Dünyanın bir nömrəli casusu Ruzi
Nazar
və Məhəmməd Əmin Rəsulzadə
Bu il
Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının yüz ili tamam olur. Belə bir tarixin belə bir
günündə isə Cümhuriyyətin qurucularından M.
Ə. Rəsulzadənin vəfatından 63 il
ötür. Həyatı, idealları,
amalları ilə müstəqil Azərbaycan qurmağa
köklənmiş Rəsulzadənin xatirəsi
üçün bu yazını hazırlamağı
özümə borc bildim.
1917- ci ilin 1 yanvar günü, Margilanda, Fərqanə
vadisinin tam ortasında ipək taciri Cemşid Umirzaqoğlunun
ailəsində dünyaya bir uşaq
göz açır.
Adını Ruzi qoyurlar. Ruzinin ata tərəfi yüz illər
boyunca Orta Asiyanı dünyaya bağlayan ipək ticarətinin
əsas təşkilatçıları kimi dünyada baş verənləri
birbaşa görmüş, nəticə
çıxarmış və ən əsası düzgün
istiqamət götürə bilmiş insanlardan ibarət idi.
Ana tərəfi
Teymurdan gələn qürurlu özbək (Bax-
Türküstan millətçiliyi – müəllif.) millətçilərinin
qızı, Hokand xanlığından olan, o dövr
üçün rus işğalına qarşı ideyaverici rol oynayan Cədidizmə
(Rus işğalına qarşı milli və müsirləşmə
yolu ilə mübarizə üsulu)
tapınan Tacünnisa idi.
Bu
mübariz və savadlı qadın oğlu Nazara 10 yaşına kimi
ərəb, fars və rus dilini öyrətməklə
qalmadı, bu dillərdə
yazılmış məşhur
ədəbi əsərləri orijinalda da oxuda
bildi.
Amma
Nazarın həyatında baş verən bir hadisə ilə onun, o isə
dünyanın taleyini dəyişmiş olur.
Qırmızı
imperiyanın işğalına məruz qalan Türküstan və
onun ideoloji mərkəzi Fərqanə (Bura siyasi və dini əsasına görə millətçi
və dinçi qüvvələrin birgə, amma fərqli fəaliyyət göstərdiyi
yer idi. Radikal islamçılıq Şərqə,
türk millətçiliyi isə türk ölkələrinə
istiqamətlənən formada inkişaf edirdi – red.) əksinqilabın əsas mərkəzinə çevirilir.
Burda
Sovetlərə 10 il köks ötdürən
basmaçılar, Mustafa Çokay, Zəki Vəlidi Togan
(Lenin bu şəxsi Validov olaraq rus kimi tanıyıbmış –
red.) Nazarın inkişafında misilsiz pay sahibi olurlar.
I
Dünya müharibəsinin gedişi sırasında mövqelərini
itirmiş və qarşıdurmanı inqilab səbəbilə
separat sülhə imza atmaqla tərk etmiş Rusiyanın yerini Orta Asiyada ingilis dərin
dövləti almaqda idi. Ona görə də,
burda dini və milli qüvvələrin dəstəklənməsi
qazanılmış Əfqanıstanın yanında itirilmiş Türküstanı əldə
etməsinə hesablanmışdı.
Belə
bir zamanda Nazarın böyük qardaşı Yoldaş Kari
millətçilərə qoşulduğu iddiası ilə
Sovetlər tərəfindən edam edilir.
Bu hadisə 10 yaşlı Nazarın həyatını
180 dərəcə dəyişir.
Atası onun müasir düşüncələrə
sahib olması üçün Liseyə göndərir. Ardınca
Daşkənd Universitetinin iqtisadiyyat ixtisasına daxil olur,
paralel olaraq gecə məktəbində kimya dərsi alır.
Özbəkistan Kommunist Partiyasının Gənclər
Təşkilatına daxil olsa da, millətçiliyinə
görə tezliklə partiyadan çıxarılır.
Moskvaya səyahət
edir, orda da təkrar partiyaya üzv olmaqla bağlı istəyinə
nail ola bilir.
XX əsrin tozlu 30-cu illəri gənc Nazarın
gözü önündə kino lenti kimi keçir. SSRİ-ni
qurmuş “Kəmik Kadro” represiyya edilir, inqilab əvvəlcə
öz uşaqlarını yeməyə başlayır.
