Nəsib bəy Yusifbəyli və Kırımda Teatro

 

Kırım keçmiş Rusiya müsəlmanları arasında milli özünüdərkin, milli mətbuatın, milli teatrın, bir sıra milli yeniliklərin ilk dəfə özünə yer etdiyi türk yurdlarından biridir. Keçmiş Rusiya müsəlmanları arasında Azərbaycan Kırım türkləri sıx bağlılığı olmuşdu. Bu bağlılıq tellərinin yaradılmasında İsmayıl bəy Qaspıralı, Əlimərdan bəy Topçubaşi, Şəfiqə xanım Qaspıralı, Həsən Səbri Ayvazov Nəsib bəy Yusifbəyli kimi şəxsiyyətlərin böyük rolu olmuşdu. Bu insanlardan Nəsib bəy Yusifbəylinin Kırımdakı dəyərli bir fəaliyyəti haqqında danışmaq istəyirəm. Nəsib bəy Yusifbəyli ümumtürk tarixində böyük dövlət xadimi, mühərrir, fikir adamı, müəllim kimi  iz qoysada, onun mədəniyyət sahəsində böyük bacarığı varmış. Çox istedadlı unikal bir şəxsiyyət olan Nəsib bəy YusifbəyliTərcümanqəzetində Azərbaycan bağlı yazılan məqalələrin, məlumatların, xəbərlərin əsas müəllifi idi. İsmayıl bəy Qaspıralının yaxın çevrəsində bulunan Nəsib bəy kırımlı qardaşlarımızla birlikdə öz gücünü səfərbər edərək oranın yeniləşməsinə, inkişafına sərf edirdi. Onun bu xidmətlərindən biri Kırımda teatrla bağlıdır. Tərcüman qəzetinin 1907-ci il 17 yanvar tarixli sayında Kırımda milli teatrın canlanması ilə bağlı Osman Nuri AkçokraklınınTərcumanqəzetindəKəşvi Çələbitəxəllüsü altındaMilli teatroadlı dəyərli bir yazısı gedib. Həmin yazıda Nəsib bəy Yusifbəylinin Kırımda milli teatrla bağlı fəaliyyəti ilə tanış olmaq olar. Osman Nuri yazır:

Bir neçə il əvvəl şəhərimizin gənclərindən təşkil olunan teatr dəstəsi milli dilimizdə (Kırım türkcəsində,C.N) bir-iki oyun icra etmişdilər. Sonra çarəsizliklərdən dolayı məzkur dəstə ərkanı dağıldı ondan sonra şəhər teatrında milli dildə oyun tamaşaya qoyulmamışdı. Bu dəfə yenidən tərtib olunmuş dəstə yanvarın 13-cü axşamı (1907-ci il, C.N) birinci dəfə olaraqDağılan tifaq”(yıxılmış ailə) oyununu göstərdilər. Dağılan tifaqqafqazlı gənc ədiblərimizdən Əbdürrəhim bəy Haqverdiyev cənablarının əsəri-qələmiyyəsi olub, Qafqaz müsəlmanlarının halını təsvir edən ibrətli bir faciədir. Bu faciə Qafqazın çox şəhərlərində icra olunub, ziyadə alğışlara nail olmuşdu. Biz əsl əsərin intiqadından (tənqidindən) sərfi-nəzər edərək(imtina edərək) bir az onun icrasından asıl elədiyimiz təsirini nəql edəcəyiz.

Ümumiyyətlə oyun gözəl icra edilib, tamaşaçıların məzhər iltifatı(ayrıca diqqəti) təqdiri olmuşdu. Bağçasaray şəhər teatrının səhnəsindəki nöqsanlıqlar ilə bərabər, bütün oyun əsnası teatr müdiri Nəsib bəy Yusifbəyli cənablarının qayrəti sayəsində Qafqaz məişəti(həyatı) qiyafəti təsvir olundu. Əsl əsər mətni Azərbaycan şivəsində olduğu halda, pek cuzi tebeddül edilmiş( dəyişdirilmiş) lisani-azin( dili) qiymətinə zərər vermədi deyə bilərik. N.Yusifbəyli Nəcəf bəy rolunu kəmali-məharətlə hissiyatla icra edib, bütün oyuna şövq verdi. Axır pərdədə Nəcəf bəyi dilənçi sifətində təsvir edən Yusifbəyli cənabları pək çox qatə ürəklərdə riqqatı-ilqa ittigi( mərhəmət duyğularını fışqırtan) zahir idi. Yusifbəyli cənabları həqiqi müşahhaslıq(aktyorluq) təbiətinə malikdir.

Dağılan tifaqBağçasaraylıların rəğbətini qazanıb Qafqaz məişətindən( yaşamından) ibrət olaraq islahı-hal(öz halını yaxşılaşdırmaq) əxlaq nöqteyi-nəzərindən kırımlılar üçün müvafiq bir vasitə olmağa münasib hal idi”.

İsmayıl bəy Qaspıralının rəhbəri olduğuTərcümanqəzetində getmiş bu yazı vasitəsi ilə Nəsib bəy Yusifbəylinin Kırımda teatr sahəsində fəaliyyəti haqqında lazımlı bilgilər əldə etmək olur. Kırımda milli teatrın rəhbəri olması, Azərbaycanlı dramaturq Əbdürrəhim bəy HaqverdiyevinDağılan Tifaqfaciəsini tamaşaya qoyması, Azərbaycanın məişətini, milli geyimlərini tanıtması, onun oynadığı rollar, akytor kimi bacarıqları ilə bağlı məlumatları öyrənirik.

Həmçinin Kırımda yerli aktyorların formalaşmasında Nəsib bəy Yusifbəylinin böyük rolu olmuşdu. Osman Nuri Akçokraklı, Cəlal Meinov, Səttar Mişhorlu başqa sənət adamları Nəsib bəydən yararlanmış, məsləhətlər almışdılar. Kırımda milli teatrın qurulması fəaliyyətindən öncə Nəsib bəy Yusifbəyli Gəncədə “Dram cəmiyyətiadlı mərkəzdə böyük təcrübə toplamış Şeyxzamanlı qardaşları ilə birlikdə bu yolu keçmişdilər. Onuda qeyd etmək lazımdır ki, şərqdə ilk operanın banisi Üzeyir bəy Hacıbəyli ilə Nəsib bəy Yusifbəyli qohumluq əlaqələrinə malik idilər. Nəsib bəyin nənəsi Bəsirət xanım Üzeyir bəy Hacıbəylinin atasının bibisidir. Nəsib bəy Yusifbəylinin Kırımdakı milli teatr tamaşasından 1 il sonra Üzeyir bəy Şərqdə ilk operanın əsasını qoymuşdu.

 

Ceyhun Nəbi


Türküstan.- 2018.- 13-19 fevral.- S.7.