“Allah erməniləri
ona görə yaradıb ki,
pisi görüb yaxşını yaddan
çıxarmayaq”
Kimya elmləri doktoru, AMEA-nın həqiqi
üzvü Məhərrəm Məmmədyarovun müsahibəsini
təqdim edirik.
17 oktyabr
1924-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan
olmuş Məhərrəm Məmmədyarov Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri
İnstitutunda sintetik yağların sintez və
texnologiyaları laboratoriyasının rəhbəridir.
Azərbaycan Respublikasının xarici işlər naziri
Elmar Məmmədyarovun atasıdır.
Hazırda səhhəti ilə bağlı xəstəxanaya
yerləşdirilmiş Məhərrəm müəllimə
Allahdan şəfa diləyirik.
“Müharibə vaxtı iki dəfə
yaralandım”
– Məhərrəm müəllim,
öncə elmə gəlməyinizdən başlayaq. Necə oldu ki, bu sahəni seçdiniz?
–
Bütün keçmişi analiz etməyə
zamanımız, vaxtımız çatmaz. İlk
öncə ondan başlayım ki, elmi işçi olmaq bir sənətdir,
zərgərlikdir. Zərgərə də
ilk növbədə dözümlülük lazımdır,
çünki eyni şeyi dəfələrlər oxuyub,
ölçüb-biçib, təkrar etməlisən.
Marksın belə bir sözü var: “Elmin hamar, asan yolu yoxdur,
yalnız o şəxslər elmin zirvəsinə qalxa bilirlər
ki, onlar elmin daşlı-qayalı cığırlarından
keçməyi bacarsınlar”. Əfsuslar olsun
ki, indi elmə verilən vəsiqələri, diplomları əldə
etmək bilik yox, vəzifə tutmağa kömək edir.
Bunun elmə vurduğu zərəri ikinci
heç nə vura bilməz. Elmin belini
sındıran bu sovet prinsipidir. Dünyanın
başqa yerlərində vəsiqəyə, diploma görə
vəzifə verilmir. Günü-gündən
bu daha da çoxalır. Bu gün elə
adamlar diplom alırlar ki, ümumiyyətlə onlar elmə gəlməməlidir.
Onlar elmə yox, vəzifə tutmağa gəlirlər
və bu da millətin belini sındırır.
– Elmə
yiyələnmək əvvəlki dövrlərdə daha
çətin idi. Və siz həmin çətin
dövrdə kimya sahəsində bu qədər böyük
nailiyyətlər, uğurlar əldə etmisiniz. Halbuki
bildiyimiz qədər əvvəl tibb sahəsində
olmağı arzulamısınız…
– Mən
elmin əvvəldə sadaladığım
daşlı-çınqıllı yollarını
keçmişəm. Ona görə də elmin qədrini
bilirəm, yüksək qiymət verirəm.
Hər zaman əla oxumuşam. Bu yaxınlarda evdə
altıncı sinfi qurtaran vaxt aldığım vəsiqəni
tapdım. Vəsiqədə
yazılmışdı ki, altıncı sinfi əla qiymətlərlə
qurtardığına görə 3 metr parça hədiyyə
olunsun. Yeddinci sinfi də əla qiymətlərlə
bitirmişdim və o da mənə imkan verdi ki, Naxçıvan
Pedaqoji Texnikumuna qəbul oldum. O zaman bir dostumla qərar qəbul
etmişdik ki, tibb texnikumuna gedək. Amma rəhmətlik babam
dedi ki, həkim xələtindən qorxuram. Ona
görə də tibb texnukumuna getmədim. 1941-ci ildə ikinci kursu qurtarandan sonra əla
oxuyanları texnukumda saxladılar. Mənim
də riyaziyyatdan “dördüm” var idi və ona görə bizə
yayda iki aylıq kurs keçib müəllim işləməyə
göndərdilər. Çünki
müharibə başlamışdı, müəllimə
ehtiyac var idi. Ancaq o vaxtkı Təhsil
Nazirliyində mənə dedilər ki, sənin boyun-buxunun
hara, müəllimlik hara. Məni Ordubad
Texnukumuna göndərdilər. 1943-cü
ilin fevral ayında yetim oğlan olmağımdan istifadə
edib doğum tariximi dəyişdilər və məni kiminsə
yerinə müharibəyə apardılar. Əvvəlcə
məni Gürcüstana apardılar. Orada
18 yaşı tamam olmamış uşaqları saxladılar, mən
də onların arasında qaldım və bizə 6 ay
hazırlıq keçdilər. Sonra bizi
Kursk şəhərinə apardılar, bir müddət
meşələrdə qaldıq. O zaman rus dilində
danışa bildiyimə görə komandir məni
özünə köməkçi seçdi. Müharibə
vaxtı iki dəfə yaralandım, həmin qəlpələrdən
birini hələ də ayağımda gəzdirirəm.
