O, ulu
şaman Kırac Atanın özü deyilmi?!
Rüstəm Behrudinin
60 illiyinə
“Azadlıq bu şirin sözdə nələr var,
Azadlıq yoxdursa,
viranələr var…”
Əzizim Rüstəm
Bəy! Gərək ki,“Salam dar ağacı”
kitabının ön
sözündə Müəllifdən
başlığıyla:”Mənə
sözlərim qədər
əziz olan oxucuma…” deyə xitab etmişdiniz.Bu sətirlərin həyəcanı
yamanca sarmışdı
məni o zaman hələ 17 yaşımda.Və
28 il sonra uzaq Ukraynada bu həyəcan və doğmalığın
verdiyi duyğuların
gözəl təsiriylə
yenə də Sizə üz tutmağın ehtiyacını
duyuram…
Sentyabrın 10-da doğma
ata ocağında,Behrudda 60-illik yubileyinizin
işığına toplaşanlar
içində
mən də olmaq istərdim təbii.Amma çox vaxt ömrümüzə
biçilən qürbət
payı bir türlü yaxınları
uzaq edə bilmir ki,bilmir:
“Arzuların dil açar, yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver
bizə.
Olacağın olmağına
nə var ki,
Bircə dənə “olmayacaq” ver bizə.”
Amma Kiyevdə bir neçə dəfə Sizinlə, təpədən dırnağa
səmimiyyət yağan
o gözəl qardaşlarınızla
görüşlərin xoş,həyəcanlı xatirəsi
və bir də: “Gözəl yaxınlardan uzaqlar gözəl” misralarınızın
işığında rahatlamağa,təsəlli
bulmağa çalışıram…
Dərin dost və
“Sizə sözləriniz
qədər əziz olan” oxucu sevgisindən
doğan yubiley təbrikimi qəbul edin lütfən…
1990-cı ildə hələ tələbəykən,28 may metrosunun qarşısından
o zaman AMDP-nəşri
olan “ Yeni Müsavat” qəzetini aldım və səhifələrinin birində
gözümə
R.Behrudinin “Bozqurd”
şeri sataşdı,onun:
“Şair yuxusuna gül-çiçək
girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm?!
Onun əlindən.
Nə çəkdim…
İlahi! Bilməyəcəklər.
“
sözləriylə başlayan
ilk misraları ruhumu yerindən oyatmışdı.Sanki
bu yuxunu nə vaxtsa mən də görmüşdüm, qan
yaddaşımın mənə
hələ tərcüman
olmayan ən dərin qatlarında,dumanlanmış
biçimiylə.Lakin bu
şer,bu misralar qan yaddaşımın bütün sisini,dumanını
yararaq hər şeyi aydınlatmış,
qəribə,həyəcanlı bir sehrin içinə
çəkmişdi məni…Təsəvvür edin bu şerdən nə qədər təsirlənmişəmsə, “Memar Əcəmi” stansiyasına çatanacan
birdə gördüm
ki,şer əzbərimdədir
və günboyu və gecə yatarkən ,o gündən
bu yana:
“Nədənsə
həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər”
tilsimindən çıxa
bilmirəm ki,bilmirəm…
Şəxsən bizim nəsil Türklük, Turan ideyalarından R.Behrudi poeziyasının sayəsində
xəbər tutdu,bu şerlərlə formalaşdıq.Sovet
dönəmində hətta
yuxularımız belə
saxta kommunizm,sosializmi tərənnüm edən
nəğmələrdən “ ilham” alırdı.Və birdən qan yaddaşımızın diliylə:
Şaman kimi sözlərdən mən
tale toxuyuram,
Ürəyimdə səksəkə,ruhumda bir zəlzələ…
Hər gecə
Göy Üzünə
mən dua oxuyuram:-
İlahi,bu milləti
yox olmaqdan hifz elə!”(1984) duasının sehrində əməlli başlı çaşbaş
qalaraq bu müqqəddəs Ruha tapınmaq ehtiyacına sarıldıqca sarılmağa
başladıq göz
yaşları içində
milli kimliyimizə varmaq yoluyla…
Hələ şairin gənc yaşlarında yazdığı
“Yaddaşlara yazın
bunu” şeri ən güclü təsir və pafosuyla adama tüklərini biz-biz edən
silkələyici bir üsyankar ruh aşılayaraq qan yaddaşımızı oyandırır,
qanımızn ritmini dəyişərək ən çılğın həddə
çatdırır. Culfada
orta məktəbdə
müəllim işlədiyim
dönəmlərdə dərs
dediyim siniflərdə
yaxın dostum Qüdrət müəllimlə
birgə bu şeri az qala
himn kimi bütün şagirdlərə
əzbərlətdirməyimiz müəllimlik illərimin
ən şirin anlarından,xoş xatirələrindən
biridir:
“Məndən
bəzən soruşurlar-Vətən
nədir?
