Azərbaycan Xalq
Cümhuriyyəti Maliyyə Nazirliyi:
Yaradılması və fəaliyyəti
1918-ci il
28 mayda yaradılan gənc dövlətdə
Maliyyə nazirliyi Azərbaycanın maliyyə sistemini
təşkil etmək və tənzimlənməsinə
bilavasitə rəhbərlik etmək məqsədini
daşıyırdı. Azərbaycan Xalq
Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə
Azərbaycanın ilk maliyyə naziri vəzifəsini Nəsib Bəy Yusifbəyli
daşımışdır (28.05.1918-17.06.1918). Nəsib bəy
Müsavat partiyasından Birinci
hökumət kabinəsində
maliyyə naziri olmuşdu.
Digər maliyyə
nazirləri isə bunlardır:
2.Əbdüləli
bəy Əmircanov (17.06.1918-06.10.1918). Bitərəf. İkinci hökumət kabinəsi.
3.Məmmədhəsən
Hacinski (06.10.1918-07.12.1918). Müsavat.
İkinci Hökumət Kabinəsi.
4.İvan Protasov (26.12.1918-14.03.1919).Slavyan-rus cəmiyyəti.Üçüncü
hökumət Kabinəsi.İvan Protasov
“Azərbaycan Məclisi-Məhbusanının təsisi
haqqında qanuna“
(19 noyabr 1918) əsasən Slavyan
–Rus Cəmiyyətindən parlamentin
tərkibinə daxil edilmişdi.Parlamentdə “Slavyan-Rus cəmiyyəti”
fraksiyasını təmsil edirdi.Fətəli xan
Xoyskinin 3-cü
hökumət kabinəsində Azərbaycanın
4-cü maliyyə naziri olmuşdu.
5.Əliağa Həsənov (14.03.1919-22.12.1919).Bitərəf. Dördüncü Hökumət Kabinəsi.Əliağa Həsənov Azərbaycan parlamentinə üzv seçilmişdi.Əliağa Həsənovun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı.Bankın Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə şöbələri təşkil olundu.
1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin 25,50,250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı.Yüksək bədii zövqlə tərtib olunmuş bu pulların üzərində nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi.
1919-cu ilin sonunda Azərbaycan hökumətinin rəsmi icazəsi ilə Bakı şəhər upravası tərəfindən 500 manat dəyərində istiqraz vərəqələri də dövriyyəyə daxil edildi.
1919-cu il dekabrın ortalarında Nəsib bəy Yusifbəylinin kabinəsi istefaya çıxdığı üçün Əliağa Həsənov tutduğu vəzifəni tərk etmişdir.Ə.Həsənov sonra Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində (həm milli hökumət,həm də sovet dövründə) çalışmışdır.
6.Rəşid xan Qaplanov (24.12.1919-01.04.1920). Əhrar.Beşinci Hökumət Kabinəsi. Kumık Türkü olan Rəşid xan Zavid oğlu Qaplanov Azərbaycan Xalq Cümhuriyyətinin VI maliyyə naziri idi.Rəşid Qaplanov Dağlılar Respublikasının 2-ci Daxili işlər naziri (15 dekabr 1918- mart 1919) olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinə mühacirət etdikdən sonra Azərbaycanın Maarif və Dini Etiqad naziri (14 mart 1919-22 dekabr 1919) olmuşdu.24.12.1919-cu ildən 5-ci hökumət kabinəsində Azərbaycanın maliyyə naziri kimi fəaliyyət göstərmişdir.Dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün böyük səy göstərmişdi.1920-ci il fevralın əvvəlində Bakı bonlarının Zaqafqaziya pulları ilə dəyişdirilməsini dayandırmışdı.Rəşid xan Qaplanovun əmrinə əsasən “500 manat”dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılmışdı. Pulun üzərində baş nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid xan Qaplanovun imzaları vardı.
