Türk dünyasının Şekspiri” və onun mürşidi

 

İnsanların, millətlərin, hər dövlətin, hər kəndin hətta futbol komandasının və s.-in xarakteri olduğu kimi sən demə qovluqlar da müəyyən mənada xarakter ifadə edə bilirmiş.

Allah qismət etdi, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində araşdırma apardım və incələmək istədiyim qovluqların demək olar ki, hamısını əldə etdim. Bu qovluqlardan biridahi mütəfəkkir şair, dramaturq Hüseyn Cavidin cinayət işi idi. Elə ilk baxışdan digərlərindən kəskin fərqlənən qovluğu əlimə götürəndə keçirdiyim hissləri ifadə etmək çox çətindir. Onu da deyim ki, Hüseyn Cavidin gördüyümüz fotolarının hamısının orijinalı zərfin içində həmin qovluqdadır. Onları Turan xanım özəl olaraq o qruma hədiyyə edib.

Saralmış köhnə vərəqlər adamı necə həyacanlandırarmış…

Təsəvvür edin, 80 il öncə bu qovluğu Cavid əfəndi də götürüb, baxıb, imzalayıb. Hansı hisslərlə imzaladığı elə atdığı imzalardan hiss olunur.

Məsələ burasındadır ki, dindirməni qələmə alan kim olubsa, onun xətti də digər dindirmələri qələmə alanların xəttindən fərqlənir. Ağır-siyasi rus terminləri bir qədər çətinlik yaratsa da, səliqə ilə yazılmış cinayət işini sona qədər oxudum. Oxuduqca böyük ədibin həyat və yaradıcılığını indiyə qədər tədqiq edənlərə sayğım daha da artdı. Çox dəqiq, obyektiv və həssas işləyiblər. Odur ki, deməyə elə də yeni bir söz yoxdur. Amma baxış bucağımızdan diqqətimizi çəkən nüanslar varki onlardan bəhs edəcəyik.

İfadələrində Hüseyn Cavidin adını çəkənlər bəlli olduqca adam narahat olmaya bilmir. Amma ifadələrin də hansı formada, necə işgəncələrlə alındığı hamıya bəllidir. Bir nəfər tutulub yalandan yüz nəfərin üzünə qoyulub. Və sonradan bu yüz nəfəri də amansız işgəncə yolu ilə (saatlarla ayaq üstə saxlayaraq, rezin dəyənəklə ölümcül döyərək) yalandan bir-birinin üzünə qoyublar.

Əlehinə olan ifadələrdən birində H.Cavid barədə deyilir:

“… Cavid ona görə təhlükəli düşməndir ki, Müsavat höküməti dövründə partiyada olmayıb, amma Sovet höküməti qurulandan sonra onlara qarşı nəsə bir şey yazmaqdan imtina edib

… Müsavatçılar onuTürk dünyasının şekspiri” adlandırırdı”.

Başqa bir ifadə verən isə deyirdi:

Hüseyn Cavidin Müsavat şipyonkası Mədinə xanım Qiyasbəyli ilə əlaqəsi var idi”.

Qeyd edim ki, “Gənclikjurnalının 8.88 tarixli sayında Cavid əfəndinin dindirilməsi qısa da olsa var.

Ad çəkmək lazım gələndə əsasən dünyadan köçmüş insanların adını çəkən Cavid əfəndi bir adamın da adını çəkir. Müəllimi Rza Tofiqin

Kimdir Rza Tofiq?

Türk şairi, filosof dövlət xadimi Rza Tofiq 1869-cu ildə Mustafa Paşa qəsəbəsində Arnaud ailəsində (anası Çərkəz qızı) anadan olub. 1907-ci ildə o dövrdə gizli cəmiyyət olanİttihad Tərəqqi”yə üzv olaraq siyasətə daxil olur. Seçkiyə qatılıb Ədirnədən Osmanlı Parlamentinə üzv olur.

