“Aprel döyüşü”nün qəhrəman
qardaşları - biri şəhid oldu, o biri şahid
Vətəni qibləgah edən şəhidlər
- Ana, mənə pul ver, dükandan
nəsə alıb gətirim, evdə heç nəyimiz
yoxdur...
- İntiqam 40 qəpik pulumuz var, al sənin
olsun...
İntiqam
40 qəpiyi anasından aldı, kəndə
çıxdı, axşam evə qayıdanda həmin pulun 20
qəpiyini medalyon şəklinə salıb, yadigar
saxlayacağına qərar verdi...
Sonra əsgər getdi, əsgərlikdən
qayıdandan sonra, Xüsusi Təyinatlı Qüvvələrdə
gizir kimi xidmətə başladı. Özündən 5 yaş kiçik
olan qardaşı Nurlan Əsgərli hər dəfə qardaşının məzuniyyətə
gəlməsini həvəslə gözləyirdi. Böyük qardaşına bir qəhrəman kimi
baxırdı. Anasının nağıllarda
danışdığı qəhrəman kimi...
Ziba və Bayram Əsgərovlar
ailə quranda dünyanın düz vaxtı deyildi. 1990-cı ildə
İntiqam dünyaya gəldi. Sonra da
övladlarının sayı 4-ə çatdı.
Zibanın adını atası Böyük Vətən
Müharibəsində qəhrəmanlıq göstərən
Ziba Qəniyevanın adına
uyğunlaşdırıb qoymuşdu. Bir tərəfdən
də mayın 9-da Qələbə günündə
doğulmuşdu. Ziba elə
uşaqlığından dəftərə, kitaba meyilli oldu.
Adının mənasını dərindən
bildiyindən döyüş, müharibə kitablarını
oxuyar, daha çox belə süjetli filmlərə baxardı.
Uşaqları ondan nağıl istəyəndə,
özünün düzüb-qoşduğu nağıllardan
danışardı. Qızları Nahidə
və Səfurənın igid qız qəhrəmanları var
idi, oğlanları üçün isə bir balaca qəhrəman
əsgər uydurmuşdu. Bu “Balaca əsgərin
nağılı”na ən çox Nurlan
inanmışdı:
“... Balaca əsgər bir gün ata-anasının
sözünə baxmadı. Kəndin yoluna
çıxdı. Yolun böyük döngəsində əlində
torba gəzdirən erməni onu torbaya qoyub apardı... Balaca əsgər nə qədər
qışqırdısa, səsini kimsə eşitmədi.
Lakin torbada olan deşikdən yollara baxırdı.
Axşam vaxtı, qışın soyuğunda
erməni balaca əsgəri bir qaranlıq dərəyə
apardı. Onu torbadan çıxardı... O, ətrafına
baxanda kəndlərindən
olan bir neçə dostunu və tanımadığı
uşaqları gördü. Onlar çirkin
içərisindəydilər. Bir
çoxunun üstü-başı qan idi. Uşaqların
əlləri-üzləri də qapqara idi. Həm də
soyuqdan donurdular... Saqqallı, lopabığ, dişləri yekə,
qorxulu və vahiməli, beli donqarlı erməni kişi onlardan
üşüyüb-üşümədiklərini
soruşdu. Uşaqlar qorxa-qorxa
“Üşüyürük”, -dedilər. Saqqalllı erməni gülə-gülə:
“Dayanın, indi sizi bir ocağa qatıb isidəcəyəm”- dedi.... Uşaqlar bir səslə qışqırıb
ağlamağa başladılar. Erməni kişi
yanındakı küpəgirən qarı ilə birlikdə
uşaqlara qışqıraraq, “kəsin səsinizi”- dedilər.
Uşaqlar səssizcə
hıçqıra-hıçqıra ağlayırdılar. Sonra , bu qorxulu
qadın və kişi uşaqları bir qara dəmir
borunun içərisinə
doldurdular. Uşaqlar elə hey
qışqırırdılar. Borunun hər
iki başını qaynaqladılar. Uşaqlar qorxudan
borunun bir tərəfinə yığılaraq bir-birinə
sığındılar... İçəriyə isti və
tüstü dolurdu... Bir azdan ermənilərin ayaq səsləri
kəsilidi... Onlar uşaqları həmin dərədə
üstündə ocaq qalanmış borunun içərisində
qoyub uzaqlaşmışdılar. Birdən
Balaca əsgərin əli borunun divarına dəydi. Hiss
etdi ki, boru barmaq dəyəndə ovulur. O uşaqlara səsiz
dayanmalarını deyərək, paltarlarının
üstündəki düymələrlə həmin deşik
yeri qazımağa başladı. Və borunun həmin
yeri ovulub yerə töküldü. Uşaqlar bir-bir
borunun içərisindən çıxanda gördülər
ki, yağan yağış ermənilərin
qaladığı ocağı alışmağa qoymayıb.
