Azərbaycanda detektiv əsərlərin banisi
Cəmşid Əmirov -100
Yer üzünə milyardla
insan gəlib-gedib və dünyanın bu insan karvanı yenə
öz gedişindədir. Hərəyə bir ömür bəxş
edilib. Uzun, qısa və s. fərq həmin ömrü
necə başa vurmaqdır. Ömür var ki,
günü əsrə bərabər. Belə
ömür cild-cild kitaba sığmaz. Mənalı
ömür sürən insanlardan biri də istedadlı qələm
sahibi Cəmşid Əmirovdur. O özünün dəst-xətti,
yaradıcılıq üslubu, elmi istiqaməti, şəxsi
mövqeyi, nüfuzu ilə seçilən alimdir. O,
bütöv bir şəxsiyyətdir. Onun cildlərə
sığmayan ömür kitabının hər səhifəsi
ləyaqətlə, şərəflə yazılıb.
Cəmşid Əmirov bütün əsrlərdə
fəxr ediləsi, qədim və şərəfli tarixi olan
Azərbaycan xalqının ləyaqətli və qeyrətli
oğullarındandır. Qeyrətli və əvəzsiz
Azərbaycan müdriki həmişə
qürur duyduğumuz, iftixarımız, xalqımızın
görkəmli yazıçı, jurnalist Cəmşid
Əmirovun ədəbiyyatımızda öz yeri, öz dəsti-xətti
var. Həyatın mənası yaşanan illərin sayında
deyil, onun necə yaşanmasındadır. Gözəl, mənalı
olduğu qədər dolu-dolu yaradıcılıq uğurları
ilə zəngin həyat sürən görkəmli
yazıçı Cəmşid Əmirovun bu il
100 illik yubileyi qeyd olunur.
Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın
Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib Əzizbəyovadına Azərbaycan
Sənaye İnstitutuna daxil olmuş (1934), eyni zamanda respublika qəzetləri
ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk etdiyinə görə öz
ixtisası üzrə (mühəndis-geoloq) işləməyə
həvəs göstərməmişdir. “Azərbaycan gəncləri”
qəzetində məsul katib (1937-1940), “Gənc işçi”
qəzetində şöbə müdiri (1940-1941),
“Bolşevik” qəzetində məsul katib (1941), “Əzizbəyovneft”
şirkətində mühəndis-geoloq (1941-ci ilin mayından
dekabrınadək) işləmişdir. İkinci
Dünya müharibəsi zamanı ön cəbhədə
Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa,
Çexoslovakiya, Avstriya və Çində olmuşdur.
Ordudan tərxis ediləndən
sonra “Amustral” ın tikintisində fəal iştirak
etmişdir. Sonra “Azərbaycan gəncləri” qəzetində
şöbə müdiri, “Sovet ticarəti” (Moskva) qəzetində
xüsusi müxbir, Neftnəşrdə baş redaktor, “Azərbaycan
neft təsərrüfatı” jurnalında redaktor müavini,
“Bakı” qəzetində şöbə müdiri işləmişdir.
Bir müddət Bakı Maliyyə-kredit
texnikumunda direktor (1969-1972) olmuşdur. Sonra
fərdi təqaüdə çıxmışdır.
“Vətən müharibəsı” (I dərəcəli),
“Qırmızı ulduz” ordenləri, “Döyüşdə fərqlənməyə
görə”, “Köniqsberqin alınmasına görə”,
“Berlinin alınmasına görə”, “Almaniya üzərində
qələbəyə görə”, “Yaponiya üzərində
qələbəyə görə” medallarına layiq
görülmüşdür. Ədəbi
yaradıcılığa 1940-cı illərdən oçerk,
felyeton və hekayələrlə başlamışdır.
Onun ilk mətbu oçerki “Dəqiqələr, saniyələr…”
“Azərbaycan gəncləri” qəzetinin 28 avqust 1946-cı il tarixli sayında dərc edilmişdir.
Azərbaycan ədəbiyyatı
tarixində ilk dəfə macəra janrınmüraciət edən
yazıçı məhz görkəmli şəxsiyyət Cəmşid
Əmirovdur.
Altmışıncı illərin Azərbaycan mətbuatından
bu ad hər
kəsə yaxşı
tanışdır. O, istedadlı, macəraçı-yazıçı,
mübariz jurnalist, kinossenari müəllifi kimi imzasına
keçmiş ittifaq respublikalarının da mətbuatında
tez-tez rast gəldiyimiz və bu günlər 100 illiyi tamam
olmuş Cəmşid Cabbar oğlu Əmirovdur.
Onun bir çox əsərləri
kimi “Brilyant məsələsi” kitabı oxucunun
yaddaşında silinməz izlər qoydu. “Brilyant məsələsi”
kitabına maraq o qədər güclü idi ki, artıq əl-əl
gəzən bu əsər öz məcrasından çıxmışdı.
Artıq həmin dövrdə bu kitabı əldə
etmək bir müşkülə düşmüşdü.