Amma nə
dünya, nə SSRİ fərqində olmur ki, bu yaşananlar
zamanında tayı-barabəri olmayacaq bir agent doğurur, Soyuq
Müharibənin ən gizli üzü, casus
savaşlarının vazkeçilməz kilid adamı, özbək
millətçiliyinin, türkçülüyün ən xas
ideoloqu, minlərlə əks-kəşfiyyat, kəşfiyyat,
diversiya aktlarının müəllifi, dünyanın ən
böyük ölkəsinə qafa tutanı…
Stalini,
Hitleri, Ruzvelti, KQB-ni, Mİ6-nı, CİA-nı barmağında
dolayacaq X
“İndi oxuyacağınız fövqəladə casusun
birnəfəsə oxuyub bitirəcəyiniz həyat hekayəsi
deyil. Bu həm də Qızıl orduda başlayıb,
faşistlərlə çiyin-çiyinə vuruşan, nəhayət
Amrikan kəşfiyyat oqranı CİA –da başa çatan 50
illik macəra deyil. Bu, həm də türkçü və
islamçı cərəyanların dünyadakı güclər
tərəfindən necə alət olaraq istifadə edilməsidir”.
98
yaşında Türkiyədə dünyaya göz yuman Nazar haqda yazan məşhur türk
araşdırmaçısı Murad Yetkin onun haqda belə də
yazıb.
Amma o da təəssüf edir ki, dünyada soyuq
müharibədən qalan sonuncu mogikan da getdi. Sadəcə izsiz, məhdud
informasiya ilə bizə dövrün qalmaqallarını qəzetlərdə
oxuyacağımız qədər imkan verdi.
1954-cu ilin Məkkəsi, bir Həcc ziyarəti
günü.
SSRİ-də Stalin vəfat etmiş, dəmir pərdənin
yırtıqlarından düşən işıq
şüaları mənzərənin qorxunc və kabus dolu
olduğunu göstərir.
Xruşşovun dünyada müsbət imic qazanmaq naminə
vitrinə çıxartdığı təbliğat
maşını elan edir ki, SSRİ ərazisində Həccə
getmək istəyənlərə icazə verilir.
Moskvadan
21 hacı namizədi, hamısı da kommunist Məkkəyə
getmək üçün yola çıxır. Uzun məsafə, Səudiyyəyə varanda, avtobusa
daha iki türk – qıyıqgöz özbək də minir.
Bir an sonra bu
iki şəxs avtobusdakıların üstünə
yüyürür ki, siz hacı deyilsiniz, sovet
casuslarısınız.
Çürük
pomidorlarla, təhqiramiz şüarlarla onları Məkkəyə
qədər müşayiət edən ikilinin əsas məqsədi
baş tutur: Soyuq Savaşda bütün qərb qəzetləri
SSRİ-ni rüsvay edən təbliğat maşını
ustalıqla işini görə bilir.
Təkcə
“Taym” qəzeti bununla bağlı 250 min yazı dərc edir,
hamısında da məzmun eyni idi: SSRİ-dən gələn
hacı namizədləri mövcud rejimə üsyan edir, geri
dönməmək üçün çalışırlar.
Bu
böyük müharibə savaşının müəllifi,
ssenaristi və hətta icraedicisi Nazar özü idi. Baş roldakı Oskarlıq oyunu SSRİ-ni rəzil
duruma salmış və o bir daha müstəqil
Türküstan qurmaq üçün Stalin, Hitler,
Çörçil, Ruzvelt arasında oynamaq məcburiyyətində
qalmışdı.
Hörümçək
toru kimi atdığı ilmələr kimlərə gedib
çıxmırdı ki…
Alparslan
Türkeş, Məhəmmədəmin Rəsulzadə və
s…
1941-ci ildə
müharibəyə topçu kimi alınan Ruzi Nazar Ukrayna cəbhəsində
savaşarkən bir qızla tanış
olur. Rus düşmənçiliyinə
yuvarlanmış ukrayna millətçilərindən birininin
qızına vurulur. Besarabiyada yaralanan Ruzini qaynatası
müalicəyə götürür, sağaldıqdan sonra isə şəxsən
özü almanlara təqdim edir:
İlk dəfə faşistlərin etnik azlıqlardan
legion qurduğunu da burda öyrənir.