1910-cu ildəİttihad Tərəqqi”dən istefa verib bu təşkilata qarşı müxalif mövqedə dayanır. Bu arada köhnə məsləkdaşları tərəfindən bir aylıq həbs edilir. Bir il sonra seçki təbliğatı apararkən yenə bir qrup ittihadçı tərəfindən çox pis halda döyülərək ikinci seçkidə parlamentə düşə bilmir. bir müddət siyasətdən uzaqlaşır. 1918-ci ildə yenidən siyasətə qayıdır. Mason olduğunu iddia edənlər var. Masonluğa xəyanət etdiyi üçün lojadan qovulduğunu da söyləyirlər. Ona dinsiz deyənlərəFilosof Rzayım dinsiz anlamadeyə şeirlər yazıb. Əksinə Rza Tofiq müəyyən dərəcədə təsəvvüf təriqətlərinə bağlı olub. Əhməd Həmdi Tanpinarın yazdığına görə bəktaşiydi.

1922-ci ildə əlehinə formalaşmış fikirlərdən çəkinərək ölkəni tərk edib Misirə gedir. Türkiyədən ayrılmağından il yarım sonra Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərara əsasən doğrudan da adı sürgün ediləcək insanların siyahısında yer alır. Sürgün illərində Həccdə olub, bir çox ölkədə, həmçinin Amerikada yaşayıb. Bu illərdə divan tərcüməsi ilə məşğul olub Amerikada Türk Ədəbiyyatı haqqında fərqli konfranslar verib.

1939-cu ildəki əfv qanunundan faydalanaraq 1943-cü ildə öz sözləri ilə desəkhesablaşmaq üçün deyil, halallaşmaq üçünvətənə dönür. 1949-cü ildə İstanbulda sətəlcəmdən dünyasını dəyişir. Məzarı Zincirliquyuda əsri qəbirstanlığındadır.

Xalq rasında daha çox heca vəznində sadə yazan şair filosof kimi tanınır. Yazdığı şeirlərin mövzusuna görə təsəvvüf mənsubları onaMövlanə Rza”, “Dərviş Rza”, “Rza babadeyə müraciət edir mürşid adlandırırmışlar. Rza Tofiqin həyat yaradıcılığında diqqəti ən çox çəkən məqamİttihad Tərəqqiüzvü olduğu zaman Sultan Əbdülhəmidi tənqid etməsi, sonra isə ondan üzr diləyən şeirlər yazmasıdır:

 

Tarihler ismini andığı zaman

Sana hak verecek ey koca Sultan!

Bizdik utanmadan iftira atan

Asrın en siyâsi padişahına

 

Padişah hem zalim hem deli dedik,

Îhtilale kıyam etmeli dedik,

Şeytan ne dediyse biz belî dedik,

Çalıştık fitnenin intibahına!…

 

Divane sen değil, meğer bizmişiz

Bir çürük ipliğe hülya dizmişiz,

Sade deli değil, edepsizmişiz,

Tükürdük atalar kıblegahına!

 

Lakin sen sultanım gavsekbersin!

Ahiretten bile himmet eylersin.

Çok çekti şu millet murada ersin

Şefaat kıl şâhım medet hâhına.

 

Sultan Əbdül Həmidə qarşı etdiklərinə görə sonradan peşimançılıq ifadə edən

mövqe təkcə Rza Tofiqə yox, həm tələbəsi Hüseyn Cavidə aid idi. Gənclik illərində sultana qarşı çılğınlıqla çıxış edən Cavid   sonralar onu tənqid etməkdə səhv etdiyini etiraf edir.

Cavidşünas Azər Turanın sözləri ilə desək, həbsi zamanı Hüseyn Cavidin müstəntiqə dedikləri sadəcə istintaq ifadəsi təsiri bağışlamır. Bu onun gələcək araşdırıcıları üçün kifayət qədər düşündürücü xəbərlərdir. İfadələrində Cavid əfəndi Rza Tofiqin tələbəsi olduğunu, həmçinin Məhmət Akif  Ərsoyun mühazirələrini dinlədiyini deyir. Tədqiqatçıların araşdırmalarına görə Rza Tofiq Cavid əfəndinin təkcə müəllimi yox, həm mürşidi idi.

