Türk insanının gözündə
Elçibəy
Elçibəy Türk
dünyasının qürurudur
Əminəm ki, Əbülfəz
Elçibəyin 80 illik yubileyi ilə bağlı müsabiqəyə
çoxları qoşulacaq, onun haqqında müsbət fikir
yazanlar çox olacaq. Hətta bir zamanlar Bəyə daş
atanlar, barəsində hədyan yağdıranlar belə,
olacaq onların arasında. Çünki o zaman haqqa
atdıqları daş öz başlarını yarıb deyə
indi Elçibəyin yolunun haqq yolu olduğunu dərk ediblər.
Və ya bir zamanlar əyri yolla çapdıqları
“at”larından yıxılaraq, düzdə qalıblar deyə
Elçibəyin yolunun düz olduğunu anlayıblar. Olsun,
buna bir sözüm yox, əksinə Elçibəy yolunu
anladıqları, haqqa gəldikləri üçün
şadam.
Ancaq bu gün daha çox şadam ki, mən
Elçibəyin qədrini sonradan bilənlərdən,
onun müqəddəs haqq
yolunda olduğunu
düzdə qalandan sonra
dərk edənlərdən, haqqa daş atdığını başı daşa dəyəndən sonra
anlayanlardan deyiləm. Çox
xoşbəxtəm ki, Elçibəylə eyni davanın, eyni yolun yolçusu olan, eyni dəyər uğrunda mücadilə aparan,
onunla əqidədaş, könüldaş,
yoldaş olan bir kişinin qızı olmuşam. Mutluyam ki, o kişinin
sayəsində Elçibəy davasının müqəddəs
yol olduğunu dərk
edərək böyümüşəm. Lazım gəldiyində
o yola baş
qoymağın vacib olduğunu
anlamışam. Xəmirim Elçibəy sevgisi
ilə yoğrulub, damarımda axan qan Əbülfəz
Elçibəy sevgisi ilə vəcdə
gəlib. Necə ki, Elçibəy Atatürk əsgəriydi, eləcə də mən
Elçibəy əsgəri kimi
yetişdirilmişəm.
Amma bu gün çox təəssüf içindəyəm. Elçibəy sağ ikən onun varlığının bu xalq üçün necə böyük xoşbəxtlik olduğunun fərqindəydim. Ancaq bu gün Bəyin yoxluğunun bu xalq üçün necə böyük itki olduğunun təəssüfünü yaşayıram. Çünki hələ uşaq ikən Elçibəylə bağlı formalaşmış arzularım ancaq xəyallarımda ilişib qaldı, heç biri gerçək olmadı. Bütöv Azərbaycanı, Böyük Turanı qurmağa müvəffəq olmuş Əbülfəz Elçibəylə həmsöhbət olmaq, onunla üz-üzə oturub Turan mücadiləsində yaşadıqlarını dinləməyə müvəffəq ola bilmədim. Qərara gəldim ki, müsabiqə bəhanəsi ilə həmin arzularımın təsəllisi olaraq Əbülfəz Elçibəyi Türk coğrafiyası insanlarının gözü ilə təqdim edim."Türkün tarixini qəlbində Türklük ruhu daşıyan Türk yazmalıdır" deyən Elçibəyi. Turan coğrafiyasının fəxarət ünvanını.
62 illik həyatı
ilə Türkün tarixini
həm bir siyasi-ideoloji
lider, dövlət başçısı
kimi yaradan, həm də
tarixçi, elm
adamı kimi yazan
Elçibəy Türklüyün gələcəyinin
parlaq olacağını söyləyir və
tarixin inkişaf qanununa əsaslanaraq göstərirdi ki: “Türk yenidən
gücünü toplamaqdadır. O, yeni bir kimliklə yenidən
doğulacaqdır. Yeni Türk
kimliyinin 500 il öncəki
Türk kimliyindən fərqi çox böyük
olacaqdır. Türkün sözü
olmadan dünya öz başına yaşayıb durmayacaq, dünya Türksüz davrana bilməyəcək,
Türkün sözü
ilə hesablaşacaqdır. Bax, onda yeni Turan
məfkurəsi meydana çıxacaq”.
