İrəvan xanlığı-Azərbaycan xanlıqlarından biri
XVI əsrin əvvəllərində
(1502-ci ildə) Səfəvilər dövləti Qərbi Azərbaycanı
öz inzibati ərazi bölgəsinə daxil edərək, mərkəzi
İrəvan şəhəri olmaqla Çuxursəd bəylərbəyliyini
yaratdı. Bu ad Qərbi
Azərbaycanın ilk coğrafi adı hesab olunur. Qərbi Azərbaycanın əksər bölgələrinin
bir bəylərbəyliyində birləşdirilməsi
sonradan onun müstəqil dövlət kimi formalaşmasında
çox böyük rol oynadı.
XVI əsrin ikinci
yarısında Çuxursəd bəylərbəyliyi Rəvan
(İrəvan) əyaləti kimi tanınmaqla Qərbi Azərbaycan
bölgəsi yeni coğrafi ad qazandı. Bölgənin İrəvan şəhərinin adına
uyğun olaraq adlan-dırılması sonralar bu yerin
"İrəvan xanlığı", "İrəvan
quberniyası" və "İrəvan qəzası"
kimi tarixə düşməsinə səbəb oldu və Qərbi
Azərbaycan həmin adla tanındı. Tarixi mənbələrə
görə, "İrəvan" sözü hələ e.ə.VIII
əsrdə mövcud olmuş, eramızın VII əsrindən
başlayaraq strateji mərkəz kimi tanınmışdır.
"İrəvan" türk sözü olaraq
rəvanlıq, düzənlik mənasını verir. Şərq mənbələrində və orta rus arxiv
sənədlərində İrəvan şəhəri "Rəvan"
adlandırılmışdır. Bu da
şəhərin dağlarla əhatə olunmuş rəvan
(düzənlik) yerdə yerləşməsi ilə əlaqələndirilmişdir.
Məlum olduğu kimi, həmin bölgələrdə
yaşayan azərbaycan türkləri "r" hərfinin əvvəlinə
"İ" hərfi əlavə edirdilər. Məsələn, Rza-İrza, Mirzə-mirzə,
rahat-irahat, rəhmət-irəhmət və s. Ona görə
də Rəvan şəhəri İrəvan
adlandırılmışdır. Sonralar
ermənilər bu sözü öz dillərinə
uyğunlaşdıraraq onu "Erivan", "Yerevan" kimi
işlətmişdilər.
..."Erebuni" qalası hələ eramızdan əvvəl
782-ci ildə Urartu çarı I Arqişti tərəfindən
İrəvan şəhəri ərazisində, şəhərin
cənub-şərq tərəfində Qanlıtəpə
adlı yerdə salınmışdır. O, qədim türk şəhər
- qalalarından biri olmuş və e.ə. IV əsrə qədər
mövcud olmuşdur. Tarixi mənbələrdə
Erebuni şəhəri "İşpini" kimi də
göstərilmişdir. Erebuni sözü qədim
türk dilində "ərlər boyu" mənasını
verən "erbi" və urartu dilində "ölkə"
mənasını verən "uni" sözlərindən
yaranmış, "ərlər boyunun ölkəsi"
anlamını verir. Erebuninin İrəvan şəhərinin
ilkin adı olduğu da öz təsdiqini tapmışdır.
Sovet dönəmində ermənilər əski
erməni əlifbası ilə yazılmış bir neçə
daş parçasını İrəvan qalası ərazisində
torpağa basdırmış, bir müddət sonra, guya,
qazıntılar zamanı tapıldığını iddia edərək
bütün dünyaya yay-mışlar. Onlar
İrəvanın erməni şəhəri olduğunu təsdiqləmək
üçün hətta Yerevan şəhərinin 2500 illiyini
də qeyd etdilər. Lakin onların tarixi
saxtakarlıqları indi də kağız üzərindədir.
