“Aprel şəhidi”nin xanımı:
“Nişan üzüyünü
yadigar saxlaya bilmədim”
“Bir oğlan
uşağını övladlığa
götürmüşəm, ona Dilsuzun adını verəcəm”
Gizir Dilsuz Qarayev 2016-cı ilin “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olub.
1990-cı ildə Ağcabədi rayonunun Hindarx kəndind anadan olan Dilsuz Qarayev aprelin 4-ü doğulduğu torpaqda son mənzilə yola salınıb.
Kəşfiyyatçı Dilsuz Qarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Modern.az saytı şəhidimizin həyat yoldaşı Röya Qarayevadan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.
- Röya xanım, aprel
şəhidimiz Dilsuz Qarayev
neçə il olardı ki,
hərb sahəsində xidmət edirdi?
- 8 il
olardı ki, hərbçi idi. Aprel hadisələri zamanı cəbhə bölgəsinə gedəcəyini
dedi. Əslində, Dilsuz Bakıdakı
hərbi hissələrdən
birində baş gizir kimi xidmət
edirdi. Həmin ərəfədə bütün hərbi hissələrdə xidmət
göstərənləri ön
cəbhəyə çağırmışdılar.
Dilsuz da onların içində idi.
- Onun
qəfildən ön cəbhəyə çağırılması
sizi qorxutmadı ki? Müharibə olacağını ehtimal edirdinizmi?
- 2016-cı ilin aprel hadisələri öncəsi Dilsuz dedi ki, ön
cəbhəyə getməlidir.
Bundan heç narahat da olmadım. Çünki ayda bir dəfə onları cəbhəyə göndərirdilər.
Düşündüm ki, bu da digər səfərlərdən
biridir və o, mütləq qayıdacaq.
Həm də gedərkən dedi ki, aprelin 4-ü qayıdacaq.
- Amma
qayıtmadı...
- Mənə ağır gələ də o oldu. Dilsuz şəhid kimi qayıtdı yanıma.
O, bir dəfə də olsun ümidsiz
davranmadı mənimlə.
Dilsuzda müharibə olacağı
ab-havasını duya bilmədim. Axırıncı dəfə, evdən
çıxanda martın
28-i idi.
- Bəs həmin ərəfədə telefon
vasitəsilə ünsiyyət
qura bilirdinizmi? Axırıncı telefon zənginizdə
nədən danışdınız?
- Martın 29-da və aprelin 1-də telefonda danışdıq. Dedi ki, “telefonun enerjisi sönür, zəng çatmasa, narahat olma. Aprelin 3-ü səninlə mütləq
özüm əlaqə
saxlayacam”.
Bilirdi ki, çox narahat olan biriyəm. Aprelin 3-ü gün ərzində onun zənglərini gözlədim, amma zəng gəlmədi.
Bu vaxt narahat
olmağa başladım.
Dərhal hərbi hissəyə
zəng etdim, cavab verən olmadı. Sonra döyüş dostlarının
xanımları ilə
əlaqə saxladım.
Dəqiq
bir söz deyən olmadı. Heç demə, onlar bilirmiş ki, Dilsuz şəhid olub, amma mənə
demirmişlər.
- Deyəsən,
heç övladınız
da olmadı...
- Sağlığında
Dilsuz övlad sahibi olmağı çox istəyirdi. Heç demirdi
ki, oğlan uşağı istəyirəm.
Həmişə qız
övladının olmasını
çox arzulayırdı.
Zamanında hər ikimiz
həkim müayinəsindən
keçmişdik. Əsasən, mənim səhhətimdə
müəyyən problemlər
vardı. “Üzülmə, nə olub ki! Nə yaşımız var, qarşıda o boyda illər var, övladımız olacaq da!” deyirdi. Buna baxmayaraq, 3 aydır
ki, bir oğlan
uşağını övladlığa
götürmüşəm.
- Yəqin Dilsuzun
adını vermisiz uşağa?
- Dilsuzun adını vermək niyyətim var, hələ ki verməmişəm. Bu uşaq məni təklikdən xilas edib.
- Dilsuz
şəhid olanda 25 yaşı vardı. Sizin də yaşınız çox deyil. İçinizdən nə
vaxtsa, öz övladınızı qucağınıza
almaq hissi keçirmi?
- İnanın,
heç keçmir. Əgər Dilsuzdan
sonra ikinci həyatı düşünsəydim,
övladlığa uşaq
götürməzdim. İllər keçsə də, ikinci dəfə ailə həyatı qurmayacam. Əgər qismət olsaydı,
elə Dilsuzla birgə yaşadığımız
vaxtda ana olardım. Demək ki, qismət
deyilmiş.
- Şəhidimiz hərb sahəsinin çətinliyi
barədə nə danışırdı?
- İşini
çox sevirdi. Hərb sahəsinin
keşməkeşli və
çətin olduğunu
ikimiz də bilirdik. İşini sevdiyini gördüyüm
üçün heç
vaxt onu ordudan ayırmaq istəyim olmayıb.
Bəzən gecə saat
2 ya 3-də evə gələcəyini bilirdim
və oturub onun yolunu gözləyirdim.
Amma o evə gec gələndə
çox ağlayırdım.
Onun bir istəyi vardı ki, ağlamayım...
- Dilsuzdan
yadigar olaraq nəyi özünüzdə
saxlayırsınız?
- Hərbi paltarlarını...
Belədə isə hər
şeyi yadigar saxlayıram.
- Güman ki, nişan
üzüyünü də
saxlayırsınız!
- Xeyr, Dilsuzun barmağıma
taxdığı nişan
üzüyünü yadigar
saxlamaq qismət olmadı. Çünki ev alanda
bütün qızıllarımızı
satmalı olduq. Nişan üzüyümü də
satdıq.
-Onun
xəyalı ilə nələrə danışırsınız?
- Elə bilirəm ki, Dilsuz nə vaxtsa qayıdacaq. Çünki onun cəsədini
mənə göstərmədilər.
İçimdə bir inam var ki, o nə
vaxtsa yanıma qayıdıb gələcək.
2016-cı ilin 27 martında özümdən
xəbərsiz olaraq Dilsuzu evdə videoya çəkdim.
Oturub divanda krossvord edirdi. Demək ki, bu, bizim sonuncu dəfə
bir yerdə olacağımız gün
imiş.
- Sonuncu
telefon zəngi zamanı sizdən başqa bir istəyi olmuşdumu?
-Kredit borclarımız vardı.
Mesaj yazdı ki, onları ödə.
Amma “mənə bir şey olsa,
get, xoşbəxt ol” kimi sözlər demirdi. 4 il
nişanlı qaldıq,
3 il ailəli olduq. Onun hərbi xidməti
başa vurmasını
gözlədim. Sonra
işləməyə başladı
və ev
aldıq. Ev alandan sonra toyumuz oldu. Öz evimizə gəlin gəldim. Heç vaxt müharibə
barədə kəlmə
kəsmədi.
- Dilsuzun
hansı istəyini yerinə yetirirsiniz?
- Onun məndən
bir istəyi vardı ki, həmişə başımı
bağlayım. Heç vaxt
qırmızı geyinməyimi
xoşlamırdı. Deyirdi ki,
qara libas geyin. Mən də onun istəyinə uyğun olaraq toy günümdən
başımı örtməyə
başladım.
Namidə BİNGÖL
Türküstan.-
2017.- 28 noyabr - 4 dekabr.- S.13.