Türkmən Elindən:
“Elçibəy Atatürkün
cümhuriyyət
ülküsündən yola çıxmışdı”
Bu
gün Türk aydınları isə Elçibəyi belə
təqdim edir:
İraq
- Türkmən Eli, Kərkük Mədəniyyət Dərnəyinin
sədri Dr. Şəmsəddin Küzeci Əbülfəz
Elçibəyi həyatını millətinin aydın
sabahına həsr etmiş Atatürkün
davamçısı kimi qiymətləndirir:
“Elçibəy Türk dünyası liderləri arasında Türklük davasına könül vermiş, Azərbaycanın inkişafı üçün mübarizə aparan bir lider idi. Quzey Kıbrısda Rauf Denktaş, Krımda Mustafa CemilKırımoğlu, Türkiyədə AlparslanTürkeş, Qərbi Frakiyada Sadiq Əhməd, Şərqi Türküstanda İsa YusufAlptekin, Kərkükdə NecetKoçaq kimi milli şüuru prinsip hesab edən Elçibəy həyatını millətinin bakasına həsr etmiş və bu mübarizə yolundan heç vaxt geri dönməmişdir. Milli Qurtuluş Mübarizəsi və Türkiyə Cümhuriyyətinin quruluş prosesini ətraflı şəkildə araşdırmış və bu, onun Atatürkə duyduğu heyranlığı daha da artırmışdır”.
Şəmsəddin Küzeci Əbülfəz Elçibəyin Azərbaycan-Türkiyə münasibətlərindəki müstəsna xidmətlərini də yada salır: “Bu gün Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin əsasını Elçibəy atmışdır. Atatürk Türkiyə Cümhuriyyətini qurduğu zaman bəziləri onun bu Cümhuriyyəti ayaqda tuta bilməyəcəyini düşündü. Amma Atatürk bütün dünyaya göstərdi ki, Türk Milləti cümhuriyyət rejimi də qura və bu rejimdə yaşaya bilər. Məhz Elçibəy bu fikirlərlə yola çıxaraq Azərbaycanın Türkiyə kimi böyük bir dövlət olmasına səy göstərmişdir. Bu gün "Bir Millət İki Dövlət" şüarı Türkiyə ilə Azərbaycan arasında Turanın gələcəyinin ilk addımlarının siqnalını verir. Bu gün iki dövlət, yeddi dövlət sabah, o biri gün 27 dövlət, əlbəttə ki, olacaqdır”.
O, Elçibəyin xatirəsinə bütün Azərbaycan xalqını, Türk dünyasını, Turan
ellərini Kərkük-Türkməneli Türkləri
adından salamlayır və fikrini belə
bitirir: “Turana doğru yolumuz
açıq olsun. Bir
olaq, İri olaq, diri olaq”.
Quzey Kıbrısdan: “Elçibəy
üfüqlərin
ötəsində bir lider olaraq qəlbimizdə
daim yaşayacaq”
Quzey
Kıbrıs Türk Cümhuriyyəti, Türk Birliyi
Dayanışma Dərnəyinin rəhbəri Güvən
Arıklıisə Elçibəyi üfüqlərinötəsində
bir Türklük simvolu kimi dəyərləndirir: “Əbülfəz
Elçibəy elə bir şəxsiyyət idi ki, həyatımızın
hər anında onu xatırlayırıq. Türk
Dünyasında bu günə qədər olan liderlərimiz
haqqında hər zaman müxtəlif fikirlər olub. Demək
olar ki, xarici imperialist dövlətlərin də təsiri ilə
biz türk insanı yaşadığımız coğrafi məkan
və zamandan asılı olaraq o liderlərimizi müxtəlif
formada analiz etmiş, müxtəlif obyektiv və subyektiv fikirlər
səsləndirmişik. Ancaq sevindirici və qürur verici bir
hadisədir ki, böyük Türk coğrafiyasının hər
yerində daim Əbülfəz Elçibəyə
qarşı qanında Türklük qanı axan hər kəsin
qəlbində böyük bir sevgisi olub. Bu, əvəzolunmaz
bir sevgi idi. Keçmişdə də yaşayırdıq, bu
gün də yaşayırıq və gələcəkdə
də əminəm ki, bizim övladlarımız da
yaşayacaqdır...”
Güvən
Arıklı daha sonra deyir: “Elçibəy elə bir şəxsiyyət
idi ki, həyatı boyunca heç kəsi incitmədi,
heç kəsi üzmədi, heç kəsi qınamadı.
Öz inandığı yoldan dönmədi... Bu gün
yaşadığımız dünyada bəlkə də lider
olmaq, önə çıxmaq o günün şərtləri
ilə daha asandır. Ancaq bir anlığa onun yaşadı
tarixə dönərsək, nə qədər böyük
bir şəxsiyyət olduğunu daha çox dərk edərik.
Elçibəy
Türk Dünyasına yenidən milliyyətçilik ruhu gətirdi.