Və Balaca əsgər yanındakı uşaqları dərədəki
yolla
üzüyuxarı çıxarıb, Azərbaycan
əsgərlərinin dayandığı yerə qədər
gətirdi.
Balaca əsgər hərbi hissədəki
əmilərə dedi ki, o ermənilərin harada olduğunu da
öyrənib... Səhəri gün əsgərlərlə
dost olan balaca qəhrəman ordumuzun kəşfiyyatçılarını
həmin əraziyə aparıb, ermənilərin olduğu
yeri də göstərdi... Azərbaycan əsgərləri
orada düşmənlərimizi, torpaqlarımızı
işğal edənləri, uşaqları oğurlayıb
torbaya yığan qadın və kişini də
öldürdülər. O gündən sonra, Balaca əsgər
Azərbaycan əsgərlərinə bir çox əməliyyatlarda
yardım etdi. Çünki o balaca olduğundan
ermənilərin tutduğu ərazilərə gedir, gözə
görünmürdü. Ona verilən
tapşırıqları yerinə yetirib gəlirdi, həm də
ermənilərin bizim işğal etdiyiniz torpaqlarda hansı işlər
gördüyünü bizimkilərə söyləyirdi...”.
Ziba xanım belə nağıllarla
uşaqlarını yatırar, dərs öyrədərdi... Əslində ana südü ilə qəhrəmanlıq
öyrənmək, Vətəni sevmək belə olur.
Bir də ki, uşaqlar əmiləri Polad haqqında
soruşmuşdular analarından: “Ana, Polad əminin də
ayağını həmin erməni kişi yaralayıb?”.
- Bəli, ermənilərin
atdığı güllədən yaralanıb.
- Ana mən böyük oğlan
olanda, gedib həmin erməniləri öldürəcəyəm...
- Əlbəttə, mənim
balam, axı sən bir aslansan, şirsən, qəhrəmansan. Düşmənləri hər
zaman məhv etməyi bacarmalısan...
Nurlan Əsgərli artıq kitab
oxuyub, dərs anlayandan sonra, əmisi Poladın başına gələn
əhvalatı tam təfərrüatı ilə bildi:
1993-cü ilin fevral ayında Poladgil Ağdərədə
mühasirəyə düşəndən, bir neçə
gün sonra, Masallının Kalinovka kəndinə bir tabut gəldi.
Açıb baxanlar, onun Polad Əsgərov
olduğunu təsdiq etdilər. Və Poladı kənd qəbristanlığında
dəfn etdilər...” . Bir neçə
gün keçəndən sonra isə, məlum oldu ki, Əsgərovların
dəfn etdiyi şəhid Polad deyil... Çünki
Poladın Sumqayıt şəhərində xəstəxanada
yatdığından xəbər tutdular. Ailə
üzvləri də, kənd camaatı da sevindi ki, Polad
sağ-salamatdır. Bununla belə,
adını bilmədikləri, ehtiramla dəfn etdikləri naməlum
əsgərin də xatirəsini əziz tutub, öz
oğulları kimi onun da yas məclisini verdilər. Aradan
18 gün gün
keçəndən sonra, Qubanın Əlibəy Qılaq kəndində yaşayan ailə gəlib
sorağa-soraq Masallının
Kalinovka kəndində Əsgərovları tapdılar. Şəhidlərinə belə böyük ehtiram
göstərib, el adət-ənənəsiylə dəfn
etdikləri üçün minnətdarlıqlarını
bildirib, öz şəhidlərini yenidəən Qubaya,
doğulduğu kəndə apardılar.
O gündən etibarən kədər
bu iki ailəni bir-birinə sıx tellərlə
bağladı. Quba və Masallıdan olan iki açı
yaşayan ailə dost oldular. Nağıla bənzər bu hadisəni
Kalinovka kəndində
böyükdən tutmuş kiçiyə qədər
hamı bilirdi. 1992-ci ildən 2016-cı ilə
kimi kənd 6 şəhid vermişdi. Şəhidlərdən
biri də milliyətcə rus olan, Kalinovkada doğulmuş Belim
Yevgeniy Nikolayeviçdir. Qarabağ uğrunda
döyüşlərdə şəhid olan Belim Yevgeniy
Nikolayeviçin ailəsi hər zaman hörmətlə yad
edilir. Bu kəndin camaatı onun xatirəsini
uca tutur. Jenyanı kəndin girəcəyindəki
parkda dəfn ediblər ki, heç zaman unudulmasın. Hər
il bayram və hüznlü günlərdə
kəndin şagirdləri bu məzarın üstünə gəlib,
Jenyanı hörmətlə yad edirlər...