1590-cı
ildə olduğu kimi, 1728 - ci ildə də İrəvan əyaləti
Osmanlı imperiyasının tərkibində olarkən əyalətin
müfəssəl dəftəri tərtib edilmiş,
Naxçıvan bölgəsinin ic¬ma dəftərindən Zəbil,
Zar, Şərur nahiyələri çıxarılaraq İrəvan
əyalətinin tərkibinə daxil edilmişdir. Bu zaman
İrəvan əyaləti Mülki, Axsaxala, Məvazeyi-Xatın,
Aslanlı, Qarabağ, Dərəşam, Dərə-şahbuz,
Bazarçay, Şərur, Zəbil, Zar, Əlincə, Sisyan,
Azadçıqan, Ordubad, Şorlud, Dəmiqad kimi 16 nahiyədən
və bir qəzası olan Naxçıvan livasından ibarət
olmuşdur. Əyalətdə türk müsəlmanlar
73%, ermənilər və qeyri millətlər 27%i təşkil
etmişdir.
1736 -1747-ci illərdə mərkəzi Təbriz şəhəri
olmaqla Azərbaycan vilayəti yaradıldı. Bu zaman
Çuxursəd bəylərbəyliyi də ləğv edilərək
Qərbi Azərbaycan "İrə¬van vilayəti" kimi Azərbaycan
vilayətinin tərkibinə daxil edildi. 1747-ci
ildə Azərbaycan vilayə¬tində, 20 müstəqil
xanlıq yaradıldı və bu xanlıqlardan biri də
İrəvan xanlığı oldu. İrəvan
xanlığı Ağrıdağ düzənliyini,
Göyçə gölü höv¬zəsini və Araz
çayının cənub-şərqə doğru uzanan ərazisini
əhatə edirdi. Azərbaycanın şimal-şərqində
yerləşən bu xanlıq mərkəzi İrəvan
şəhəri olmaqla Naiblərin idarə etdiyi Qırxbulaq,
Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli,
Dərə kənd, Saatlı, Talin, Seyidli-Axsaxlı, Sərdarabad,
Karpi, Abaran, Dərəçiçək, Göyçədən
ibarət 15 mahaldan və Şörəyel sultanlığından
ibarət idi. İrəvan xanlığı 1797-ci ilədək
50 il müstəqil dövlət kimi
mövcud olmuşdur. Hətta 1797-1828-ci illərdə
də bu bölgədə İran hakimiyyəti bərpa olsa
da, xanlıq öz mövcudluğunu itirməmişdir.
Xanlığın öz inzibati ərazi xəritəsi,
bayrağı, xüsusi idarəetmə formaları var idi. Qeyd edək
ki, erməni kilsələrinin katalikosu da ölkənin
başçısı olan xan tərəfin¬dən təyin
olunurdu. Erməni tarixçisi Hovanes
Şahxatun Erməni Sovet Ensiklopediyasında İrəvan
xanlığından bəhs edərək yazır ki, 1410-cu
ildən başlayaraq 1828-ci ilədək İrəvan
xanlığını Azərbaycan türkü olan 49 xan idarə
etmişdir.
Qərbi
Azərbaycan İrəvan xanlığının əhalisinin
əksəriyyəti azərbaycan türklərindən, az bir hissəsi isə erməni və qeyri millətlərdən
ibarət olub. XIX əsrin əvvəllərindən
başlayaraq Rusiya ilə İran arasında gedən müharibələr
zamanı rus qoşunları birinci növbədə strateji əhəmiyyət
daşıyan İrəvan qalasını ələ
keçirməyə çalışmışlar. İrəvan qalası Zəngi çayının kənarındakı
Qanlıtəpə adlı yüksəklikdə yerləşirdi.
Qalanın mübarizəsinə qalxmış
yerli əhali ölüm-dirim müharibəsinə girərək,
böyük fədakarlıq göstərdilər. Ruslar bütün qüvvələrdən istifadə
etsələr də, İrəvan qalasını ələ
keçirə bilmədilər. Lakin
xanlığın torpaqlarından Gorus, Qafan və Sisiyan
mahallarını işğal etdilər. 1813- ci ildə bağlanmış Gülüstan
sülh müqaviləsinə əsasən Azərbaycan ikiyə
bölündü. Naxçıvan və İrəvan
xanlıqları İran torpaqları hesab edildi. 1826-1828-ci illərdə II Rus - İran müharibəsi
çar Rusiyasının qələbəsi ilə nəticələndi.
İrəvanda müvəqqəti idarə
üsulu yaradıldı.