O, qısa, amma çətin yaşayışı ilə
tariximizə öz adını qızıl hərflərlə
yazan liderlərdən olmadı. Bu missiyanı mənimsəmədi.
O, tarix yazdı. Həm də hərflərlə yox, bir
insanın necə yaşaması ilə, davranışları
və məfkurəsi ilə bizlərə yaşatdı...”
O, Əbülfəz
Elçibəyi Böyük Türk AlparslanTürkeşləeyniləşdirir:
“Bizim gəncliyimizə rast gəldi tarix. AlparslanTürkeşə
bir qardaş doğuldu sanki, onun yanında yolbəyi oldu,
çıraq oldu. Adı kimi yaşadı, bəy kimi gəldi,
qısa ömrü ilə həyatımıza və bəy
kimi də ayrıldı aramızdan. Bizim
yaşadığımız gəncliyin qəhrəmanı
oldu Elçibəy. Bizim deyə bilmədiyimizi o dedi. Qəlbinə
sığdırdı türk dünyası sevdasını,
qısa ömrünə böyük sevdanı
sığışdırdı. Amma Elçibəy sevdası
böyük Türk Dünyası coğrafiyasına
sığmadı...
Dünyaya
göz açmasının 80-ci ilini yaşarkən onun
haqqında bu fikirləri bildirəcəyimi xəyal etməzdim.
Amma Elçibəy bu gün bizim qardaş-qardaşa
duyğularımızı bölüşək deyə
boşuna mücadilə etməyib demək. Şərqi qərbə,
şimalı cənuba bağlayan bir məhəbbət simvolu
olacaqmış aramızda. Bu məhəbbətin adı
Elçibəy olacaqmış.
Təəssüf edirik ki, bu gün Elçibəy cismən aramızda yoxdur. Çox sevdiyi ölkəsinin nə qədər inkişaf etdiyini və bir dünyəvi dövlətə çevrildiyini görə bilmir. Amma o, bütün bunları hissedir, bizimlə, sizinlə birlikdə yaşayır. Ruhu hər atdığımız xeyirli addımlarda şad olur. Xalqımıza, dövlətimizə xələl gətirəcək davranışlarımıza ruhən üzülür...”
“Türk
dünyasının istənilən yerində bu
gün onun adı
yaşayır. Qəlbimizdə taxt quran liderimizi
sevgi ilə yad edirik. Onun yaşadığı
əsrdə yaşamaq
böyük bir şərəfdir. Onun sevgisini
qəlbində yaşayan
hər Türk bir dəyərdir. Onu anlamaq onu
oxumaq onu yenidən kəşf etmək böyük bir dəyərdir”, - deyən Güvən Arıklı fikrini belə tamamlayır:
“Son illərdə bir
neçə dəfə
Azərbaycanda oldum. Elçibəyin adı çəkiləndə
gözlərdə sevincin
yaranmasının şahidi
oldum. Könüldə taxt qurmaq budur...Elçibəy üfüqlərin ötəsində
bir həyat yaşadı. Elçibəy üfüqlərin ötəsində
bir lider olaraq qəlbimizdə daim yaşayacaq. Daim onun davranışları
və Türklük ideyaları bizim gələcəyimizə işıq
tutacaq...Ruhun daim bizimlə olsun, Bəy! Ruhun şad olsun Elçibəy!”
Türkiyədən: O, Bütöv
Azərbaycandan bəhs edən
ilk liderdir
Türkiyədən söz adamı, şair, ömrünü müəllimliyə
həsr etmiş Dursun Elmas isə
Elçibəyi “Türkçülüyü
şaha qaldıran lider” kimi xarakterizə
edir: “Qafqazlarda "Türklüyü" "Türkçülüyü"
şaha qaldıran, alim, uzaqgörən, müdrik lider Əbülfəz Elçibəy
haqqın rəhmətinə
qovuşmayıb, hələ
də yaşamış
olsaydı, 80-ci doğum
gününü təbrik
etmiş olacaqdıq. Onu bir dəfə daha rəhmət və minnətdarlıqla yad edirik. Ulu Tanrı cənnətində
saxlasın”.
D.Elmas vurğulayır ki, Türkiyə Türkləri
Elçibəyi hələ
Sovet İttifaqı dağılmamışdan əvvəl
tanıyıb: “Biz Azərbaycan
Xalq Cəbhəsinin
"istiqlal" yolunda
mübarizəsini təqib
edir, Azərbaycanının
müzəffər olması
üçün Ulu Tanrıya dua edərdik. Və nəhayət, xəyallarımız
gerçək oldu,
SSRİ dağıldı. Türk yurdları bir-bir azad oldular. Yetmiş illik əsarət başa çatdı.