Aprel işğalından (1920) bir həftə əvvəl Rəşid xan Qaplanov Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam vermişdi.Aprel işğalından sonra,1920-ci ilin iyununda Qaplanov Bakıda həbs olunaraq,əvvəlcə Vladiqafqaza,sonra isə Moskvaya göndərilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti Maliyyə Nazirliyi yaradıldığı ilk günlərdən öz fəaliyyətini dövlətin pul vəsaiti fondlarının yaradılması, gəlirlərinin artırılması,xərclərə mümkün qədər qənaət edilməsi,dağıdılmış maliyyə işinin qaydaya salınması, müxtəlif sahələr üzrə pul və kredit sisteminin tənzimlənməsi, dövlətin maliyyə strukturunun yaradılması və onun işinin düzgün qurulması istiqamətlərinə yönəltmişdi.Pul tədavülü və inflyasiya məsələsi o illərdə təkcə müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti üçün deyil, eləcə də Birinci Dünya müharibəsinin (1914-1918) təsiri ilə bütün dünya dövlətləri qarşısında duran başlıca məsələ idi.İnflyasiya nəticəsində qiymətdən düşməkdə olan manatın məzənnəsini tənzimləmək mümkün olmasa da, nazirlik ölkədə normal pul tədavülü dövriyyəsini qoruyub saxlamaq üçün ciddi addımlar atmışdı.Bütün dövlət atributları kimi Maliyyə nazirliyi sıfırdan yaradılmışdı.Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün milli bankını yaratmağı qərar vermiş, 1919-cu il martın 7-də Azərbaycanın Dövlət Bankının təşkili barədə qanun layihəsini bəyənmişdi və bankın nizamnaməsini hazırlamağı maliyyə nazirinə tapşırmışdı.Bankın nizamnaməsi Avropada fəaliyyət göstərən bankların və qismən Rusiya Dövlət Bankının nizamnaməsi əsas götürülərək yeni əlavələrlə hazırlanmışdı.1919-cu il mayın 20-də Azərbaycan Dövlət Bankının nizamnaməsi Nazirlər Şurasına təqdim olundu.1919-cu il sentyabrın 18-də Dövlət Bankının nizamnaməsi təsdiqləndi,sentyabrın 30-da onun təntənəli açılışı oldu.1919-cu il sentyabrın 1-dən fəaliyyət göstərən Gəncə bankı isə oktyabrın 25-də qəbul olunmuş qanunla Dövlət bankının şöbəsi statusunu aldı. Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri olmuş Əliağa Həsənov 1919-cu ilin dekabrından (Sovet dövrü də daxil olmaqla) Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır.Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə siyasətinin həyata keçirilməsini təmin edən mühüm dövlət qurumu idi.İlk vaxtlar bankın əsas kapitalı 500 milyon ehtiyat kapitalı isə 20 milyon manata bərabər idi.Əsas kapitalı yaratmaq üçün Hökumət Azərbaycan Dövlət Bankına əlavə olaraq 50 milyon Azərbaycan və Zaqafqaziya əskinası verdi. Beləliklə, bank kağız pul kəsmək üçün müstəsna hüquqa malik oldu. ADB-na bankirlər şurası rəhbərlik edirdi.Azərbaycan Xalq Cümhuriyyəti özünün milli pul vahidini yaratmaqla dövlət quruculuğu üçün lazım olan digər atributlarla birlikdə dövlət quruculuğunu qısa müddətdə başa çatdırdı. 1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan Türkcəsində manatla,rus dilində isə rubl ilə verilmişdir.Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi.Eyni zamanda Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta-manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olmuşdur.Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək(qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq),Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25,50,100 və 250 manatlıq əskinaslarla başlayır.Sonra 500 manatlıq əskinaslar da tədavülə buraxılır. Azərbaycan Xalq Cümhuriyyəti milli pul vahidini manat adlandırmışdı.Bu gün Azərbaycan Respublikasında da pul vahidi manat adlanır. Bütün bunlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin bu gün varisi, davamı Azərbaycan Respublikasıdır. Maliyyə nazirliyi qısa vaxtda ölkədə maliyyə aparatının yaradılması sahəsində də çox işlər görə bilmişdi.Ölkədə maliyyə strukturunun bütün sahələrində,həm mərkəzi,həm də yerli maliyyə idarələrinin mükəmməl və planlı sistemi yaradılmışdı. Maliyyə Nazirliyi ölkədə pul-kredit əməliyyatlarının həyata keçirilməsi üzərində tam nəzarəti təmin etməklə öz işlərini getdikcə daha da təkmilləşdirdi.Aprel işğalı (1920) nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin başqa nazirlikləri kimi,maliyyə nazirliyinin də fəaliyyətinə son qoyuldu.27 aprel 1920-ci il işğalından əvvəl rus ordusunun sürətlə Azərbaycan ərazisinə daxil olaraq irəliləməsinə görə Azərbaycan hökuməti son olaraq belə qərar verir ki, Hökumət Bakıdan Gəncəyə çəkiləcək. Rus ordusu ilə müharibəyə Gəncədə başlayacaqdılar. Hökumətin Gəncəyə köçürülməsi, milli müqavimətin təşkili üçün maliyyəyə ehtiyac vardı.Azərbaycan Dövlət Bankının (Mərkəzi Bank) müdiri Əliağa Həsənov bankın Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmrini verir.Pul yüklənmiş qatar və hökumət üzvləri qatar ilə hərəkət edən zaman Azərbaycan Parlamentinin mühafizə alayı komandirləri Xalid bəy ilə vağzala gələrək qatarın hərəkətini dayandırır.Xalid bəy Osmanlı İmperatorluq ordusunun zabiti idi.Xəlil Paşanın təlimatları ilə hərəkət edirdi.Digər Xəlilçi Baha Səid (partizan müharibəsi üçün yaradılmış könüllü ordu komandanı) Bakını müqavimətsiz ruslara təslim edir.
Bu bir həqiqətdir ki, 23 aylıq müstəqillik dövründə
Maliyyə nazirliyi uğurla
fəaliyyət göstərmişdir. Ölkədə maliyyə
sabitliyi yaratmışdır.Azərbaycan
tarixində öz izini
qoymuşdur.Bütün önəmli sahələrdə
öz dəst-xəttini qoyan
Cümhuriyyətimizin
qurucuları heç zaman unudulmayacaq.
Elşən Mirişli
tarixçi
Türküstan.- 2018.- 8-13 avqust.-
S.7.