Ziba idmana böyük marağı
olan hər iki oğlunu - Nurlanı və İntiqamı boks və güləş növünə
yazdırmışdı. Hələ lap uşaq
yaşlarından oğlanlarına çevik olmağı
öyrətmişdi. Hədəfə vurmaq,
atılan hədəfi göydə tutmaqla əl hərəkəti
çevikliyini də onlara aşılamışdı. Bütün bu keyfiyyətləri oğlanlarına
ona görə aşılayırdı ki, arzusunda olduğu hərbçi
peşəsinə özü yiyələnməsə də,
oğlanları yiyələnsin.
O gün gəldi. Əvvəlcə
böyük oğlu İntiqam əsgər getdi. Elə özünün arzuladığı kimi
Xüsusi Təyinatlıların kəşfiyyat
bölüyünə yazıldı.
Nurlan isə 2014-cü ildə
əsgər getdi. Heç əsgərliyini başa
vurmamış, xüsusi keyfiyyətlərinə görə
onu da Xüsusi Təyinatlıların təlim kursuna
yazdılar. 2015-ci ilin avqust ayında kursu
bitirdi.
Anasının yanına gələndə
üstü yazılı köynəyini istədi:
- Ana mənim üstünə “Hər
ananın oğlu əsgər olur, ancaq hər qızın
sevdiyi KOMANDO olmaz!” yazılmış köynəyim
vardı... onu ver geyinim. Mən qarşıma
qoyduğum məqsədə çatdım.
Şəhid anası:
- Kursdan evə gəlib çəkmələrini
çıxaranda, dəhşətə gəldim. Ayağının dərisi soyulmuşdu. Təlimlərdə çəkməni
ayağından çıxarmayıb ki, birdən kursu
yarımçıq dayandırarlar. Nurlanı bir an da unuda bilmirəm... Bir dəfə
də 2016-cı ilin yanvar ayının əvvəlində məzuniyyətə
gəlmişdi. Dedi ki, “ana, yadındadır, mənə
“Balaca əsgərin nağılı”nı
danışardın... Mən o nağılı
həqiqət kimi qəbul etmişdim. Gedib
dərsdə uşaqlara danışırdım. Onlar da
həmin kitabı axtarıb tapmırdılar, mənə
deyirdilər ki, o kitabın harada satıldığını
öyrənim... Məni yamanca
inandırmışdın. Yalnız 11-ci sinifdə oxuyanda
bildim ki, elə bir nağıl yox imiş... Yalnız onda
bildim ki, o nağılları sən özün uydururdun...”.
Bir dəfə qış ayında evə gəldi.
Qabağına qaçıb qucaqladım... balamın qəribə
bir ətri vurdu məni... Elə bil ki, cənnət
ətri idi. Belə xoş qoxu yalnız körpə mələk
simalı uşaqlarda olur... Oğlumun həmin qoxusundan halbahal
oldum... O bir başqa qoxu idi. İçərimə bir
üşünmə gəldi... Dedim, ay Allah xeyrə yozulsun...
Oğlanlarım hərbi xidmətdən evə nə zaman gəlsələr,
alınlarından öpərdim... Deyirdim ki, sizə qurban olum, sağ olun,
el içində, çalışdığınız yerdə
başımı uca etmisiniz. “Qurban olum” deməyimə
razı deyildilər. Deyirdilər ki, ana biz
sənə, vətənə qurbanıq.
Bütün kasıb adamlar
kimi bizim də çətin günlərimiz çox oldu. Uşaqların
atası fəhlə işləyib, ailəmizi
dolandırırdı.
Nurlan hərbi xidmətə
başalayandan sonra, bir gün mənə dedi ki, “ana mən
qoymayacağam ki, kimsə sizə yuxarıdan aşağı
baxsın...”. Kasıba yuxarıdan
aşağı baxarlar axı... Uşaqlarımın
kasıbçılıqdan o qədər
sıxıntıları olmuşdu ki...
