Siz hardan biləsiz Bəyi

 

Bu gün çağdaş Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident, Türk dünyasının abidə şəxsiyyəti Əbülfəz Elçibəyin 80 illiyi ilə bağlı düşüncələrimi yazacaqdım. Amma son günlərdə “Elçibəy-80” yazı müsabiqəsinin nəticələri ətrafında xoşagəlməz söz-söhbətlər, yubiley düşüncələri əvəzinə, bu qeydləri bildirməyə məni vadar etdi.

Hələ, təşkilat komitəsində müsabiqənin nominantlarına pul mükafatları verilməsi təklif olunanda, orada yoldaşlara dedim ki, Elçibəyə həsr olunan bir müsabiqədə pul mükafatı mahiyyət baxımdan doğru deyil. istər-istəməz mübahisə doğuracaq: Ən yaxşısı, Bəylə bağlı hansısa qiymətli xatirə hədiyyəsi hazırlansın, qaliblərə verilsin. Həm , bu qalıcı olar. Məsələn, Elçibəyin büstü.

Əminəm ki, indi pul mükafatına görə yubiley ovqatına xələl gətirən yazı müəllifləri Elçibəyin büstü üçün bu canfəşanlığı etməyəcəkdilər. Çünki, o adamların evində ya yerində Elçibəyə aid heç , bir rəsm belə yoxdur.

Qalib olan olmayan yazıların əksəriyyətini oxumuşam (Bəzilərini təkrarən).

Bu “iddalıyazılarda Elçibəyə yanaşmada siyasi lider, ideoloq deyil, “bulaqbaşısöhbətlərdə (qeybətlərdə) deyilənsadə, kasıb yaşayan adam, fağır prezident” “tezisləriəsas xətt kimi keçir. “Hakimiyyəti təslim etdiyi üçündolayısı ilə Elçibəydən haqq-hesab sorulur

Sizlər yazarlıq istedadınızın verdiyi bütün imkanları işə salmısınız. Amma yazdığınızda gerçək Elçibəyi anlatmamısınız, sadəcə Bəy tərifi demisiniz. İndi davanız odur ki, Bəy tərifi üçün qiymətləndirilməyib?

Ağır vəznli gəlsin deyə mücərrəd ibarələrlə zənginləşdirdiyiniz minnətli yazılarınız Elçibəyin yubileyinə, müsabiqəsinə gərəkdir.

Sizlər Elçibəyə bir müsabiqə predmeti kimi baxmısınız.

Elçibəyə münasibətdə səmimi olmadığınızı elə buradan ələ vermisiniz.

Siz Elçibəyi təqdim edə bilməzsiniz.

Elçibəyi təqdim etmək usta yazarlıq istəməz, könül istər.

Elçibəyçi olmaq istər, Bütövçü olmaq, Turançı olmaq, milli demokrat olmaq istər.

Siz bunlardan heç biri deyilsinizsə, Elçibəylə bağlı necə dolğun yazı yaza bilərsiniz?

Elçibəyi sanki, göylərdən enmiş mifik obraz kimi təqdim edirsiniz.

Elçibəy sizin astrofizikanın bütün terminlərini qullanaraq bəzədiyiniz yazılarınızdakı fövqəlvarlıq deyil. Zəmanəmizin peyğəmbəri deyil. Gözəlim OrdubaddaXəlil yurdu yaylağında dünyaya göz açmış bir Azərbaycan-Türk övladıdır. Bizim kimi Tanrı bəndəsi.

Elçibəyin bir insan kimi cazibə qüvvəsinin sirri çox sadədir: O, kəndli şəhərli insan tipinin ən üstün xüsusiyyətlərini öz şəxsiyyətində bütünləşdirmişdi.

Elçibəyköy insanının sadəliyini, təbiiliyini, mərdliyini, şəhər insanının müasirliyi, ziyalılığı, kübarlığı ilə çuğlaşdıraraq kamil bir Azərbaycan-Türk kişisinin obrazını özündə ehtiva edən modeldir.

Məhz bu, ÜSTÜNLÜK Elçibəyi fərqləndirirdi.

Elçibəyin başqa bir özəlliyi vardı. Modern dünyanın bütün gözəl maddi-mədəni örnəklərini, yaşam tərzini öz xalqının fərdlərində görmək istəyən Elçibəy, özü şəxsi həyatında patiarxal şərqli təfəkkürünə xas Türk kişisi mühafizəkarlığını yaşayırdı.

Elçibəy regionda geosiyasi düzəni dəyişdirəcək bir oluşumuAzərbaycan türklərinin 50 milyonluq bir xalq kimi ortaya çıxması haqq etdiyi böyük dövlətini qurması ideyasını ilk dəfə irəli sürən, bunun üçün ömrünün sonunadək əməli nəzəri fəaliyyətdə olan bir Azərbaycan-Türk siyasətçisidir.

Elçibəy bütün şüurlu həyatını Türk etnosunun bütövlüyünə həsr edən, bunun üçün çalışan, bu gün Turan coğrafiyasında Başbuğ olaraq bilinən, sevilən liderdir.

ELÇİBƏY AZƏRBAYCAN VƏ DÜNYA TÜRKLÜYÜNÜN XX ƏSR TARİXİNDƏ ÖNƏ ÇIXMIŞ MİLLİ LİDER, İDEOLOQ, AYDIN, ALİM, DÖVLƏT BAŞÇISIDIR.

 

Aqil Camal

 

Türküstan.- 2018.- 26 iyun- 2 iyul.- S.8.