Qolumdan yaralananda 6 ay Saratovda hospitalda yatdım,
barmaqlarımın heç biri işləmirdi. 1944-cü ildə
məni buna görə ordudan təxris etdilər, ikinci qrup
müharibə veteranı oldum. Uzun müddətdən
sonra barmaqlarımın hərəkəti bərpa olundu, ancaq
hələ də o biri əlimdən xeyli fərqlənir.
Müharibədən qayıdandan sonra 1945-ci ilə qədər
Culfada – İran gömrüyündə işlədim. Müharibə
bitdi, gömrük bağlandı və mənə iki xarici
ölkədə gömrükdə işləmək təklif
olundu. O vaxt orada bir ağsaqqal kişi
var idi, onunla məsləhətləşdim ki, mənə
seçim etməkdə kömək etsin. Həmin
ağsaqqal mənə məsləhət gördü ki, elm
ardıyca gedim, oxumağı davam etdirim. Və
mən də Bakıya gəldim, imtahansız universitetə
daxil oldum. Universiteti bitirəndə mərhum
Əbülfəs Qarayev direktor idi, onunla təhsilimi Leninqradda
davam etməyi məsləhətləşdim. Allah rəhmət
eləsin, mənə bir məktub verdi və
o məktubun mənə çox köməyi dəydi. İmtahandan keçsəm də, yer
olmadığına görə “konkurs”a düşdüm.
İnstitut o məktubun əsasında Moskvadan mənə
görə yer istədi. Mən də
yataqxanada qalıb cavab gözləməyə başladım.
İmtahanda oturan müəllimlərdən biri mənə
dedi ki, burda oturub nə gözləyirsən, sabah
sənə “otkaz” da gələ bilər və sənə deyərlər
ki, get gələn il gələrsən. Ondan
soruşdum ki, bəs mən nə edim? Dedi ki, min qatara və
özün get məktubunun ardıyca. Onun sözünə qulaq
asdım və gördüm ki, müəllim haqlı imiş,
mənə gələn il gəlməklə
bağlı məkub hazırlayıblar. Moskvada bir rus dostum var
idi, bərabər imtahan vermişdik, o mənə dedi ki, burada
bir institut var, direktorunun familyası Qocayevdir, deyəsən azərbaycanlıdır,
get onun yanına. Mən də onun qəbuluna
getdim, Bakıdan gəldiyimi bildirdim, başıma gələnləri
danışdım. Direktor erməni çıxdı,
dedi ki, mən Daşkənd ermənisiyəm, ancaq sənə
nə lazımdırsa kömək edəcəm. Telefonu
götürüb kiməsə zəng etdi, dedi ki, mənim
yerlimdir, ona kömək edin. Mənə bir məktub
verib Leninqrada göndərdi və mən gəlib
aspiranturanın tələbəsi oldum. Mənə bir
elmi rəhbər təyin etdilər, elmi rəhbərim mənə
dedi ki, sən qafqazlısan, başını aşağı
sal oxu, müdafiə elə, amma burda qalmayacaqsan. Mən də söz verdim ki, orda qalan deyiləm və
sözümə də əməl elədim, Bakıya
qayıtdım.
“İndi
“Molotov kokteyli” deyirlər, onu Məmmədəliyev
hazırlamışdı”
– Bakıya gəlməyiniz necə
oldu?
–
Aspiranturanı bitirdim, bilmirdim ki, hara gedim. Elə həmin vaxt
bir bakılı rast gəldi və mənə dedi ki,
Bakıda Kimya İnstitutu var, yaz ora. Mən də
götürüb institutun direktoruna yazdım, qısa zamanda mənə
yüksək maaşla dəvət gəldi. Bütün şələ-şüləmi
yığıb Bakıya, Kimya İnstitutuna gəldim. Qeydiyyatım yox idi deyə məni instituta qeydiyyata
saldılar, gecələr qalmağım üçün də
direktor müavininin kabinetini verdilər. Gündüzlər
işləyirdim, gecələr də işçiləri evə
yola salıb, institutda qalırdım. Ondan
sonra Moskvada işləməyə getdim. Buradan
baş elmi işçi kimi maaşımı alırdım,
amma orada işləyirdim. Daha sonra
SSRİ-də qərar çıxdı ki, Bakı
neft-kimyanın mərkəzi olur. Mən də
Yusif Məmmədəliyevin təklifi ilə Bakıya
qayıtdım və burada yeni elmi işə başladım.
