Dağlar
amanatı, yurd amanatı!
İlham
Qurbanoğluya
Bu yaxınlarda Azərbaycana gəlmişdim,
bir təhər vaxt eləyib dostum şair İlham
Qurbanoğluyla görüşdük. Yenə də
sözümüz poeziyadan, şeirdən, sözdən, sənətdən
düşdü. Mənə yeni şeirlərini
təqdim etdi. Fikirləşdim ki,
ona nə hədiyyə edim?! Bir qədər
düşündükdən sonra qərara gəldim ki, söz
adamına elə “söz”dən qiymətli hədiyyə tapa
bilməyəcəm. Elə dostumun bu yazımla təbrik
etmək qənaətinə gəldim.
Moskvaya qayıdanda kitabxanama
boylandım və İlhamın 2016-ci ildə çapdan çıxmış
“İlahi kəlamlar və nəsihətlər” kitabını da nəzərdən
keçirdim, mənə verdiyi yeni şeirlərini oxudum. Və mən kitabdakı şeirlərin bir
çoxunu oxumağıma baxmayaraq, ona yenidən diqqət
yetirməyə başladım.
Şairin capa hazırladığı bu
kitabındakı şeirləri məni sevindirdi, xəyalən
məni dağdan – arana, arandan – dağa apardı.Sanki əllərimdən
tutub həsrət qaldığımız
dağlarımızı, allı-güllü
yaylaqlarımızı, yurd yerlərimizi,
haylı-küylü elat yollarımızı gəzdirdi.
Mən kitabdakı şeirlərin
hamısını oxudum və səmimi olaraq bildirirəm ki,
şeirlərin əksəriyyəti oxucunun ürəyinə
yol tapan şeirlərdir və həmin şeirləri duymaq
üçün onları oxumaq lazımdır.
Mən 525-ci qəzetdə
onun başqa kitabları haqqında öz rəyimi də
bildirmişəm. İlham Qurban oğlunun şeirləri
müxtəlif illərdə müxtəlif qəzetlərdə
çap olunub. Onu neçə illərdir
ki, tanıyıram. Öz
dürüstlüyü, saflığı, təmizliyiylə
dost-tanışlarımız arasında hörmət, rəğbət
qazanıb.Vətənimizin sayılıb seçilən dəyərli
insanlarındandır. Bu şeirlərdə şairin
sevgi, ana, doğma yurd, Qarabağ nisgili, yurd həsrəti,müqəddəs dağlarımıza əsl
oğul məhəbbəti və digər mövzular yer
alıb. Bu şeirlərin əksəriyyətində
yaşadığımız dünyanın mənzərəsi,
Vətən həsrəti, yalana, xəyanətə nifrət,
xalğımızım əsrlər boyu qoruyub
saxladığı milli dəyərlərə məhəbbət,
hörmət, sevgi hissləri öz ifadəsini tapıb.
Torpaq, yurd, Vətən sevgisi şairin qəlbini alovlandırır, oxucu da
kövrək nastolji hisslər yaradır. Müəllif vətənlə,
yurdla bağlı yazdıqları arasında doğma kəndlərinə
həsr etdiyi şeir diqqəti çəkir:
Bu kənd yolu bir sevinə, gülə
bir,
El yığışa bu yol ilə gələ
bir,
Köhnə hasar gileylənir elə
bil
Divarına əl dəyməyib
zamandı,
Kəndimizi unutmayın, amandı!
Bir cığırda, bir döngədə
fağır mən,
Dərd ələyir, qəm ələyir
bu aləm,
Köhnə məktəb pəncərəndən
yağır qəm,
Həsrət seli gözlərimdən
damandı,
Kəndimizi unutmayın, amandı!
Şair bizi boya-başa
catıran, hardasa öz saf mühitində bizi tərbiyə edən,
əzizləyən, ilk məhəbbətinin şahidi olan bu kəndi
unutmamağa çağırır.Təmiz hissləri,
ülvi duyğular doğma kəndə məhəbbət qəlbindən
qələminə süzülür. Bu
poetik nümunələr oxucuya mənəvi qida verməklə
yanaşı onu uzaqlara aparır.Saf hisslər bu şeirlərin
əsas leymotivni təşkil edir:
Arxlar quru, suyu aşa sellənə,
Sevincindən bu el-oba şənlənə,
Məzarların dili yoxdu dillənə,
Ruh tutarsa hamımızı
amandı,
Kəndimizi unutmayın, amandı!
