Son iki damla yaşına
dəyməyən yazı…
Aşıq Ədalətin haqqında yazını hamı yaza bilər, lap elə elə uşaqdan böyüyə
hər kəs. Ən azından
sinəsində cövlan
eyləyən qara sazdanmı, cezvlənib çaldığı “Yanıq
Kərəmi”dənmi ip
ucu götürüb bir xatirəni çözüb də yazmaqdan asan nə var ki.
Və bilənlər onu da yaxşı bilir ki, Dədə
Ədalət, haqqında
ən cox yazılar və şeirlər yazılan bəlkə də yeganə sənətkardır.
Yəni Aşıq Ədaləti tanıyıb
onun haqqında şeir yaxud yazı yazmaqdan asan bir iş
yoxdu əli qələm tutan hər kəsə… Amma zülm Ədaləti tanıyıb
da, dərk edib də, duyanların
dərdidi.. .O kəslərin dərdidi
ki, onlar Dədəni ilmə-ilmə
bilir, naxış-naxış
toxumaq istəyir, bacarmır. O kəslərindi
ki, Dədəni iliyinnən sümüyünəcən
dərk edir, o ənginliklərə baş
vurur, amma azıb qalacagından qoruxur… O kəslərindi ki, bu sirli
dünyanın qatlarına
enir, geri qayıtmağa yol tapmaq ümidini
itirir… Zülm o kəslərindi ki, onlar bu təxti-səltənət sahibinin
hikmətinə bələddirlər
və onun böyüklüyünə qalxacaq
yazı yazmağa cəsarət etmirlər. Şahların,sultanların
xəzinəsində nələrin
olduğunun marağında
olmayan insanlar olub ki, Dədə Ədalətin içindəki
ləli-cəvahirata bənd
olub, illərcən bu xəzinənin
dalınca sürünüb, ona varmaq arzusunnan yaşayıb… Pinəçi Məhəmmədəlinin
kirayələrdə ölən
oğlunu deerəm,Aşıq Ədaləti–Allahın
ən zəngin və seçilmiş bəndələrindən biri.
Təbii ki,seçilmişlərin
zaman-zaman yaşadıqları
məkanlarını da,
yerlərini də,talelərini
də Tanrı seçir…elə Dədə Ədalət kimi…
Hər kəs Aşıq Ədaləti dərk etdiyi qədər gördü…Kim nə miqdar idisə o miqdar da ona
dəyər verdi.O üzdən idi ki, onun ərşdən-kürşdən
söylədiklərindən bixəbərlər onun içməyindən və
söyüncündən yazdılar. Onun Haqdan
gələn vergisini, tanrısal tərəflərini
yox, özləri boyda, öz çəkilərində bəndəlik
tərəfini gördülər.
(Belə böyük,
fitri istedadlı insanlarda elə xırda cizgiləri görmək də, qabartmaq da bəsirət
gözünün bağlılığından
dolayı bir şey də deyildi) Ancaq anlamadılar ki,Ədalətin
söyüncü də
haqq idi, ədalətli idi…Ona hər
şey yaraşırdı,
necə ki, saz Ədalətə yaraşan kimi. Çünki
o, sənətinin şahıydı,sultanıydı,təkiydi,yekiydi,biriydi,dövrünün
birincisiydi…
Fələyindən açılmamış
sirdimi,
Sinəsindən yaralanmış
şirdimi,
Ozandımı,ocaqdımı,pirdimi,
Dilmi tutar,yazılarmı
bu hikmət?
Saz çalanda Allah
olur Ədalət…
Səs sitəmli,sinə-körük, gözlər-qan,
Barmaqlar- dərd,
kəlmələr –od, sözlər-qan
Bundan betər
nə inqilab,nə
üsyan,
Bundan anrı
hayqırmağa nə
hacət
Saz çalanda üsyan olur Ədalət
Saz çalanda Vətən olur Ədalət…
( A. Sadiq Əfəndi)
Bundan o yana yazmağa nə hacət ?!