O zaman Yusif Məmmədəliyev Moskvada çalışan bir
çox həmvətənimizi Bakıya dəvət
etmişdi.
– Yusif Məmmədəliyevin adını çəkdiniz,
onunla bağlı xatirələrinizi bölüşməyinizi
xahiş edirik.
–
Çox vətənpərvər şəxsiyyət idi, onun qədər
vətəni sevən, can yandıran insan görməmişəm.
Məmmədəliyevə Moskvada da böyük
qiymət verilirdi, sözün əsl mənasında istedadlı
insan idi. Məmmədəliyev böyük
şəxsiyyət, hərtərəfli bilikli insan idi. Şairlərdən şeirlər deyirdi, tariximizdən
sitatlar gətirirdi, sözün əsl mənasında təpədən-dırnağa
qədər əsl ziyalı idi. Düzdür,
arada onu haqsız yerə incitdilər, anonimlər yazdılar və
bu, ona çox pis təsir ediri. Onun insaniyyətliyindən
bir epizod danışmaq istəyirəm. O, prostat xəstəliyindən
əziyyət çəkirdi, ona Moskvada əməliyyat
olunmağı təklif etdilər. Dedi ki, mən burda
Topçubaşov kimi həkimi qoyub Moskvaya getmərəm, getmədi də. Burda əməliyyat
oldu, əməliyyatı yaxşı keçdi, ancaq səhər
gəldik ki, rəhmətə gedib. Yoldaşı
mənə danışdı ki, Soçidə istirahət edəndə
ona dedilər ki, sizdə laxtalanma prosesi gedir, qan vurmaq olmaz.
Əməliyyat olunan axşam da həkimlərdən
biri gəlib ona qan vurub, bu da qışqırıb ki, mənə
elə qan vurmaq olmaz, həkim də deyib ki, cəmi 100
qramdır, qorxusu yoxdur. Bela xanım
danışırdı ki, qan vurulandan sonra Məmmədəliyev
dedi ki, Bela, ayaqlarım soyuyur. Elə o soyumadan
da vəfat etdi. Məmmədəliyevə
o gecə qan vurmasaydılar, vəfat etməyəcəkdi.
Allah rəhmət eləsin, çox vaxtsız
getdi, çox şeylər yarada bilərdi Azərbaycanda.
Məmmədəliyev mənim də elmi rəhbərim
idi, ancaq təəssüf ki, ölümündən sonra
müdafiə etdim. Hər zaman fəxr edirəm ki, məhz Məmmədəliyevin
təklifi ilə Bakıya gəlmişdim. Məmmədəliyevin ümumiyyətlə kadr
hazırlığında əməyi böyük olub. İndi “Molotov kokteyli” deyirlər, onu burada Məmmədəliyev
hazırlamışdı. Yeri gəlmişkən
qeyd edim ki, ilk aviasiya yanacağı da Bakıda
yaradılıb. Ona görə də Hitler Bakını tutmağa
çox can atırdı.
“O zaman bir gözəl qız gəldi
instituta və mən ona vuruldum”
– Kimya elminə verdiyiniz tövhələrlə
bağlı danışmağınızı xahiş edirik.
–
Bakıda işləyə-işləyə Naxçıvan
elmi Mərkəzinə rəhbər göndərildim. Kimya elminin Naxçıvanda yaradılmasında xidmətlərim
oldu. Naxçıvanda yeraltı su mənbələri
çoxdur, həmin suları analiz etdik, karbon qazı
aşkarladıq. Orada zavod tikdik və
Naxçıvan özünü karbon qazı ilə təmin
etməyə başladı. O vaxta qədər
Naxçıvan karbon qazını İrandan, Bakıdan gətirirdi.
Buna görə bizə dövlət mukafatı
verdilər.
Bakıda qalmağımda ailə qurduğum qızın
da təsiri oldu. Belə ki,
Kimya İnstitutunda işləyəndə kadrlar
şöbəsini də mənə həvalə etmişdilər.