Bu
legionların əli ilə arxa cəbhə açmaq və
SRRİ-ni içindən parçalamaq niyyəti əsas idi.
Türküstan
legionunun plan müəllifi və cavabdehi Reyinxard Gehlen Qafqaz və
Orta Asiya üzrə strateq idi.
Bu hadisələrin gedişində Türkiyənin
Almaniyadakı səfiri Xosrov Geredenin Alman xarici işlər
nazirinin məsləhətçisi Ernst Von Veizsakerlə
görüşləri mühüm səciyyə
daşıyırdı.
Bu ikilinin görüşü nəticəsində
alnanlara əsir düşən minlərlə azərbaycanlı
lülənin ucundan qurtuldu və yaşamağa davam edə
bildi.
Səfir
Xosrov Gerede Kazım Qarabəkir Paşa ilə
Naxçıvanda və Nuru Paşa ilə Gəncədə, Bakıda olmuş
vahid türk dünyası ideyasının tərəfdarlarından
idi.
Səfir Veizsakerin yardımı ilə 20 avqust 1941-ci ildə
Prusiya cəbhəsinin qərargahında Ribbentropla
görüşür.
Görüş
haqda xatirələrində yazırdı: Alman dostlarıma əsir
düşmüş türk kökənli hərbçilərin
sağ qalmasını təklif etdim, əvəzində
onlardan kəşfiyyatda istifadə etmək olardı. Daha sonra izah etdim ki, Avropaya
sığınmış məşhur türk kökənli
siyasətçiləri Almaniyaya çağırıb bu əsirlərlə
görüşdürmək lazımdır.
Xüsusilə
bu adamların üzərindən təbliğatın qurulmasında israr
etdim: Kırımlı Cəfər Bəy və 1918-20-ci illərdə Azərbaycan Demokratik Cumhuriyyətinin
qurucusu olmuş Rəsulzadənin…
(Bu diplomatik trafikdə görünməyən
üzün əsas siması Nazar idi).
Bu haqda Türkiyəyə gedib baş nazirdən belə
xahiş etdim ki, onların Berlinə aparılmasını təmin
etsinlər.
Bu addım nəticəsində minlərlə türk
ölümdən qurtula bildi.
Dövlət
tərəfindən Türkiyə Almaniyada səfir Gere vasitəsilə,
özəl olaraq isə Bakı
fatehi Nuru paşa ilə təmsil
olunmağa başladı.
Nuru
paşa Qafqazın idarə olunması və fəthi ilə
bağlı öz layihəsini təqdim etdi:
Türkiyə
tərəfsiz oduğundan Almaniya tərəfindən amansız
təzyiq başladı:
İki türk hərbçisi müharibəyə
qoşularsa, Türkiyə nə qazanacaq sualı ilə Berlinə
getdilər.
Səfərdən sonra məlum oldu ki, almanlar türklərə
yəhudilər kimi aşağı irq olaraq baxır və əsas
da müharibədə ətdən divar örmək
üçün istifadə etməyə
çalışır.
Türkiyənin isə Rəsulzadə daxil
türkçü dövlət xadimlərindən istədiyi
Kırım və türk ölkələrinin
azadlığı naminə fəaliyyət göstərmək
idi.
Türk hərbçilərinin
Berlindəki məlum görüşlərindən sonra Azərbaycançı
milli fikir tərəfdarları da parçalanır: Bi qismi
nasistlərlə əməkdaşlığa gedir, digəri
(Rəsulzadə daxil olan kəsim) Berlindən
çıxarılır.
Bu haqda
1954-cü ildə
Münhendə çap edilən Azərbaycan qəzetində
qeyd edilir ki, almanlarla razılığa gəlməyən
türk kökənlilər və əsirlər
amansızlıqla edam edilir.
Razılığa gələnlər arasında yer alan Ruzi Nazar Rəsulzadədən
tam dəstək ala bilmir, bu proseslər gedən vaxtda
gücün yanında yer alan Nazar artıq alman hərbi
forması geyib, leytenant rütbəsi almışdı.