Yerindəmi deyilmiş,
heyrətdənmi deyilmiş,
hikmətdənmi deyilmişdi
bu misralar ? Özümü demiş, özgəmi
dedizdirmişdi şairə
bu heyrəti? Niyə Aşıq Ədalətə “sazın
peygəmbəri” deyəndə,
yaxud saz çalanda “Allah olur Ədalət”- deyəndə
əli qılınclı
üsyana qalxırıq ? Allah hardadı
ki? Allahı niyə yoxluqlarda axtarırıq ? Allah elə bizim içimizdə,könül taxtımızda
deyilmi ? Gülən gözlərdə, sevən ürəklərdə,
dilsiz tut agacının
simlərdən ötürdüyü
iniltisində, sızıltısında
deyilmi ki? Niyə saz çalanında
özümüz oluruq,
niyə saz çalınanda duyğulanirıq,
duruluruq,saflaşırıq,
ən ali, ilahi məqamları yaşayırıq?
Biz Tanrının bir zərrəsi–bu yaşadığımız Tanrının
halı deyilmi ki? Niyə saz çalınanda bizə hardansa bir işıq ,bir eşq
süzülüb gəlir…İşıqdı,eşqdi Yaradanın
özündən bizə
ötürdükləri deyillmi?
Eşq, işıq, aşiq, aşıq –haqq aşıqlarının
tanrısal üzləri,
sifətləri,adları
deyilmi ? Yoxsa bu qədər
ovsunun,sehrin sirri nədəydi ki ? Şahi-mərdan nökəriyəm,dərsimi
pünhan verib (A.Ələsgər)-deyən
Dədə Ədalətin
ömrünün son günlərənicən
başı üzərində
yanan işıq da o işıq deyildimi ? Bəs bu yer üzü bəndələrinin
ağlımızı kəsdirmək
istədikləri nədi
görəsən? —-
Sənət meydanında
yüyəninə hər
əl yetməyən atını dörd nala çapıb meydan sulayan,hikkəsindən-haytasından
sazını gəmirib
yeyən dəli bir Ozanıydı Ədalət…Sazın,aşıqlığın
( Dədə Ələsgərdən
sonra, sonuncu ) ocağı, səcdəgahı,piriydi
–Ədalət ! Tanrının
möcüzəsi, sehiri,sirriydi -Ədalət
! Aşıqlıq elminin
vaqifi,kamili, dürrüydü-Ədalət…Alnının hər qırışı,üzünün hər cizgisi,saçının
hər dəniylə yurduydu,eliydi,ulusuydu,Vətəniydi –Ədalət !
Oxuları da çalğıları kimi
ahıydı,naləydi,dərdiydi,
çağrışıydı,üsyanıydi,hayqırtıydı,tarixiydi
–Ədalət! Uzaq-uzaq
Altayların başından,
Tanrıdağın yaşından,Ərzurumun qaşındann
qopub gələn Qoca bir Türkiydi,
Lələydi, Kərəmiydi,
hər kimiydi,hər nəydisə saz çalıb oxuyanda bəşər övladından
çox uca mərtəbədəydi –Ədalət!!!
Sərdara söz deməyən, şaha baş əyməyən, hökmüydü,hikkəydi,ədaydı–Ədalət!
Ancaq…Ancaq körpə uşaq kimi kövrək idi, imanlıydı,ədalətliydi –Ədalət!
Sadədən sadə,böyüklə böyük,uşaqla
uşaq olan müdrik bir danəndəydi—Ədalət!!! (bu məqamda
Bəhlul Danəndəyə
də çoxlarının
Bəhlul Divanə dedikləri yadıma düşdü,necə ki
Dədəyə
dedilər)
Dədə adını
ona Osmanlıda Əziz Nesin, vergisini yuxuda Şahi-mərdan Hz.Əli,
ilk dərsini atası
Məmmədəli kişi
vermişdi.Sazı ona,onu
bizə isə Ulu Yaradan bəxş
etmişdi. Kərəm
Əslisini sevən kimi ,Məcnunun Leylisini sevən kimi sevirdi Sazı.