Unutmayın gül-çiçəyin
ətrini,
Nəğməsini, misrasını,
sətrini,
Unutmayın kəndin
lavaş-fətrini.
Çörək ətri ruhumuza
damandı,
Kəndimizi unutmayın, amandı!
İlham Qurbanoğlunun
şeirləri yaratdığı poetik obrazlar çox
ümid verir.Bu da əsas poeziyanın mahiyyətidir. Onun icnimai
xaraknerli şeirlərində də fikir dərinliyi, təmiz
aydın düşüncələr, yurda məhəbbət
notları qəlb açandır. Müqəddəs
mövzulardan olan dağlara həsr etdiyi “Dağlar amanatı,
yurd amanatı!” adlı şeirində bunu aşıq-aydın
görürük:
Dağlar xəstəsiyəm, dağ
əlacı var,
Dağlarsız qəlbimdə min bir
acı var,
Könlümün dağlara
ehtiyacı var,
Dağlar amanatı,yurd
amanatı!
İndi bu yurdların öz sahibi yox,
Sözü yadlar deyir söz
sahibi yox.
Kül altında qalan köz sahibi
yox,
Dağlar amanatı, yurd amanatı!
Keçən gün əfsanə,
nağıldı getdi,
Hayımız göylərə
yayıldı getdi,
Amanat yuvaydı, dağıldı
getdi,
Dağlar amanatı,yurd
amanatı!
İlham Qurbanoğlu hiss etdiklərini,
düşündüklərini, duyğularını poetik dillə
qafiyəli şəkildə özünəməxsus şəkildə
ifadə edə bilir. Bu mənada mən
İlhamı həm də özünün ruh halını,
poetik hisslərinin sahibi kimi, onları sözə çevirən
bir söz adamı kimi görürəm.
Çağdaş Azərbaycan poeziyasında çox
böyük, cox nəhəng şeir-sənət
dünyasında sayılan, seşilən imzalar var. Onların
hamısının qarşısında baş əyməklə
qeyd etmək istəyirəm ki, İlhamın şeirləridə sadə və səmimidir.Nə yazıbsa
hımısında özü olmağa
çalışıb.Bu isə olduqca vacib şərtdir.
Düşünürəm ki, İlhamın şeirlərini oxucularına sevdirən
iki cəhət varsa onlardan biri şeirdəki səmimiyyət,
ikinci isə həmin şerilərin hər birində sezilən
sadəlik, qəlbəyatımlıqdır. Bir
də İlhamın özünəməxsus ifadə tərzidir.
Mən şair dostumun şeirlərindəki sadəliyi və səmimiliyi
alğışlayıram. Mənə elə gəlir ki,
İlhamın şeirləri
sanki ilmələrini maralçiçəyndən,
dağlarmızın ətirli nərgiz-bənövşəsindən
tutan yaylaqlarımızın çəmən-
xalçasıdır.
Qurbanoğlunun sevgi şeirləri
də poetik səviyəsi ilə seçilir. « Mənim səndən
başqa kimim var axı!», « Səni unuda bilmirəm» « Nə
çəkirəm onu hardan biləsən.», “Özgəsini
neylərəm!” , “Mənim sevgi dünyamda”,” Məni
bağışla” kimi şeirlər şairin poetik təxəyyülünün
səviyyəsinin ölçüsüdür:
Heç mənə demədən
çıxıb getmisən,
Nəğməli könlümü
yıxıb getmisən,
Özgə tərəflərə
baxıb getmisən,
Mən səni unuda bilmirəm
axı!
Sənsiz gedəsiyəm bu yolu sənsiz,
Qaldım qərib kimi tənha, kimsəsiz,
Sənə məhəbbətim bir
ümman,dəniz,
Mən səni unuda bilmirəm
axı!
İlham Qurbanoğlunun təvazökarlıq
da əlavə olunmaqla yüksək, saf mənəvi hisslər,
duyğular, və fikirlər onun poeziyasına başqa bir rəng,
əsl milli ruh və ahəng verir. Məhəbbət mövzusunda yazdığı “Mənim
səndən başqa kimim var axı!” adlı
şeirinə nəzər salaq:
Səndən başqa kimsəm yoxdu, bilirsən.
Baxasan yenə də ruhum isinə.
Səndən ayrı qalmaq elə
çətindi,
Elə öyrəşmişəm
sənin səsinə.
Bu səsi dəyişik sala bilmərəm
Ruhuma, canıma hopubdu bu səs
Köksümün altında əbədi
məskən,
Əbədi bir yuva
tapıbdı bu səs.