Yazının sonunda istəyimiz Rumi-Şəms, Yunus-Tapdıq, Nəsimi-Nəimi misalı Cavid-Tofiq üzərindən mürid-mürşid qavramı barədə bir neçə cümlə yazmaqdır.

Günümüzün din tədbiqatındamürşidanlayışı qəbul edilməsə , tarix boyu hər övliyanın yanında haqq mürşidin var olduğunu görürük. Hər bir övliya mürşidini özündən önə çəkərək, “Fəzlullaha düşdü könlümüz”(Nəsimi), “Mürşid dinin qapısıdır”(Mövlanə) s. demişdir. Hətta peyğəmbərlərin mürşidi olub. Amma onların mürşidləri insan deyil mələkdir, Cəbrayıldır. bütün peyğəmbərlər Allahın dinini vasitəçi Cəbrayıldan öyrənib. Sevgili peyğəmbərimiz hədislərdən birində buyurur: “Kim dövrün xəlifəsinə beyyət etməzsə o cahiliyyət hökmü ilə ölmüş kimidir”.

Mürşid qavramına təkcə övliya sözləri hədislərlə deyil, Quran ayələri ilə aydınlıq gətirmək istəyirəm. Müqəddəs kitabımızda bu mövzuya çox yerdə toxunulur. Amma Kəhf surəsindən üç ayəni qeyd etməyi yetər hesab edirəm.

Kəhf 66: “Musa ona dedi: Rüşdə çatmaq üzrə, sənə öyrədilən (elm)dən mənə öyrətməyin üçün, sənə tabe ola bilərəmmi?”

Demək olar hər kəsə bəllidir ki, ayədəki bu dialoq hz.Musa ilə hz.Xızır arasındadır. Düzdü yuxarıda qeyd etmişdik ki, peyğəmbərlərin mürşidi Cəbrayıldır. Təfsirçilərin izahı gərəyincə bu ayədə məna (bir elmi öyrənmək üçün olsa) tabiyyətin, beyyətin önəmini göstərməkdir.

Kəhf 17: “ … Allah kimi özünə qovuşdurarsa, artıq o hidayət olmuşdur. kimi dəlalətdə buraxarsa (kim Allaha qovuşmağı diləməzsə) artıq onun üçün vəli mürşid tapılmaz”.

Zənnimcə izaha ehtiyacı olmayan sadə ayələrdəndir. Açıq aydın göründüyü kimi dəlalətdə olmağın göstəricisi mürşidin olmamağıdır.

Qurani-kərim ayələri gərəyincə  biz mürşidi özümüz seçə bilərik, başqasından soruşa bilərik. Mürşidlərin təyini Allahın üzərinədir deyə ancaq ancaq Hacət Namazı ilə cənab haqqın özündən soruşmalıyıq. Hacət Namazı barədə bilgi əldə etmək istəsəniz isə google-dən öyrənə bilərsiniz.

Hacət Namazına qədər isə mürşidimizi Allahdan qəlbi bir istəklə olsa istəməliyik. Necəki bunu illərlə Kəhfdə yatan gənclər istəmişdi.

Kəhf 10: “Gənclər mağaraya sığındıqları zaman belə dedilər: Rəbbimiz, bizə sənin qatından bir rəhmət ver. Və bizə əmrimizdən mürşidi təyin et”.

 

P.S. Zənnimcə yazını gördüyünüz foto daha gözəl tamamlayır. Hüseyn Cavidin Rza Tofiqin dizinin dibində oturması çox şey deyir. Şəkildəki digərləri isə Bəkir Çobanzadə, Abdulla Sur və qırğızıstanlı Əbdül Əzizdir.

 

Sərxan Çarçı

 

Türküstan.- 2017.-24 oktyabr- 6 noyabr.- S.16.