Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
ABBASQULU AĞA BAKIXANOV
(II Yazı)
Azərbycan
türk filosofu hesab edirdi ki,
dnüyanın ya da təbiətin
özü orta bir vəziyyətə (yer
kürəsinin soyuqluğu mane olmasa, günəşin
hərarəti aləmi yandırar və s.)
malik olduğu kimi, başdan ayağa bir aləmdən
ibarət olan insan da təbiətin
bir parçası olaraq
öz bədənində təbii surətdə
təşəkkül tapmış bu qanuna (etidala) əxlaq
baxımından əməl etməlidir. Bakıxanov
yazırdı ki, insanlar
“hər şeyin orta vəziyyəti
yaxşıdır” hökümündən
çıxış edərək həddən artıq
israfçılıqla yanaşı həddən çox xəsislik də etməməli, ifrat həlimliklə bərabər ifrat qəzəblilikdən uzaq
durmalı, yaxşlıq etməkdə də etidal mövqe tutub yamanlara
yaxşılıq edib yaxşıları
pis vəziyətdə qoymamalı, tənbilliyə
qapılmamaqla yanaşı hərislikdə də etidallı
gözləməlidir. Həyat yaşamında etidalla
əməl edilməsinin vacibliyi ilə
bağlı fikirlərinə davam edən
filosof yazır: “Dəfələrlə təcrübədən
çıxmışdır ki, etidal həddindən çıxan hər bir işin təsiri, əksinə
olar. Məsələn, işrət getdikcə
adət şəklini alır və axırda hər bir adi iş
peşmançılığa səbəb olur.
Azadlıq ifrat dərəcəsinəçatdıqda
özbaşnalığa çevrilir. Şöhrətpərəstlik
insana qalib gəlsə,
onu öz nəfsinin qulu edər. Zehni itiliyi fəsadlı və puç
xəyallara qapılarsa, axmaqlığa çevrilər. Ehtimal və təsdiq işində olan ifrat bilik,
tərəddüdə və şübhəyə gətirib
çıxarar”.
Yaxşılığın fəziləti məsələsinə gəlincə, Bakıxanova görə aləmdə olan hər şey xeyir üçün yaradılmışdır, həqiqətdə şərin vücudu yoxdur. Şərin hiss olunmasını xeyir üçün faydalı hesab edən filosof iddia edirdi ki, böyük xeyir xatirinə çüzi şərə yol vermək özü məsləhətdir. Dünyanın bütün cüzlərində Allahın zatından başqa həqiqi təsiredici qüvvə olmasa da, ancaq insan öz əməllərində sərbəstdir, həmin əməllərinə də uyğun olaraq savab və günah qazanır. Bakıxanov yazır: “Dünyada heç bir şey təbiətin ziddinə çıxa bilməz. Şeylər öz varlıqlarında gözlənilən vəzifəni icra edə bilməzlər. Lakin insan müstəsnadır, çünki o bu işi görməyə və görməməyə muxtardır. Bu səbəbdən də o həm yaxşı, həm də pis iş görə bilir. Aləmdə əsil məqsəd və həqiqi məsləhət xeyirdən ibarət olduğu üçün aləmin ən şərafətli cüzi olan insane da gərək borclarını əda eləsin və öhdəsinə düşən vəzifəni unutmasın. Həmişə yaxşılıq etməyə çalışsın və bilsin ki, əxlaqi təmizləyib islah etməkdən və maarif təhsil etməkdən məqsəd yaxşılıqdır”. Bir sözlə, Bakıxanova görə insan etdiyi yaxşılığı yadına saldıqca elə bir zövq alır ki, heç bir dövlət ona çatmaz; pis iş tutmuş adam isə əməlini düşündükcə xəcalət çəkər.
Rahatlıq məsələsi ilə bağlı Bakıxanovun düşüncəsi ondan ibarətdir ki, rahatlıq haldadır, yəni malda, dövlətdə, rütbədə deyildir. Ona görə, rahatlıq insanın öz halından razı olmasından ibarət olduğu üçün də hər kəs hər hansı bir mənsəbdə və ya peşədə olur-olsun rahatlığı əldə edə bilər. Azərbaycan mütəfəkkiri çox yaxşı ifadə edirdi ki, şadlıq əldə etmək səbəblərinin fikrini etməyin özü də tükənməz bir qəmdir, yalnız bu dairədən uzaq olan ürək şaddır. O, yazır: “Xülasə, adam gərək elə etməsin ki, öz tayları ona qibtə etsin, eyni zamanda özünü o yerə yetirmısin ki, onların nəzərində xar olsun. Hər bir böyük və kiçik iş üçün orta bir hədd vardır ki, bütün hallarda bəyənilən və rahatlıq axtaranlar üçün zəruridir. Rahatlığa lazım olan şərtlərin başlıcası qəlbin sakitliyidir ki, dünyada baş verən hadisələr onu iztiraba salmasın”. Bakıxanova görə, həqiqi bədbəxtlik odur ki, başına müsibət gəlmiş bir adam buna tab gətirərək çıxış yolu aramır. Bu müsibətlərin də iki səbəbi var, yəni ya özümüz ya da başqası ona səbəbdir. Əgər müsibətə özümüz səbəb olmuşuqsa başqlarından deyil, özümüzdən şikayət etməliyik, əks təqdirdə də kənardan gələn müsibətlərə qarşı mübarizə aparmalıyıq. Mütəfəkkirə görə, bu müsibətləri bütün hallarda yalnız özümüzə nisbət verərək izah etməməli, təbiətin və cəmiyyətin ümumi problemləri kimi görməli, müsibətlərə qarşı da təkbaşına deyil birlikdə mübarizə aparmaq məqsədəuyğundur. Bizcə də, fərd, cəmiyyət olaraq müsibətlərin özümüzdən ya da kənardan gəlməsindən asılı olmayaraq, birincisi bəlalara heç bir zaman boyun əyəməyərək daim çıxış yolu aramalı, ikincisi isə daha çox özümüzdənmi ya da xaricdənmi, bəlkə də hər ikisindən də qaynaqlanmasını müəyyənləşdirərək daha sağlam yol tutmalı, üçüncüsü, müsibətlərə qarşı toplum olaraq bir yerdə mücadilə etməyin vacibliyini dərk etmədkir.
