Hüseyn Cavid
yaradıcılığında İslam həmrəyliyi
Repressiya qurbanlarının yaradıcılığında irfan araşdırmalarımın əlavəsi olaraq bir çox represiya qurbanı barədə tədbirlər keçirmişik ki, bu tədbirlərə ötən il Hüseyn Cavid əfəndinin adı ilə start vermişik. Tədbirlərə filoloqlar, türkoloqlar və təbii ki, başda Azər Turan olmaqla bir çox Cavidşünas dəvətli idi. Özü üzürlü səbəbdən tədbirə qatıla bilməsə də, gənc bir dostumuzun Azər Turandan gətirdiyi bir sitat həm də oxuduğunuz bu yazının stimulu oldu. Dostumuz dedi ki, Azər Turan Cavid əfəndinin hansısa bir beytinin Quran ayəsinin təfsiri olduğunu deyir. Represiya qurbanlarının yaradıcılığında irfan mövzusunun araşdırmaçısı kimi heç çəkinmədən biz də, söyləyə bilərik ki, Hüseyn Cavid əfəndinin yaradıcılığında nəinki bir, bir çox sətirlərə rast gəlirik ki, doğrudanda müqəddəs kitabımızın təfsirinin nəzmə çəkilmiş formasıdır. Və elə bu yazıda da, ulu Cavidin həmin sətirlərindən bəhs edəcəyik. Yeri gəlmişkən onu da qeyd edim ki, araşdırma və tədqiqatlarıma davam etdikcə mülahizələrimdə yanılmadığımın və represiya qurbanlarının əksəriyyətinin söykənəcəyinin irfan olduğunun şahidi oluruq. Hüseyn Cavid də başda Məhmət Akif Ərsoy olmaqla İstanbulda bir çox irfan böyüklərindən dərs alıb. Yetməz elə Azər müəllimdən eşitdiyimiz qədəri mürşidi Rza Tofiq Hüseyn Cavidin Türkiyədən Azərbaycana artıq bir mürşid olaraq qayıtdığını yazıb.
Daha çox əsərindən bəhs etmək mümkün olduğu halda sadəcə üçündən, Şeyx Sənan, Peyğəmbər və İblisdən altını cızdığım sətirlərdən bəhs etmək niyyətindəyik. Bir qədər obrazlı desək tarixin hər dövründə insanlar Şeyx Sənanın simasında ya peyğəmbərin, ya da iblisin dəvətini qəbul etdiyindən, dediyimiz kimi biz də məhs bu üç əsər üzərindən çıxış edəcəyik.
Şeyx Sənan müəllifin irfan-təsəvvüf mövzusunda ən nəhəng əsəridir. Bununla belə hələ detallara keçmədən xüsusən qeyd etmək istəyirəm ki, Şeyx Sənan həm də, Türkçü bir əsərdir. Təkcə ona görə yox ki, Cavidin Sənanı türkdür. Oxuduqca açıq-aydın görürük ki, neçə-neçə müridi olan Şeyx Sənan eşqdən dərdə giriftar olduğu zaman ancaq iki türk müridi ona sadiq qalır. Digərləri onu tərk etdiyi halda, Oğuz və Özdəmir mürşidlərinin təhlükəsizliyi üçün canlarından belə keçməyə hazır olurlar. Yenə onu əfəndi baba, şeyximiz, hətta böyük şeyximiz adlandıraraq deyirlər:
Daima borcumuz itaətdir,
Bizcə hər əmriniz səadətdir.
Və Cavid əfəndi dramdakı pərdələrdən birinin açılışını canlandırarkən şeyxin görüşünə gələn müridlərin önündə yenə Özdəmirlə, Oğuzun olduğunu xüsusi qeyd edir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Şeyx Sənan dramaturqun irfan-təsəvvüf mövzusunda ən nəhəng əsəridir. İrfan-təsəvvüf deyərkən təbii ki, Qurandakı gerçək və bütöv İslam nəzərdə tutulur. Odur ki, ulu Cavid də islam dinini parçalayanlara qarşı çıxaraq, kitabımızın bir, kəbəmizin bir olduğu halda mütləq birliyi-bərabərliyi yaşamalı olduğumuzu yazır:
Arkadaşlar! Şu parlayan günəşin,
Feyzi birdir cihanda hər kəs üçün.
Türk, hindu, ərəb, əcəm, bilməz,
Nuru hər yanda artar, əksilməz.
Mənəvi bir günəş də var: nəvvar
O da İslam dinidir, parlar.
Pək müqəddəsdir,
iştə məqsədimiz,
Bunu lakin, saqın unutmayınız:
Bir çoq alimnüma xəyanətkar,
Dini-islamə rəxnə salmışlar.
Və ya:
Xaliqi-kainat halbuki bir
İştə Quran və Kəbə həp birdir.
Əhli-islamə həp şu birliyi biz
Nəşrü isbatə qeyrət etməliyiz.