“Yanıq Kərəmi”,” Fəxri”,
“Hüseyni”, “Hicran Kərəmi”, “Qaraçı”,
“Naxçıvani”, “Qəhrəmani”,
“Mirzəcanı”, “Kərəm
Gözəllməsi”, “Aran
Gözəlləməsi” kimi
onlarla, yüzlərlə
havacatlara ürək qoyub, ömür vermişdi, beynindən ürəyinə, ürəyindən
barmaqlarına süzülüb
gələn hər nə varıydısa Allahınıydı,Tanrının halıydı… Elə onçun da bu dəlilik, bu vəlilik, bu vergilik Sultan qapısından ucada duran kasıb kirayə komasının qapısını
ziyarətgaha cevirmişdi…
Tanrı dərdi çəkə bilənlərə verir- deyirlər. Hamıdan gizlətdiyi çox
ağrıları, çox
dərdləri varıydı
Dədənin.Heç kimə
danışıb öz
ağrılarını yükləməzdi.
Yaraların qaysağını
açan kimi uşaq təki kövəlib ağlayırdı…Hər çiçəyin
boynunu bükdürən
bir mövsüm,hər insanı həyata küsdürən
biri olduğu kimi Dədəni də həyata küsdürənlər varıydı.Kim
bilir bəlkə də o sazda öz taleyini, öz alın yazısını çalıb
oxumağa gəlmişdi
bu dünyaya…
Hər gələnin sevmədiyi,
hər sevənin getmədiyi, bu gəlimli gedimli, son ucu ölümlü dünyanın nəyinə
bənd olub qalasıydı ki, bu Ustad?
Anan ölsün,gidi dünya…Səni deyib gələnə bax, gəlir ağlaya-ağlaya,
Səndən dönüb
gedənə bax, gedir ağlaya-ağlaya…(A.Sadiq)
Sonunca Ölümü
də gülə-gülə
qarşıladı…Amma
əllərini açıb
göylərə-Tanrıya dogru uçanda gözlərindən iki damla yaş süzüldü.Yanağını göynədən o iki damla yaş deyə
bilmədikləri son intizarı,
son ağrısı, son vəsiyyəti,
son ismarıcıydı bu
dünyaya. Həm də ömür nağılının son iki
cümləsiydi –Sizə
bir nağıl danışım, aglaya-ağlaya
gülün…Sazın Ədalət nağılı,
Ədalət əfsanəsi…
Dərd də, sevgi
də, ölüm də dünyanın əbədi və əzəli olanları, olacaqlarıdı.
Əslində, dünyada
nə varsa, hər şey böyük Yaradanın insanlara sınağı
üçündür. Olumdan-ölümə,ölümdən
Allaha qədər bir yol var
ki o yolda hər yolçunun qazana bilmədiyi bir Ölümsüzlük
zirvəsi var. O zirvəni
qazananlara, o zirvəyə
qovuşanlara eşq olsun…Allahın izninnən halallığına,haqqına,ədalətinə
Ədalətinə qismət
olan o zirvəyə– payız köçünə
bənd olub gedən uçan durnalardan bir ismarıc da mən yollamaq istədim –Ölümsüzlüyün
mübarək, Dədə!!!
Uşaq məsumluğu
ilə gülərək
sifətindən göynəyə-göynəyə
süzülən son iki
damla yaşına belə dəyməyən
bu beş-on cümlə də məndən sənin uca ruhuna bir ehtiramım
olsun, Dədə,qəbul
eləsən əgər…
Gəncə–2017
Çiçək Mahmudqızı
Türküstan.- 2017.- 10-16 oktyabr-
S.11.