Bu kənddə Elvin adlı
bir dostu var. Bir gün onu götürüb gəldi evə. Dedi ki, “ana bu Elvin mənim
ruhumduir. Mən olmayanda sənin yanında məni
əvız edəcək”. Heç nə
anlamadım. Sonra dedi ki, “onun anası da məni çox
istəyir, deyir iki oğlum var, sən də onu mənim qədər
istə”. Sonra da üzünü Elvinə tutub “mən evdə
olmayanda, hər gün gəlib anamı yoxla...” dedi. Elvin də hər gün gəlib mənə baş
çəkirdi.
2016-cı il
aprelin 2-də gündüz vaxtı zəng vurdu. Dedi ki, “...ana
indi mən telefonu söndürəcəyəm. Bizdən narahat olma, özünü qoru”.
İçimdə təlatüm
olsa da, uşaqlarımdan arxayın idim. Fikirləşirdim
ki, onlar suda batmaz, odda yanmazdırlar. Ancaq qəfildən
bir il əvvəl gördüyüm yuxunu
xatırladım. Yuxumda görmüşdüm ki, Nurlan ikinci
qatdakı evdə oturub, qarşısında bir qutu var, qutudan
onun üzünə işıq seli ələnib... Nurlan isə
elə fikirlidir ki...
Aprelin 4-ü gördüm ki, ürəyim
sıxılır, həyətə çıxdım,
torpağı belləmək istədim. Gördüm ki,
qollarımda güc yoxdur, özümə yer tapa bilmirdim... Günortadan sonra, yoldaşım Bayramı
çağırdılar, darvazadn çölə
çıxdı. Baxdım ki, anamgilin həyəti tərəfdə
cavan uşaqlar yığışıb... Yolumuzun
üstündə çoxlu gedib-gələnlər var idi...
Axşam saat 9-da bacım və gəlinimiz ağlaya-ağlaya
həyətə gəldilər... Sonra heç nədən xəbərim
olmadı... Məni iynə vurub, ayıltmışdılar.
Hər şeyi yuxu kimi xatırlayırdım... Özümə
gələndə bildim ki, Nurlan şəhid olub, böyük
oğlum İntiqamı axtardım, o da yox idi. Əslində
iki balamın heç birindən xəbərim yox idi... Mən iki oğlum üçün də narahat idim.
Özümə gələndə Allaha
yalvardım ki, kaş oğlumun səsini eşidəm.
İnanın Allaha ki, birdən Nurlanın səsi gəldi
qulalqlarıma, söylədi ki, “ana mənə layla de...”. Əətrafıma baxdım.
Elə bildim yanımdadır... Başladım layla deməyə...
Laylay şəhidim laylay,
Ala göz balam laylaly.
Laylay əsgər balam laylay,
Laylay igidm laylay.
Qardaşını meydanda tək
qoyan,
Balam laylay, a laylay...
Nağılları çin olan,
Özü göyərçin olan,
Bayrağa bükülü gələn
Balam laylay , ay
laylay,
İgidim laylay, laylay...
Nurlanı
ağlaya-ağlaya, Allaha şükr etdim ki, nə
yaxşı ki, İntiqam salamat qayıdıb. Çünki
yeznəmiz zəng vurub öyrənmişdi ki, İntiqam
salamtdır. O gündən bu günə qədər hələ
bir dəfə də olsun, İntiqam məni ağlayan görməyib.
Ağlayıb, uşaqlarımın
bağrını qan etmək istəmirəm.
İndi yuxularıma
yalvarıram ki, Nurlanı mənə tez-tez göstərsin. Deyirdilər
ki, qarnından yaralanıb. Mənə
göstərmədilər oğlumun cansız bədənini. Bir gün yuxuma gəldi.
Ağappaq bir gözəl libasda idi.
Köynəyini qaldırıb dedi ki, “ana bax, mənim
heç yerimdə yara yoxdur. Sap-sağlamam...”.
Gəldiyi kimi də qeyb olub getdi...
Nurlanım işıq, nur kimi göyə qalxdı, göyə
şölə saçdı... Nurlanım dünyanın
nuruna çevrildi...
İntiqam balam odun-alovun
içərisindən salamat qayıtdı. Allah onu yəqin
ki, mənə bağışladı. İki
qanadımdan birini saxladı. İndi İntiqamı Nurlanın
dostu Elvinin bacısı ilə nişanlamışam... Fikirləşdim
ki, Elvin indi mənə daha əziz olacaq...
Aida
Eyvazlı
Türküstan.-
2017.-4-9 oktyabr.- S.13.