Əxlaq problemi ilə bağlı olan milli adət-ənənələr məsələsində də Bakıxanov qiymətli fkirlər irəli sürmüşdür. Azərbaycan Türk filosofuna görə, avam adamların idrakla mərifətəlrinin yüksək dərəcəsi təqlidlə bağlıdır ki, onlar heç bir halda bundan kənara çıxmağa qadir deyillər. Bu anlamda hər bir ölkənin əhalisi öz millətinin adət-ənənələrini, qayda-qanunlarını, həyat tərzini bəyənərək digər ölkənin millətini bu kimi məsələlərdən ötrü töhmətləndirirlər. Bu anlamda milli adətlərinə görə türklər farsları, farslar ərəbləri, ərəblər almanları, almanlar ingilisləri bəyənmirlər. O, yazır: “Hələ avam camaat kənarda dursun, kamal sahibləri də təqliddən əl çəkə bilmirlər. Zahidliyə əsir olan şəriət başçıları, vacib şeylərdən başqa, ehtiyatla hərəkət edib, heç bir şeyin puçluğunu qəbul etmirlər”. Bakıxanov haqlı olaraq göstərirdi ki, “zahidliyə əsir olan şəriət başçıları”, ya da məhdud düşüncəli bilikli adamlar bu işdə avamlarınkından daha qüsurludur. Çünki hər millət öz milli-dini adət-ənənələrinə sahib çıxmaqla yanaşı, dünyada baş verən yenilikləri (buxar qüvvəsi ilə havaya qalxmağı, Ayın Yer kürəsinə təsirini və s.) də görməli, başqa millətlərin inkişafından nəticə çıxararaq öz millətinə fayda verməyə çalışmalıdırlar. Deməli, Bakıxanov bu əsərində bir tərəfdən etik məsələlərə geniş yer vermişdirsə də, ancaq yeri gəldikcə, müsəlman xalqlarının nədən geri qalması, bunun müqabilində isə xristian-Avropa xalqlarının tərəqqi etməsinin səbəblərini izah etməyə çalışmışdır.
“Şöhrət” məsələsinə də etik problem çərçivədən yanaşan Bakıxanova görə, həddən çox buna aludə olan insanlarda ruh düşgünlüyü yaranır, gözəl əxlaq tədricən korlanır, öz işləri və əməllərində daim təşvişdə olur, bir sözlə, yavaş yavaş peşmançılığa aparıb çıxarır. Azərbaycan filosofu hesab edir ki, insan mümkün olduğu qədər öz insanlığının tələbi ilə görərək şöhrət qeydinə qalmamalıdır. Abırı, yaxşılığı şöhrətdən üstün tutan insanlar üçün yamanlığına danışanların tənəsindən qorxusu da olmaz. Ancaq bir şey həqiqətdir ki, doğru yolda olub şöhrət dalınca qaçmayanlar da pis danışanların tənəsindən can qurtara bilmirlər. O, yazır: “Bir çoxları hikmətə bağlıvə hər bir halda məsləhətə müfaviq olan hadisələri və aləmin intizamını öz rəylərinə düz gəlmədikdə bəyənmir. Mümkün etsələr, hətta Allahın özünü belə məalmət edər və Ona irad tutarlar. Beləliklə, camaatın rədd və ya qəbulu insanı öz işindən geri qoymamalıdır. Bununla belə məlum rəftar və hərəkətinin, adət və ənənələrinin mümkün qədər ziddinə olmamağa çalışmaq lazımdır. Çünki hər şey xalqın adət-ənənələrinə zidd olduqda xalq ondan çəkinər və xeyirli iş görməyə bacarığı olmaz”.