Ən
sirli türkün Türküstan davası
2010-cu ildə
son dəfə Murad Yetkinə keçdiyi ömür yolu haqda
qısaca belə demişdi: Komminist olmadım, nasist heç olmadım,
CİA ilə də bir şeyə görə əməkdaşlıq etdim, mənim
davam Türküstan idi.
Bu
sırada Almaniya uduzmuş, alman kəşfiyyat şeflərindən
olan Reynxard Gehlen 4 min agent
ünvanı ilə ABŞ-a qaçmış, CİA-nın
təməlini atmış –
İşbirliyi üçün Rəsulzadəyə,
Nazara dəvət göndərmiş – Çəkdirdiyi yeganə şəkildə də
Bakını arxa fona salmışdı. Hədəf dəqiq idi, soyuq
müharibə gedişində Xəzər dənizi, İran,
İraq və Azərbaycanı ələ keçirmək.
Savaş
Ruzini Münhenin kiçik bir qəsəbəsində
yaxaladı, o sırada
bu qıyıqgöz, şirindil və xüsusi
istedada malik Nazar ABŞ komandirlərindən birinin qızı
– Lindanın ürəyini ovlaya bilir.
ABŞ-la
həyatını bağlayan Ruzi Nazar üçün
Ruzveltin qohumu Arçibald yeni bir təklif verir:
CİA üçün 1951-ci ildən işləməyə
başlayır.
CİA-nın
İran şefi olan Arçibaldın başqa bir qohumu Kermit Nazarın xüsusi təklifləri
ilə İranın baş
naziri Müsəddiqi devirir.
Ruzi Nazar
bu hadisədən düz bir
il sonra Məkkə etirazı ilə dünyanı
ayağa qaldıracaqdı.
Bu
müddətdə, Marşall yardımı ilə Türkiyə
və Yunanıstan Qərb cəbhəsinə keçmiş,
SSRİ-yə qarşı xüsusi ideoloji savaş vasitəsi
rolunu oynayan Azad Avropa və Azadlıq Radioları fəaliyyətə
başlamışdı.
Azadlığın ilk uzun dalğadakı verilişi
Qafqaz üzrə Azərbaycan dilində efirə
çıxdı. CİA Azərbaycanın məşhurlarını burda Nazarın əli ilə işə dəvət
etsə də, Məhəmməd Kəngdərli və ətrafı
Ankara üçün çalışmaq yolunu seçdi. Berlində
parçlanan Azərbaycan diasporunun əsas hissəsi Rəsulzadənin
ətrafında yer almışdı.
Bu müddətdə Nazar əlavə olaraq başqa bir
özbək Bəymirzə Hayıt ilə Azadlığın
özbəkcəsini – Azatlıq radiosunu açdı.
Vaşinqtona görəvə aparılan Ruzi Nazar
Türkiyədən olan türkçülər və
turançılarla görüşür.
Minbaşı
Alparslan Türkeşlə də NATO –nun tədbirlərində
tanış olur.
Türkiyənin önəmi artıqca Nazar da
karyerasımda irəliləyir və 1959-cu ildə
CİA-nın Türkiyə sektorunda məxfi
tapşırıq alır.
Uzun illər sonra
özü bu haqda demişdi ki, əsas vəzifəsi İran
– Turan ərazisində CİA-nın maraqlarını təmin
etmək imiş.
1960-cı
il Türkiyədə hökumət
çevirilişində əli olanlar edam masasına
qaldırılır. Yaxın dostunun başına edam ipinin
keçirildiyini görən Ruzi Nazar prezident Cemal Gürselə
təzyiq edərək Alparslan Türkeşin adını siyahıdan
çıxarda
bilir.
Türkiyədə daha bir çevrilişində Nazarın ismi keçir: 1971-ci il12
mart.
Bu qədər hadisə çoxluğunda Nazar bir də
Hindistanda Rusiya əlehinə fəaliyyət göstərən
Maoçularla əlaqə qurur və ordan da düyməyə
basır. Bu proseslərin sonunda SRRİ- Çin arasında
Damansk savaşı yaşanır.
Türkiyədə
nüvəbaşlıqlı Yupiter silahları qoyaraq
birbaşa Moskvanı hədəfə alan
ABŞ-ı SSRİ gözlənilmədən Kubadakı
silahları ilə qorxuya salır və dünya Karib
böhranına səhnə olur.