Cənab Haqq da Ali-İmran surəsinin 103-cü ayəsində
buyurur: Və hamınız Allahın ipinə sarılın, firqələrə ayrılmayın
.
Bununla belə
müəllif parçalanmalara
da təəssüf
hiss ilə yazır:
Birsə Haqq, cümlə din də bir
naçar,
Xalqı yalnız
ayırmış azğınlar,
Hər kəs uymuş cihanda bir hissə
Müqəddəs kitabımızda,
Rum surəsinin 32-ci ayəsində
bu barədə buyurulur: (O müşriklərdən
olmayın ki) onlar dinlərində firqələrə ayrıldılar
və qrup-qrup oldular. Bütün qruplar özlərində
olanla fərəhlənərlər.
Firqələrə bölünməməyin
çarəsini, reseptini
isə uca yaradanımız bir öncəki ayədə açıqlayır: Ona
(Allaha) yönəlin
(Allaha qovuşmağı
diləyin) və ona qarşı təqva sahibi olun və namaz
qılın və (beləcə) müşriklərdən
olmayın.
Onu da qeyd etmək
istəyirəm ki, Hüseyn Cavid əsərdə təkcə
İslamın bütövlük
və həmrəyliyini
təbliğ etmir, həmçinin bütün
dinlərin əslində
bir olduğunu yazır. Aşiq olduğu
qızın yolunda şərab içən,
xaç taxan, hətta donuz otaran şeyx, ona edilən sonuncu təklifi, Quranı yandırmağı
rədd edir, deyir:
Bir də bihudə etdiyin israr,
Bunda İsa və Məryəmin adı var.
Müqəddəs kitabımızda,
Maidə surəsinin
48-ci ayəsində buyurulur:
Və (Ey Məhəmməd) sənə
əllərindəki kitabı
təsdiq edici və onu qoruyucu
olaraq bu Kitabı haqq ilə endirdik
Və belə olduqda nəinki müsəlmanlar,
hətta xristiyanlar və digər din mənsubları da, zahirən dinlərinin nə olmağından asılı olmayaraq haq bir mürşid
ətrafında toplanırlar.
Yalnız şeyxlər
deyil, hətta
Şimdi baq, izliyor papaslar
da.
Bana olmuş cihan pərəstişkar,
Şimdi pək başqa bir cəlalım var.
Sanma islamə rəhbərim tənha,
Peyvərimdir xristiyanlar da.
Yuxarıda qeyd etdiyimiz kimi, dinimizdə firqələrə
ayrılmayıb həmrəy
olmaq, Rum surəsi 31,
32 və digər ayələr gərəyincə
Allaha yönəlməyə,
cənab haqq bizi yaradarkən bizə özündən üfürdüyü əmanət
ruhumuzu ona qovuşdurmağı diləməyimizə
bağlayır.
Peyğəmbər
dramında bunu (Ruhun Allaha qovuşma
diləyini) Cavid əfəndi rəsullallahın
dili ilə açıqlayır:
Bəncə dünyada
ən sevimli dilək
Ona qoşmaq, onunla birləşmək
Zariyat surəsi
50: Elə isə Allaha firar edin(qaçın,
sığının)
Bu sözlərə
cavabında isə mələk peyğəmbərə
deyir:
Mərdivanlar yapıb
könüllərdən,
Parla, yüksəl vücudi-mütləqə sən!
Diqqət etsək görərik ki, Hüseyn Cavidin mələyi də Allaha, məhz Allahın vücuduna dəvət edir. Maləsəf dinimizdə
bu qavram da unudulmağına rəğmən Rəd surəsi 22, Bəqərə
surəsi 272, Ənam surəsi 52, Rum surəsi
39 və bir çox digər ayəti-kəlimədə cənab
haqqın vəchini, vücudunu diləyənlərdən
bəhs edilir.
İblis
dramının elə
başlanğıcında bu
mövzuya toxunulur. Təbii,
burda qəhrəmanın
adı da təsadüfi seçilməyib
və Arif elə ilk monoloqunda dua edir:
Ey varlığı
yoq, yoqluğu vardan daha dilbər!
Ruhum səni izlər.
Lütf et, o gözəl çöhrəni
bir an bana göstər,
Könlüm səni özlər.
Yeri gəlmişkən
onu da qeyd
edim ki, böyük Cavid hələ bir əsr öncə (1918) bu əsərdə erməni bədxahlığından
bəhs edib:
Şu papas ermənidir, vaqtilə
Ermənistana daşırmış
qurşun,
Həm də İncil deyə!..
Və Elxan elə mövzumuza uyğun formada erməninin cavabını
verir:
Ya!.. Eşq olsun,
Nerədən aldın
bu hissiyatı,
Verdi İncilmi bu təlimatı?
Sərxan
Carçı
Siyasi
Represiya Qurbanları Assosiasiyasının
xüsusi
nümayəndəsi, araşdırmaçı
Türküstan.-
2017.-28 noyabr - 4 dekabr.- S.16.