O zaman bir gözəl qız gəldi institutda işləməyə
və mən də bu qıza vuruldum. Sonra evlədik və o
ağladı ki, atama 10 il iş veriblər,
xalq düşməni kimi İrkutskiyə göndəriblər,
mən o şəhərə gedə bilmərəm. Mən də məcbur oldum Bakıda qaldım. Atası Fuad İbrahimbəyov vaxtilə Azərbaycanın
aparıcı psixiatrlarından olmuşdu. Psixiatriyaya aid yazdığı
3 kitabın birində istinad edib ki, ilk psixiatriya xəstəxanasını
Axundov yaradıb. Axundov da sovet hakimiyyətindən
qaçdığına görə xalq düşməni
adı verilib. Bu da Axundovun adını
çəkdiyinə görə xain ermənilər Moskvaya
yazıblar ki, Fuad İbrahimbəyov xalq düşmənini
milli qəhrəman edib. Buna görə də ona 10 il həbs cəzası verib, İrkutskiyə
göndərdilər. Sonradan hansısa bir azərbaycanlı
Fuad İbrahimbəyovun istinad etdiyi kitabı tapır və həmin
səhifəni işarələyərək aparıb gizlincə
ailəsi qalan evin qapısının ağzına qoyub
qaçır. Ailəsi də kitabı
tapır və KQB-yə aparırlar, ondan sonra Fuad İbrahimbəyov
cəzasının yarısını çəkmədən
həbsdən buraxılır. Ona görə
də həyat yoldaşım İrkutskiyə getməyə
razı olmadı, yaxşı ki, getmədik, getsəydik də
Allah bilir axırımız necə olacaqdı.
“Dünyada ermənilər kimi xain
millət yoxdur”
– Erməni xainliyi burada da öz
işini görüb demək…
–
Dünyada ermənilər kimi xain millət yoxdur. Həm xain, həm də yaltaq, zəif.
Onların arxasında kimsə durmasa heç vaxt heç bir
iş görə bilməzlər. O vaxt İrəvanın,
Göyçə gölünün adını dəyişdilər,
daha sonra Bakıya, Gəncəyə gəldilər və
burada da başladılar yer adlarını dəyişməyə.
Erməni xəstə millətdir, xəstəlikləri
də ondan ibarətdir ki, güya ermənilər qədim millətdir,
sübut olunmamış bir ideya ilə xəstələniblər.
Erməniləri Allah ona görə yaradıb
ki, pisi görüb yaxşını yaddan çıxarmayaq.
“Müəllimi
dedi ki, oğlun məni qurutdu, bu anadangəlmə
diplomatdır”
– Siz elm
adamı olmaqla yanaşı, həm də olduqca vətənpərvər
insansınız. Və bu vətənpərvərliyi
ailənizin başqa üzvləri də daşıyır.
Övladlarınız haqqında
danışmağınızı istərdik.
– Mənim
iki oğlum var, böyük oğlum Ayaz məktəbi əla
qiymətlərlə bitirdi, dedik qoy getsin AZİ – indiki Neft
Akademiyasına. Anası razı olmadı, dedi qoy Tibb
İnstitutuna getsin. Özü də oranı istədi,
şərt kəsdim ki, özün oxuyacaqsan, məni
oranın müəllimlərinin qapısına aparmayacaqsan.
Özü oxudu, uşaq həkimliyini bitirdi.
Xahiş elədim ki, uşağını istəməyən
valideyn yoxdur və buna görə ağlaya-ağlaya gələn
uşaqları gülə-gülə yola sal, əksini etmə.
Bir gün Nizami parkının yanında maşınım
söndü, maşını təmirə apardım,
pasportumu təqdim edəndə usta soruşdu ki, sizin
oğlunuz var? Dedim, bəli var. Soruşdu ki, həkimdir, hə
dedim, dedi ki, uşaq həkimidir, bəli dedim. Ayağa durub
dedi ki, onun başına dönüm, mənim
uşağımı o sağaldıb, pul da almayıb. Bunu deyib cilingər çağırdı,
maşınımı düzəltdirdi və məndən pul
da almadı. Evə gəlib dedim ki, “Ayaz, 1- 0
Baloğlanın xeyrinə. Sən ondan beş
manat pul alsaydın, o məndən 20 manat alacaqdı”.
Elmar isə işlədiyi sahəni özü
seçib. 8-ci sinifdə oxuyanda onların sinifləri ingilisdilli
qrup oldu və məktəbi bitirəndə onlara tərcüməçilik
diplomu verildi. Dedi ki, mən beynəlxalq münasibətlərə
getmək istəyirəm. Dedim ki, mənə bir nəfər
azərbaycanlı səfir adı deyə bilərsənmi? Bala, məhv olarsan, bu yolu seçmə. Nə isə, ağladı, əl çəkmədi.
Xalq Təsərrüfatı İnstitutunda o vaxt
Zeynal müəllim vardı, Allah rəhmət eləsin, girdim
qəbuluna, xahiş elədim ki, Elmarı fikrindən
daşındırsın. Razılaşdıq, 20 dəqiqədən
sonra Elmar Zeynal müəllimin yanından çıxıb
dedi ki, ata, səni çağırırlar. Zeynal müəllim
dedi ki, oğlun məni qurutdu, bu anadangəlmə
diplomatdır. Onu göndərdilər Kiyevə
– beynəlxalq münasibətlər fakültəsinə.