Elçibəy seçkilərdə Azərbaycan xalqının
böyük əksəriyyətinin
səsi ilə prezident seçildi. Amma mərhum Elçibəyimiz
üçün əsas
ağır günlər
bundan sonra başladı.
Bir tərəfdən
ermənilərlə mübarizə
apararkən, digər tərəfdən yeni dövlətin əsasları
atılacaqdı. Xalqın qalaqlanmış
ehtiyacları vardı.
Çünki istehsala yönəlmiş
heç bir sənaye müəssisəsi,
zavodu, müdafiə sənayesi, silahı olmayan bir ölkə
vəziyyətində idi,
artıq Azərbaycan.
Elçibəy üçün ən çətin dövr idi deməyim
də buna görədir.
Bütün çətinliklərə və
tək olmasına baxmayaraq, Elçibəy çox qısa müddətli hakimiyyətində
təhsildə, dildə,
tarixi şüurda, ən əhəmiyyətlisi
isə Azərbaycan xalqına demokratiyanın ləzzətini təqdim etməkdə çox üstün xidmətlər
göstərdi.
Biz Türkiyə Türklərinin
hələ də könüllərinin baş
tacında yaşayan milli lider Əbülfəz
Elçibəydir”.
O, vurğulayır ki, Bakıya yolu düşən hər bir türkiyəli mütləq Fəxri Xiyabana gedər, Bəyin məzarını
ziyarət edər, ruhuna "Fatihə" oxuyar: “Çünki,
O, başına nə bəlalar açacağını
bilə-bilə, 70 il sonra "Güney Azərbaycan" deyən bir dava adamı idi.
O, Bütov Azərbaycandan bəhs edən ilk liderdir.
O, Ankarada Anıtqəbirdə
böyük Atatürkü
ziyarət edən zaman xatirə dəftərinə "MƏN ATATÜRKÜN
ƏSGƏRİYƏM" deyə yazan böyük ruhlu insan idi.
O, ulu Tanrının müstəsna yaratdığı
üstün insanlardan
biri idi”.
Dursun bəy deyir ki, "Böyük ruhlu insanda böyük-böyük
dərd olar,Mərd
olan insanların taleyi namərd olar" - Taleyi namərd çıxdı
Bəyin”:
“Sovetlərin dağılması
ilə birlikdə bütün müstəmləkəçi
qüvvələr "neft"
ölkəsi olan Azərbaycanı sömürməyinyolunu
axtarmağa başladılar.
“BP” kimi nəhəng neft şirkətləri Azərbaycana axın etməyə başladı. Mərhum
Elçibəyin milli
düşüncə ilə
həyata keçirmək
istədiyi neft siyasətini əyə bilməyənlər hiyləgər
planlarını ortaya
qoyub onu hakimiyyətdən devirməyə
nail oldular”.
Dursun Elmas o fikirdədir
ki, hər bir Azərbaycan Türkünün deyil, sadəcə, xüsusən
də Türkiyə Türkləri başda olmaqla bütün Türk dünyasında
"ELÇİBƏY İNSTİTUTLARI" açılmalıdır:
“Bəyin geniş düşüncə sistemindən
ruhlanaraq "TÜRK
BİRLİYİ" ideyasının reallaşmasına inanan gənclər, alimlər yetişdirilməlidir. Ömürlərini
"TURAN! TURAN!" deyə
şam kimi əritmiş şəxsiyyətlər
məzarlarında rahat
yatsınlar deyə.
Türk Birliyinə inamımız
sonsuzdur”.
Dəyərli türkiyəli aydın
da sonra Bəyimizin əziz ruhuna salam
və “Fatihə” göndərir. Vurğulayır
ki, “Elçibəy daim Atilla kimi,
Bilgə Xaqan kimi, Atatürk kimi qəlbimizdə yaşayacaqdır”.
Və sonda, Elçibəy
davamçıları əmindir
ki, yenidən Türk kimi yaşamaq, Türk olmaqla qürur duymaq, Elçibəy yolunu ləyaqətlə davam etdirmək böyük ideyanın - Bütöv Azərbaycanın
və Ümumtürk Birliyinin gerçəkləşməsinə
gətirib çıxaracaq.
Ruhun bizimlədir, Bəy!
Rumiyyə MİRASLAN
Türküstan.- 2018.- 15-20 iyun.-
S.9.