1828-ci
ilin mart ayının 21-də Rusiya ilə İran arasında
bağlanmış Türkmənçay sülh müqaviləsinə
əsasən İrəvan və Naxçıvan xanlıqları
ləğv edildi, Rus çarının əmri ilə
Naxçıvan və İrəvan xanlıqlarının
inzibati ərazisində "erməni vilayəti" adlı
müvəqqəti idarə üsulu yaradıldı və
İrəvan şəhəri ermənilərə paytaxt kimi
"hə¬diyyə" verildi.
1828-ci ildən başlayaraq çar Rusiyasının
havadarlığı ilə yaxın dövlətlərdən
İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə
ermənilərin kütləvi surətdə
köçürülməsinə başlandı. Bu yeni erməni
dövləti yaratmaq siyasəti bir əsrdən də
çox davam etdirildi. Hətta bu köçürülmələrdən
sonra da İrəvan xanlığı ərazisində azərbaycan
türkləri və müsəlmanlar əhalinin 76,24 faizini, erməni və qeyri millətlər
isə 23,46 faizini təşkil edirdi. Qərbi Azərbaycan
torpaqlarında erməni dövləti yaratmaq üçün
ermənilər və onların havadarları birinci növbədə
yerli əhalini, azəri türklərini
sıxışdıraraq dədə-baba yurdlarından
qovmağı, onlara məxsus tarixi abidələri məhv etməyi
qarşılarına məqsəd qoydular. XIX
əsrin əvvəllərindən XX əsrin sonunadək onlar
öz məqsədlərini həyata keçirmək
üçün insanlığa xas olmayan bütün vasitələrdən
istifadə edərək, milyonlarla azərbaycan
türkünü əzəli və əbədi yaşayış
məskənlərindən didərgin saldılar. Minlərlə tarixi abidəni yer üzündən
sildilər. Təkcə İrəvan şəhəri və
onun yaxınlığında dağıdılmış
möhtəşəm tarixi abidələrdən bir neçəsi
barədə məlumat vermək istərdim;
- 1604-cü ildə I Şah
Abbasın İrəvan qalası ərazisində Sərdar
sarayının şərqində yerləşən I Şah
Abbas məscidi.
- 1725-ci ildə Rəcəb
Paşa tərəfindən İrəvan qalasında inşa
edilmiş möhtəşəm məscid.
- İrəvan
qalası və onun ətrafında inşa edilmiş 8 məscid
kompleksi.
- 1510-cu ildə Şah
İsmayılın əmri ilə İrəvanda inşa
edilmiş Şah İsmayıl məscidi (1918-ci ildə həmin
məscidə müsəlmanları dolduraraq od
vurub yandır¬mışdılar).
- 1413-cü ildə inşa
edilmiş Sərdarabad türbəsi.
- 1510-cu ildə İrəvan sərdarı
Əmirquni xan Qacar tərəfindən ucaldılmış və
İrəvan xanı Hüseynəlixan tərəfindən 1782-ci
ildən təhkimləşdirilmiş Sərdar qalası.
- Sərdarabad qalası -
Türk- müsəlman qalası.
- Uzunlar qalası və s.
Ümumiyyətlə,
1912-ci ilədək Qərbi Azərbaycanın İrəvan qəzasında
42, Üçmüəzzin qəzasında 33, Zəngəzur
qəzasında 35 böyük həcmli tarixi abidələr və
məscidlər dağıdılaraq yer üzündən silinmişdir.
Ermənilərin Qərbi Azərbaycana
köçürülməsi 1828-ci ildən başlayaraq mərhələlərlə
həyata keçirilmişdir. Tarixi faktlara
əsasən görürük ki, ermənilərin indiki Ermənistana
köçürülməsi 1953-cü ilədək davam
etmişdir. Bununla bağli bir neçə dövrə nəzər
salaq:
-1828-ci
ildən başlayaraq;
İrandan
- 40.000 nəfər,
Türkiyədən
- 84.600 nəfər,
Suriyadan - 30.000 nəfər.
-1914-1922-ci
illərdə;
Türkiyədən - 70.000 nəfər.
Fransadan - 30.000 nəfər.
-1945-ci
ildən başlayaraq;
İran,
Suriya, Livan, Bolqarıstan,Yunanıstan,
Rumıniyadan 509.000 nəfər.