Oranı bitirb gəldi, göndərdilər Xalq
Təsərrüfatı İnstitutuna laborant, yataqxanada da bir
çarpayı verdilər. Mən də dedim ki, hə,
yoldaş diplomat, aldınmı payını? Amma
sonradan dil bildiyinə görə rəhmətlik Elmira Qafarova
onu SSRİ diplomatiya Akademiyasında aspiranturaya göndərdi.
Oranı da oxudu gəldi, Amerikaya göndərdilər, orada da
bir neçə il işlədi. Beləliklə xarici işlər naziri oldu.
– Nəvələrinizlə
tez-tez görüşə bilirsinizmi?
– Bir nəvəm
– Ayazın oğlu universitetin fizika fakültəsini
qırmızı diplomla bitirib, indi Akademiyada
çalışır. Elmarın
uşaqları isə hələ oxuyurlar.
– Həyat
yoldaşınız da kimya sahəsində böyük bir yol
qət edib, o da Kimya İnstitutunda böyük elmi
işçi vəzifəsində çalışır. Elm yolunda bir-birinizə necə dəstək olmusunuz?
–
Qadınlarda bir xüsusiyyət var, həyat yoldaşından
geridə qalmamaq. Mənim həyat
yoldaşım da onlardandı. İndi
korruziya ilə məşğuldur, ondan o sahə üzrə məsləhətlər
alırlar, hər halda Məmmədyarov markasını
aşağı endirmir.
– İxtisasınız kimyadır, ancaq maraqlı
olardı ki, bununla yanaşı hər hansı bir
bacarığınız, maraq dairəniz, hobbiniz olubmu?
– Deyim ki,
elə bir istedadım olmayıb, heç şeir əzbərləməyi
belə sevməmişəm. Düzdür, bizim millətdə
humanitar fənlərə, şeirə, ədəbiyyata maraq
böyük olub, dəqiq elmlər üzrə mütəxəssislər
çox az olub. Ancaq məndə
əksi olub.
– Nəylə
əlqaləndirmək olar bunu, bəlkə coğrafi ərazimiz,
yoxsa hansısa psixoloji durumdan belə formalaşıb bizim millət?
– Bu dinlə
əlaqəlidir, çünki dinimizdə Quran şeir kimi
oxunur, nəzmə çəkilir. Ona görə
də beynimizdə şeirbazlıq çox inkişaf edib.
Dəqiq elmlərə isə Sovet vaxtında
maraq başlayıb. Biz həm də
hövsələsiz millətik, nəticəni tez əldə
etmək istəyirik, dəqiq elmlər isə böyük
hövsələ tələb edir.
“Dünyada bizim kimi təmiz,
gözü tox xalq çox az tapılar”
– Sonda Azərbaycanın
dəyərli bir ziyalısı olaraq gənclərimizə tövsiyələrinizi,
məsləhətlərinizi, arzularını bildirməyinizi
xahiş edirik.
– Deməyə
söz çoxdur, bir onu deyə bilərəm ki, Allah-təala
Azərbaycan xalqına ürəyi kimi versin. Dünyada bizim
kimi təmiz,
gözütox xalq çox az tapılar. Uşaq idim, deyərdilər ki, düşmənə
güllə atanda o qədər aralıda dur ki, güllə
ona dəyməsin. Bax, biz biz bu qədər
humanist millətik. Bizi yaşadan da, millət
kimi saxlayan da bu xüsusiyyətlərdir. Mən
gənclərimizə millətimizə xas dəyərli
hissiyatları itirməməyi arzu edirəm.
Çox
kasıb böyümüşəm, atam vaxtsız rəhmətə
gedib, iş zamanı qəzaya düşüb. Ondan sonra
atamın iş yoldaşları yığışıb anam
üçün bir tikiş maşını alıblar. Anam da çətinliklə dolandırıb bizi.
Oxumağımın da birinci səbəbkarı
anam olub. O zaman yerdə yatırdıq, lampanı
yanıma qoyub dərs oxuyardım. Anam da
görürdü ki, mən yatmamışam, dərs oxuyuram,
ona görə ağlamırdı. Sonralar
mənə deyirdi ki, sən mənim nə qədər
gözümün yaşını qurutdun.
Aqil Camal, Ali Rzaoğlu
Türküstan.- 2017.- 16-22 may.-
S.8-9.