Əsər sözün əsl mənasında o
dövrdə bir hadisəyə çevrilmişdi. Əsərin sevilməsinin səbəblərindən
biri də Azərbaycan ədəbiyyatında detektiv janrına
ilk dəfə müraciət olunması, həm əsərin
yazıçı tərəfindən yüksək
professionallıqla yazılmasıdır.
Qeyd etmək lazımdır ki,
C.Əmirov “Brilyant məsələsi” ndən öncə
artıq oxucuların qəlbinə yol tapan, Azərbaycan çekistlərinin həyatından,
onların ağır, çətin işindən bəhs edən
“Sahil əməliyyatı” povesti ilə nəinki respublikamızda, hətta ondan
çox-çox uzaqlarda tanınmağa başlamış və
əsər bir neçə dilə tərcümə
olunmuşdur. Təsadüfi deyil ki, respublikadan kənarda
da oxucu marağına səbəb olan bu əsər
kinematoqrafçıların diqqətini cəlb etməyə
bilməzdi. Məhz buna görə də əsərin
ssenarisinin yazılması üçün yazıya müraciət
olunur və nəticədə həmin povest əsasında
“İstintaq davam edir” filmi çəkilib.
C.Əmirov böyük
ürək sahibi olan yazıçılardan idi. Təsadüfi
deyil ki, əsərlərinin qəhrəmanı olan kapitan
Əli Rüstəmov da onun qayğıkeşliyi nəticəsində
hüquq mühafizə orqanlarına yenidən
qaytarılmışdır. Onun əsl
adı Səfərli Rüstəm oğlu Rüstəmovdur.
O, vaxtı ilə erməni böhtanının qurbanı
olaraq polis sıralarından kənarlaşdırılarkən
C.Əmirov ona dayaq durmuş, haqqın zəfər
çalmasına nail olmuşdur. Sonra isə əsərlərində
onu bacarıqlı, qayğıkeş, işinin öhdəsindən
gələn, cinayətkarlarla mübarizə aparan bir zabit kimi
ğöstərmişdir.
Onu da qeyd etmək istərdim
ki, povest o vaxt Azərbaycan Yazıçılar
İttifaqının və Respublika İçtimai Asayişi
Mühafizə Nazirliyinin mükafatına layiq
görülmüşdür.
Qədim Naxçıvan
diyarında Əcəmi Naxçıvanidən tutmuş
Hüseyn Cavidə qədər sayı məlum olmayan neçə-neçə
dühalar bu torpaqda doğulmuşdur. Bu dühalardan biri olan
Naxçıvan şəhərin “Sarvanlar məhəlləsi” nin aşağı hissəsində,
“Böyük bağ” deyilən səfalı yerdə, “Kərbəla
Musa” çeşməsinin yaxınlığında Azərbaycan ədəbiyyatı tarixində ilk
dəfə olaraq detektiv janrının banisi olan Cəmşid
Əmirov dünyaya göz açıb. 1918-ci
ildə Azərbaycan Demokratik Cumhuriyyətinin “azadlıq
günəşi yaydığı” günlərdə Cabbar
kişinin ailəsində bir sevinc var idi. Dünyaya
yenicə göz açan körpəyə həyat bəxş
edən gənc ana və yaxınlalar bilmirdi ki, bu uşaq
Əmirovlar ailəsini, hətta Azərbaycanı istedadı ilə
neçə-neçə ölkələrdə
tanıtdıracaq. Cəmşid Əmirov
dövrünün yeganə yazıçısı idi ki, onun
kitabları oxucuların davamlı təkidi ilə nəşr
edilirdi. Onu qeyd etmək lazımdır ki, Cəmşid
Əmirovun yalnız “Qara Volqa” sı qısa müddət ərzində
iki dəfə və hər dəfə də 50 min tirajla
çap olunurdu. Maraqlıdır ki, C.Əmirovun nəşriyyatlara
verdiyi gəlirləri o zaman heç bir qələm sahibi verə
bilməmişdi. Yazıçının əsərləri
dəfələrlə çap olunsa da lakin hər dəfə
bu əsərləri tapmaq müşkilə çevrilirdi.
Oxucular yazıçıya hədsiz sevgisi
olduqca çox idi. Cəmşid Əmirovun
bir yazıçı kimi səciyyələndirən, ona
şöhrət gətirən ən başlıca məziyyət
əsərlərinin əsas etibarı ilə vahid bir
mövzuya bağlı olmasıdır. Bu
mövzu ilk növbədə onun tərəfindən
içtimai asayiş sahəsində çalışan
adamların çətin və ağır həyatını
təsvir etməkdir. Müəllif məhz
bu mövzu vasitəsilə insanda məğrurluğu, təmizliyi,
paklığı, düzlüyü, əxlaqi, mənəvi
saflığı göstərmək istəyi idi. “Sahil əməliyyatı”,
“Brilyant məsələsi”, “Qara Volqa” və başqa əsərləri
bu baxımdan yazıçının bədii uğuru sayıla
bilər. Asayişimizin keşiyində duranların
gündəlik həyatından bəhs edən bu əsərlərdə
polis işçilərinin qatı cinayətkarlarla
ölüm-dirim mübarizəsindən və canilərin
havadarlarının açıqlığı ilə əsərdə
öz əksini tapması bəzi yuxarı dairələrin
məmurlarına xoş gəlmirdi.