-1947-ci
ildən;
Fələstin,
Suriya, Fransa,
ABŞ,
Misir, Yunanıstan,
İraq, Livandan - 35.400 ııəfər.
-1948-ci
ildən başlayaraq;
Suriya,
Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan, İrandan - 40.000 nəfər,
Rumıniyadan - 100.000 nəfər
köçürülmüşdür.
Əsası rus çarı I Pyotr tərəfindən
qoyulan erməniləri himayə siya¬səti sonralar Rusiyanın
digər çarları və bolşevik Rusiyası tərəfindən
davam etdirilmişdir. 1768-ci ildə Rusiya çariçası
II Yekaterina ermənilərin himayə edilməsi haqqında əmr
imzalamışdır. 1802-ci ildə çar I Aleksandr
Sisyanova yazdığı məktubda deyilirdi: 'Nə olursa-olsun
ermənilər Azərbaycanın bu və ya digər
xanlıqlarında məskunlaşdırılmalı və
onlardan istifadə olunmalıdır ".
Qərbi
Azərbaycandan azərbaycan türkləri mərhələli
şəkildə qovulanıq dədə-baba yurdlarından
çıxarılmışdır:
I mərhələ: 1828-1905,
595.000 nəfər;
II mərhələ: 1905-1907.
275.000 nəfər;
III mərhələ: 1918-1920. 575.00nəfər;
IV mərhələ: 1948-1953. 120.000nəfər;
V mərhələ: 1988-1989,
250.000 nəfər qovulmuşdur.
Bu mərhələlərdə 1 milyon nəfərdən
artıq azərbaycan türkü öldürülmüşdür. Qərbi Azərbaycandan
qovulan azərbaycanlılara 105 milyarddan çox ABŞ
dolları həcmində maddi ziyan dəymişdir. Təkcə
1988-1990-cı illərdə Ermənistandan qovulan azərbaycanlılara
6,5 milyard ABŞ dolları həcmində
maddi ziyan vurulmuşdur.
Göründüyü
kimi, 1827-ci ildə İrəvan xanlığının
işğalından sonra erməni faşistləri tərəfindən
Qərbi Azərbaycan torpaqları tamamilə işğal
edilmiş, azərbaycan türklərinə məxsus
bütün tarixi abidələr dağıdılmış,
bütün yaşayış yerləri məskənlərinin
adları erməniləşdirilmiş, bütün azəri
türkləri dədə-baba yurdlarından qovularaq, mülki əhalinin
əmlakı talan edilmişdir. İndi Qərbi
Azərbaycanda bir nəfər də olsun azərbaycanlı
yaşamır.
XIX əsrin
əvvəllərindən başlayaraq, əvvəllər Rus
imperiyası¬nın, sonralar isə bolşevik Rusiyasının
havadarlığına arxalanan ermənilər qədim Azərbaycan
torpağında qondarma erməni dövləti yaratsalar da, bu
torpaqların kim¬lərə məxsus olduğunu çox
yaxşı başa düşürlər. Bu
torpaqların sahiblərinin gec-tez öz dədə-baba
yurdlarına qayıdacağı, quldurların
işğalından azad edəcəyi zaman uzaqda deyil. İndi tarixi havadarlarının böyük köməyinə
arxalanaraq Qərbi Azərbaycan və Qarabağ
torpaqlarını işğal altında saxlayan erməni
daşnakları bilməlidirlər ki, bu torpaqlar hansı yolla
olursa-olsun azad ediləcək və düşmən
özü nəlayiq cəzasını alacaqdır.
Ölkə
Prezidenti İ.Əliyevin son zamanlar İrəvan
xanlığı torpaqlarının Göyçə, Zəngəzur
və s. mahallarının qədim Azərbaycan torpaqları
olması və bu torpaqların işğaldan azad edilməsi
barədə “Ermənistan”a qarşı kəskin mesajları
vaxtında atılmış addımdır. Qərbi
Azərbaycanlılar nəyin bahasına olursa olsun, gec-tez
öz dədə-baba yurdlarına qayıdacaqlar.
Səməndər Çaxmaqlı
“Qərbi Azərbaycan – İrəvan
Xanlığı Torpaqlarına
qayıdış İctimai Birliyi”nin
rəhbəri”
Türküstan.-
2018.- 13-19 mart.- S.5.