11 İl Türkiyədə işləyən Ruzi Nazar hər
zaman baş oyunçu idi.
Onun
şirin dili, hər cür vəziyyətdən çıxış yolu
tapmaq bacarığını bir az sonra Türkiyədə
güclənən solçulara qarşı millətçiləri
təşkilatlandırmağa nail olmağa belə yetdi.
Bu adam o qədər
rasional idi ki, Balkanlardan Türkiyəyə
qaçan mühacirləri yığıb Yuqoslaviyaya
qarşı kamplar qurdu.
Türkiyə
seriyası başa çatmış, Nazar siyasətçi, politioloq kimi
Almaniyada və yaxud başqa
ölkələrdə çıxış edir, bu
vaxtlar artıq CİA millətçi
nəzəriyyədən imtina etmiş və SRRİ-yə
qarşı dini cəhəti qabartmağa
başlamışdı.
Bu proseslərin mərkəzi isə birbaşa Polşa
seçildi.
1978-ci ildə polyak kardinal Jozef Papa II Pavel adıyla papa
seçildi. Bu addım katolikləri gücləndirməklə
yanaşı, SSRİ-nin müttəfiqləri ilə
Polşanın paytaxtında qurduğu Varşa Paktının
təməllərini darmadağın etdi.
İkili
hücumun bir ucu –
İslamçıların əli ilə
Əfqanıstandan, Polşanın əli ilə isə Şərqi
Avropadan SSRİ-yə qarşı dini müharibə elan etdilər.
Əslində Ruzi Nazar və tərəfdaşları bu
prosesi sünni Əfqanıstandan yox, Şah İranından
başlayacaqlardı.
Amma İrandan şiə inqilabı planları pozdu.
“Qasırğa
Hərəkatı”ına başlayan CİA Ruzi Nazarın əli
ilə nələri bacara bildi?
Members of
an Afghan Mujahideen group with a Kalashnikov assault rifle and an RPG-7
grenade launcher on the Jalalabad road during an advance on Kabul, Afghanistan,
23rd June 1988. (Photo by David Stewart-Smith/Getty Images)
Bütün
ömrünü SSRİ ilə mübarizəyə həsr
etmiş Ruzi Nazar sonunda istəyinə nail ola bilmişdi, çox sonralar,
SSRİ dağılıqdan sonra üzə çıxan sənədlər
şokedici idi.
Ruzi Nazar
Orta Asiyanın islamçı tayfa
başçılarını Rusiya əlehinə çıxarda
bilmiş, Hikmətyar
ilə CİA-nın əlaqəsini təmin etmiş və
Əfqan savaşında əsir düşən bütün
sovet müsəlman əsgərlərini (azərbaycanlıların
sayı da çoxdur) xilas
etmişdi.
Bu arada 11 gün ərzində saxta vəsiqə ilə
İrandakı Kanada səfirliyinə gəlmiş və
ABŞ səfirliyində girov götürülmüş 60
amerikan diplomatının azad edilməsində iştirak
etmişdi.
Bir sözlə, qıyqgöz türkçü sonda
SRRİ-ni məğlub edə bilmişdi, onun Fərqanəsi,
Özbəkistanı isə azad edilmişdi.
P.S.
Sonralar
onunla görüşəndə dedi ki, nə cib telefonu var, nə
də email adresi. Çünki Nazara görə bunlar təhlükəlidir.
Bu yaşlı qurd o qədər həssas idi ki, Özbəkistanla
bir görüşü təyin etmək üçün
üç aylıq zaman itkisinə razı idi.
O, soyuq
savaş dövrünün sonuncu agenti, casusu idi. Haqqında kimsəni
kitab yazamağa qoymadı. Çünki qızı Zülfiyyənin onun haqda kitab yazmasını istəmişdi.
O da olmadı,
amma bir şeyi dəqiq bilirik ki, məşhur Amerika detektiv
yazarı – “Ağıl
oyunları” filminin romanını yazan Silvia Nasar Zülfiyyə
Nazarın özüdür.
Nazar 30 aprel 2015-ci ildə Antaliyanın Side qəsəbəsində
vəfat etdi.
Əziz Əlibəyli
Türküstan.-
2018.- 13-19 mart.- S.16; 13.