Bilirəm ki,bu suallar
Ürəyimi qanatmağa bəhanədir.
Deyirəm ki,Vətən heç
nə
Qanan üçün
tozlu torpaq bir içim su,qara daşdır.
Bəs vətəndaş?!
Bunu bilib, dar ayaqda
Vətən üçün ölən
insan-vətəndaşdır.
Bir də,bir
də Vətən-Mənəm
Vətən-Sənsən,Vətən-Bizik,
Yaddaşlara yazın
bunu-
Təmənnasız əgər
“biz”ə yarımasaq,
Vətənsizik,Vətənsizik!”
Höte haqlı
olaraq deyirdi ki: “3000 illik tarixin hesabını sormayan kişi günübirlik insandır.”
Oysa R.Behrudi nəinki Türkün on minillik tarixindən hesab sormağa haqqı çatan kişidir eyni zamanda Türkün mifik tarixini,bu müqəddəs ocağın
hələ sönməyən
közlərini özünün
Şaman ruhlu şerləriylə üfürüb
yenidən atəşə,oda
çevirə bilən
birər Şaman nəvəsidir. Yalnız və yalnız onun boyuna biçilmiş
bu missiyanı,görəvi
yerinə yetirərək
Ə.Hüseyinzadə, Z.Gökalp,H.N.Atsız,Y.Akçura,İ.Qaspıralı,M.Ə.Rəsulzadə
kimi altun bir nəslin bizlərə miras qoyduğu İstiqlal Məfkurəsinin, Turan ülküsünün indiki davamedici formasını həyata keçirən,yeni
türk milli düşüncə tərzini
formalaşdıran geniş
düşüncə və
böyük fikir adamıdır.Bəlkə də
elə bu Ulu Ruhların diqtəsidir Şairə, varlğımızı sürdürmək
üçün,yox olmamaq
adına…
Çexovun gözəl
bir deyimi var: “ İnsanda
hər şey gözəl olmalıdır”.Bu
deyimi bütünlüklə
R.Behrudi şəxsiyyətinə,ədəbi
yaradıcılığına,dönməz
əqidə bütövlüyünə
və onun yılmayan Turançılıq məfkurəsinə
verdiyi mübarizəyə
şamil etmək olar.
Gözəl şairimiz,”Payızın adamı”
eləcə bu payızda, sentyabrın
12-də 60 yaşa qədəm
basır. Məncə buradakı altmış
rəqəmsal mahiyyətdədir.
İçində, on minillik
Türkün tarixini,ruhunu daşıyan bu Bilgə əslində
H.N.Atsızın “Bozqurdların
ölümü” əsərindəki
müdrik ulu şaman Kırac Atanın özü deyilmi?!
Dədə Qorqudun Oğuz Türklərini ayaqda tutan,onları
yağı düşmənin
min bir fitnə fellərinə aldanmamaq adına verdiyi öyüd nəsihətləriylə,Gültəkin Yazıtında Bilgə xaqanın “Çinlinin tatlı sözüne, yumuşak ipek kumaşına aldanıp çok çok, Türk milleti, öldün; Türk milleti, öleceksin! ” harayıyla bu tuzaklara yenidən düşməmək üçün yenə bizləri silkələyən
eyni Ruh deyilmi?!
“ Min illər atamın zoruna durdun,
Bu gün
də əllərdə
dilim-dilimsən.
Gördünmü sən mənim ana dilim yox,
Sən mənim
müqəddəs “ Ata
dilim”sən?!
Zamanın üstündə
yaşayan Şair adlandırıb Professor Əhməd
Bican Ərclasun R.Behrudini.Bu belə olmasaydı Şair yazmazdı ki:
“Ey Ruhum ayağa dur,
Düşdüyün tilsimi qır.
Zaman məndə çırpınır,
Mən bir sözün içində…”
Yaradıcılığa gəlincə,
Aleksandr Blokun çox gözəl bir ifadəsi var: “Şairin karyerası yox, taleyi var”.
Şair özü
özünə ömür
biçib özüdə
bilmədən elə
bil bu mənada,
bir kitabında yazıb ki:
”Sözün ömrüdü
mənim ömrüm”.
Bundan gözəl nə ola
bilər ki?!
Heç zaman tükənməyəcək bir
ömür!
Sözün ömrü
qədər var ol əzizim Rüstəm Bəy!
Neçə gözəl
Yubileylərə!!!
Məhəmməd İsrafiloğlu
(Ataalp)
Türküstan.- 2017.- 12-18 sentyabr-
S.9.