Bu il görkəmli
yazıçı, tanınmış nasir Cəmşid
Əmirovun anadan olmasından 100 il ötür. Bilindiyi
kimi yazıçı Cəmşid Əmirov ədəbiyyatımıza
gətirdiyi yeniliklə Azərbaycan detektiv ədəbiyyatının
banisi kimi tanınmışdır. Sağlığında
yazıçının dörd kitabı çap olunub və
bu əsərləri ilə, o, milli ədəbiyyatımızda
detektiv üslubun yaradıcısı haqqını qazanıb
və kitabları kütləvi şəkildə oxucuların
ixtiyarına verilib. Yazıçı
1966-cı ildə “Azərbaycanfilm” də çəkilmiş
“İstintaq davam edir” (rejissor Əlisəttar Atakişiyev) adlı
bədii filmin ssenarisini də yazıb. 1994-cü
ildə onun əsəri əsasında “Qara Volqa” da
ekranlaşdırılıb. Elşən Məmmədovun
ərsəyə gətirdiyi bu ekran əsərinin ssenarisini Nəriman
Əbdülrəhmanlı yazıb. Filmin məsləhətçisi
Cəmşid Əmirovun oğlu Çingiz Əmirov olub.
Hələ gənc yaşlarından ədəbi bədii
yaradıcılığa xüsusi həvəs göstərən
Cəmşid cəbhə illərində bir sıra mətbuat
orqanlarında məqalə və xəbərlərlə
çıxış etmiş, jurnalistlik peşəsinə
meyli artmışdı. Görünür,
cəbhədən qayıdanda özünü jurnalistliyə
həsr etməsi də bu meyldən irəli gəlib. Sonralar Cəmşid Əmirov ciddi felyotonlar, tənqidi
yazılarla peşəkar jurnalist kimi çıxış
edir. 1950-ci illər Cəmşid
Əmirovun bir yazıçı kimi yetişdiyi illər
olmuşdur. 1955-1957-ci illərdə o, ilk
böyük macəra əsərini-“Sahil əməliyyatı”
povestini yazmışdır. Bu əsər
təkcə respublikamızda deyil, bir sıra başqa
xalqların dövri mətbuatında da dərc olunmuşdur.
Təkcə bunu demək kifayətdir ki, “Sahil əməliyyatı”
povesti bütünlüklə “Molodyoj Estonii” qəzetində
oxuculara çatdırılmışdır. Povest Azərbaycan Yazıçılar
İttifaqı və Respublika İçtimai Asayişi
Mühafizə Nazirliyinin təşkil etdiyi müsabiqədə
mükafata layiq görülmüşdü. Əsər həm də
ekranlaşdırılmışdır və onu da qeyd edək
ki, əsər bu gün də ekranlardan düşmür və
maraqla izlənilir.
Bundan sonra Cəmşid
Əmirov bir-birinin dalınca neçə-neçə povest və
roman yazmışdır. Ömrünün son çağlarında “Çətin
iş” romanı”, “İki mənalı teleqram” hekayəsi
üzərində işləmişdir. Təəssüf
ki, amansız ölüm istedadlı yazıçı və
jurnalisti, zəhmətkeş, qayğıkeş və mərdxasiyyət,
fədakar şəxsiyyəti vaxtından tez
dünyasını dəyişdirməyə vadar etmiş,
onun bir sıra yaradıcılıq planlarını yerinə
yetirməyə aman verməmişdir. Yazıçı
1982-ci il dekabrın 29-da vəfat
etmişdir. Onun hələ işıq
üzü görməmiş ədəbi irsinin də oxuculara
çatdırılması qayğısına qalmaq
lazımdır. Azərbaycan xalqının
yetirdiyi böyük yazıçı, söz, fikir və əməl
adamı, tanınmış ədib idi. Onun
haqq dünyasına qovuşmağından uzun illər
keçsə də o, əsərlərində, əməllərində
və parlaq ideyalarında bu gün də yaşayır. Necə ki, Azərbaycanın zəngin ədəbi məktəb
və ədəbiyyatı var, deməli, Azərbaycanda detektiv əsərlərin
banisi-Cəmşid Əmirovun adı və əsərləri
hər zaman yaşayacaqdır. Ruhun şad,
yerin uçmaq olsun, böyük insan.
Aynurə
Əliyeva
F.Köçərli
adına Respublika Uşaq
Kitabxanasının metodisti
Türküstan.-
2018.- 13-19 fevral.- S.14.