“Eşq aləmi”nin əxlaq məsələsində xüsusi yer tutmasına inanan Bakıxanova görə, o, təbiətin maddələrinin müxtəlifliyindən, bilik dərəcəsi və adətin təkrarından asılı olaraq bir neçə şəkildə meydana çıxır: meyil, ünsiyyət, həvəs, şövq, məhəbbət, eşq. Eşqi məhəbbətin ən yüksək dərəcəsi, ruhun tələbi kimi qiymətləndirən filosof yazır: “Təbiət aləmində ruhlarla ünsürlərin arasında xüsusi bir rabitə olduğu üçün, maddələrin mahiyyəti və xasiyyətlərin tələbə səbəbindən vücuda eşq naqis və kamil ola bilər.eşq hisslər vasitəslə həm qafil, həm də ayıq ola bilər. Insan başlanğıcında eşqimizin kimə olduğunu və ondan nə əldə edəcəyimizi düşünməliyik. O, əqlə batan və məqbul olursa xoşbəxtlikdir”.
İşin faydaları məsələsinə gəlincə, Bakıxanov öncə qeyd edir ki, Allahın işinə əl atıb hər hansı sorğu-sual aparmaq doğru deyildir. Müsəlman Allahı hikmət sahibi bilirsə daha Ona etiraz doğru deyil, sadəcə aləmin nizamı səbəblərin varlığına bağlı olduğu üçün səysiz və çalışmadan heç bi iş mümkün olmaz. Yəni insan bir tərəfdən başa aça bilmədiyi ya da haradasa doğru görmədiyi məsələlərə görə Allaha etiraz etməməklə yanaşı, digər tərəfdən əməllərin nəticəsi Allahın hikmətinə bağlıdır, “insan üçün səydən başqa bir şey yoxdur” - ayəsinə uyğun olaraq çalışmalıdır. O, yazır: “Maraqlı burasıdır ki, bəzi adamlar işləmədən deyirlər ki, Allah istərsə verər. Daha bunu bilmirlər ki, Allah hər kəsə hər nemətin imkanlarını verməklə, on nemətin özünü də ona vermişdir. Lakin o özü çalışmadığından o nəməti əldən vermişdir. İşləmədən, çalışmadan Allahdan nemət gözləmək özünü srəgərdanlıq zəncirinə bağlamaq deməkdir.”
Ümumiyyətlə, Bakıxanov Allahın böyüklüyünü, kamilliyini qəbul etməklə yanaşı, dünyadakı işlərin icrasını səbəblərin varlığına bağlı etmişdir. Yəni Allah hər şeyə qadir olub kamilliyinin həddi-hüdudu olmasa da, dünya işlərində insanlara müəyyən sərbəstliklər də vermişdir. Mütəfəkkirmizə görə, həmin sərbəstliklərdən insanın pis və yaxşı şəkildə faydalanması mümkündür. Bunun üçün də Allah insanı sırayla ağıl, qələm və nurla qiymətləndirmişdir ki, hamısı bir mənanı ifadə edir. Bir sözlə, onların hamısı Vahid Allaha məxsus olduqları üçün özləri də vahiddirlər. Ancaq əbədi olan yalnız Allahdır, yerdə qalan nə varsa müvəqqətidir, onların bir başlanğıcları olduğu kimi bir də sonları vardır.
Bakıxanovun əxlaq məsələsinə
həsr etdiyi əsərlərindən də
görürük ki, onun müasirləri ilə müqayisədə
fəlsəfi probemlərə, o cümlədən
İslam dininə münasibətdə fərqli
mövqeyi dünyəvi elmlərlə, Qərb
mədəniyyəti və fəlsəfəsi
ilə tanışılıqla yanaşı, bütün
bunların təsirini də nəzərə almaqla,
özünəməxsus təfəkkür prizması ilə
bağlı olmuşdur. Əks təqdirdə
gənc yaşlarından İslam dininə
dərindən bələd olan və ömrünün sonuna qədər
bu dinə olan sonsuz inamını qoruyub saxlayan Bakıxanovun
bütün bunlarla
yanaşı, müasirlərindən fərqlənməsi
mülahizəsinin mənası olmazdı. Deməli, bir dini dərindən bilmək,
onun qayda-qanunlarına əməl etmək,
onun əsas kitabı və peyğəmbəri
haqında əsərlər yazmaq hər
hansı mütəfəkkir üçün işin bir tərəfidirsə, din
adı altında insanları istismar edən
despotik şahları və onun məmurlarını, ikiüzlü
ruhaniləri və din xadimlərini ifşa etmək, dini
xurafatı və mövhumatı qəti şəkildə pisləmək,
İslamın əsil mahiyyətini müsəlmanlara başa salmağa çalışmaq məsələnin
digər tərəfidir. Fikrimizcə, Bakıxanovu müasirlərindən
fərqləndirən əsas cəhət məhz bu sonuncu amillərlə
bağlı olmuşdur.
Faiq Ələkbərli
AMEA Fəlsəfə
İnstitutunun aparıcı
elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru
Türküstan.- 2018.- 10-16 aprel.-
S.6.