Yaxud:
Yuxuma qaçırsan, gəlirsən
hərdən,
Xəyalın ağlımı
aparır sərdən,
Asılıb qalıram xatirələrdən,
Mən səni unuda bilmirəm
axı!
Yaxud:
Sənsiz sınıb mənim qolum,
qanadım,
Bu taleyi, bu qisməti sınadım,
Əriyibdi bir döngədə
inadım,
Nə çəkirəm onu
hardan biləsən.
Yollarında dayanmağa dözüm
yox,
Nəğməm küsüb deyiləsi
sözüm yox,
Bu sevdanın qarşısında
üzüm yox,
Nə çəkirəm onu
hardan biləsən.
Unuduldum kimsə yada salmadı,
Məhəbbətim köksüm
altda solmadı,
Nələr çəkdim heç xəbərin
olmadı,
Nə çəkirəm onu
hardan biləsən.
İlham Qurbanoğlunun « Kəndimizi
unutmayın, amandı!», « Bu vətən
unutmaz şəhid oğlunu!», « Tükənib səbri
dağların”, “Oxu,
bülbülüm oxu!”, “Getdi” kimi şeirləri Vətən
sevgisindən qaynaqlanır, Vətən sevgisinin müqəddəslik
andı kimi səslənərək oxucularını
duyğulandırır.
Şair İlham
Qurbanoğlunu oxumaq lazımdır. Onun
şeirlərtini oxuyandan sonra daha yaxından tanıyacaqsan,
onun sevinc və iztirablarını,sairin vətənə
yurda məhəbbətini
duyacaqsan, dərk edəcəksən. “Bu vətən unutmaz
şəhid oğlunu!” şeirinə diqqət yetirək:
Əzəldən sevdiyin torpağa gəldin,
Səcdə elədiyin
çırağa gəldin,
Sarılıb üçrəngli
bayrağa gəldin,
Bu vətən unutmaz şəhid
oğlunu!
Sevgilin heykəldi məzarın üstə,
Ruhuna ruh qatar, təki sən istə.
Səni yola sallıq muğamat
üstə,
Bu vətən unutmaz şəhid
oğlunu!
Şairlərin görünən və
görünməyən tərəfləri var.Həttta
onları aysberqlərə də bənzədirlər.
Onların yaradıcılığı ilə tanış
olduqca onları kəşf edirsən,kim
olduğunu, necə yazdığını bilirsən:
Təhləli obası
düşür yadıma,
Dağların havası
düşür yadıma,
Anamın laylası düşür
yadıma,
Ruhumu oxşayır dinəndə
kaman.
Nə vaxtdan sevinci yazını
görməz,
Elat qızlarının nazını
görməz,
Dədə Qorqudların
sazını görməz,
Tələs, tükənibdi
səbri dağların.
İnciyibdi bizdən,
küsübdü bizdən,
İllərdir haray yox
heç birimizdən.
Axı niyə
çıxdıq yurd yerimizdən?
Tələs, tükənibdi
səbri dağların.
İlham Qurbanoğlunun çoxlu
qoşmaları var.Amma mənim ən qəlbimə yatanə
“Qalmışam” adlı qoşmasıdır:
Hüsnünə baxmaqdan doymaz
gözlərim,
Uzaqlardan baxa-baxa
qalmışam.
Vallah qara buludlardan betərəm
Gözlərimi sıxa-sıxa
qalmışam!
Dərd içində səndən
yazır qələmim,
Bir gün görməz şair
dünyam, aləmim,
O dağlarsız nəyim olar de mənim,
Qəm selində axa-axa
qalmışam!
Kaş yenə də el karvanı
düzülə,
Küsən bulaq sinəm üstə
süzülə,
Allah qıyma, ümidlərim
üzülə,
Dillənmirəm, qorxa-qorxa
qalmışam!
Şübhəsiz hər bir
qələm sahibi, hər bir insan öz taleyini qələmə
alır. Mən İlham
Qurbanoğlunun şeirlərinə,
yaradıcılığına inanıram, poeziyanın bu
enişli-yoxuşlu yollarında uğurlar diləyirəm.
Nəsib Nəbioğlu
Azərbaycan
Yazıçılar Birliyinin (AYB)
Moskva bölməsinin
katibi, R.Rza və
Y.Dolqoruki adına beynəlxalq mükafatlar laureatı
Türküstan.-
2018.- 13-19 fevral.- S.16.