloji düşüncə tarixinin məhsulu kimi qəbul edə
bilərik.
Simurqun vətəni
Qaf dağı, Nuhun gəmisi və Azərbaycan
Bütün xalqların mifoloji süjetində Simurq
quşunun yuvasının Qaf dağında olmasının səbəbi
isə odur ki, Nuhun gəmisi Qaf dağında quruya təmas
etmişdi. Həyat,
o cümlədən, od da oradan
paylanırdı. Belə olan halda, Simurq
quşunun yuvası da Qaf dağı olmalı idi. Qaf dağı bəzi mənbələrdə Qovv
yaxud Qavf kimi göstərilməklə Ağrı dağı
ilə eyniləşdirilir. Deməli, Simurq
quşu mifoloji süjeti heç bir halda türklərə aid
milli-mədəni coğrafiyadan kənara çıxa bilmir.
O zaman bu süjetin müəllifi də elə bizim əcdadlarımız
olub. Bununla bir daha qeyd etməyi vacib hesab edirik
ki, açılış mərasimində Simurq mifoloji
süjeti təsadüfən seçilməmişdi.
PS.
Əslində mən burada Qaf dağını Ağrı
dağı kimi təqdim edərkən Şınğray
mifoloji süjetinin daxili məntiqinə söykənərək
bunu etdim .Ancaq məsələ belədir ki qədim türklər
yaşadıqları coğrafiyada mövcud olan ən uca
dağa Qaf adı veriridilər.Qaf yaxud qavf baş deməkdir
…bu gun də bir cox türk xalqları başa elə qafa deyirlər
.Yəni insan vücudunun ən uca ,ən baş hissəsi .Biz
də qazanın üstünə qoyduğumz və qapaq kimi tələffüz
etdiyimiz hissəni elə qavfa bənzədərək yəni
qafaya bənzədərk qafaq,qapaq demişik . Hazırda
yaşadıgımız və əcdadlarımızın vətəni
olan Qafqaza da elə bu məntiqlə Qaf adı vermişik.Dədə
Qorqud dastanında isə bu dağın adı Qazlıq
dağı kimi tələffü olunur .Deməli Qazlıq
dağınin ən uca yeri də ilkin mərhələdə
Qaf+ Qazlıq sonrakı dövürlərdə isə elə
Qaf+ Qaz kimi tələffüz edilib Yəni Baş Qafqaz
sıra dagları. 1903 – cü il xəritəsində
də elə Baş Qafqaz kimi qeyd olunur . Cox sonralar isə bu
silsiləni Böyük Qafqaz adlandırılar.Bu silsilədən
biz Turkiyədə olan və hələ də Qaz kimi tələffüz
oluman Qaz dağlarının da adını çəkə
bilərik.Elə Şimali Qafqazdakı Kaz+bek yəni Qaz + bəy
dağının adının da eyni sözəmələgəlmə
mərhələsində keçərək formalaşdığını
,sonralar isə slavyan tələffüzü ilə Kazbek kimi səsləndiyini
deyə bilərik.Yaxşı bəs əsil Qaf dağı
hansıdır və qədim türklər Qaf dağı deyərkən
hansı dağı nəzərdə tuturdular….Əlbətdə
Tanrı dağını yəni Tyan-Şan silsiləsində
olan ən uca dağı .Elə qədim hunların sitayiş
etdiyi Manas zirvəsi də bu dağda idi.Hər il baş Qam ,yəni
şaman məz bu zirvəyə qalxaraq Tanrıdan öz milləti
üçün bərəkət və rifah istəyirdi. Ona görə də bu dağı Tanrı
dağı adlandırırlardı. Qam isə Dədə
Qorqud dastanında da göstərildiyi kimi Qam Ğan oğlu,
xanlar xanı yəni imperator Bayandır xanın əcdadı
idi .Göründüyü kim turklər məskunlaşdıqları
coğrafiyada olan ən uca dağı bir qayda olaraq Qaf
dağı adlandırıdılar.Elə
Işınğıray quşunun yuvası da bu dağda idi.
Deməli Qaf dağı Işıngırayın vətəni
idi.F.Əttar da bunu etiraf edərək otuz quşu
Işınğırayin dalınca Qaf dağına göndərir.Başqa
bir tarixi epizodda Alp Karaküş yəni Işınğiray
AltayBuççayı xilas edir .Bu sujet isə
altaylıların Altay Buççay dastanındadır.Deməli
qanadlı at mifoloji sujeti kimi Işınğıray sujeti də
türklərdən dünyaya
yayılıb.AltayBuççayın qanadlı Qara
Adğırı yəni ayğırı sonralar yunan
mifologiyasında qanadlı at kimi təsvir olunan Peqasusa ,
Işınğıray quşu Alp Karaküş isə fars
mifologiyasında Simruqa çevrilib.
Hikmət BABAOĞLU
Millət vəkili
Türküstan.-
2017.- 16-22 may.- S.13.